Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

lakin  Səma  kiçik  qəlbində  bu  qədər  əzabı  yaşamışdı.  Bir  yük  kimi  də  bu 
günə  kimi  daşımışdı.  Artıq  ona  ağır  gəlirdi  bütün  yaşadıqları.  Çəkdiyi 
mənəvi sarsıntılardan xəstələnmişdi. Yatağa düşmüşdü.  
-Dayan! Geri dön! Həmin evə. –Mehdi qəfl sürücüsünə əmr etdi.  
-Baş üstə. 
    Daha  o  tənha  qalmayacaq.  O  boş  quru  divarlara  baxmayacaq.  İllərlə 
özünü  günahkar  bildiyi  üçün  qaranlıq  otaqlarda  içki  içməyəcək.  Artıq 
Səma vardı onun üçün. Arada 20 yaş fərqləri olsa da çox sevirdi Səmanı. 
Onun gözlərini bir daha görməzsə yaşaya bilməyəcəyini sandı.  Onsuzluq 
hissindən  qorxmağa  başladı.  Maşın  evin  önündə  dayanan  kimi  iri 
addımlarla evə  girdi. Həkim Səmanın otağından çıxmışdı. Mehdini  görüb 
ona  doğru  yaxınlaşdı.  Rəşid  fikrini  həkimin  ağzına  yönəltmişdi.  Bir  ümid 
axtarırdı bacısı üçün. 
-O necədi Cəlal bəy? 
-Səma  xanımın  ciddi  bir  xəstəliyi  yoxdur.  Qızdırmasına  səbəb  məhz 
boğazıdır.  Onun  artıq  əti  var.  Ola  bilsin  yetişdiyi  üçün  incidir.  Ayağının 
tutulmasına  belə  səbəb  o  olub.  Ən  qısa  zamanda  əməliyyat  olunmalıdır. 
Ürəyinin  sağlamlığına  da  mane  ola  bilər.  Sabah  xəstəxanaya  gətirin.  Bir 
həftəyə yenidən ayaq üstə görəcəyinizə söz verirəm.  
-Çox sağolun Cəlal bəy. Mehdi bəy sizə necə təşəkkür etsəm azdı. –Rəşid 
sevincək Cəlal həkimin əlini sıxdı. 
-Cəlal, məni maşında gözlə mümkünsə.  
-Əlbəttə. Sağolun Rəşid. Sabah sizi Səma xanımla otağımda gözləcəm. 
-Baş üstə. Arxayın olun. Mütləq gələcəyik.  
-Rəşid, sizdən bir xahişim var. Bu pulu alın. Səmanı əməliyyat edin.  
-Mənim pulum var Mehdi bəy. Səma işlədiyi bu müddət ərzində maaşının 
bir qəpiyini də xərcləməyib. O pulla əməliyyatını etdirə bilərik.  
-Əhsən Səma xanıma. –Mehdi bəy bir daha qəlbinin sahibi ilə fəxr etdi.  
-Mən... Yaxşı... Rəşid bəy onda mən gedim.  


-Oturub bir stəkan çayımızı içərdiz. Sizə ömür boyu borclu olacam.  
-Yox,  heç  bir  borcunuz  yoxdur.  Səma  xanımı  ayaq  üstə  görüm  mənə 
dünyalara dəyər.  
Mehdi  son  sözlərindən  sonra  cəld  maşına  doğru  getdi.  Rəşid  bir  şey 
anlamadı. Amma hiss etdi ki, Mehdi bəyin Səmada könlü var.  
 
O  gündən  düz  bir  ay  ötdü.  Səma  artıq  əməliyyat  da  olmuşdu.  İşə  də 
başlamışdı. Rəşid bu ay ərzində artıq əmin idi ki, Mehdi bəy bacısı Səmanı 
sevir.  Lakin  bu  aradakı  yaş  onu  incidirdi.  Axı  Səmanın  ilk  yoldaşı  da 
Səmadan  qat  –qat  yaşlı  idi.  İndi  görəsən  Mehdi  bəyin  sevgisindən 
Səmanın  xəbəri  vardımı?    Cavabsız  suallar  canını  sıxmağa  başlamışdı. 
Bacısının  xoşbəxtliyindən  vacib  heç  nə  yox  idi  onun  üçün.  Mehdi  bəy 
gözəl  insan  idi.  Lakin  Səmanın  Mehdi  bəyə  bir  hissi  olub  olmadığını 
bilmirdi. Bunu araşdırmalı idi. Əvvəlcə Cəmiləyə hər şeyi danışdı. Səmanın 
da  Mehdi  bəyə  hissləri  olub  olmadığını  öyrənməyi  xahiş  etdi.  Səma  bir 
gün  işdən  gəldiyində  otağına  keçib  uzun-  uzun  danışdılar.      Əvvəl 
uşaqlıqlarından,  sonra  havadan  sudan.    Nəhayət  Cəmilə  sözünün 
mətləbinə keçdi: 
-Səma, bilirsən ki, bizim sənin xoşbəxtliyindən  başqa bir arzumuz yoxdur.  
-Bilirəm.  
-Mehdi  bəyin  sənə  olan  hisslərini  bilirəm.  Daha  doğrusu  özü  də  bundan 
xəbərsiz mənə hiss etdirib. 
-Necə yəni?... Mənə hissləri var? 
-Hə. O səni xəstə halda  yatağında görəndə nə hala düşdü, bir Allah bilir. 
Həkim gəlməzdən əvvəl yatağının kənarında oturub sənə baxırdı. Sən də 
ona  baxırdın.  Amma  deyəsən  onda  qızdırman  çox  idi.  Mehdi  bəyin 
hərəkətləri,  davranışı  onu  ələ  verirdi.  Sanki  burda  yanında  qalmaq 
istiyirdi, amma kimsə nəsə anlayar deyə qaçıb gedirdi.  Əməliyyat olunan 
günü  də  dəhlizdən  çəkilmədi.  Elə  hey  o  baş  bu  baş  gəzişdi.  Həkim  sənin 
sağlam  olduğunu  deyəndə  belə  məndən  çox  sevindi.  Daha  doğrusu  elə 


sevindi ki, mən belə sevincimi bu qədər bildirə bilməzdim. Sənin yatağının 
kənarında hər səhər gül dəstlərini o qoyurdu. Sən yatarkən.  
-... 
   Səma Cəmilənin dediklərini anlayırdı. Mehdi bəyin davranışlarına da, bu 
günlər  ərzində  ona  qarşı  tamam  dəyişilməyinə  də  cavab  tapmışdı: 
“Demək Mehdi bəy məni sevir”. Fikrindən yenə ayıldı. 
-O səndən düz 20 yaş böyükdü.  
-Bilirəm. Lakin mənə qəlbini açmayıb.  
-Əyər açsa nə deyəcəksən? 
-Heç  özüm  də  bilmirəm.  Aradakı  yaş  kənara  dursun.  Bu  yanıq  saç 
dərdimdən bixəbərdi. Əyər bilsə əminəm ki, məndən üz döndərəcək.  
-Əyər bu faciəndən xəbərdar olsa səndən üz çevirsə demək ki, sənə layiq 
biri deyil. Sevən insan heç nəyə baxmadan sevər. 
-Sabah  ondan  uzaq  gəzəcəm.  Başqa  çarəm  yoxdu.  Onsuz  da  bu  iş  baş 
tutmayacaq. Məni fəxrlə cəmiyyət arasına çıxara bilmədikdən sonra... 
-Elə  demə, Səma! Sən çox  gözəlsən.  Taxma saçın olsa  belə, bugünə kimi 
işdə  kimsə  bu  dərdindən  xəbərdar  olmayıb.  Özünə  yüksək  qiymət  ver. 
Daha  bəsdi  dərd  içində  üzüldün.  Sən  mənə  doğma  bacı  kimisən.  Sənin 
xoşbəxtliyini görmək, qəh-qəhə ilə gülüşünü eşitmək istəyirəm. 
-Çox sağol Cəmilə. Bilirsən ki, sən də mənim üçün bacısan. Rəşid kimi hər 
zaman  mənə  dəstək  olursan.  Sənin  etdiklərini  mənim  üçün  kimsə 
etməzdi.  Sən  çox  fədakar  insansan.  Mənim  gözümü  açdığın  üçün  çox 
sağol.  Mən  bu  sevgidən  xəbərsiz  idim.  Lakin  az  çox  hiss  edirdim. 
Sabahdan Mehdi bəydən uzaq  olacam.   
VII fəsil 
 
 Bir həftə keçdi o gecədən. Lakin Səma heç cür Mehdi bəydən kənar gəzə 
bilmirdi. Hara getsə, harda otursa qarşısnda görürdü. Hər dəfə bir bəhanə 
ilə  onunla  dəhlizdə  rastlaşıb  necə  olduğunu  soruşardı.  Səma  da  yaxşı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə