Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   44   45   46   47   48   49   50   51   ...   60

Qönçə öz mənzillərindəki divanda əyləşib hönkür-hönkür ağlayırdı. 
--Axı, atam niyə öldü? Yəni məni də düşünmədi? 
--Qönçə özünü ələ al. Bu qədər ağlamaqla heç nə əldə etməyəcəksən. 
--Sən  nə  danışırsan  ana?  Məgər  sənin  qəlbin  daşdandır?  Atam  ölüb  e... 
ölüb! 
--Danışığına  fikir  ver  qızım.  Mən  demirəm  ki,  yaxşı  ki,  ölüb!  Deyirəm 
yəni heç olmasa sənə bir şey olmasın. Elə bilirsən iyirmi beş illik ömür 
yoldaşımın ölümünə sevinirəm?  
--Bağışla  anacan!  Heç  özüm  də  nə  danışdığımı  bilmirəm.  Bircə  onu 
bilirəm ki, ürəyim parçalanır. Nəfəsim ağırlaşır. 
 --Yaxşı qızım ağla. Ağla yüngülləşərsən. Səyavuş haradadır? 
--Eşidənnən  dəli  kimi  bir  yerdə  dayana  bilmir.  İki  saatda  2  qutu  siqaret 
çəkib.  Üzünə  baxsan  qorxarsan.  Yarım  saat  olar  çıxdı.  Dedi  havam 
çatmır. Kim qıydı axı ana, kim? - yenidən göz  yaşlarını axıdan Qönçə 
divandakı yastığı qucaqladı.  
Vəfa  xanım  qızının  gözündən  yayınmış  alma  yanaqlarından  süzülən  iki 
damla yaşı silib ayağa qalxdı. Pəncərə önünə  yaxınlaşıb dənizə tamaşa etdi. Bu 
an Vahid bəylə necə evləndiyini xatırladı: 
O  zamanlar  Vəfa  18  yaşına  yeni  qədəm  qoymuşdu.  Vahid  də  21  yaşında 
idi.  Əsgərlikdən  yeni  gəlmişdi.  Əvvəlcə  fəhləlik  etdi.  Sonra  maşın  təmiri  ilə 
məşğul  olur.  Vəfa  da  atası  və  anası  ilə  kəndə  yay  tətilini  keçirməyə  gedirdilər. 
Şəhərdən  çıxar  çıxmaz  Musa  kişi  anlayır  ki,  maşının  nəyisə  nasazdır.  Bu 
vəziyyətdə uzun səfərə çıxmaq ağılsızlıq olardı. Buna  görə də elə  yol qırağında 
təmirçi  dükanı  görüb  saxlayır.  Usta  ilə  bir  qədər  maşının  sağına  soluna 
keçdikdən sonra kapotu açır. Bu zaman usta uca səslə - “Vahid, oğul bura gəl” - 
deyir.  Maşının  yarı  açıq  pəncərəsindən  gələn  hava  ilə  sərinlənən  Vəfa  bu  an 
Vahidi  görür.  Elə  həmin  anda  da  gözləri  bir-birinə  sataşır.  Vahid  o  an  Vəfanı 
görüb,  maraqla  baxır.  Lakin  utanır.  Özü  də  anlamırdı  tanımadığı  ilk  dəfə 
gördüyü,  həm  də  belə  ötəri  nəzər  yetirməklə,  adını  da  bilmədiyi  yaşıl  gözlü  bu 
qəşəng  qız  necə  oldu  ki,  diqqətini  çəkdi.  Təmirlə  bir  qədər  məşğul  olduqdan 
sonra  başını  qaldırıb  qızın  arxa  qapını  açıb  anası  ilə  maşından  çıxdığını  görür. 
Bu  an  onun  gözəl  mütənasib  yaraşıqlı  bədən  quruluşunu,  incə  belini  daha  rahat 
görür.  Vəfa  da  ona  baxan  gözəl  gözlərin  təsirindən  ayaqları  yerdən  üzülür. 
Kiminsə  tərəfindən  sevildiyini,  arzulandığını  hiss  etmək  ona  ləzzət  verir. 
Maşının təmiri bitərkən atası təmirçi dükanının telefon  nömrəsini  götürür. Əyər 


bir  daha  maşının  təmirə  ehtiyacı  olarsa  mütləq  həmin  ustaya  müraciət 
edəcəyini  deyir.  Beləliklə,  Vahid  də  Vəfa  da  beləcə  üz-üzə  gəlmiş  olurlar.  Bir 
dəfə  də  olsa  bu  görüş  Vahidin  yaddaşından  silinmir.  Hər  gecə  gözlərini 
yumduğunda  Vəfanın  maşından  necə  düşdüyünü,  gözəl  bədən  quruluşunu 
xatırlayır. Tanrıdan o gözəl qızı bir daha qarşısına çıxarmağı diləyir. Bir neçə ay 
keçdikdən  sonra Vəfa  anası  ilə  bazarda  həmin  maşın  təmir  edən  oğlanı  yəni 
Vahidi  görür.  Lakin  onu  harada  gördüyünü  xatırlaya  bilmir.  Oğlanın  üzü  ona 
çox tanış gəlir. Yaxınlaşıb soruşmağa da utanır. Bu zaman Vahid təsadüfən onun 
dayandığı satış rəfinə mal almağa yaxınlaşır. Vəfa da bundan istifadə edib üzünü 
qəsdən  ona  tərəf  çevirir.  Bu  an  gözlər  bir  daha  bir-birinə  sataşır.  Vahid  ona 
baxan bu gözləri bu gözəlliyi xatırlayır. Qəlbi yerindən çıxmağa can atır. Vəfa: 
--Bağışlayın, təsadüfən oldu. 
--Salam, xanım! 
--Salam! 
--Maşının təmirə ehtiyacı varmı? Məni bəlkə də xatırlamırsınız, lakin mən 
sizi heç bir an belə unutmamışam. 
 --Kömək edin xatırlayım. 
Yanaqları qızarmış, isti təbəssümlü qızı bir daha başdan ayağa süzüb dedi: 
--Mən  iki  ay  əvvəl  yol  qırağında  sizin  atanızın  maşınını  təmir  etmişəm. 
Onda ananızla maşından düşmüşdünüz yadımda qalıb. 
--A-a-a...  xatırladım.  Anam  da  buradadır  bazada.  Lap  yaxşı.  Bir  daha 
rastlaşmış olduq. 
--Adım Vahiddir! - deyərək əlini uzadır. 
--Mənimsə Vəfa! 
--“V”, “V” çox gözəldir. 
--“V”? Gözəl olan nədir? 
--Bir- birinə yaraşmağı. 
--Məni özünə yaraşdırırsan? -Vəfa təəccüblə soruşur. 
--Əlbəttə  sizə  kimsəni  yaraşdıra  bilmərəm.  Siz  ay  kimi  gözəlsiniz.  İllərlə 
üzünüzə baxsam yorulmaram. 


--Nə demək istəyirsiniz? - bu zaman anasının səsi eşidildi: 
--Vəfa, haradasan? Gəl bu dona bax! 
--Gəlirəm ana!- deyən Vəfa həyəcanlanır. 
--Vəfa, siz harda olursuz? 
--Nədir  ki,  elçi  gələcəksən?  –  Vəfa  utanaraq  qarşısında  ciddi  dayanmış, 
səliqəli geyimli sadə oğlana baxdı. 
--Hə! Qardaşımla, atamı göndərəcəm. Razı olarsan? 
--Məndən niyə soruşursan? Atam ürəyi kimə istəsə verəcək. Ondan soruş. 
--Ondan da soruşarıq. Sən necə mənə ərə gələrsən? 
--Mən axı səni tanımıram. Bir dəfə rastlaşmışıq. Bu da ikinci. 
--Doğru  deyirsən.  Gəl  sabah  mərkəzi  kitabxananın  qarşısında  görüşək. 
Bir-birimizi tanıyaq. Razı olsan elçi göndərərəm. 
--Yaxşı  sabah  3-də  görüşək  –  Vəfa  sözünü  tez  bitirib  anasının  səslədiyi 
tərəfə getdi. 
Bu  təsadüfi  rastlaşma  Vahidi  çox  sevindirir.  Vəfa  da  həvəslənir.  Sabah 
gedəcəyi  görüşə  həyəcanla  hazırlaşır.  İndidən  nə  geyinəcəyini,  saçını  hansı 
formada  yığacağını  düşünməyə  başlayır.  Lakin  Vahidin  ürəyindəki  saf 
məhəbbətdən  xəbərsizdir.  Anlamır  ki,  o  cavan  oğlan  onu  bütün  qəlbi  ilə  sevir. 
Görüşə  ən  səliqəsiz  formada  getsə  də  Vahidin  gözündə  dünya  gözəli  kimi 
görünəcəkdi... 
Beləcə səhər də açılır. Görüş vaxtı da yaxınlaşır. Vəfa əyninə dünən anası 
ilə  aldığı  yay  donunu  geyinir.  Saçını  da  artıq  düşündüyü  kimi,  yuxarıdan  çox 
səliqə  ilə  yığır.  Anasına  da  heç  nə  demədən  evdən  çıxır.  Görüş  yerinə  çatar 
çatmaz əlində hələ açılmamış qızılgül dəsti tutmuş yaraşıqlı oğlanı görür. Vahid 
artıq  burda  idi.  Vəfanı  görəndə  sevincinin  həddi  hüdudu  olmur.  Çox 
sevinir.  Beləcə  görüşürlər.  Əvvəl  bir,  sonra  iki,  sonra  üç,  və  beləcə  tam  on 
görüşə  çıxmış  olurlar.  Bununla  da  Vəfa  Vahidə “Hə”  deyir.  Tezliklə  elçilər  qız 
qapısını  döyür.  Razılıq  alıb  qısa  zamanda   toy  edirlər.  İlk  günlər  maşın 
təmirindən aldığı pulla dolanan təzə ailə tezliklə daha da inkişaf etməyə başlayır. 
Vahid  qardaşı  Nəbinin  köməkliyi  ilə  Gürcüstana  gedib  maşın  avadanlıqları 
gətirib  vətəndə  satmağa  başlayır.  Əvvəlcə  icarəyə  obyekt  götürür,  sonra 
obyektlər  alır.  Beləcə  ticarətlə  məşğul  olur.  Ailə  böyüyür.  Qızları  Qönçə  də 
doğulur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə