Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

Uşaqlıqdan  atasını  irsi  xərçəng  xəstəliyindən  itirdikdən  sonra  anasına  və 
kiçik  qardaşına  baxmaq  onun  boynuna  düşmüşdü.  On  üç  yaşı  olmasına 
baxmayaraq  iş  axtarıb  ailəsini  dolandırmaq  istəyirdi.  Anası  da  işləyirdi.  Amma 
bağça  müəlliməsinin qazancı bu kiçik ailəni  yarım aylıq dolandıra bilərdi. O da 
yarı  ac,  yarı  tox.  Səyavuş  isə  anasını  yormaq  istəmirdi.  Deyirdi  “çoxlu  pul 
qazanacam.  Sən  işləməyəsən.  Qardaşımı  da  ən  yaxşı  məktəblərdə  oxudacam.” 
Buna  da  tez  bir  zamanda  nail  oldu.  İş  burasındadır  ki,  Səyavuş  işi  bazarda 
axtarırdı. Nə isə daşımaqla, siqaret, alışqan satmaqla qazanırdı çörək pulunu. 
Bir gün hər zaman olduğu kimi bazarda yük arabası ilə müştəri axtaranda 
30-35 yaşlı, eynəkli kişi onu səsləyir. Simasından nur yağan bu yad şəxsin şirin 
dili balaca Səyavuşu ovsunlayır. Onun yükünü arabasına yığıb ardınca sürməyə 
başlayır.  Bir  neçə  satış  rəfi  dolandıqdan  sonra  həmin  şəxs  özünə  məxsus 
maşınını   işarə  edib  malları  oraya  daşımağı  tapşırır.  Cəld  olmaqla  yanaşı 
Səyavuş  həm  də  ağır  çəkili  çantaları  qaldırmaqda  yetərincə  ustalaşmışdı. 
Baxmayaraq ki, xarici görünüşdə cılız və gücsüz görünürdü. 
Yükləri  maşına  yerləşdirdikdən  sonra  pulunu  nə  zaman  alacağını 
gözləməli  olur.  Eynəkli  şəxs  onun  niyə  getmədiyini  anlayıb  yanına  çağırır. 
Səyavuş iri addımlarla başı dik vəziyyətdə nur üzlü yad adama yaxınlaşır. O: 
 -- Adın nədir, oğul? 
 -- Səyavuş! 
 -- Neçə yaşın var? 
 --  Bunun  nə  dəxili  var  ki?  –deyən  Səyavuş  sanki  yaşının  kiçikliyini 
başına qaxınc edəcəyindən çəkinirdi. 
 -- Sadəcə bilmək istəyirəm. Maraqlıdır. 
 -- On üç! 
 --  Lap  yaxşı.  Sən  mərd  oğlansan.  Həm  də  güclüsən.  Burda  niyə 
işləyirsən? 
 -- Pul qazanmaq üçün! – Səyavuş bu sualları eşidib təəccüblənirdi. Çünki 
bir  neçə  ay  idi  ki,  burada  yük  daşıyan  idi.  Lakin  bir  nəfər  də  ondan 
adını  və  yaşını  soruşmamışdı.  Ümumiyyətlə  onunla  heç  söhbət  də 
etmirdilər.  
 --  Sən  qoçaq  oğlansan!  Əhsən!  Sənin  kimi  oğul  sahibi  olsam  özümü  ən 
xoşbəxt ata hesab edərdim. 


Bu  sözlər  Səyavuşu  kədərləndirirdi.  Atasını  xatırlamışdı.  Onun  qaraciyər 
xərçəngindən  necə  əzabla  öldüyü  gözünün  qarşısına  gəlmişdi.  Həmin 
xəstəlikdən  babası  da,  atasının  əmiləri  də  dünyalarını  dəyişmişdilər.  Səyavuş 
düşünürdü  ki,  o  xəstəlik  irsidi  və  gec-tez  o  da  tutulacaq.  Onu  da  yataq  xəstəsi 
edəcək.  Bunu  isə  heç  istəmirdi.  Xüsusən  də  indi.  Anasına  və  kiçik  qardaşına 
sahib  çıxmalı  idi.  Ölümdən  düşünməyin  isə  heç  yeri  deyildi.  Fikrini  tez  bir 
zamanda  alacağı  pula  yönəltdi.  Alan  kimi  geriyə  bazara  dönəcəkdi.    Elə  bu 
zaman eynəkli, nur üzlü kişi ona əlini uzatdı. 
 --  Səyavuş,  oğul  mənə  bağda  bəzi  işləri  görməyə  köməkçi  lazımdı. 
Amma  qoçaq,  sözündən  dönməyən,  daim  işinə  vaxtında  gəlib,  vaxtında  gedən 
olsun! Belə birini tanıyırsan? 
Yad  insanın  bu  təklifi  Səyavuşun  lap  ürəyincə  olmuşdu.  Nəhayət  ki, 
gündəlik iş yeri tapmışdı. Belə fürsəti əldən buraxmaq ağılsızlıq olardı. 
 -- Elə biri  mən özüm! - Səyavuş bunu çox əminliklə deyirdi. 
 -- Sən?  Nə  deyirəm!  Lap  yaxşı.  Sənin  qoçaq  olduğuna,  mərd  olduğuna, 
gücünə heç şübhəm yoxdur. 
 -- Mənə nə qədər pul verəcəksiz? 
 --  Sən  günlük  işin  üçün  pul  almaq  istəyirsən?  Yoxsa  ayda  bir  dəfə  maaş 
kimi? 
Səyavuş bir qədər düşünüb şıltaq təbəssümlə cavab verdi. 
--  Mənə  bir  aylıq  maaşı  iki  dəfəyə  verin.  Bir  hissəsini    ayın  biri,  digər 
hissəsini on beşi! Razısız? 
-- Nə deyirəm mən razı. - Qarşısındakı uşağın işə həvəsi və pul qazanmaq 
istəyi  yad  insanı  bir  qədər  kədərləndirmişdi.  Artıq  sual  vermədən 
maşına əyləşib uşağa təbəssümlə baxdı: 
--  Sabah  səni  burada  bazarın  qarşısında  gözləyəcəyəm!  Saat  11  də  burda 
ol! 
-- Baş üstə! 
Bu  təsadüfi  tanışlıq  Səyavuşun  bütün  həyatına  dönüş  nöqtə  qoydu.  Onun 
üçün gələcəyə böyük ümidlər yarandı. Sanki havasız otaqda imiş bu zamanadək. 
İndi  isə   otağın  geniş  pəncərələri  peyda  olmuşdu.  Çox  rahat  nəfəs  alırdı. 
Beləliklə, Səyavuş Vahid Zamanın evində işə düzəldi. Qısa vaxt ərzində ailənin 
sevimlisinə  çevrildi.  Vahid  bəy  ona  atalıq  etməyə  başlamışdı.  Qönçəni  də  ona 


tapşırmışdı.  İstəyirdi  ki,  onunla  eyni  məktəbə  getsin.  Əvvəlcə  Qönçəyə  Vahid 
bəyin  qızı  kimi  hörmət  edirdi.  Lakin  sonralar  bu  şirin,  sevimli  utancaq  qızı 
ürəyinin dərinliyində gizli sevməyə başlamışdı. Eşidəndə ki, Vahid bəy Qönçəni 
nəzarətdə  saxlamaq  üçün  Səyavuşu  da  məktəbə  qoyacaq  çox  sevinmişdi.  Dərs 
saatlarında  Qönçəni  görə  bilmədiyindən  yaman  darıxırdı.  İndi  isə  onunla  eyni 
məktəbdə  oxuyacaqdı.  Əlbəttə  ki,  ən  az  45  dəqiqədən  bir  onu  görəcəkdi.  İlk 
vaxtlar  Səyavuş  Qönçənin  yanında  olurdu.  Sonralar  Qönçənin  ona  qarşı 
hisslərindən  şübhələnəcəyindən  qorxub  uzaqdan-uzağa  göz  qoymağa  başladı. 
Məktəbdən Qönçəyə qarşı biganə olmayanlar da vardı. Qəribəsi o idi ki, Qönçə 
onların  heç  birini  yaxınına  buraxmırdı.  Bu  da  Səyavuşun  lap  ürəyindən  olurdu. 
Düzdü  onu  sevirdi.  Qarşılıq  istəmədən,  gizlicə.  Lakin  Qönçəni  itirməkdən  çox 
qorxurdu.  Qorxurdu  ki,  qəlbindəkiləri  ona  açsa  bir  daha  Qönçəni  görə 
bilməyəcək.  Odur  ki,  hisslərini  cilovlamaqla  yaman  məşğul  olurdu.  Çox 
əlləşirdi. Axırı çarəsini tapdı. Yığdı bütün hisslərini saldı ürəyinin dərinliyindəki 
bir dar “otaq”dakı sandığa, ağzını da bərk-bərk “qıfıl”layıb açarını da uddu. 
Lakin  bu  çox  çəkmədi.  Əsgər  getməzdən  əvvəl  Qönçəyə  dediklərini 
xatırladı. Nədənsə qəlbi yenidən isindi. Bu istilik ona Qönçəni hələ də dəlicəsinə 
sevdiyindən  xəbər  verirdi.  Bu  an  əlindəki  siqaretin  külü  köynəyinə  düşdü. 
Bununla da xəyallardan ayrılıb indiyə qayıtdı. Blokun ağzında dayanmış Qönçə 
Səyavuşun bu hərəkətini görüb gülməyə başladı. 
-- Bu nədir? Xəyal qurursan? 
--  Yox.  Sadəcə  keçmişi  xatırlayırdım  -  Qönçəni  başdan  ayağa  süzərək 
cavab verdi. 
-- Mən hazıram. Gedək sahildəki bağa. Nədənsə atam üçün darıxmışam. 
-- Elə mənim də onunla söhbətim vardı. Əyləş gedək. 
Dördüncü fəsil. 
          Prokurorluqdan  yeni  qayıtmış  polkovnik-leytenant  Asif  Məmmədzadə 
dilxor  vəziyyətdə  kabinetində  o  başa  bu  başa  gedib-gəlirdi.  Bu  zaman  qapı 
astadan döyülür. 
 --Gəlin! 
  --Yoldaş Məmmədzadə olar? 
 --Buyur Qədir! Keç əyləş. 
 --Qanınızı qaraldan nəsə olub? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə