Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

--Xadimə hardadır? – sağa -sola boylanan Eyvazov soruşdu. 
--Təcili yardım  maşını  apardı. Bizə məlumat verəndə halı pisləşdi. Yazıq 
ürək xəstəsi imiş. 
--Hansı xəstəxanadadır? 
--Mərkəzi xəstəxanada. - Əli ilə iki mərtəbəli bağ evinin qapısını göstərdi. 
–Keçin! 
-- Qonşulardan güllə səsini eşidən olub? 
-- Kimsənin ruhu da duymayıb. Deyilənə görə yağış yağırmış deyə kimsə 
evindən  çölə  çıxmayıb.  Həm  də  bu  günlərdə  bağ  evində  az  adamlar 
olur. Artıq yayın sonudu, hər kəs şəhərə qaçır.  
-- Yaxşı, kənara çəkilin!- deyən  Məmmədzadə  içəri keçdi. 
 Qapı  geniş  dairəvi  dəhlizə  açıldı.  Sağ  tərəfdən  aynalı  qapısı  olan  salon 
vardı. Burada oturacaqlar, yemək masası, divan, kreslo, mebel vardı. Şübhəli bir 
şey  nəzərə  çarpmırdı.  Hər  zaman  rast  gəlinən   bağ  evlərindən  idi.  Dəhlizdən 
uzun  bir  yol  kabinetə  aparırdı.  Qarşısında  dayanıb  Məmmədzadə  ilə  Eyvazova 
baxan polis zabiti: 
---Buyurun, keçin! 
--Demək hadisə mərhumun şəxsi kabinetində baş vermişdir. 
Kabinetdə  divarda  bir  ədəd  təbiət,  iki  ədəd  dahi  şəxslərin  təsvir  edildiyi 
rəsm  əsərləri  vardı. Geniş  eyvana  açılan  şüşəbəndli  qapı,  küncdə  kiçik  divan, 
yerdə  ən  son  dəbə  uyğun  xalça,  qapı  ilə  üzbəüz  isə  əl  işləmələri  olan  bahalı  iş 
masası  vardı.  Sahibkar  elə  buradaca  öz  masası  arxasında  əyləşdiyi  yerdəcə 
ölmüşdü.  Hər  iki  əlləri  və  başı  üz  üstə  masa  üzərində  idi.  Əynində  son  dəbə 
uyğun  istirahət  geyimi,  ağ  sadə  və  yüngül  idman  köynəyi  vardı.  Sol  əlində 
dəstəyi  şabalıdı  rəngdə  olan  Revolver  (odlu  silah)  vardı.  Qarşısında  boş  ağ 
vərəqlər,  sağ  tərəfdən  dodağının  kənarında  kiçik  qurumuş  qandan  ibarət  yara 
vardı. 
Polkovnik-leytenant  Məmmədzadə  asta  addımlarla  meyitə  yaxınlaşdı. 
Qədirin fikirlərinə daim hörmətlə yanaşan Məmmədzadə bu dəfə nədənsə hadisə 
barədə bir söz demədən bir başa Qədirin fikirlərini bilmək istədi:  
--Qədir, sən bu hadisə barədə nə düşünürsən? 
Qəfil sualdan təəccüblənən Eyvazov cəld meyitə yaxınlaşdı. 


--Sualınızı  gözləmirdim.  Əyər  fikirlərimi  öyrənmək  istəyirsinizsə  deyə 
bilərəm  ki,  burada  intihar  baş  verdiyinə  inanmaq  olar.  Çünki,  silah 
əlində, yaxın məsafədən atılmış sol gicgahın güllə yarası, qarşısında isə 
qələm  və  kağız...  –bu  zaman  Qədir,  susdu.  Sanki  nə  isə  ciddi-ciddi 
düşünməyə başlamışdı. - Bilirsiniz, mənə qəribə görünən bir şey var. 
--Nə? 
--Əyər  bu  şəxs  özünü  öldürürdüsə  qarşısına  ağ  vərəq  və  qələmi  niyə 
qoyub?  Ya  da  intihar  səbəblərini  yazmaq  üçün  qoymuşsa  niyə 
yazmamışdır? Sizcə bu qəribə deyil? 
--Maraqlı fərziyyələrin var –nədənsə polkovnik-leytenant ciddi danışmağa 
üstünlük  vermişdi.  –  İndi  isə  mən  öz  düşündüklərimi  sənlə  paylaşım. 
Əvvəla  burada  bir  intihar  “səhnə”si  təsvir  olunub.  Əslində  bir  neçə 
qaranlıq  qalan  suallar  vardır  ki,  mənə  bu  ölümün  intihar  olduğuna 
inanmağa qoymur. Demək ən əvvəl şübhələndiyim elə vərəq olmuşdu. 
İkincisi  qələmin  sağ  tərəfdə  olub  silahın  sol  əldən  tutulması.  Sizin 
dediyiniz  kimi,  əyər  bu  şəxs  özünə  qəsd  etmək  istəmişdisə  niyə 
vərəqini  boş  qoymuşdu.  Ya  da  daha  dəqiq  desək  bu  vərəq  niyə  onun 
qarşısındadır? Protokolu yazın! 
 Bu  zaman  Prokurorluqdan  nümayəndə  olaraq  baş  müstəntiq  Həsənov 
gəldi.  Otağa  gözucu  nəzər  yetirib  Məmmədzadə  ilə  dəhlizə  çıxdılar.  Eyni 
zamanda  ekspertizadan  Müslimzadə  gəldi.  İdarənin  fotoqrafı  hadisə  baş  vermiş 
yeri və meyiti çəkirdi. 
--Bu   açıq  aydın  intihardır.  Bəs  mərhumun  öz  əli  ilə  yazdığı  etiraf 
məktubu necə, tapmısız? – baş müstəntiq Həsənov soruşdu. 
--Xeyir! İş burasındadır ki, burada heç bir etiraf əks olunan məktub aşkar 
olunmayıb.  İntihar  olduğuna  da  şəxsən  mən    inanmıram.  – 
Məmmədzadə əminliklə dilləndi. 
--Yəqin  ki,  inanmamağa  əsaslı  səbəbləriniz  vardı?    Bu  barədə 
prokurorluqda  daha  dəqiq  danışarıq.  İşlərinizi  yekunlaşdıran  kimi  ora 
gələrsiz. 
  
Hadisə  yerindən  dəlillər  götürüldü.  Elə  həmin  gün  prokurorluqda  baş 
müstəntiq  Həsənovun  rəhbərliyi  altında  cinayət  axtarış  qrupu  yaradılır  və  bu 
cinayət işi  məhz  polkovnik-leytenant Asif Məmmədzadəyə tapşırılır ... 


İkinci fəsil 
Doqquz  mərtəbəli  binanın  yeddinci  mərtəbəsində  yaşayan  Qönçə  bu  gün 
narahat  yatdığından  işə  getməmişdi.  Saat  1  olmağına  baxmayaraq  hələ  də 
yerində  sağa-sola  çönüb  rahatlaşmaq  istəyirdi.  Lakin  bunu  bacara  bilmirdi. 
Gecəni  qarışıq  yuxular  gördüyündən  bərk  qorxmuşdu.  Elə  gecə  saat  4-dən 
indiyə  kimi  bu  vəziyyətdə  yatmağa  çalışırdı.  Əsəbi  halda  yerindən  durub 
dənizdən iki kilometr uzaqda yerləşən evinin pəncərəsini açdı. Bayırda sərin yay 
havası  vardı.  Səyavuş  dünən  gecə  növbəsində  olduğundan  Qönçəni  tək 
qoymuşdu. İki ildən artıq evli olsalar da övladları hələ yox idi. Lakin bu onların 
ailə münasibətlərinə qəti təsir etmirdi. Bəlkə, illər sonra təsir edərdi. Amma indi 
bundan  əsər  əlamət  yox  idi.  Qönçə  beş  il  idi  ki,  Musiqi  məktəbində  piano 
müəlliməsi  işləyirdi.  Şagirdlərini  həvəslə  və  böyük  səbirlə  öyrədir,  onlarla 
mehriban davranırdı. Şagirdləri də Qönçə müəllimələrini ana qədər hörmət edir, 
hər bir dərsə həvəslə gəlib, onun tapşırıqlarını səylə yerinə yeritirdilər. 
Qönçə Səyavuşla atasının sayəsində tanış olmuşdu. Bir  gün atası yanında 
on üç yaşlı oğlanla işdən evə gəlir.  O zaman Qönçənin on yaşı vardı. Qarşısında 
sadə  geyimli,  arıq,  buğdayı,  qara  saçlı  oğlana  maraqla  baxır.  Atası  Qönçənin 
saçına sığal çəkərək: 
-- Qönçə!  Bu  oğlanın  adı  Səyavuşdur.  O  bu  gündən  etibarən  bağda  və 
evdə lazım olan bəzi işlərdə köməkçimiz olacaq. 
Qönçə  ilk  baxışdan  Səyavuşu  bəyənməsə  də  onunla  mehribancasına 
salamlaşır.  Vaxt  keçdikcə  evlərində  hər  gün  rastlaşdığı  bu  oğlana  gizlin  göz 
qoyur.  Nə  edir,  necə  edir,  niyə  edir?  Bu  növ  suallarına  öz-özlüyündə  cavab 
tapmağa çalışır. Anlayır ki, Səyavuş doğrudan da səmimi, mehriban, istiqanlıdır. 
Aylar  keçdikcə  Səyavuşla  daha  yaxın  olur.  Onunla  oyunlar  oynayır.   Beləliklə, 
aralarında bir bağlılıq yaranır. Bir -birlərinə çox öyrəşirlər.   
Vaxt gəlir Səyavuş Vətənə olan borcunu ödəmək üçün əsgər getməli olur. 
Qönçə  bu  xəbərdən  çox  təsirlənsə  də  Səyavuşun  yanında  qəti  ağlamır.  Onunla 
vidalaşıb  otağına  gedir.  O  gün  Səyavuşu  əsgər  gedərkən  sonuncu  dəfə 
pəncərədən  baxıb  görür.  Səyavuş  həyətin  qapısına  yaxınlaşanda  nə 
düşünmüşdüsə  geriyə  dönüb  Qönçənin  pəncərədən  baxdığını  görür.  Bu  an 
Qönçə,  Səyavuşu  çox  sevdiyini  və  on  səkkiz  ay  müddət  ərzində  onsuz  çox 
darıxacağını anladı.  Lakin artıq gec idi. Hisslərini heç cürə dilə gətirə bilməzdi. 
O  gün  indi  də  yadına  düşəndə  az  qalır  uşaq  tək  ağlasın.  Nədənsə  Səyavuş  geri 
dönür.  Qönçə  özünü  lap  itirir.  Düşünür  bəlkə  o  da  anlamışdı  ki,  mənsiz  yaşaya 
bilməz!  Bəlkə,  o  da  sevdiyini  etiraf  edəcəkdi.  Daha  bir  an  otaqda  dura  bilmir. 
Pillələri  sürətlə  enir.  Giriş  qapısı  ağzına  çatanda  Səyavuşun  ona  tərəf  gəldiyini 
anlayır.  Həyəcandan  az  qalır  ürəyi  partlaya.  İkisi  də  üz-üzə  göz-gözə  dururlar. 
Hər  ikisi  bir-birinə  sanki  son  dəfə  görüşürlərmiş  kimi  baxır.  Qönçənin  dili 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə