Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

olduğunu  deyib  gedərdi.  Lakin  bir  gün  düşünüb  qəti  fikrə  gəldi.  Mehdi 
bəylə  açıq  şəkildə  danışıb  bu  mümkünsüz  sevgiyə  son  qoyacaqdı.  İşdə 
belə  çıxmağı  gözə  almışdı.  Qərarı  qəti  idi.  Bu  gün  iş  bitər  bitməz 
kabinetinə baş çəkəcəkdi.  
   Saat  artıq  5  idi.  Lakin  Mehdi  bəy  hələ  də  kabinetə  dönməmişdi.  Axı 
Səma  işdən çıxmazdan əvvəl onu dəhlizdə söhbətə tutardı. İndi öz ayağı 
ilə gəlib Mehdi bəyin kabinetində oturmuşdu. Mehdi bəy isə fabrikdə yox 
idi. Yəqin işdən tez çıxıb deyə düşündü. Beləliklə, evə geri döndü. Sabahsı 
gün  isə  faciəvi  xəbər  bütün  rayona  yayıldı.  Mehdi  bəy  dünən  öz 
maşınında  qəza  keçirib.  Səma  aldığı  xəbərdən  çox  sarsıldı.  Ən  doğma 
insanını  itirmiş  kimi  hönkür-hönkür  ağladı.  İş  yoldaşları  onu 
sakitləşdirməyə  çalışırdılar.  Lakin  bacarmırdılar.  Ustası  Səmanın  üzünü 
yüdü.  Bir  az  özünü  əla  alsın  deyə  tənbeh  etdi.  Səmanı  əlində  deyildi. 
Ağlamadan  dura  bilmirdi.  Mehdi  bəyi  yenidən  sağ  salamat  görmək 
istəyirdi. Usta xanım artıq hər şeyi anlamışdı. 
-Sən Mehdi bəyi bu qədər çox sevirsən? 
-Mən....? 
-Bəli  qızım  sən.  Məyər  məni  kor  hesab  edirsən?  Sənin  qədər  üzülən  bir 
işçi var aramızda? 
-.... 
-Bura  bax  Mehdi  bəy  indi  xəstəxanadadı.  İstəyirsən  gedim  səninlə.  Baş 
çək.  
-Axı mən...  Mən özüm də bilmirəm.. 
-Nəyi bilmirsən?  
-... 
-Məyər sevdiyini gizlədə bilərsən? Həm də ki məndən... 
-O mənim saçımdan xəbərsizdi. Mənim nə həddimə... 
-Sus ay qız. Bir ay əvvəl mən ona sənin həyatını danışmışam. Saçından da 
çəkdiklərindən  də  xəbəri  var.  Hər  şeyi  bilə-bilə  bu  ay  ərzində  yenə  də 


sənə qarşı fikrindən dönmədi. Məyər görmədin ki, o insan sənə necə aşiq 
olub? 
-Onu görməliyəm... 
-Mən də bunu deyirəm də... Dur geyin gedək.... 
 
   Xəstə xana dəhlizində qəlbi göynəməyə başladı. Bir an onu sağ-salamat 
görmək  istəyirdi.  “İlahi  ona  bir  şey  olmasın.  Qoy  yaşasın”deyərək  Allaha 
dua  etməyə  başladı.  Bu  zaman  dəhlizdən  Cəlal  həkim  keçirdi.  Səma  onu 
görüb çox sevindi.  
-Cəlal bəy. Salam. Mehdi bəy necədi? O  hardadı? 
-Salam. Səma xanım. Mehdi bəyin vəziyyəti orta ağırdı. Bir tək sizi otağına 
buraxaram. Hələ çox zəyifdir. Onu yormayın. 
-Siz nə danışırsız. Yormaram.  Təki sağalsın.  
-Buyurun  keçin.  –Cəlal  bəy  Səmaya  otağı  göstərdi.  Usta  xanım  isə 
dəhlizdə stullardan birində əyləşdi. 
 
    Mehdi  bəyi  ilk  dəfə  uzanan  halda  görürdü.  Üstəlik  də  bu  vəziyyətdə. 
Səma  onun  yatağına  yaxınlaşıb  saçından  dırnağına  kimi  göz  gəzdirdi. 
Üzündə şüşə kəsikləri, sıyrıqlar vardı. Qolunun biri sarınmışdı. Başında da 
kiçik  bir  yer  qanayırdı.  Sarğı  üstündən  qan  görünürdü.  Çox  ağır  qəza 
keçirtdiyi  göz  qabağında  idi.  Özündən  aslı  olmadan  gözündən  yaşlar 
süzülməyə  başladı.  Yatağın  yanındakı  stulu  çəkib  oturdu.  İlk  dəfə  Mehdi 
bəyin əlindən tutdu. Əlinin üstündə bəzi yerlərə yod vurulmuşdu. Həmin 
yerə sığal çəkdi.  
-Mehdi  bəy.  Siz  məni  eşidirsiz?  Sizi  görməyə  gəldim.  Məni  belə 
qarşılayacağınızı ağlıma gətirməzdim. Durun ayağa. Açın gözlərinizi.  
Səmanın  göz  yaşları  susmaq  bilmirdi.  Qəlbində  o  qədər  sözlər  vardı  ki, 
deyiləsi. Demək o hər şeydən  xəbərdar imiş. Bütün  bunlara  baxmayaraq 
yenə  də  onu  sevmişdi.yaşadığı  faciələrdən  xəbər  tutsa  belə  yenə  də 


Səmasından  üz  döndərməmişdi.  Bir  ay  idi  hər  şeyi  bilirdi.  Bu  bir  ayda 
Səmaya  daha  da  yaxın  olmuşdu.  Mehdi  bəyi  hər  gün  fabrikdə    görürdü. 
İndi  ilk  dəfə  idi  ki,  Səma  bir  insanı  sevmişdi.  Sevgisini  də  məhz  bu  gün 
anlamışdı.  Mehdi  bəyi  heç  itirmək  istəmirdi.  Axı  o  hər  şeyi  bilsə  də 
Səmadan üz çevirməmişdi. Demək ki, o da bütün qəlbi ilə sevirmiş. Səma 
qərara gəlmişdi. Daha Mehdi bəyə özü qulluq edəcəkdi. Hər gün ona baş 
çəkib  yeməyində  içməyində  kömək  olacaqdı.  Qəlbindəki  hissləri  isə  o 
sağalana kimi deməyəcəkdi.  
 Günlər  bir-birini  əvəz  edirdi.  Mehdi  bəy  hər  gün  başı  üstündə  Səmanı 
görüb    xoşbəxt  olurdu.  Ona  yemək  gətirər,  qulluq  edərdi.  Üstəlik  arada 
dərdləşər, ümumi problemlərdən söhbət edərdilər. Mehdi bəyin hər gün 
daha  da  yaxşı  olması  Cəlal  bəyə  də  xoş  idi.  Səmanın  Mehdi  bəy  üçün 
bütün  dərmanlardan  tez  təsirli  olduğunu  düşünürdü.  Mehdi  artıq    aya 
qalxmışdı. Yavaş-yavaş yeriyirdi. Arada gözü qaralsa Səma cəld qolundan 
tutardı. Bu zaman əlindən tutub heç buraxmazdı. Gözlərinə baxıb: 
-Səma... 
Hər  dəfə  Səma  söhbəti  dəyişərdi.  Mehdi  bəyə  ürəyini  açmağa  imkan 
yaratmazdı. Utanırdı. Necə hərəkət edəcəyini də bilmirdi. Axı hec kəsə bu 
günə kimi sevdiyini deməmişdi. İndi necə deyəcəkdi ki, “Mehdi bəy, mən 
sizi sevirəm.” Lakin bir gün sözü dəyişə bilmədi. Mehdi bəy onun əlindən 
tutub gözlərinin içinə baxdı. Sevgi etirafından əvvəl ilk bunu dedi:  
-Səma, mən sənsiz bu ömrümdə bir addım da ata bilmərəm. Səninlə ailə 
qurmaq istəyirəm. Razı olarsan? 
-Mehdi bəy, mən... 
-Səni  ilk  gördüyüm  andan  sevmişəm.  Hələ  fabrikimdə  işlədiyini  də 
bilmirdim.  Gülüşünə,  gözlərinə,  bənizinə  aşiq  olmuşam.  Yaşadıqlarından 
da  xəbərim  var.  Sənə  bütün  yaşadıqlarını  unutdurmaq  istəyirəm.  Xahiş 
edirəm mənə cavab ver.  
-Mən razıyam... 
-Doğurdan? Siz məni dünyanın ən xoşbəxt insanı etdiz. 


-Mən də sizi bu qəzanı keçirdiyiniz gün sevdiyimi anlamışam. Görnüşümlə 
sizin cəmiyyət arasında fəxriniz olmayacam, amma yenə də sevirəm sizi.  
-Sən mənim üçün yer üzündə tayı bərabəri olmayan bir incisən. Saçlarına 
taxma  saç  qoysan  da    kimsə    bunu  anlamır.  Məni  üzmə  bu  sözlərinlə. 
Sənin  gözəlliyinlə  mən  qürürlanıram.  Məndən  bir  addım  da  uzaq  olma. 
Gəl burdan çıxar çıxmaz evlənək. Razısan? 
-Razıyam Mehdi bəy.... 
 
 
Hal-hazırda: 
Dillərdən düməyən möhtəşəm bir toy məclisi qurulur. Səma  o məclisəki 
gəlinlərdən  də  gözəl  gəlin  olur.  Çox  xoşbəxt  yaşayır.  Toylarından  iki  il 
sonra Mehdi bəy Səmaya kiçik atelye hədiyyə edir. Orada özünə və onun 
vəziyyətində olan bütün xanımlara kömək məqsədi ilə taxma saç istehsal 
etməyə  başlayır.  Bir  neçə  işçi  ilə  salonlardan  təbii  saçlar    alıb  çox  gözəl 
taxma  saçlar    hazırlayırlar.  Hal-hazırda    Səmanın  taxma  saçlarından  bir 
çox salonlarda istifadə edilir.  
 
Son. 
 
 
May. 2009. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə