Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

 
"Görünməyən həqiqət" 
(Xəyalə Muradın Dedektiv-povesti) 
Birinci fəsil.  
  Daha  bir  gün  başlamışdı.  Şəhər  Polis  idarəsinin  Cinayət  Axtarış  şöbəsində 
növbəti ölüm xəbəri verən zəng çalındı. 
        --Alo! Alo, - zəng edən sahə müfəttişi Fazil Məmmədov idi. 
      -  Yoldaş  Məmmədzadə  sahil  bağların  birində  cinayət  hadisəsi  baş  verib. 
Deyəsən intihardır. 
    - Bu  saat  gəlirəm!  –  Prokurorluğu  məlumatlandır.  Vaxt  itirmədən  bir  başa 
hadisə  yerinə  tələsirdi.  Kabinetindən  çıxar-çıxmaz  cib  telefonuna  əl  atdı.  Əsas 
düymənin  altında  mayor  Qədir  Eyvazovun  nömrəsi  idi.  Tez  bir  zamanda  gələn 
ölüm xəbərindən onu da xəbərdar edib aşağı düşməyi əmr etdi. 
Polkovnik-leytenant Asif Məmmədzadə Cinayət axtarış şöbəsinin rəisi idi. 
Daxilən ciddi  insan olsa da zarafat etməyi, sözünü də zarafatda deməyi sevirdi. 
Yaxın  dostu,  dünyaca  məşhur  və  hal-hazırda  Rusiyanın  Rostov  şəhərinin 
Cinayət axtarış bölməsinin rəisi  milis polkovniki Murad Muradlıdan yeni aldığı 
məktubunu  hələ  ki,  oxumamışdı.   Qəfil  zəngdən  dərhal  sonra  kompüteri 
söndürərək otağı tərk etdi. 
Mayor  Qədir  Eyvazov  artıq  onu  gözləyirdi.  Özünün  sahib  olduğu  qara 
“Hyundai” maşınının yan aynalarını silirdi.  
-- Eyvazov bu  nə bəd  xəbərdir səhər-səhər  verirsən?  Adamın  lap  yuxusu 
qaçır.– Məmmədzadə zarafatyana soruşdu. 


--Bilirəm  ki,  siz  işsiz  dayana  bilmirsiniz.  Ona  görə  tezdən  bütün  rayonu 
alt-üst edib cinayət axtarmışam. 
--Görünür tapmısız. Gedək görək hansı axmağın qandal üçün ürəyi gedir. 
--Buyurun,  əyləşin!  O,  hər  kimdirsə  siz  onu  iki  günə  taparsız.  Buna 
əminəm. 
--Yaxşı tələs!  
 Qədir  Eyvazov  şəhər  polis  idarəsinin  Cinayət  axtarış  bölməsində  rəis 
müavini işləsə də, Asif Məmmədzadə ilə yaxın dostluq edirdi. Aralarında daima 
səmimiyyət  və  qarşılıqlı  anlaşma  vardı.  Bu  səmimiyyəti  yaradan  isə  rəisi 
Məmmədzadə idi. Qədir hələ uşaqkən müfəttiş olmaq arzusunda imiş. O hər gün 
babası  ilə  birlikdə  xəbərlərə  qulaq  asar,  sonra  öz  düşüncələri  ilə  bölüşərdi. 
Babası onu çox sevərdi.  İnanırdı ki, nə vaxtsa Qədir də pərəstiş etdiyi xəfiyyələr 
kimi  olacaq.  Və  bu  həvəsi  sönməsin  deyə  orta  məktəbi  bitirər  -bitirməz  Polis 
Akademiyasına  oxumağa  göndərir.  Qədirin  həvəsi  günbəgün  artırdı.  O 
müəllimlərinə  diqqətlə  qulaq  asır,  bütün  tapşırıqları  yerinə  yetirərdi.  Sevimli 
müəllimi  Bəşir  Musayev  idi  ki,  o  da  həftə  ərzində  yalnız  iki  dəfə  məruzə 
oxuyurdu.  Keçmiş  Sovet  İttifaqında  məşhur  xəfiyyələrdən  biri  olan  Bəşir 
Musayev tələbələr arasından Qədirə göz qoyurdu. Qısa müddətdən sonra onunla 
təklikdə  dialoq  qurmaq  istəyir.  Bir  gün  mühazirə  başa  çatdıqdan  sonra  Bəşir 
Musayev Qədiri kabinetində  görmək  istədiyini  deyir. O da çox təəccüb etsə də, 
razılaşır.  Dərsləri  bitər-  bitməz  keçmiş  xəfiyyənin  kabinetinə  girir.  Müəllimi 
gözündə  eynək  şəxsi  masasının  arxasında  əyləşib  az  əvvəl  dediyi  mühazirəyə 
nəzər salırdı. Qədir həyəcanlə dilləndi: 
 --Mənə demişdiz ki, dərsdən sonra yanınıza gəlim. 
-- Bəli! Keç əyləş! 
Eyvazov  əlindəki  dəftərləri  masanın  üzərinə  qoyub  stulda  əyləşir. 
Qəlbindən  isə  min  cür  suallar  keçir.  “Axı  görəsən  məni  niyə  çağırdı?  Mən  ki, 
vaxtı vaxtında mühazirələrdə iştirak edirəm.” Onu bu fikrindən müəlliminin səsi 
ayırdı: 
-- Çox  güman  ki,  dediyim  bütün  mühazirələri  vaxtı  vaxtında  yazmısan. 
Verdiyin  imtahanlara  da  söz  ola  bilməz.  O  ki,  qaldı  bura 
çağırılmağına.... İş burasındadır ki,  mən sentyabr ayından bu günə hər 
bir  yeni  tələbəmə  göz  qoyuram.  Onların  necə  biri  olduğunu  tam 
öyrənincəyədək  əlbəttə  ki...  Sən  də  onların  içində  idin.  Təxminən  iki 
həftədir  ki,  məhz  səni  izləyirəm.  Və  daxilindən  gələn  istedadını  dana 


bilmərəm.  Həvəsin  aşıb  daşır.  Bu  işə  marağın  güclüdür.  Amma  sən 
gərək polis olmayasan. Bu barədə yaxşı düşün. 
Qədir  özünü  lap  itirmişdi.  İlahi,  müəllimi  lap  onun  qəlbini  görürmüş. 
Sanki, nə düşündüyünü oxuyurmuş. Bu təklif onun ürəyincə olur. Tezliklə Bəşir 
Musayev  ona  cinayət  açmağın  sirrlərini  və  bir  neçə  sınaqlar  qurub  ondan 
məharətlə  çıxmağı  öyrədir.  Sanki  özünün  cavanlığı  ilə  danışırmış  kimi,  bildiyi 
hər  şeyi  danışır.  Qədir,  günlər  keçdikcə  keçmiş  xəfiyyənin  dediyi  və  öyrətdiyi 
hər  şeyi  dərk  edir.   İllərin  təsiri  ilə  müəllimi  qocalıb,  əldən  düşürdü.  Qədir  isə 
təhsilini  bitirməyinə  və  leytenant  olmağına  baxmayaraq  yen  də  akademiyaya 
gedər  və  müəllimindən  dərs  alardı.  Nəhayət  qocalmış  müəllimi  dünyasını 
dəyişir. Ardınca 40 günlük yasını tutan Qədir Eyvazov öz üzərində işləyir. İllər 
sonra  indi  tanıdığımız  Cinayət  Axtarış  bölməsinin  rəis  müavini  olanadək 
yeniliklər axtarışında olur. 
O  bu  vəzifədə  artıq  3  il  idi  ki,  işləyirdi.  Rəisinə  hörmət  etməklə  yanaşı 
onu  böyük  qardaş  və  yaxın  dost  hesab  edirdi.  Sözünü  zarafatda  deməyə  alışan 
rəisinə  tez  bir  zamanda  alışmışdı.   Beləliklə,  bu  günə  kimi  onunla  elə  zarafatla 
danışar,  zarafatla  da    işlərini  görərdi.  Əslində  isə  hökmlü  və  lazım  gələrsə 
cinayətkarın xirtdəyindən basa biləcək xasiyyəti, səbirli davranışı və qolunda bir 
əllə qoç  daşıya biləcək gücü vardı.  
Səhərini  ölüm  xəbəri  alaraq  açan  Qədirin  əsas  məqsədi  Məmmədzadə  ilə 
hadisə  yerinə  tez  bir  zamanda  çatmaq  idi.   Odur  ki,  yolda  bir  an  dayanmayan 
maşınını  sürür  və  bir  neçə  dəqiqə  sonra   Sahil  bağlarından  birinin  qarşısında 
saxlayır.  Orada  artıq  təcili  yardım  maşını,  iki  polis  maşını  və  bir  mülki  “Opel” 
markalı  maşın  vardı.  Darvazadan  həyətə  keçirlər.  Bu  an  polis  zabiti  onlara 
yaxınlaşdı. Polkovnik-leytenant Məmmədzadə: 
--Burda nə baş verib? 
--Bir nəfər öz kabinetində intihar edib. 
--İntihar olduğunu haradan çıxartdız? Məgər alnına yazılıb? 
--Xeyir! - Həyəcanlanan polis zabiti - İş burasındadır ki, silah sol tərəfdən 
gicgaha  vurulub.  Silah  da  ölmüş  insanın  əlindədir.  Buyurun  keçin 
özünüz baxın. 
--Baxarıq! Meyiti kim tapıb? 
--Xadimə.  Dediyinə  görə  həftədə  bir  dəfə  villanı  təmizləməyə  gəlirmiş. 
Bu səhər də gələndə ev sahibini ölü tapıb. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə