--Daha nə olacaq... Fələk güclü, mən gücsüz.
--Dərd etməyin bu qədər. Biz tezliklə işin üstünü açacağıq.
--Yaxşı! De görüm mərhumla bağlı nə öyrənə bildin?
--Yoldaş Məmmədzadə, mərhumun adı Vahid Zamandır. 1950-ci ildə mart
ayının 10-da Şamaxı şəhərində anadan olub. Atası vaxtilə müəllim olmuş, anası
isə evdar qadın. Bir qardaşı və bacısı var. Qardaşı da həmçinin ticarətçidir.
Bacısı isə evdar qadındır. Vahid Zaman özü iş adamıdır. Şəhərimizdə tikinti
materiallarının istehsalı ilə məşğul olan bir fabriki, iki ticarət obyekti və bir
avtomobil servisi vardır ki, orada da həm avtomobil satılır, həm də avtomobil
hissələri. Şəxsi ofisi fabrikində yerləşir. Ailə vəziyyəti - evlidir. Yoldaşı şəhərin
mərkəzində yerləşən “Moda evi” -nin sahibəsi Vəfa Zamandır. Evlənməzdən
əvvəl daşıdığı soyad Musalı olmuşdur. Qönçə adında bir qızları vardır. O da
Səyavuş Ömərovla ailəlidir. Övladları yoxdur.
--Ailəsini xəbərdar etdin?
--Bu dəqiqələrdə xəbər almış olmalıdırlar.
--Xadimənin vəziyyəti necədir?
--Həkimlər 3-4 gün xəstəxanada yatmağını məsləhət gördülər. Hadisə ilə bağlı
yeni bir şey öyrənə bilmədim. Xadimə öz ifadəsində eyni sözləri təkrar etdi.
“Hər həftədə bir gün işə gəlirəm. Səhərdən axşama kimi təmizliklə məşğul
oluram.” Bu gün səhər gələndə görüb ki, Vahid bəy şəxsi kabinetində ölüb.
Kabinetdəki eyvanın qapıları da taybatay açıq olub. O zaman ağlına gəlib ki,
polis çağırsın. Polis gələnə kimi həyətdə gözləyib.
--Yaxşı. Bəs ekspertlər nə deyirlər? -deyən Məmmədzadə gözlərini Qədirin
ağzına dikdi.
--Ekspertizanın cavabı hələ məlum deyil. Çox güman ki, nahardan sonra məlum
olacaq. – Qədir dilxor halda cavab verdi.
--Maraqlıdır.
--Nə?- Qədir təəccübləndi.
--Bu ölüm.
--Düzdür. Maraqlı, həm də qəribə.
--Razıyam-Məmmədzadə bir qədər fikrə gedib – Qədir, səncə bu ölüm nəyin
zəminində törədilə bilərdi?
--Doğrusunu desəm Asif müəllim, vərəq gözümə sataşmasaydı bu ölümü elə
intihar kimi də biləcəkdim. Lakin vərəqin boşluğu, hətta qarşısında olmağı məni
şübhələndirdi.
--Məsələn? - Məmmədzadə diqqətlə Qədirə baxdı.
--Əyər mən özümü öldürürəmsə niyə qarşıma ağ vərəq qoyum? Etiraf məktubu
yazıramsa niyə yazmayım? Bir sözlə mənə elə gəlir ki, həmin vərəq ya əvvəldən
orada masanın üzərində olub, ya da qatil bizim yanlış yolla addımlamağımızı
istəyir.
--Yox. Nədənsə səninlə razılaşa bilmirəm Qədir. Birincisi masanın üzərində
əvvəlcədən olmağına gələk. İş burasındadır ki, mən kabinetə girməzdən əvvəl
hər tərəfə diqqətlə göz gəzdirdim. O evdə daha doğrusu o iş otağında çoxdandır
ki, oturulmurdu. Bunu məhz masanın üzərindəki boşluqdan əsaslanaraq
deyirəm. Əyər mən o qədər mülk sahibi olsam iş masamda ən azı üç qovluq, ailə
rəsmlərim, cib telefonum, ev telefonum, kompüterim, qayçı, qələm, pozan və. s
qoymaq üçün xüsusi qabım olardı. Mən buna misal şəxsən öz iş masamı
deyərdim. Bax - polkovnik-leytenant öz iş masasını işarə etdi - İş görən insanın
masası ən az bu cür olmalıdır. Odur ki, əvvəlcədən orada vərəq olduğuna
inanmıram. O ki, qaldı ikinci fərziyyənə, deyə bilərəm ki, qatil vərəqlə bağlı nə
isə düşünməyib. Bəlkə də heç ağlına da gəlməzdi ki, mən və sən bu qətlin intihar
olduğuna şübhə edəcəyik. Özü də məhz vərəqə görə. Burda nə isə var. Amma
nə? Bax mənə maraqlı olan budur.
--Hər halda ekspertizanın cavabını alandan sonra bu işlə bağlı dəqiq söz deyə
bilərik. –deyərək Qədir əlindəki sənədləri gözdən keçirtdi – Mən əyər bu
hadisənin qətl olduğuna inansam düşünürəm ki, qatil bu cinayəti ya pul
zəminində törətmiş ola bilər, ya da rəqabət zəminində. Göründüyü kimi,
mərhum Vahid Zaman iş adamıdır. Bəs sizcə necə?
Ayağa qalxıb çənəsini əlləri arasında ovuşduran polkovnik-leytenant
Məmmədzadənin qaşları düyünləndi:
--Mənə elə gəlir ki, ölüm səbəblərini araşdırmaq hələ tezdir. Əvvəla gərək
ekspertizanın rəyi ilə tanış olaq. Sonra mərhumun ailə üzvlərinin və yaxınlarının
ifadələrini alaq. İşimiz çoxdur. Nahardan sonra səni ekspertizanın cavabları ilə
burada gözləyəcəyəm. İndi isə gedə bilərsən.
--Oldu!
Əyləşdiyi stulu irəli çəkən Mayor Eyvazov iri addımlarla otaqdan çıxdı.
Bu andan etibarən otağa dərin sükut çökdü. Məmmədzadə qayıdıb yerinə
əyləşdi. İki əlini birləşdirib masanın üzərinə vurdu. Bununla bütün narahatlığını
fikrini, dərdini sanki bir neçə dəqiqəlik unutdu. Binada demək olar hər kəs nahar
etməyə getmişdilər. Odur ki, Məmmədzadə yaxın bir saat ərzində kabinetinə
kiminsə gəlməyəcəyinə əmin idi. Pencəyini soyunub əyləşdiyi stulun başına
keçirtdi. Özü də qapıya yaxın yerdə qoyulmuş yığcam divana uzandı. Əllərini
boynunun altına qoyub bir qədər düşünməyə başladı: - Kimə lazım ola bilərdi
Vahid bəyin ölümü? Onun iki əlli masa üzərinə sərilməsi... Silahın sol əldə
olması... Qələmin isə sağ tərəfdə masa üzərində olması... Boş vərəq... Sol əllə
revolverlə sol gicgaha yaxın məsafədən atəş açılması... Axı bütün bunlar nə
deməkdir? Əyər mən özümü öldürmək niyyətindəyəmsə ən əvvəl ailəmə bir
kəlmə söz yazaram. Sonra tətiyi çəkərəm. Yox... yox... belə alınmaz. Burda nə
isə var. Nə isə... bu “nə isə” -lər məni lap əldən salacaq. Görəsən əynində niyə
idman geyimi vardı? Hadisənin dəqiq törədildiyi vaxt məlum olsaydı. Əsas
ekspertizanın cavabıdır. Ya torpaq parçası? O tər təmiz xalça üzərində nə
gəzirdi? Mərhumun idman ayaqqabısındanmı? Yoxsa qatilə məxsusdu? Əyər
qatilə aiddirsə onda əlimdən qaça bilməz. Necə deyərlər-Qaçan büdrəyər.
Bu zaman Məmmədzadə xatırladı ki, dostu Muradlının məktubunu hələ də
oxumayıb. Cəld ayağa qalxıb iş stolunun arxasına əyləşdi. Masa üzərinə
qoyulmuş noutbukunu işə salıb elektron ünvanına daxil oldu. Bir neçə məktub
işarəsini ötdükdən sonra nəhayət axtardığını tapdı. Bu polkovnik-
leytenant Murad Muradlıdan aldığı məktub idi. Zərf işarəsi üzərindən basıb
açılmış məktubu ürəyində oxumağa başladı:
“ Qardaşım Asif, Necəsən? İşlər necə gedir? Son aldığım məktubuna gec
cavab yazdığım üçün üzr istəyirəm. İnan ki, burda keçən həftədən törədilmiş
cinayətə başım qarışdığından fürsət olmurdu yazmağa.
Yazdığın son məktubda da mənim araşdırdığım cinayətlə maraqlanırdın.
Mən sənə keçmiş yox, dünən açdığım cinayət hadisəsindən yazacam. Demək bağ
evlərin birində səhər 9-da bir qadın cəsədi aşkar olunur. Cəsəd deyəndə ki,
öldürülmüş yaşlı qadın skeleti tapılıb. Cəsədi evin yeni sahibi Valentin tikəcəyi
evin təməlini qoyarkən tapıb. İlk baxışdan heç də qətlə bənzəmirdi. Lakin
ekspertizanın nəticəsi məlum olduqdan sonra işi mənə tapşırdılar. Demək
mərhum düz 20 il əvvəl boğularaq öldürülüb. Elə həmin evin qarajında torpağa
tapşırılıb. Cinayəti iki həftəlik araşdırmadan sonra nəhayət ki, aça bildim.
Həmin qadın yəni Olqa Sergeyevna 37- il əvvəl övladlığa götürdüyü erməni
mənşəli Edik tərəfindən qətlə yetirilib. Səbəbi isə heç qatilin özü də bilmir...
Səni bu cür cinayətlərlə yormaq istəmirəm. Amma nədənsə hər
məktubunda yeni-yeni qətllər haqqında maraqlanırsan. Bu dəfə isə mənə
Dostları ilə paylaş: |