Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

--Bəs bədii film bitəndən sonra nə etdiz? 
--Heç bir şey. Əslinə qalsa filmə axıradək baxmağa səbrim çatmadı. Odur 
ki,  başqa  kanalları  gəzməyə  başladım.  Hansısa  kanalda  xalq  mahnısı 
oxuyurdular.  Bir  parça  da  ona  qulaq  asdım.  On  dəqiqə  sonra  yerimə 
uzanıb yuxuya getdim.  
--Təxmini yatdığınız vaxt neçə olardı. 
--Qulaq  asın,  mən  onu  öldürə  bilməzdim.  Əvvəla  ona  görə  ki,  onu  çox 
sevmişəm.  Tək  balamın  atasıdır.  Hər  istəyimi  canla  başla  yerinə 
yetirib.  Qəti  ondan  narazı  olmamışam.  Bir  də  ki,  evdə  olduğum  halda 
onu necə gedib öldürə bilərdim? Bundan nə qazanacaqdım ki? 
--Sualımıza cavab verin! – Məmmədzadə ciddi nəzərlərlə baxıb  soruşdu. 
--12-yə  10  dəqiqə  işləyirdi  ki,  yerimə  uzandım.  Saat  yataq  otağımda  düz 
gözlərimin önündədir. Ona görə dəqiq deyirəm. 
--Bizim  vəzifəmiz  qatili  tezliklə  tutub  həbs  etməkdir.  Bunun  üçün  kim 
olur  olsun  biz  ondan  şübhə  edirik.  İndi  isə  ifadənizi  diqqətlə  oxuyub, 
imzalayın. 
--Gedə bilərəm? 
--Əlbəttə!  Lakin  yaxın  zaman  ərzində  şəhəri  tərk  etməsəniz  yaxşı  olar. 
Lazım ola bilərsiz. 
--Yaxşı,  sağ  olun!  –  deyən  Vəfa  xanım  leytenant  Nəsirovun  ona  doğru 
uzatdığı ifadəni gözucu nəzərindən keçirib imzalayaraq getdi.  
Vəfa  xanımın  otağı  tərk  etməsindən  iki  saniyə  sonra  Polkovnik-leytenant  əlini 
qaldırıb stola çırpdı. 
 
--Qatilin izində düşmüşük.  
 
 --Mən də belə düşünürəm! - Eyvazov başını tərpədərək Hikmətə baxdı. 
 
 --Asif bəy, icazənizlə fikrimi bildirim! 


 
 --Buyur! 
 
 --Əldə  etdiyimiz  yeni  məlumatlara  əsaslanaraq  onu  deyə  bilərik  ki,  cinayət 
törədilmiş əraziyə yaxın yerdə aşkar olunmuş  
 
46 ölçülü ayaqqabı izi tamamilə Səyavuş bəyin ayaqqabı ölçüləri ilə uyğun gəlir. 
Bir  tərəfdə  də  Faiq  bəyin  Vahid  bəyə  etdiyi  hədəni  xatırlayaq.  Vəfa  xanımın 
dediyinə  inanarsaq onda belə çıxır ki,  Faiq bəy  fabriki  geri satması üçün Vahid 
bəyə iki günlük möhlət verib. Əks halda onu öldürəcəyi ilə hədələyib. Mən belə 
düşünürəm ki, Səyavuş və Faiq bəy oğlu ilə istintaqa cəlb olunmalıdırlar. 
 
 --Fikirlərinlə  tamamilə  razıyam.  –Məmmədzadə  ayağa  qalxıb  pəncərə  önünə 
keçdi.  Ani  sükutdan  sonra  kiçik  masa  arxasında  əyləşən  arıq  uzun  ağbəniz 
oğlana  baxaraq  dedi  –  Leytenant  Nəsirov  Səyavuş  dəhlizdədirsə  çağırın  ifadə 
versin. 
 
 --Baş üstə! 
 
Bir dəqiqədən sonra Nəsirov Səyavuşla otağa daxil oldu. 
 
--Keçin əyləşin Səyavuş bəy! – Polkovnik-leytenant yarı kinayəli dedi. 
 
--Mənə Səyavuş deyə bilərsiniz. Rəsmiyyətdən  xoşum gəlmir. 
 
--Olsun Səyavuş. Özün haqqında qısaca məlumat verə bilərsən? 
 


--Adım  Səyavuş,  soyadım  Ömərov,  ata  adı  Müşfiqdir.  Orta  təhsilliyəm.  Hal-
hazırda yaxın tanışın Fabrikində nəzarətçi işləyirəm. Ailəliyəm.  
 
--Bu  qədər  kifayət  edər.  İndi  isə  bizə  avqustun  4-ü  gecə  10-11  radələrində 
harada  olduğunu  de.  –  Məmmədzadə  gözlərini  Səyavuşun  ağzına  zilləyib 
diqqətlə qulaq asmağa başladı. 
 
--Cümə  axşamına  düşür?  –  öz  sualına  özü  də  cavab  verməli  oldu  -  Hə,  həmin 
günü cümə axşamı idi. Mənim gecə növbəm var idi. İşdə olmuşam. 
 
--Saat neçədən-neçəyə kimi? 
 
--Saat 9 dan 9-a kimi. 
 
--Sizdən başqa növbədə duran olub? 
 
--Yox. O gecə mən tək idim.  
 
--Deməli sənin  saat 10-11 arası fabrikdən çıxıb çıxmadığını görən olmayıb? 
 
--Mən  heç  çıxmamışam  ki,  kimsə  də  görə.  Bütün  gecəni  narahat  olmuşam. 
Səhərə  kimi  gah  fabrikin  başına  dolanmışam,  gah  divanda  uzanıb  televizora 
baxmışam, gah da güllərə qulluq etmişəm. 
 
--Səyavuş, ayaqqabı ölçün neçədir? 
 
--Niyə soruşursunuz? 


 
--Ona görə ki, Vahid bəyin bağ evinin hasara yaxın hissəsində palçıq üzərindən 
ayaqqabı izi tapılıb. Biz əminik ki, bu qatilə məxsusdur. 
 
--Demək  istəyirsiniz ki, Vahid əmini  mən öldürmüşəm? Yəni  məndən də şübhə 
edirsiz? 
 
--Sualıma sualla cavab vermə. De görək ayaqqabı ölçün neçədir? 
 
--46-dır.  Amma  mən  ona  qıymaram.  Öldürmək  qırağa  dursun.  Mən  heç  ona  əl 
də qaldıra bilmərəm. Hörmətim vardı ata kimi. Məni, qardaşımı oxudub, əlimizə 
sənət verib. Qızını istəmişəm yox deməyib. Siz nə danışırsınız? 
 
--Sakitliyə riayət edin! – Eyvazov ciddi şəkildə dedi. 
 
--Məgər  tapdığınız  ayaqqabı  izində  bilinmir  ki,  neçə  ölçülü  ayaqqabıdır? 
Tutuşdurun da. Mənim ayaq ölçümdən az adamda rast gəlmək olur. Əminəm ki, 
orda 44-dən yuxarı ölçü olmaz. 
 
--Biz bu suala cavab tapmışıq. Orda səninki kimi 46- ölçülü ayaqqabı izi tapılıb. 
 
--Necə? Onda bu bir təsadüfdür. Başqa cür ola da bilməz. 
 
--Şahidin olsaydı bəlkə də işimiz çətin olardı. Amma sən həmin gecə fabriki tərk 
edə  də  bilərdin,  Vahid  bəyi  öldürə  də  bilərdin.  Biz  sənin  quru  sözlərinə  inana 
bilmərik.  
 


--Nə edim indi mən? Bir şey ki, indi sözə inam da qalmayıb. Bəs necə inandırım 
sizi ki, o gecə həmin vaxtda da, ondan sonra da səhərə kimi fabrikdən bayıra bir 
addım da çıxmamışam. 
 
--Sonuncu  dəfə  Vahid  bəyi  harada  və  necə  görmüsüz?  –  Mayor  Paşazadə 
qəfildən soruşdu. 
 
--Bir  həftəndən  də  çox  olar.  Dəqiq  gününü  xatırlamıram.  Dedi  ki,  günortadan 
sonra tək məni sahildəki bağ evində gözləyəcək. 
 
--Getdin? Niyə tək? 
 
--Getdim.  Tək  getməyimin  səbəbi  isə  onun  Qönçənin  ad  gününə  etmək  istədiyi 
sürprizlə bağlı idi. Məsləhətləşmək istiyirdi. 
 
--Səninlə? 
 
--Hə! Evdə onun kabineti var. Oturduq orda. 2-3 saat danışdıq. Qəti qərara gəlib 
birlikdə  şəhərə  qayıtdıq.  Evin  yaxınlığında  maşından  düşəndə  tapşırdı  ki, 
Qönçəyə heç bir söz deməyim. Mən də demədim. 
 
--Sürpriz nə idi? 
 
--Həmin  gün  məndən  onun  nə  arzuladığını  soruşdu.  Dedim  bir  ildir  maşın 
istəyir.  Pulum  kifayət  etmir.  İki  aya  ancaq  ala  biləcəm.  O  da  çek  yazıb  pulun 
qalan hissəsini verdi. Həmin günün səhəri gedib pulları bankdan aldım. İstəsəniz 
bankdan maraqlana bilərsiniz. Onda günü də dəqiqləşər.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə