Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

təəccüblənəcək.  Lakin  qarşısında  əyləşmiş  qadın  o  qədər  möhkəm 
görünürdü  ki,  dolmuş  gözlərindəki  yaşı  belə  axmağa  qoymurdu.  –Siz 
təəccüblənmədiniz? 
--Təəccübləndim. Lakin özümü bura gəlməzdən əvvəl hər bir xəbərə hazır 
etmişdim.   Bilirdim  ki,  Vahidin  təzyiq  problemi  elə  də  ciddi  dərəcədə 
deyildi  ki,  onu  öldürə.  Odur  ki,  öldürüldüyünü  daha  dəqiq 
düşünürdüm. 
--Sizcə onu kim öldürə bilərdi? 
--Vahidin özünə düşmən bildiyi kimsə yox idi. Lakin çoxları onu düşmən 
hesab edirdilər. Konkret olaraq kiminsə adını çəksəm bu o demək deyil 
ki, Vahidi o öldürüb.  
--Orasını bizim  ixtiyarımıza buraxın. Qatilin kimliyini aşkar etmək bizim 
işimizdir. Sizin işiniz isə bizə istintaqda kömək etməkdir – bir az ciddi 
danışan Məmmədzadə yenidən  mülayimləşməyə başladı –  Siz kimdən 
şübhələnərdiniz?  
--  Faiq  bəydən.  Lakin  o  çoxdandır  ki,  gəlib  getmirdi.  Demək  olar 
unutmuşduq  da.  Amma  Vahid  ölməzdən  üç  gün  əvvəl  bizə  gəlmişdi. 
Qönçənin heç nədən xəbəri yoxdur.  
--Niyə gəlmişdi? 
--Bilirsinizmi, Vahid  vaxtilə  həmən  Faiq bəyin sahib olduğu  fabriki satın 
almışdı.  Onun  banka  faiz  borcları  var  imiş.  Lakin  müəyyən  müddət 
keçəndən  sonra  Vahiddən  fabriki  geri  satmasını  xahiş  etmişdi.  Əslinə 
qalsa  Vahid  o  fabriki  heç  istəmədən  ürəksiz  almışdı.  Onun  əsas  planı 
maşın  satışı  ilə  bağlı  idi.  Lakin,  biləndə  ki,  Fabriki  satmağını  mən 
istəmirəm. Onda Faiq bəyin son təklifini rədd etdi.  
--  Fabrikin  satılmasına  niyə  razı  olmadız?-  Hikmət  Vəfa  xanımın  sözünü 
ağrında qoydu. 
--  Faiq bəy  fabriki elə  ucuz qiymətə satmışdı ki, geri almaq üçün də eyni 
məbləğı  vermək  istəyirdi.  Mən  də  dedim  onsuz  da  o  qiymətə  fabrik 
satılmaz.  Qoy  qalsın.  Vahid  də  mən  deyənlə  razı  oldu.  Faiq  bəy  də 
başqa  yola  əl  atdı.  Dedi  sənin  bir  qızın  var,  mənim  də  bir  oğlum.  Gəl 
tanış  edək  bəlkə  evləndilər.  Qohum  olarıq.  Bu  təklif  heç  birimizin 
ürəyindən deyildi. Bizim qızımızın qəlbi oyuncaq deyildi ki, ortalıqda 
oynadaq.  Bu  barədə  Qönçə  də  biləndə  gülmüşdü.  Tez  bir  zamanda 
Səyavuşla  toylarını  etdik.  Onsuz  da  bir-birlərini  hələ  Səyavuş 


əsgərlikdən  gələndən sevdiklərini anlamışdıq. Odur ki, nişanlandıqdan 
dərhal sonra toylarını etdik. Bax beləcə Faiq bəy də bizdən əlini əbədi 
üzdü. O  gecə bizə oğlu  ilə  gələndə  hər  ikimiz təəccüb etmişdik. Hətta 
bir  az  sərxoş  idilər.  Faiq  iki  əli  ilə  Vahidin  yaxasından  yapışıb  onu 
hədələməyə başladı. 
--Nə dedi? – Məmmədzadə qəfildən yerindən sıçradı. 
--Dedi  əgər  fabriki  iki  günə  mənə  satmasan,  səni  öldürəcəm.  Vahid  də 
onunla  ağızlaşdı.   Vahidə  yumruq  da  atdılar.   Dodağı  azacıq 
partlamışdı. Mən də polis çağırdım. Bunu bildikləri an evi tərk etdilər.  
--Polis gələndə evdə deyildilər? 
--Yox. Gəlib dedim ki, polis çağırmışam. Bu saat gəlirlər. Onda oğlu Faiq 
bəyin  qolundan  yapışıb  darta-darta  apardı.  Faiq  bəy  də  getdikcə 
barmağını  yellədə-yellədə  bir  də  dedi  ki,  iki  gün  vaxt  verirəm.   Polis 
zabitləri gələndə şikayətçi olmadıq. Bunu Vahid istəmədi. Ona görə də 
heç  Qönçəyə  də  demədik.  O  atasını  çox  sevirdi.  Əgər  bilsəydi  ki, 
atasının  dodağı  azacıq  partlayıb,  işini  gücünü  atıb  gələcəkdi.  Odur  ki, 
Vahid  də  qərara  gəldi  ki,  dodağı  sağalana  kimi,  Qönçəni  görməyə 
getməsin.  
--Bəs bağ evinə nə zaman getmişdi? 
--O  hadisədən  dərhal  sonra  səhərə  yaxın.  Dedi  bəzi  əşyalarımı  hazırla 
gedib  bir  neçə  gün  bağda  istirahət  edəcəm.   O  zamana  kimi  də 
dodağım  sağalar.   Biz  də  Qönçənin  suallarını  cavablandırmaqdan 
qurtularıq.  Bir  ədəd  idman  çantası  hazırladım.   O  sabah  çıxdığıdır  ki, 
hələ də qayıtmayıb.  
--Demək sonuncu dəfə yoldaşınızı bağ evinə yola salarkən görmüsüz?! 
--Bəli. Avqustun 2 sində səhər tezdən. İdman geyimində getdi. Öz maşını 
ilə. Orada qaldığı vaxtlarda mənimlə əlaqə saxlayırdı.  
--Bəs siz niyə getmədiz? 
--Mənim  “Moda  evi”ndə  bəzi  təxirə  salınmaz  işlərim  var  idi.  Ona  görə 
yalnız telefonla əlaqə saxlayırdıq. Sonuncu dəfə avqustun 4-ü danışdıq. 
Dedim səhər gəlmək istəyirəm. Dedi nə zaman istəsən gələrsən.  
--Bəs niyə getmədiz? –Hikmət soruşdu. 


--Tezdən  dükana  getməli  oldum.  Çünki  işçilərdən  biri  zəng  vurdu  ki, 
Vergi  Nazirliyindən  bəzi  şəxslər  gəliblər.  Mənimlə  görüşmək 
istəyirlər. Odur ki, bağa getməyi günortadan sonraya qərara almışdım.  
--Vəfa xanım, Səyavuşla yoldaşınızın münasibəti necə idi? 
--Ata ilə oğul necə münasibətdə olurlarsa onlar da elə. Mehriban idilər.  
--Səyavuşu nə vaxtdan tanıyırsınız? 
--Uşaqlığından. On iki, on üç yaşı olardı. Vahid bazarda rast gəlmişdi ona. 
Bağda görməli bəzi işlər üçün işə götürdü. Əslində isə Vahid yetimlərə 
əl  tutmağı  sevərdi.  Bunu  onların  mənliyinə  toxunmadan  etmək 
istəyirdi.  
--Necə yəni? 
--Vahid  yetim  uşaqları  guya  işə  götürürmüş  kimi  davranırdı.  Onlar  da 
həvəslə  razılaşırdılar.  Əks  halda  tanımadıqları  birindən  qəti  pul 
götürməzdilər.  Odur  ki,  Səyavuşa  da  az  iş  müqabilində  xeyli  pul 
verirdi.  Hələ on  ildir ki, şəhərin 1 saylı  uşaq evinə  gizlin  yardım edir. 
Bunu mətbuatdan da, yaxınlarımızdan da Səyavuşdan da, Qönçədən də 
gizli edirdi. Tək mən bilirdim.  
--Demək  onun  qazancının  müəyyən  hissəsi  yetimlər  evinə  yardıma 
gedirdi.  –  Polkovnik-leytenant  Vəfa  xanımın  dediklərini  təkrarladı.  – 
Siz Vahid bəyə sonuncu zənginizi nə zaman etmişdiniz? 
--Avqustun  4-ü  axşam  idi.  Saat  haradasa  10-11  arası  olardı.  Xarici 
kanaldan bədii filmə baxırdım.  Birdən darıxdım.  
--Bəs sizdən başqa evdə kimsə var idi? 
--Əlbəttə! İşçilərin ikisi də evdə idi. 
--Sizin yoldaşınıza zəngini onlar eşitmiş olardılar? 
--Bilmirəm bunu niyə soruşursuz, amma onu deyə bilərəm ki, işçiləri ikisi 
də qapı güdüb, söz aparıb gətirməyi xoşlamadığımı yaxşı bilirlər.  
--Bizə  maraqlı  odur  ki,  yəni  sizin  həmin  saatlarda  evdən  çıxıb 
çıxmadığınızı təsdiqləyəcək kimsə var ya yox?! 
--Əgər  lazım  gələrsə  onları  da  sual-cavab  edə  bilərsiz.  Telefondakı 
danışığımızı eşidiblərsə də mənim bundan xəbərim yoxdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə