Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   52   53   54   55   56   57   58   59   60

ağlamasın  deyə,  anasına  bir  dərd  daha  verməsin  deyə  özünü  televizora  baxan 
kimi göstərirdi. 
  Vəfa Vahidi çox sevirdi. Lakin Vəfanın xasiyyətindəki soyuqluq onların 
aralarındakı səmimiyyətə də az təsir etməmişdi. Bir dəfə belə olsun Vahid onun 
ürəkdən  sevindiyini  və  ya  ürəkdən  ağladığını  görməmişdi.  Nə  evliliyə  razı 
olduğu gün, nə Qönçə doğulan gün, nə illərlə qəbul etdiyi hədiyyələri aldığında. 
Bir dəfə belə olsun. Vəfa əslində bu soyuqluğundan bezmişdi.  Amma əksini də 
bacarmırdı. Onun da xəmiri belə “yoğrulmuşdu”.   Ana olduğu gün, balasını ilk 
qucağına aldığı an nəyə desə dəyərdi.  Lakin  həkiminin dediyi o  xəbərdən sonra  
get  gedə  “daşlaşdı”.  “Siz  bir  daha  ana  ola  bilməyəcəksiz.”.  Vəfa  o  günlərdə  o 
qədər ağlamışdı ki, daha bir dəfə belə olsun sevincini ya kədərini göz yaşları  ilə 
biruzə  verə  bilmirdi.  Balasının  gözlərinə  baxıb  ürəyinin  dərinliyində  onu  nə 
dərəcədə çox sevdiyini hiss edirdi. Bu sevgi onun qəlbini isidirdi. Otaq qonşuları 
da  onun  belə  soyuq  olmasını  anlamaya  bilməmişdilər.  Halbuki    ana  olmaq 
arzusu ilə yaşayan o qədər qadın vardı ki. Vəfanın isə yeqanə balası olacaqdı bu 
körpə.  Buna  da  şükr  edərək  yaşamaq  lazım  idi.    Vahid  Vəfaya  arzulaya  bildiyi 
nə  vardısa    almışdı.      Lakin  nə  fayda  xoşbəxtlikdən  uçacaq  insana  bənzəmirdi. 
Onun  sevinci  içində  kədəri  içində  idi.  Çox “soyuq”  xarakterə  malik  idi.    Vahid 
ona  “Moda  evini”  hədiyyə  edəndə  də  sevinmişdi.  Əlbəttə  ki  özünə  məxsus 
şəkildə... 
    
-  Ana, bir şey soruşmaq istəyirəm. Lakin düzünü deyəcəyinə söz ver. 
-  Əlbəttə. O nə sözdür. Soruş görək nə soruşacaqsan?! 
-  Ana mənə de görüm atam niyə sahildəki bağa getmişdi? Küsülü idiz? 
-  Bizim  küsülü  qaldığımızı  nə  zaman  görmüsən?  Özü  iki-üç  gün 
şəhərdən  uzaq  olmaq  istədi.  Mən  də  həmin  günü  gedəcəkdim.  Lakin 
işim  çıxdı.  Bilsəydim  ki,  o  gecə  onu  kimsə  öldürəcək  qəti  işə 
getməzdim. Yanında olardım.  
-  Ana. Sən orda olsaydın qatil bəlkə də səni də....- Qönçə sözünün ardını 
deyə bilməmiş ağlamağa başladı.  
-  Yaxşı, Qönçə! Ağlayıb özünü yorma. Bil ki, hər insanın alın yazısı var. 
Qisməti var. Taleyi var. Yaşamaq lazım olduğu qədər yaşayır. Atanı nə 
qədər  sevdiyimi  bilirsən.  Mən  sənin  kimi  ağlayıb  sızlayıb  rahatlaşa 
bilmirəm.  Amma  ən  azından  bilirəm  ki,  bu  bir  qismətdir.  Ölüm  hələ 
son  deyil  ki.  Ölüm  əbədi  həyatın  qapısıdı.  Hər  kəs  öləcək.  Kim 
dünyanın ətəyindən tutub yaşayıb ki? Sən də gəl ürəyini sıxma. Bəzən 
soyuqqanlı olmaq da lazımdı.   


Anasının  sözlərini  dinləsə  də  ondan  fərqli  olaraq  göz  yaşını  silmədən 
ağlayırdı. Elə bu zaman Qönçənin mədəsində ağrılar baş qaldırdı. Özünü saxlaya 
bilməyib  cəld  vanna  otağına  keçdi.    Yediyi  yeməkləri  qaytardıqdan  sonra 
rahatlaşdığını hiss etdi. 
-  Qönçə, özünü necə hiss edirsən? 
-  İndi yaxşıyam. Narahat olma. 
-  Yəqin soyuqlamısan. Soyuq su içmisən? 
-  Yox.  Nədənsə  iki  gündür  beləyəm.  Səhər  Səyavuşla  həkimə  getmək 
istəyirdim. Alınmadı. 
-  Mən səni sabah apararam.  
-  Yaxşı.  –  Bir  anlıq  susan  Qönçə  yenidən  yemək  süfrəsinin  arxasına 
keçib əyləşdi.  
 
Bu zaman ev telefonu zəng çaldı. Qönçə dəstəyi götürdü: 
--Alo? 
--Salam,  qızım.  Necəsən?  Allah  rəhmət  etsin.-danışan  Səyavuşun  anası 
idi. 
--Ölənlərinizə rəhmət Süsən xala. –kədərli halda. 
--Özünü üzmə qızım,  ölümlü dünyadı. Kimləri aparmadı ki... 
--Düzdü.  Amma  onun  yoxluğuna  inanmağım  gəlmir.  Sanki  qorxulu 
yuxudayam ayıla bilmirəm. 
--  Bu  da  keçəcək  qızım.  Zamanla  bir  közərən  şam  tək  qalacaq  ürəyinin 
küncündə. Xatırladıqca o şam səni yandıracaq içindən. Mən bilmirəmi bu 
dərdi. Az insan itirmədim bu yaşımacan.  
-- Çingiz necədi?- Qönçə Səyavuşun qardaşını nəzərdə tutdu. 
--Yaxşıdı  qızım.  Onun  şad  xəbərini  deyəcəkdim  Səyavuşa  ki,  qəfldən 
Çingiz gəldi ki,  bəs ana, Vahid əmi ölüb.  
-- Bəs o hardan bilib? 
--  Ona  da  əmin  deyib  qızım.  Zəng  ediblər  bura  əminə.  O  da  eşidəndən  
yazıq  hala  düşüb.    Axşam  Çingizlə  getdik  onlara.  Nina  yaxşı  qarşıladı 
bizi.  Gürcü  qızıdı  da  adətimizi  hardan  bilsin.    Hə  nəsə  ...  Sözün  qısası 
əmin xəbəri alandan əriyib şam kimi. Elə yazığım gəldi ona ki. Dünən nə 
qədər etdim sizə düşə bilmədim. Xətt qırılırdı.  
-- Ola bilər. Siz axı Tbilisidən zəng vurursuz. Bəs Əmi gəlməyəcək? 
--Bu  gecə  çıxasıdı.  Dedi  Vəfa  xanımla  danışıblar.  Sabah  yas  olacaq. 
Dedim  mən  də  gəlim.  Çingiz  qoymadı  ki,  ayaqlarının  müalicəsini  yarım 
qoyma. Çingiz də əminlə gələcək.  
-- Gəlsinlər. Sənə kim baxacaq ay Süsən xala? 
--Nina  baxar.  Onsuz  da  bir  ehtiyacım  yoxdu.  Amma  yenə  də  təklikdənsə 
elə yaxşıdı. Səyavuş hardadı? 
--O polis məntəqəsindədi. İstintaq gedir.  
--Nə istintaq ay bala? 


--Bəs atamı kimsə öldürüb deyə cinayət işi açıblar. 
--Boyy... başıma xeyir bu nə danışır? Ay bala əmin bilsə dəliyə dönər.  
-- Siz deməyin. Onsuz da gələndə biləcək. 
--Hə düzdü. Bəs Səyavuşun orda nə işi? 
--O da kömək edir bəzi məsələlərdə. 
--Can,yetimim  can..  Yaman  çox  sevərdi  Vahid  qardaşı.  Yaman.  Allah 
köməyi olsun balalarıma gün ağladı. Öz balası kimi ikisini də oxutdu. Bu 
deyy Çingizi də qardaşına tapşırdı. Birlikdə necə yola gedirlər bir görsən. 
Sanki ata bala kimi ticarət edirlər.  Maşallah olsun. Ruhu şad olsun Vahid 
qardaşımın. Nə deyim. Ona qıyan əllər qurusun inşallah.  
--.....- Qönçə ağlayırdı. 
--Yaxşı  qızım  ağlama.  Ağlamaqla  öləni  geri  qaytarmaq  olsaydı  kimlər 
kimlər qayıdardı. Özünə fikir ver. Dərd etmə.  
-- Yaxşı Süsən xala.  
--  Di  get  bala,  sağol.  Müalicəm  bitsən  gələcəm  özüm  də.  Gecəniz  xeyirə 
qalsın. 
--Sizin də. Sağolun. 
 
Qönçə  dəstəyi  asıb  yerinə  keçdi.  Bəyaqdan  kənarda  oturub  onun 
danışqıdlarına qulaq asan Vəfa xanım dilləndi.  
--Süsən yaxşı qadındı.  
--....-Başı ilə razılaşdı. 
-- Nə deyirdi? Əmin gəlir? 
--Hə deyir gecə çıxacqlar. Çingiz də gəlir onunla. 
--Qoy gəlsin ən azından burda lazımdılar. 
         - Ana, səncə atamı kim öldürüb? 
-  Bilmirəm. Şübhələndiyim tək insan varsa o da Faiq bəydir.  
-  Mən  də  ondan  şübhələndiyimi  ifadə  verəndə  qeyd  elədim.  Dedim  ki, 
vaxtı ilə atamdan əl çəkmirdi.  
-  Qönçə,  -  Vəfa  xanım  tərəddüd  etsə  də,  demək  məcburiyyətində  qaldı. 
Anladı ki, qızının bunu bilməyə haqqı var. Odur ki, danışmağa başladı. 
–  Bilirsən,  atanın  ölümündən  üç  gün  əvvəl  axşam  Faiq  bəy  oğlu  ilə 
bizə gəlmişdilər. Atandan fabriki geri satmağını tələb etdilər. O da qəti 
etiraz elədi. Dedilər ki, əyər iki günə geri satmasan özündən küs.  
-  Səncə atamı o öldürüb? 
-  Başqa kim ola bilərdi ki? 
-  Bilmirəm. Heç kim ağlıma gəlmir. - əllərini alnında birləşdirən Qönçə 
dərindən  ah  çəkib  -  Bəs  atam  niyə  satmadı  fabriki?  Nəyinə  lazım  idi 
axı?  Onsuz  da  tikinti  işindən  uzaq  dururdu.    Nə  edəcəkdi  o  xarabanı? 
İndi də ölümünə səbəb oldu... 
-  Sənin doğum günü hədiyyən idi. Ona görə satmadı. 
-  Nə-ə-ə?  –  təəccüblənmiş  Qönçənin  rəngi  qaçdı.  –  Onlar  atamı  mənim 
hədiyyəm  üstündə  öldürüblər?  Bunu  necə  qəbul  edə  bilərəm  axı?  Heç 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə