Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   52   53   54   55   56   57   58   59   60

Vəziyyəti  belə  görən  Erna  gecə  ikən    bir  bağlama  paltarla  onlara  gəlib  hamilə 
olduğunu  və  atası  anası  tərəfindən  evdən  qovulduğunu  deyir.  Ulduzun  ürəyi 
yanır  Ernaya.  Nə  də  olsa  öz  oğlunun  günahını  daşıyırdı  bətnində.  Odur  ki, 
İsabala  ilə  qərarlaşıb  onları  evləndirirlər.    Qısa  zamandan  sonra  Ulduz  ürək 
çatışmamazlığından  dünyasını  dəyişir.  Bu  itgi  Faiqi  sarsıdır.  Atasını  da 
itirməmək  üçün  anasına  verdiyi  son  vədinə  əməl  etmək  üçün  gecələri  oxuyur, 
gündüzləri  işləyirdi.  Çox  çətin  olsa  da  səbr  edirdi.  Erna  evin  xanımı  olmuşdu 
artıq.  İsabala  müəllim  də  xanımının  ölümündən  sonra  Bakıda    qala  bilməyib 
rayonların  birinə  köçdü.  Tək  yaşamağa  üstünlük  verdi.  Faiq  isə  atasının  bu 
addımını  anlaya  bilmədi.  Ondan  bərk  incidi.  Zamanla  Ernadan  oğlu  doğuldu.  
Faiq hər uşağa baxanda öz qanından olmadığını hiss edirdi. Lakin Erna onun bu 
şübhəsini  də  yoluna  qoymuşdu.  Hadisələri    su  kimi  axarlı  etmişdi.  Erna  hətta 
uşağa  öz  atasının  adını  qoymaq  istəsə  də  Faiq  Fuad  qoydu.    Günləri 
mübahisələrlə bol  idi. Ernanın əvvəllər  nümayiş etdiyi sevgisindən bir parça da 
qalmamışdı.  Faiq  isə  yalnız  oğlu  üçün  işləyirdi.  Erna  Fuadın  tərbiyəsinə  ciddi 
yanaşırdı.  Ona  qəddarlığı  öyrədirdi.  Qarşısına  çıxan  uşağı  döyməyi,  dalaşmağı, 
əlinə  daş  alıb  baş  yarmağı  öyrədirdi.  Oyuncaqlarının  əksəriyyəti  tapanca  idi. 
Onu  zalım  və  qorxusuz  böyüdürdü.  Bu  tərbiyyədən    Faiqin  xəbəri  olmurdu. 
Bütün  gününü  evdən  çöldə  keçirirdi.    Tezliklə  İnistutu  bitirdi  və  işləməyə 
başladı.  Əvvəlcə  kiçik  işdə  işləyirdi.  Bu  onu  qane  etsə  də  Ernanı  qane  etmirdi. 
Daha çox pul, daha çox yemək, daha çox geyinmək istəyirdi. Bir gün işdən evə 
gələn  Faiq  Ernanın  masa  üzərinə  qoyduğu  məktubu  tapır.  Əvvəlcə  nə  baş 
verdiyini anlamasa da məktubda yazılanları oxuyub hər şeyi dərk edir.  
Faiq,  sənin  nazına  çox  dözdüm.  Evə  gətirdiyi  5-3  manatla  güclə  dolandırırsan 
məni.  Atamla  anam  İrəvana  dönürlər.  Mən  də  onlarla  birlikdə  gedirəm.  Fuadı 
aparmağa  qoymadılar.  Mən  də  sənə  verirəm.  O  sənin  oğlun,  o  da  sən.  Mənsə 
hələ cavanam. Evlənib həyatımı yaşayacam. Məni itirib axtarma.  
Erna... 
Bu  sanki  məktub  deyildi,    xəncər  idi  Faiqin  sinəsinə  batmışdı.  Sadəcə  oğlunun 
anası  idi.  Bir  qədər  stulda  əyləşib  əsəbindən  nə  edəcəyini  düşünsə  də,  Fuadı 
aparmadığına  şükr  edib  həyatını  yaşamağa  başladı.  Əvvəlcə  Fuada  səbəb 
demədi.  Sanki  Erna  harasa  dincəlməyə  gedib.  Lakin  sonra  Fuada  hər  şeyi  başa 
saldı.  Ayrıldıqlarını  və  anasının  ondan  imtina  etdiyini  dedi.  Fuad  bunu  başqa 
uşaqlara  nisbətən soyuq qarşıladı. Lakin içində nələr yaşadığını kim bilə bilərdi 
ki... 


İllər  keçir  Fuad  İnistuta  qəbul  olur.  Faiq  vəzifəcə  yüksəlməyə  başlayır.  İşləri 
əvvəlkindən  qat-qat  yaxşı  gedir.  Hər  hansısa  işə  sərmayə  qoyub  artıqlaması  ilə 
qazanır.  Faiq  fabriklərdən  birində  işləyən  mehriban  bir  xanımla  evlənir.  Ernanı 
onsuz  da  sevməmişdi.  Buna  görə  də  sevginin  nə  olduğunu  ilk  dəfə  İradə 
xanımdan  duyur.  Onunla  xoşbəxt  həyatına  qədəm  qoyur.  Tezliklə  ekiz  qızları 
doğulur.  Onlar  məktəbə  gedəndə  Fuad  evlənir.  Beləliklə  Faiqin  başı  ailəsinə 
qarışır. Fuad onun tək varisi, yeganə oğlu olur.  
 
On birinci fəsil 
 
Səhərin  nə  zaman  açıldığının  fərqinə  varmayan  Məmmədzadə  gecəni 
divanda  yatıb  qalmışdı.  O  qədər  dərin  yatmışdı  ki,  kabinetinə  daxil  olub 
sənədləri  masa  üzərinə  qoyan  Qədiri  belə  görməmişdi.  Qədir  də  istəməzdi  ki, 
şirin  yuxu  ilə  yatan  rəisini  cinayət    işinə  aid  sənədə  görə  oyatsın.  Odur  ki, 
sənədləri  sakitcə  masa  üzərinə  qoyub  getmişdi.  Polkovnik-leytenant  ayıldıqda 
isə artıq  günorta saat 12 idi. Çox yatmışdı. Lakin  gecə də gec yatmışdı. Demək 
olar səhərə kimi düşünmüşdü.  Ayağa qalxıb küncdəki otağın qapısını açdı. Əl -
üzünü  yuyub  dəsmalla  qurulandı.  Sonra  yenidən  iş  otağına  qayıdıb,  şəxsi 
stulunda  əyləşdi.    Qədirin  qoyduğu  qovluğu    diqqətlə  nəzərdən  keçirib  masa 
üzərindəki müvafiq düyməni basdı: 
-  Mayor Paşazadə və mayor Eyvazovu yanıma çağırın! 
-  Baş üstə! – Leytenant Nəsirovun səsi eşidildi. 
Bir dəqiqə sonra qabı döyülərək açıldı. 
-  Sabahınız  xeyir  olsun  yoldaş  Məmmədzadə!  –  hər  ikisi  birlikdə 
salamlaşdılar.  
-  Sabahınız  xeyir. Qədir, qoçaq adammışan, maşallah! 
-  Sizin kimi rəisi olan işçi qoçaq olmayıb nə etməlidir? 
-  Yaxşı.  Əhsən  sənə.  Demək  tezdən  fabrikə  gedərək  analiz  üçün  torpaq 
götürüb, ekspertizaya təhvil vermisən.  
-  Üstəlik ekspertizanın rəyini və tapşırdığınız kimi Faiq bəyi də oğlu ilə 
gətirib. – Paşazadə fərəhlə dilləndi. 
-  Vallah  qızıl  oğlansan.  –  yarı  gerçək,  yarı  istehzalı  danışan  polkovnik-
leytenant  ayağa  qalxıb  pəncərə  önündə  dayandı.  Eyvazova  baxaraq 
dedi– Ekspertlərin rəyini oxu.  
-  Baş  üstə!  -  qovluğu  əlinə  alıb  stulda  əyləşdi.  Burada  qeyd  olunur  ki, 
həqiqətən  də  torpaq  nümunələri  arasında  99%  oxşarlıq  var.  Bu  o 
deməkdir  ki,  cinayət  törədilmiş  yerdən  tapılmış  torpaq  qalığı  ilə  həm 
fabrikdən  mənim  nümunə  olaraq  verdiyim  torpaq  parçası,  həm  də 


Səyavuş  bəyin  ayaqqabısının  altından  alınmış  torpaq  nümunəsi  ilə 
eynilik  təşkil  edir.  Lakin  hadisə  yerindən  tapılmış  ayaqqabı  izi  ilə 
Səyavuş  bəyin  ayaqqabısının  izi  eyni  deyil.  Səyavuş  bəyin  ayaqqabısı 
həm  də  pəncəsiz  olmağı  ilə  həmin  ayaqqabı  izindən  fərqlənir.  Həmin 
gün Səyacuş ayrı ayaqqabıd olsaydı da yenə də tapılan ayaqqabı izi ilə 
eyni olmayacaqdı. Qeyd etdiyim kimi, qatilin ayağı 46 ölçülü olmaqla 
yanaşı həm də pəncəlidir. Səyavuşun isə ayağı pəncəsizdir.   
-  Dayan!  –  polkovnik-leytenant  qəfildən  Eyvazovun  nitqini  yarımçıq 
qoydu. – Belə çıxır ki, həmin gecə Səyavuş orada olmayıb? 
-  Görünür ki, elədir. 
-  Bəs  onda  xalça  üzərindən  tapılan  torpaq  qalığı?  O  ki,  Səyavuşun 
ayaqqabısındakı torpaqla, üstəlik fabrikin torpağı ilə eynidir.  
-  Yoldaş  polkovnik-leytenant  mənə  elə  gəlir  ki,  Səyavuş  burada 
günahsızdır.  Torpaq  xalça  üzərinə  Vahid  bəylə  ölümündən  3-4  gün 
əvvəl  həmin  kabinetdə  keçirdiyi  söhbət  zamanı  da  düşə  bilərdi.  – 
Mayor Paşazadə dedi. 
-  Bildiyinizə  görə  xadimə  həmin  evə  həftədə  yalnız  bir  dəfə  baş  çəkir.  
Bu  isə  o  deməkdir  ki,  Səyavuşla  Vahid  bəyin  məhz  həmin  kabinetdə  
görüşləri olmuşdu. Ya görüşündən sonra xadimə orada olmayıb, ya da 
xadimə həmin həftəni işə gəlməyib.  
-  Bu  dəfə  gərək  özüm  xadiməni  danışdırım.  Unutmayın,  Qüsursuz 
cinayət  yoxdur.  Qatil  mütləq  nədəsə  səhv  edir.  Bizim  işimizdə  isə  o 
ayaqqabı izini səhv olaraq buraxıb. Daha bir neçə bu növ səhvlər aşkar 
etsək bir o qədər tez qatili həbs edərik.  
-  Sizinlə  tamamilə  razıyıq  Asif  müəllim.  Bu  arada  onu  da  deyim  ki, 
xadiməni xəstəxanadan vaxtından əvvəl buraxıblar.  
-  Lap  yaxşı  xadimə  nahardan  sonra  burda  olsun.  O  zamanadək  Faiq 
bəyin ifadəsini alaq.  
Eyvazov  cəld  dəhlizə  çıxdı.  Məmmədzadə  yenidən  pəncərə  önünə  keçdi. 
Hikmət  isə  qovluqdakı  sənədləri  daha  da  dərindən  oxuyur,  nəyisə  beynində 
götür  qoy  edirdi.  Bu  an  Qədir  alçaq  boy,  dolu  bədənli,  qara  saçı  ağ  saçları 
arasından  güclə  seçilən,  çənəsində  və  burnunun  altında  seyrək  saqqalı  olan, 
bahalı kostyum geyinmiş şəxslə otağa daxil oldu. Qədir əli ilə həmin şəxsi işarə 
edib: 
-  Cənab polkovnik-leytenant sizə Faiq bəyi təqdim edirəm.  
-  Keçin  əyləşin!  –  Məmmədzadə  qarşısında  dayanmış  boynu  yoğun 
kişiyə  stulda  yer  göstərdi.  Özü  də  onunla  üz  -üzə  əyləşdi.  –  Özünüzü 
təqdim edin! 
-  Faiq  bəy  İsabala  oğlu  İsayev.  1956-cı  il  təvəllüdüyəm.  Bir  oğlum,  üç 
qızım, iki nəvəm var. – mehribancasına dilləndi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə