Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

maraqlıdır.  Yaz  görək  sənin  axırıncı  araşdırdığın  cinayət  hadisəsi  nə 
üstündədir? Kim törədib? Necə baş verib? 
Suallarıma tezliklə cavab gözləyirəm. Nəyə ehtiyacın olsa mən qulluğunda 
hazır! Özünü qoru. Hələlik! ” 
Məktubu oxuduqdan sonra Məmmədzadə cavab  yazmaq  üçün  yeni sənəd 
açdı. Beləliklə dostunun məktubuna cavab yazmağa başladı: 
“Əziz dostum Murad!  Necəsən? Son məktubunda yeni bağladığın cinayət 
işindən  yazmısan.  Çox  maraqlı  və  qaranlıq  məsələyə  oxşadı.  Ən  sonda  biləndə 
ki,  qətli  məhz  erməni  mənşəli  oğulluğu  törədib  tamamilə  təəccüblənmədim.  Bu 
ermənilərin  xislətinə  uyğundur.   Bunların  təbiətində  qəddarlıq,  rəzillik, 
nankorluq həmişə özünü göstərəcək. 
Yaxşı  indi  isə  sənin  suallarına  cavab  yazım.  Xahiş  edirsən  ki,  son 
araşdırdığım cinayət işi ilə bağlı nə isə yazım. Baş üstə! Əvvəla ondan başlayıb 
ki,  hadisə  hələ  bu  səhər  məlum  olub.  İlk  görünüşdə  intihar  səhnəsinə  bənzəyir. 
Lakin mən intihar olduğuna inanmıram. İş ondadır ki, ölən şəxs 48 yaşlı məşhur 
iş  adamı  Vahid  Zamandır.  Bağ  evində  iş masası  arxasında  üz  üstə stol  üstündə 
ölmüşdür. Dodağının sağ tərəfində kiçik yara, sol əlində Revolver markalı odlu 
silah vardı. Sol gicgahdan aldığı güllə yarasından ölmüşdür. Masanın üzərində 
boş  ağ  vərəq  və  mərhumun  sağ  tərəfində  vərəq  üzərində  qələm  vardı.  İş 
otağında  ayaq  altına  salınmış  xalçanın  üzərində,  dəqiq  qeyd  etsəm  tam 
mərhumun  sol  tərəfində  yerdən  qum  tapılıb.  Hal-hazırda  isə  ekspertizanın 
cavabını gözləyirəm.” 
Bu an qapı döyüldü: 
--Gəlin!- deyən Məmmədzadə narazılıqla cavab verdi. 
--Hər vaxtınız xeyir!  Sizə nahar gətirmişəm. 
--Keç 
əyləş 
Qədir. 
Nə 
zəhmət 
çəkdin? 
–deyib 
natamam 
məktubunu  yaddaşa verdi. 
--Nə zəhməti Asif müəllim?! Sizə canım qurbandır. 
--Yaxşı görək... 
--Siz  necə  deyirdiniz?  Aha  yadıma  düşdü:  “Qocanın  biliyi,  cavanın 
biləyi!” 
--Pay atonan! Qədir, məni nə tez qocaltdın? 


--Yox-yox  polkovnik-leytenant,  mən  sadəcə  sizin  vaxtı  ikən  dediyiniz 
atalar sözünü xatırladım. 
--Onda al cavabını “Qocaya gülən özünə gülər!” 
--Hm....  Bu  saat,  bu  saat.  Aha..  Xatırladım:  “Qocadan  demək  cavandan 
kömək!” 
--Bəh-bəh!  Adamın  ürəyinə  yağ  kimi  yayılır.  Nə  yaxşı  ki,  sənin  kimi 
cavanlar  atalar  sözlərimizi  unutmurlar.  Əhsən!  İndi  zarafat  qalsın  bir  yana. 
Naharı bir qədər sonra edərəm. De görək hörmətli ekspertlərimizin rəyi necədir? 
--Çox  sağ  olun!  Əslində  bütün  atalar  sözlərini  məktəb  illərində 
keçmişdim. Lakin sizinlə işlədiyim bu illər ərzində yenidən öyrənmiş oldum. Siz 
mənim  üçün  canlı  örnəksiniz.  O  ki,  qaldı  ekspertlərin  rəyinə  o  da  ki  bu 
qovluqda. 
Əlindəki 
qovluğu 
açıb 
masanın 
üzərinə 
qoyur. 
Məmmədzadə 
ekspertlərinin rəyini göz ucu nəzərdən keçirtməyə başlayır. Bu zaman Qədir: 
--Ekspertizanın  nəticəsinə  əsasən  Vahid  Zaman  gecə  22:30  radələrində 
qətlə  yetirilib.  Xalça  üzərində  tapılmış  həmin  torpaq  parçası  heç  də  mərhumun 
ayaqqabısından  deyil.  Biz  hadisə  yerindən  uzaqlaşdıqdan  sonra  evin  bağ 
hissəsində  hasara  iki  metrlik  aralıdakı    palçıq  ərazidə    yeni  düşmüş    kişi 
ayaqqabısının  izi  aşkar  olunub.  Ayaqqabı  ölçüsü  46-dır.  Vahid  Zamanın 
ayaqqabı ölçüsü  isə 42-dir.  Sonra bizim  hər ikimizi cavabsız suallarla baş-başa 
qoyan  o  ağ  vərəqlər  də  ekspertlərin  tam  sübutu  ilə  bizlərə  təhvil  verilmişdir. 
Həmin vərəqlər iki ədəd olmaqla  A4 formatındadır. Onun üzərindən mərhumun 
əl  izləri  aşkarlanıb.  Hətta  bir  ədəd  saç  teli  də  varmış  ki,  o  da  məhz  mərhumun 
saçındandır.  Qeyd  olunur  ki,  iki  vərəqdən  yalnız  birinin  üzərində  azacıq  qələm 
ucu  izləri  aşkarlanıb.  Ekspertlərin  düşündüyünə  görə  ola  bilər  ki,  iki  vərəq 
üzərində  daha  bir,  yəni  üçüncü  vərəq  də  olmuşdur.  Məhz  həmin  vərəqin 
üzərində  yazılmış  yazıların  bir  qismi  daha  doğrusu  bəzi  hərflərinin  izi  ikinci 
yəni  altdan  qoyulmuş  vərəqə  düşmüşdür.  Həmin  hərflərin  sıra  və  yerləşmə 
məsafələri də qeyd olunmuşdur. Ən dəqiq bilinən iz isə imzadır. O daha dərin və 
səliqəsiz  yazılmışdır.  Bunun  əsasında  hər  iki  vərəqə  də  keçmişdir.  Məlum 
olunmuş hərflər elə aşkar olunduğu yerdə sürəti çıxarılmışdır. 
Məmmədzadənin əlindəki qovluğu yenidən açıb iki sənəd çıxardıb uzatdı. 
Polkovnik-leytenant əlinə aldığı iki vərəqi də incəliklə yoxlamağa başladı: 
--Demək  belə  çıxır  ki,  Vahid  Zaman  gecə  idman  geyimində  olarkən  öz 
şəxsi,  lakin  istifadə  etmədiyi  kabinetində  öldürülüb.  Qatil  hər  kimdirsə  bizim 
əlimizdə indi yalnız bir sübut var. O da qatilin 46 ölçülü ayaqqabı izi. Mümkün 


olduğu  qədər  mərhumun  yaxınlarından  bu  barədə  bildiklərinizi  gizli  saxlayın. 
Mənə  nədənsə  elə  gəlir  ki,  Vahid  Zamanı  yaxın  adamlarından  biri  öldürüb.  O 
hər kimdirsə mütləq tapılacaq. 
--Baş üstə! 
--Bu mərhumun qarşısındakı ağ vərəq, bu isə həmin vərəqdə aşkar edilmiş 
cizgilərin sürəti. 
--Bəli  Polkovnik-leytenant!  Hərifləri  sıra  ilə  oxuyun  bəlkə  siz  hansısa 
sözləri aşkar etdiniz. Mən yol boyu təxmini göz gəzdirdim. Göründüyü kimi heç 
də uzun olmayan mətn izi var: 
“  M,s,a,m,l,n,F,o” 
 --Əldə etdiyimiz məlumatlara görə deyəcəyim tək bir söz vardır ki, o da Vahid 
Zamanı  öldürüblər.  Biz  tezliklə  qatili  tapmalıyıq.  De  görək  mərhumun  ailə 
üzvləri nə zaman burda olarlar? 
--Dəqiq  desəm  sabah  saat  9  dan  etibarən  ifadə  verməyə  gələcəklər.  Vahid 
Zamanın  qardaşı  Nəbi  Zaman  hələ  ki,  Gürcüstandadır.  Telefon  zəngi  ilə 
xəbərdar edilib. O da bacısı Kübra xanım da sabah burda olmalıdırlar. 
--Lap yaxşı. İndi isə bir az nahar edim. Sonra işlə məşğul olarıq. 
--Əlbəttə. Mən icazənizlə gedim. 
--Buyur. Bir də mümkün olduqca dəqiq məlumat lazımdır. 
--Bilmək olar, nə barədə?- Qədir soruşdu. 
--Hadisə  yerindən  tapılmış  torpağın  haraya  aid  olduğunu  dəqiqləşdirmək 
lazımdır. 
--Əlbəttə. Bu gün ekspertlərin diqqətini torpağa yönəldərəm. Səhər hazır cavabla 
qarşınızda olaram... 
--İndi isə gedə bilərsən! 
--Sağ olun, Asif müəllim! 
Beləcə  Məmmədzadə  kabinetində  tək  qaldı.  Mayor  Eyvazovun  aldığı 
naharı yeməyə başladı. Azacıq bibərli olsa da iştahla yedi. 
Beşinci fəsil  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə