Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

edək.  Allaha  şükr  edərək  günümüzü  başlayıb,  şükürlə  də  bitirək.  Aldığımız  hər 
nəfəsə görə Allaha  min şükür!!! 
 
 
Müəllif: Xəyalə Murad (29. 05.2012) 
 
 
 
“Zamanın öz məlhəmi” 
povest 
 
I  Fəsil 
1970-ci illər 
 
 
 
Uzaq bir kənddə balaca daxma vardı. Bu daxmalardan burda çox idi. Kənd 
sakinləri yaşadıqları daxmaları öz əlləri ilə zəhmətləri ilə inşa etmişdilər. Həmin 
daxmaların birində  yaşayan ailənin  qızı  dünyaya gəlir.  O  qız ki,  həyatının onun 
uçun hazırladığı acı taledən, yaşayacağı ən acı faciədən xəbərsizdi.  
 
Valideynləri yeni doğulan körpəyə Səma adı verirlər. Onun səma tək gözəl 
olduğunu  düşünürdülər.  Həqiqətən  də  o  gözəl  idi.  Qara  gözlü,  qara  qaşlı,  sifət 
cizgilərinə  görə  normal  olan  burnu  və  dodaqları  vardı.  Çoxlarının  paxıllıq 
edəcəyi bir gözəllik vardı Səmada. 


 
Zaman  keçdikcə  o  böyüyür  və  daha  da  gözəlləşirdi.  Qonşuluğunda 
yaşayan bütün yaşıdları ona həsəd aparır, günbəgün gözəlləşən bu simaya valeh 
olurdular.  Səmanı  gözəl  edən  təkcə  onun  gözəl  siması  deyildi.  Onun  parlaq  və 
uzun  saçları  vardı.  Tamamilə  düz  olan  şabalıdı  rəngli  ipək  saçları  gün  işığında 
daha  da  parlaq  olurdu.  Bəzən  yaşlı  nəsil  nümayəndələri  Səmaya  bu  gözəlliyi 
Allahın  sevimli  bəndəsi  olduğundan  verildiyini  deyirdilər.  Əlbəttə,  Səma  da  öz 
gözəlliyinin fərqinə varırdı. Bilirdi ki, gözəl olduğu üçün başqa qızlar tərəfindən 
qısqanılır.  Hər  axşam  güzgü  qarşısında  dayanıb  öz  gözəlliyinə  tamaşa  edirdi. 
Qulaqlarına taxacağı qızıl sırğaları xəyal edirdi. Ona qızılın necə də yaraşacağını 
düşünürdü. Beləcə xəyallar quraraq yuxuya gedərdi.  
 
İllər  keçdikcə  Səma  daha  da  gözəlləşirdi.  Artıq  on  iki  yaşına  çatmışdı. 
Lakin bilmirdi ki, həyat onu  geriyə dönüşü olmayan sınıq körpünün astanasına 
gətirib  çatdırıb.  Nə  etsə  də  alın  yazısından  qaça  bilməzdi.  Onda  yaşayacağı  acı 
taledən  bixəbər  idi.  Tezliklə  özündən  böyük  olan  qardaşına  elçi  gedirlər.  Qısa 
zamanda  toy  məclisi  qurulub,    evə  gəlin  gətirildi.    Yeni  ailənin  rahat  yaşamağı 
üçün atası bağda bir otaqlı ev tikib oğluna hədiyyə edir. Az bir zamanda qardaşı 
əsgər  gedir.  Beləcə  gəlin  tək  qalmasın  deyə  Səma  onunla  bir  evdə  yaşamağa 
başlayır. Gəlin ilk gündən Səmanın ürəyinə yatır. Onunla böyük bacı kimi rəftar 
edir.  O  da  həmçinin  Səmanı  çox  sevir.  Hər  gecə  onun  saçlarını  darayıb  hörür. 
Maraqlı  əhvalatlarla    başını  qatırdı.  Aralarında  elə  də  böyük  yaş  fərqi  yox  idi. 
Səmanın 12 yaşı, gəlinləri Cəmilənin isə 16 yaşı vardı.  
 
Bir gün Səma saçlarını yumaq uçun odun üzərinə su ilə dolu qazan qoyur. 
Cəmilədən  də  xahiş  edir  ki,  su  isinən  kimi  çağırsın.  Müəyyən  vaxtdan  sonra 
Cəmilə  suyun  qaynadığını  görür.  Səmaya  əziyyət  olmasın  deyə  qaynar  su  ilə 
dolu  qazanı  odun  üzərindən  götürüb  Səmanın  saçlarını  yuyacağı  dama  gətirir. 
Bura bütün ailə üzvlərinin yuyunması üçün tikilmiş xüsusi yer idi. Cəmilə suyun 
çox  qaynar  olduğunu  bilib,  soyuq  su  gətirməyə  gedir.  Bu  zaman  Səma 
Cəmilədən xəbərsiz dama girib suyun artıq orada olduğunu görür. Saçlarını açıb, 
başını  aşağı  əyir.  Sutökənin  köməkliyi  ilə    qaynar  qazandan  su  götürüb  başına 
tökür.  Elə  o  andaca  yanır.  Qışqırığına  qonşular  belə  toplaşır.  Səma  od  tutub 
yanan başının ağrısından fəryad qoparır. Bu anı sözlə təsvir etmək belə acı gəlir 
insana. Qonşuluqda yaşayan Xosrov adlı həkim Səmanı muayinə edir. Qaynar su 
ilə yanmış başa baxaraq: 



Əfsuslar  olsun  ki,  ev  şəraitində  nəsə  etmək  mümkün  deyil.  Tez  bir 
zamanda xəstəxanaya aparılmalıdır.  
Qonşuların  köməkliyi  ilə  Səma  xəstəxanaya  yerləşdirilir.  Həkimlər 
əllərindən  gələn  yardımı  əsirgəmirlər.  Cəmilə  baş  vermiş  hadisədən  yalnız 
özünü  günahkar  bilərək  hər  gün  Səmadan  dönə  -  dönə  üzr  istəyir.  Allaha  dua 
edir  ki,  Səmaya  heç  nə  olmasın.    Bir  gün  sonra  həkim  Səmaya  həyatını  alt  üst 
edəcəyi  dəhşətli  xəbəri  verir.  Səmanın    saçı,  eləcə  də  qızıl  sırğalarını  taxacağı 
qulaqları  tamamilə  yanmışdı.  Nə  hər  gün  darayaraq  uzunluğundan  və 
parlaqlığından  fərəhləndiyi  saçı,  nə  də  normal  quruluşa  malik  qulaqları 
olmayacaqdı.  
Bir  ay  beləcə  keçdi.  Səma  daha  insanlar  arasına  çıxmır.  Mənliyi  ilə  tək 
tənha  yaşayırdı.  Hərdən  Cəmilə  ilə  danışar,  lakin  daha  gülməzdi.  Taleyin  acı 
yazısı  həyatdan  küsdürmüşdü  Səmanı.  Yaşamaqda  heç  bir  məna  görmürdü. 
Daha  kim  ailə  qurmaq  istərdi  Səmayla?  Kim  fəxrlə  gəlinlik  geyindirib  qoluna 
taxaraq atası evindən aparardı Səmanı? Yox idi o kimsə. Olmayacaqdı da. Səma 
da  bunun  fərqinə  varırdı.  Cəmilə  daha  Səmanın  yanında  saçını  daramazdı.  
Səma  pis  olmasın  deyə  hətta  qulaqlarından  toy  sırğalarını  çıxartmışdı.  Xəcalət 
çəkirdi  öz  hərəkətindən.  Əyər  Səmaya  suyun  qaynar  olduğunu  öncədən  xəbər 
versəydi  bütün  bunlar  gəlməyəcəkdi  yazıq  qızın  başına.  Hər  gün  atasının, 
anasının,  qohumların,  qonşuların  tikanlı  sözləri  və  iyrənc  baxışları  ilə 
üzləşməyəcəkdi  Səma.  Çox  çətin  idi  qızcığaza  yaşmaq.    Buna  yaşamaq  belə 
demək olmazdı. O sürünürdü tale yolunda.  
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
II Fəsil 
 
 
 
Günlərin  bir  günü  Səma  yuxusunda  uzun  gözəl  saçları  olduğunu  görür. 
Lakin bu hər gecə öz saçlarının xəyalı ilə yataraq gördüyü kimi deyildi. Bu taxma 
saç  idi.  Səma  yuxusunda  yanmış  başına  taxma  saç  qoyduğunu,  xoşbəxt 
olduğunu,  hər  kəsin  onunla  mehriban  davrandığını  görür.  Lakin  bu  xoşbəxtlik 
uzun çəkmir. Qəfildən Cəmilənin səsindən oyanır. 

Sən bu vaxt niyə gülürsən? - Cəmilə heyrətlə soruşdu.  

Qəribə yuxu görürdüm. Heç inanmayacaqsan. – deyən Səma yatağının 
ortasında oturdu.  

De bəlkə inandım. 

Cəmilə,  yuxumda  görürdüm  ki,  mənim  taxma  saçım  var.    Taxma  olsa 
da  heç  kəs  bunun  normal  saçdan  fərqləndiyini  hiss  etmir.  –Səma 
sevinərək yuxusunu danışdı. 
Cəmilə həmin gecəni səhərə qədər düşündüyündən yatmamışdı. Səmanın 
yuxusunu  gerçəkləşdirmək  istəyirdi.  Amma  bilmirdi  ki,  taxma  saçı  haradan 
tapsın. Yatağında sağa çevrilərkən öz saçı üzünə toxundu. Elə bu an da hər şeyin 
çarəsini tapdı. Səhər açılan kimi Səmanı oyatdı. 

Səma, oyan! Sənə sözüm var. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə