Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   28   29   30   31   32   33   34   35   ...   60

Mirzə maşınını ora sürüb Tərlanı Cəfərlə köməkləşib maşına mindirdi. Arifə də 
onunla  maşına əyləşib  getdi. Dilarə bir an tərəddüd etmədən Sevincin qolundan 
tutub evə girdi.  
- Ana, Arifə nə dedi? 
- Bilmirəm, Başlarına hava gəlib. Geyin gedək. 
-Hara? 
-  Hara  olacaq?  Xəstəxanaya.  Tərlandan  mənə  pislik  dəyməyib.  Onu  bu  halda 
qoya bilmərəm. Öz oğlum kimi çox istiyirəm.  
- Yaxşı. Gözlə gəlirəm. 
  
       Xəstəxana dəhlizində o başa bu başa gedən Arifə özünü günahlandırırdı.  
- Dilm quruyardı. Dilim.... 
 Dəhlizdə Sevinclə Dilarəni görüb özünü itirdi. Dilarə Arifəyə baxıb altan yuxarı 
üzünü türşütdü.  Sevinc isə özünü saxlaya bilmədi: 
-  Arifə,  o  nə  sözlərdi  dedin?  Ayıb  deyildi  sənin  üçün?  Sən  ki  bilirsən  Tərlanla 
aramda heç nə olmayıb, olması da mükün deyil! 
-  Sevinc,  bura  söz  söhbət  yeri  deyil.  Allaha  tapşır  onu  bəsindir.  Sən  günah 
etməmisən.  Qoy  günahı  edən  qorxsun.  Yazıq  Tərlan  gör  Arifədən  nələr 
çəkirmiş. Cavanca oğal uşağı, turp kimi oğlan göz önündə şam kimi əridi. İnana 
bilmirəm hələ də... 
 
 Dilarənin  sözlərindən  yerindəcə  alışıb  yanan  Arifə  it  kimi  peşman  olmuşdu. 
Tərlanı  sevmədiyini  düşünmüşdü.  Amma  belə  deyilmiş  Neçə  illərdi  bir  yastığa 
baş qoyduğu insanı necə sevməz olardı? Özü də Tərlan kimi xoş xasiyyətli, yola 
gedən mülayim insanı...  
      Bir  ay  keçməsinə  baxmayaraq  Arifə  hər  gün  xəstəxanaya  gedirdi.  Tərlan 
xərçəng  xəstəsi  idi.  Bir aydır tez-tez əsəbləşdiyi  üçün qıc olmaları tutduğundan 
xəstəxanaya  yerləşdirilmişdi.  Ona  sadəcə  sakitlik  lazım  idi.  O  da  ki,  yalnız 
Arifədən uzaqda idi. Tərlan onu görməsin deyə qapı ağzından tibb bacısına ərzğı 
geyimi  keçimi  ötürürdü.  Həkim  tapşırmışdı  ki,  Tərlanın  qıc  olmalarını  yalnız 
sakitlik  və  rahatlıq  apara  bilər.  Tərlan  xərçəng  olduğunu  bilirdi.  Gecikdiyindən 
müalicə  belə  ala  bilməzdi.  Ona  vurulan  iynələr  yanlnız  güclü  ağrı  kəsicilər 
idi.   Təsirindən  bir  müddət  sonra  ayılırdı.  Daha  bədənini  hiss  edir,  tez-tez 
havasını dəyişmək üçün xəstəxananın bağçasında gəzərdi. Sevincin indi nə halda 
olduğunu  ürək  ağrısı  ilə  düşünürdü.  Bu  bir  ayda  nələr  yaşamış,  nələr  eşitmişdi. 
Heç Əsmərdən  məktub alıb almadığını da  bilmirdi. Bacardıqca həkimlərə  yaxşı 
olduğunu  və  son  aylarını  evində  keçirtmək  istədiyini  deyirdi.  Lakin  hələ  çox 
zəyif  idi.  Bir  tərəfi  qurumaq  üzrə  idi.  Başqa  çarəsi  yox  idi.  Gözləməli  idi. 
Məqsədi  isə  evdə  dincəlmək  yox,  Vahidi  axtarıb  tapmaq  idi.  O  evli  olsa  da 
yanlış yerə Sevinci günahlandırdığını bilməli idi. 
      Bir  neçə  ay  da  keçdi.  Fidan  hamiləliyin  ləzzətini  çıxardırdı.  Əsmər  Sevincə 
yazdığı  məktuba  cavab  gəlmədiyindən  narahat  olurdu.  Zəminə  Fidanın  hər 
nazına dözürdü. Lakin son iki həftədə Əsmər susurdu, Zəminə başlayırdı. Fidan 


hamilə  olsa  da  dilini  dinc  qoymazdı.  Tez-  tez  atmacalar  atar,  tikanlı  sözləri  ilə 
evdə  hamını  incidirdi.  Bir  gün  necə  bərk  mübahisə  etdilərsə  Fidan  yalandan 
ağrıdığını  bəhanə  etdi.  Yataq  otağına  keçib  bir  neçə  geyim  və  pulunu  götürüb 
qapıdan çıxdı. 
- Ay, qız hara gedirsən? 
-  Burda  uşağa  bir  şey  olar.  Gedirəm  anamın  yanına.  Təmiz  hava  mənə  də 
lazımdı. Vahid gələndə deyərsiz dincəlməyə getdi. 
- Başına hava gəlib? Vahid bilsə əsəbləşəcək. 
-  Mənə  nə?  Hər  gün  sizlə  dilləşməkdən  bir  təhər  olmuşam.  Elə  arvad  qədri 
biləndi arxamca gələr. 
  Zəminə bu  gedişi  xatırlayırdı.  Lakin o  gedən Sevinc idi. Arxasınca şər böhtan 
atan isə Zəminə. O yağışda pulsuz əşyasız yola çıxmışdı. 
 Bir  an  içində  Sevincin  yaşadıqlarına  üzüldü.  Özünü  günahkar  bildi.  Mələyi 
bərk-  bərk  bağrına  basıb  öpdü.  Sanki  qəlbi  Sevincdən  üzr  istəməyə  can 
atırdı.  Zəminəni fikrdən Vahidin zəngi ayırdı. 
- Alo? 
- Ana, Mələy necədi? Fidan necədi? 
- Mələk yaxşıdı. Fidanı bilmirəm.  
-  Necə  yəni  bilmirəm?  Yenə  mübahisə  etmisiz?  Axı  o  hamilədi.  Yazığınız 
gəlsin. 
-  Vahid!  Bala,  eşit   gör  nə  deyirəm.  Fidan  dedi  gedirəm  anam  mənə  baxsın. 
Təmiz kənd havası uşağa da xeyir olar. Vahid arvad qədri bilirsə arxamca gələr 
dedi. 
-  Yenə  siz  nəsə  etmisiz.  Durduq  yerə  Fidan  niyə  getsin  ki?  Onu  da  qovmusan? 
Sevinci qovduğun kimi? 
 -Sevinci mən qovmadım. Düzdü günahkaram. Amma onu qovan sən idi oğul! 
- Hər nə isə. Fidani indi Əsmərlə gedin geri qaytarın. Mən gəlincə evdə olsun. 
 
    İki gün sonra Zəminə Əsməri də götürüb yollandı Fidanın anasının evinə. İsti 
bir yandan, susuzluq bir yandan, yolu tapa bilməməkləri də bir yandan. Nəhayət 
soruşa  soruşa  bir  təhər  Fidanın  ata  evini  tapdılar.  Fidana  aparmağa  gəldiklərini 
deyəndə: "Mən heç yerə getmirəm. Vahid özü gələr ayağıma aparar. Sizlərlə bir 
addım da atmaram. Adamı küçə ortasında ac susuz qoyarsız." 
    Bir  neçə ay keçsə də Vahid tərsliyinə salıb arxasınca getmədi.  Lakin  uşağın 
bu günlərdə olacağını bildiyindən ürəyi dözmədi. Vaxtı ikən Sevincin arxasınca 
getmədiyinə  görə  mənəvi  əzab  çəkdiyindən  bu  dəfə  də  eyni  səhvi  etmək 
istəmədi.  Səhər  açılan  kimi  Fidanın  arxasınca  getdi.  Lakin  Fidanı  qucağında 
uşaqla  görüb  təcüb  etdi.  Uşaq  vaxtından  15  gün  tez  doğulmuşdu.  Vahidin  oğlu 
olmuşdu. Fidan inadkarlıq edib Vahidlə geri dönmədi. "Mənə bir uşaq lazım idi. 
O  da  budur  qucağımda  min  şükür.  Get  həyatını  yaşa.  Mən  Sevinc  kimi  əfəl 
deyiləm ki, əlimdən almağa cəsarət etsən görərsən Fidan kimdi!" Vahid Fidanın 
bu  üzünü  görməmişdi.  "Hamı  haqlı  imiş  Əsmər,  anam  sözün  düzü  deyirmişlər. 
Ondan  insan olmaz. Yox  mən özüm  insan  deyiləm. Sevincin qədrini bilmədim. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə