Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

gündən  bir  evə  gələrdi.  Sevincli  günlərini  çox  axtarmışdı.  Onunla  yaşadığı 
müddətdə necə də firavan və xoşbəxt idi. Lakin qədrini indi anlasa da onun üçün 
Sevinc artıq "ləkəli" insan idi.  
 
    - Əsmər, Əsmər! Mən test elədim. Bax!  
   - Nə test? Baxım? 
 Əsmər  Fidanın  vanna  otağından  sevincək  çıxmasından  çaşıb  qaldı.  Testi  əlinə 
alıb baxdı. İki xətt vardı. 
   - Bu nə deməkdi ki? 
   - Bu o deməkdir ki, Əsmər xanım, tezliklə Mələyə ya bacı ya qardaş gəlir. 
    Əsmər bilmədi sevinsin ya əsəbləşsin. Sadəcə hörmət əlaməti kimi təbrik etdi. 
Quru  da  olsa  Fidan  təbrikini  qəbul  etdi.  Zəminə  bu  xəbərdən  çox  sevinmişdi. 
Deyirdi:  "Heç  olmasa  Vahidin  bu  dəfə  oğlu  olar.  İki  qız  Rusiyada,  biri 
burda.   Fidan  da  oğlan  verər.  İnşallah."  Fidan  üçün  fərq  etməzdi.  Ona  övlad 
lazım idi. Vahid bu xəbəri elə bir anda aldı ki, sevincinin həddi hüdudu olmadı. 
Həmin  gecə  evinə  döndü.  Mələklə  Fidanla  bir  yerdə  dərin  yuxu  yatdı.  Vahidin 
də ümidi vardı. O da oğul arzusunda idi.  Allaha için için dua edib, tezliklə ona 
oğul verməyini istədi.  
       
     Tərlan istirahət günü kəndin Çay evinə getdi. Bütün yoldaşlar qonşular hamsı 
orda  otururdu.  Bir  qədər  çay  içib  söhbət  etmək  fikirlərini  dağıtmaq  istiyirdi. 
Arifənin o  gecə səhərə kimi susmamasından təngə  gəlmişdi.  "Sən Sevinci daim 
sevmisən.  Bir  dəfə  mənə  ona  baxdığın  kimi  baxmamısan."  Nə  etsin  bilmirdi. 
Arifənin  də  xoşbəxt  olmasını  istiyirdi.  o  gecə   ona  boşanmaq  barədə  bir 
daha   demişdi.  Lakin   Arifə  yenə  eyni  cavabı  vermişdi:  "İki  dünya  bir  olar, 
amma  mən  sən  səndən  boşanmaram".  Sevincin  bu  iki  ildə  çəkdiklərini  elə 
demək olar ki Tərlan da çəkirdi. Onun hər dəfə bir parça məktub üçün nə qədər 
qol  qanad  açdığını  görəndə  sevincdən  çox  kədər  hissi  ilə  boğulurdu.  Ona  necə 
kömək  edəcəyini  də  bilmirdi.  Dünən  gecə  ən  son  məktubu  da  tələsik  vermişdi. 
Arifə  görməsin  deyə.  Amma  nə  fayda.  Zəhərli  ilanın  gözündən  heç  nə 
yayınmırdı.  Tərlanın  gələcəyi  saatı  dəqiqliklə  bilirdi.  Tez-tez   küçənin  qapısını 
açıb  yola  boylanardı.   Elə  Tərlanın  da  növbəti  dəfə  Sevincgilə  getməsini 
görmüşdü: "Bu dəfə lap ağ elədiz"...  
 
      Sevinc  kədərli  halda  pəncərə  önündə  oturub  elə  hey  fikrə  getmişdi.  Dilarə 
qızının  dünən  gecə  aldığı  məktubdan  sonra  belə  olduğunu  bilirdi.  Səbəbi  də 
məlum  idi.  Əsmər  ona  məktubda  Fidanın  hamilə  olduğunu  yazmışdı.   Sevinc 
gözlərindən  süzülən  iki  damla  yaşı  anasından  gizlədə-gizlədə  silirdi.  Amma  nə 
qədər gizlədəcəkdi ki?...  
 
    - Heç bilirsiz nolub? 
Tərlanın yeni əyləşdiyi çay evindəki masalardan birindən bir kəndli səsləndi.  
   - Nə olub Mirzə? 


   -  Rəhmətlik Musanın qızı  boşanıb, əri də evlənib yad xanımla. 
    Tərlan  bir  an  içində  fikirlərdən  ayıldı.  Söhbətin  Sevincdən  getdiyini 
aydınlaşdırmaq üçün diqqətlə qulaq asmağa başladı.  
  - Mirzə, sən canı doğurdan? Bəs niyə boşanıb Sevinclə? 
 - Əşi başa düş də. Guya kəndə gəlmişdi təmiz havada uşağı dunyaya gətisin. O 
da ki, getdi  bir gədə ilə gizli eşbazliq etdi.  
 Tərlan  eşitdiklərinə  inana  bilmirdi.  Özünü  güclə  saxlayırdı  ki  sözün  davamını 
eşitsin.  
  - Kimdi o gədə? Əri bilib deyə boşuyub?  
  - Hə də. Hələ elə bilir ki, kəndin  dünyadan  xəbəri  yoxdu.  Bu de oturub burda 
çay içir.  
  Tərlan başını geri çevirib Mirzənin onu göstərdiyini gördü.  Cəld ayağa qalxıb 
yaxasından  yapışdı.  Qalın  jaketdə  olsa  da  Mirzənin  sinəsindən  bərk  tutub  çay 
evinin divarına çırpdı.  
  - Sən nə dedin? 
  - Burax! Burax dedim sənə! 
-  Buraxmaram.  De  görüm  sən  bunları  hardan  uydurmusan?  Utanmırsan  xalxın 
qızına gəlininə ləkə yaxırsan? Əclaf! 
 Tərlan  Mirzəyə  bir  zərbə  vurdu.  Burnu  qanasa  da  yerə  yıxılmadı.  Masalardan 
birindən tutub ayağa qalxdı.  
-  Dayan  Tərlan!  Bu  sözü  mən  çıxartmıram.  Bütün  kənd  bilir.  Sən  onunla 
eşqbazlıq edirsən. Əri də xəbər tutub boşuyub onu. Uşağı da əlindən alıb. 
 -Əclaf!  
 Tərlan  bir  zərbə  daha  vurdu.  Mirzə  yerə  sərildi.  Taqəti  olmadı  yenidən 
durmağa. Tərlan hirsindən dəli kimi idi.  
 -  Mənim  ona  bir  dəfə  pis  niyyətlə  baxdığımı  görmüsüz?  Nankorlar!  Alçaqlar. 
Arvad  kimi  qiybət  edirsiz.  Camaatın  anasına,  bacısına,  gəlininə  söz  atırsız. 
Ləkələyirsiz.  Kim uydurub bunları? Kim? Sevinc yoldaşının rəfiqəsidir. Ona bir 
insan  kimi  kömək  etmişəm.  Sadəcə  budur.  Aramızda  isə  heç  bir  zaman  heç  nə 
olmayıb. Salam-sağoldan başqa.  
-  Bunu  biz  uydurmuruq!  Tərlan,  bütün  kəndin  arvadları  danışır  sizin  sevgi 
marəcanızdan.  
- Nə dedin, Cəfər? 
 Tərlan bir zərbə də Cəfər ilişdirdi. Özünü olduqca pis hiss edirdi. Bir an içində 
eşitdiklərinə dözə bilmirdi. "Yəni Vahid buna görə Sevinclə ayrıldı?" 
Cəfər, üst başını düzəldə düzəldə dedi: 
  - Sən indi bizim hər birimizə bir zərbə vuracaqsan? Bunu bütün kənd danışır. 
- Kim? Kim danışır? Gəlsin çıxsın qarşıma. Kim? 
  Tərlan qışqıra-qışqıra  öz küçələrinə getdi. 
-  Deyin  də?  Deyin  kim  danışır?  Bütün  sakinlər,  gəlinlər,  qızlar,  qaynanalar, 
qaynatalar, oğullar, hamsı küçəyə çıxdı. Tərlan qışqıra qışqıra soruşurdu: 
 - Kimdir bizə ləkə yaxan? Kim deyib bunu sizə? Kim? 


 Arifə  Tərlanın  səsini  eşidib  çölə  çıxdı.  Bütün  qonşuların  Tərlanın  dediklərinə 
tamaşa  etməsinə  pis  oldu.  Tərlan  isə  susmurdu.  Küçənin  ortasında  var  qüvvəsi 
ilə qışqırırdı.  Sevinc də evdə diksindi. 
 - Bu kimdir? Ana eşidirsən? 
- Hə, bala! Deyəsən Tərlanın səsidi.  
- Nə deyir axı? Niyə qışqırır? 
 - Nə bilim? Başım çıxmır. Gəl gedək baxaq görək? Bəlkə içib? 
    Hər  kəs  sanki  tamaşaya  çıxıbmış  kimi  küçə  ortasında  qışqıran  Tərlana 
baxırdılar.   
- Tərlan havalanmısan? Gəl evə. Ayıbdı. Qonum qonşu  baxır. 
-  Belə  cəhənnəmə  ki.  Məyər  bu  qiybət  sevər  insanların  ən  sevdiyi  şey 
deyil?   Alçaqlar!  Sizlərdən  belə  pak  olan  insana  ləkə  yaxırsız?  Allahdan  heç 
qorxmursuz? Xainlər! 
   - Ana, Tərlan kimdən danışır? 
  - Bilmirəm bala. Dayan görüm. Bəlkə mənim sözümü eşidər evinə girər. 
     Dilarə iri addımlarla Tərlanın yanına gəlib qolundan tutdu.   
  -Gəl, bala, gəl!  Gir evə oturaq görək nə deyirsən? 
- Yox! Mən bilməliyəm. Dilarə xala, siz deyin bu alçaqlara. Mənim Sevinclə bir 
salamdan sağoldan başqa sözüm söhbətim olubmu? 
Dilarə Tərlanın verdiyi sualdan yerindəcə donub qaldı.  
- Yox. O nə sözdü? Niyə soruşursan? 
-  Bu  xainlər  Sevinci  ləkəliyirlər.  Onun  ən  pak  insan  olduğunu  belə  qəbul  edə 
bilmədilər. Allah sizlərin cəzanızı verəcək.  
 Arifə  yenə  qəzəbləndi.  Tərlan  hər  kəsin  içində  Sevincin  paklığından   danışdı. 
Hər  kəsi  ləkəli  onu  təmiz  insan  adlandırdı.  Hirsindən  özünü  ələ  ala  bilməyən 
Arifə var gücü ilə Tərlanın sinəsinə şığıdı. 
- Demək bu qədər dəyərlidir Sevincin hə? Bütün bunlar həqiqət deyil? Səni neçə 
dəfə  işdən  gələndə  onlara  getdiyini  görmüşəm.  Neçə  dəfə...  Danış  da!   Niyə 
susursan? Hər kəsin bildiyi həqiqətdir. Vahid Sevinci elə Tərlanla olan eşqindən 
xəbərdar olub atıb. Bir dəfəfə olsa ona baxdığın kimi  mənə baxmadın.  Bir dəfə 
sevdiyini  demədin!  Sənin  uşağın  olmasa  da  qəbul  etdim.  Ömrümü  sənə  qurban 
verməyə razı oldum. Amma sən Sevincini unutmadın.  
Olan bitən Sevinci şoka salmışdı. Dili söz tutmurdu. Vahidin dediyi o böhtanlar 
Arifədən  çıxıbmış.  Tərlan  yerində  donub  qldı.  Arifənin  hər  kəs  önündə  belə 
deməsi, özü də bu söz söhbəti Arifənin yayması onu mənəvi və fiziki məhv etdi. 
Ayaqları  və  əlləri  sümüksüz  ət  kimi  boşaldı.  Bir  an  içində  özünü  idarə  edə 
bilmədən  yerə  dəydi.  Nə  baş  verdiyini  anlaya  bilməsə  də  çox  qorxdu.  Hər  kəs 
başına toplaşdı. Arifə də. Tərlan ətrafı dərk edirdi, amma bədənini hiss etmirdi.  
- Tərlan? Noldu sənə? Vay dilim quruyaydı. Sənə nə oldu? Dur ayağa. 
 Tərlan dili güclə söz tuta-tuta dedi: 
- Hə-ə-ə-r şeyi sən etdin!... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə