Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   25   26   27   28   29   30   31   32   ...   60

  - Daha nolacaq? Mən nə vaxta kimi sənin uşağına baxacam? Mən də ana olmaq 
istiyirəm. 
   -  Olarsan  da.  Məyər  ailə  quranda  qəbul  etdiyin  şərtlərimin  içində  uşaq  da 
olduğunu unutmusan? 
 -  Yox!  Amma  daha  demədim  ki,  hər  gün  gecə  gündüz  mən  baxacam  ona.  Bir 
Əsmər də baxsın da. 
    -  Yaxşı,  yaxşı!  Deyinmə.   Sənə  demişəm  axı  deyinən  insanlardan  xoşum 
gəlmir. Get ver uşağı Əsmərə gəl yat. 
    Vahid 2 aydır evli idi. Fidanı tamamilə təsadüfən görüb bəyənmişdi. Həm də 
evlənməli  idi.  Nə  vaxta  kimi  uşağa  Əsmər  baxacaqdı.  Gərək  uşağa  analıq  edən 
olsun.  Bir  yandan  da  "hələ  cavanam"   deyib  yenidən  evlənmək  eşqinə 
düşmüşdü.   Budur  iki  aydır  evli  idi.  Zəminə  gəlinini  tərifləyər.  Əsmər  isə  yola 
getməzdi.  Amma  bütün  bunlar  müvəqqəti  idi.  Zamanla  hər  kəs  uşağa  da  gəlinə 
də  alışdı.   Uşağın  adını  çox  fikirləşdilər.  Və  nəhayət  Əsmərin  bəyənərək  irəli 
sürdüyü  adı  hamı  qəbul  etdi.  Adını  Mələk  qoydular.  Əslində  Əsmər  bu  adı 
özündən  yox,  Sevincdən  öyrənmişdi.  Sevincə  yazdığı  son  məktubunda  uşağa 
hələ də ad qoymadıqlarını demişdi. O da :" Əyər mümkün olsaydı balamın adını 
Mələk  qoyardım"-yazmışdı.  Ona  görə  Əsmər  də  "Mələk"  adını  istəmişdi.  Hətta 
Fidan  da  başqa  bir  ad  demişdi.  Amma  Əsmər  onu  elə  yerinə  otuzdurmuşdu  ki, 
Fidan  onu  heç  unutmadı.  Zəminə  də  hər  gün  gəzintisindən  qalardı.  Mələyə  hər 
kəs bağlanmışdı.  Fidan da  ilk 6 ay  yaxşı davrandı.  Amma sonra Əsmərin  uşağı 
ona  qısqanmağını  hiss  edib  bir  neçə  dəfə  mübahisə  də  etmişdi.  Vahid  hər  dəfə 
Rusyaya gedəndə hər evli cütlükdən fərqli olaraq, həsrət və sevgi dolu ismarıclar 
deyil, narazılıq və şikayət dolu ismarıclar alırdı. Artıq o da bezmişdi: "Nə qədər 
olar  ey.  Hər  dəfə  bir  söz,  bir  söhbət!  Bu  Əsmər  də  alışmadı  ki,  alışmadı." 
Əslində  Əsmər  Sevinci  çox  istədiyindən  deyil,  Fidanın  səmimiyyətinə 
inanmadığından  onunla  yola  getmirdi.  Zəminə  isə  əksinə  ona  "qızım" deyə 
müraciət  edirdi.  Düşünürdü  ki,  hər  nədir  Sevincdən  min  dəfə  gözəl  və 
yaraşıqlıdır.  Yaxında  uşaqları  da  olar.  Amma  bir  gün  xəstələndi  və  yatağa 
düşdü.  Təzyiqini  heç  cürə  endirə  bilmirdi.  Əsmər  gah  sağa,  gah  sola  qaçıb  bir 
çarə axtarırdı.  Fidan  isə ayağını ayağına qatlayıb divanda oturmuşdu. Arada bir 
məsləhət  verirmiş  kimi:  "Təcili  yardım  çağırın.  Gəlsin  baxsın  da."- 
deyirdi.   Təcili  tibbi  yardım  gələnə  kimi  Zəminə  Fidanın  rahatlığından 
partlamaya  düşdü.  Qəlbinin  dərinliyində  hətta  Sevinclə  onu  müqayisə 
etdi.   Sonra  fikrini  dağıtdı.  Nəhayət  damarından  vurulan  iynənin  təsirindən  halı 
normallaşdı.  Fidan  isə  heç  "necəsən?"  belə  demədi.  Bu  yadlıq,  soyuqqanlılıq 
Zəminənin ona olan sevgisini öldürdü.  
       Fidan  Vahidlə  yaşıd  olsa  da  onunla  rastlaşana  kimi  ailə  qurmamışdı. 
İstəyənlər,  elçi  gələnlər   çox  olsa  da  yalnız  oxumağı  seçmişdi.   O  da  atasız 


böyümüşdü.  Sevinc  kimi.  Amma  Sevincdən  fərqli  olaraq  Fidan  oxumuşdu.  Ali 
təhsilli  diş  həkimi  idi.  Lakin  Vahid  onu  işləməyə  qoymurdu.  Həm  maddi 
sıxıntıları olmadığından, həm də Mələyə baxsın deyə. Evliliklərinin ilk 6 ayında 
evdə oturmağa razı olsa da, sonra razılaşmadı. Hər Vahid gələndə mübahisələri, 
söz-söhbətləri olurdu. Nəhayət Vahid onun işləməsinə razılıq  verdi.  Fidan  üçün 
bu  ilk  "uğur"  idi.   İşlədikcə  qazancını  anasına  göndərirdi.  "Kənd  yeri  olsa  da, 
şərayiti  olsun!"  -deyirdi.  Onsuz  da  Vahidin  onun  puluna  ehtiyacı  yox  idi.  O 
Rusiyadakı  xanımından  ayrılmışdı.  Bunu  Fidan  tələb  etmişdi.  Həm  də  sadəcə 
qızlarını  görmək  üçün  ayda  iki  dəfə  gedərdi.  Özü  də  onlarsız  çox  darıxırdı. 
Amma  bir  dəfə  də  olsun  Sevincin  Mələkdən  ayrı  qaldığı  günlərdə  nə  halda 
olduğunu, nələr yaşadığını düşünmədi.  
 
 
    Artıq  bir  ildən  çox  keçmişdi  ki,  Sevinc  Mələyini  görmürdü.  Onun  qol  bağını 
hər  gün  qoxulayıb  sinəsinə  sıxardı.  Arifə  ilə  də  çox  danışmazdı.  Hər  şeyin 
günahkarı  kimi  baxardı  ona.  Sadəcə  anasının  xahişi  ilə  susurdu.  Ona  qarşı 
kobudluq  etmirdi.  Qızının  adını  "Mələk"  qoyduqlarını  öyrənəndə  çox 
sevinmişdi. Amma bu gün onun bir yaşı olacaqdı. Körpə balasının bu günə kimi 
nələr  yaşadığını  necə  böyüdüyün  görmədən.  Hər  ay  Əsmərin  yazdığı 
məktublardakı  sətrlərdən  gözündə  çanlandırırdı.  Əsmər  söz  vermişdi  ki,  ad 
günündə  Sevinc  üçün  Mələyin  şəklini  çəkib  göndərəcək.  Əsmər  Sevincin 
sədaqətinə  inanırdı.  Özü  də  bilmirdi  niyə.  Amma  bilirdi  ki  hər  ana  balası  üçün 
canından belə keçməyə hazırdı. Əyər Vahid 3 ay içində evlənməsəydi, özü gedib 
Sevinci  evə  geri  gətirəcəkdi.  Mələyin  ad  günündə  hər  kəs  körpənin  başına 
toplaşıb  təbrik  edirdilər  ki,  Fidan  kənarda  odlanırdı.  Onun  da  uşağı  olsun 
istiyirdi. Mələyin hər güləndə yanağının batmağı, şip şirin gülüşü, ana həsrəti ilə 
parlayan 
körpə 
gözləri 
Əsmərin 
qəlbini 
sızladırdı. 
Kimsə 
onun 
gördüklərini  görmürdü.   
       Budur  Sevinc  həyəcanla  darvaza  qapısı  qarşısında  o  baş  bu  başa  gedirdi.  
 -Ay bala gəl gir içəri. Bu şaxtada sən orda neyniyirsən? 
-  Ana,  təkid  etmə.  Əsmərdən  məktub  gözləyirəm.  Bilirəm  ki,  ondan  məktub 
gələcək.  Son  məktubunda  yazmışdı  ki,  ad  gününün  səhərsi   sənə  məktubla 
Mələyin  şəklini  də  göndərəcəm.  Balamın  şəklini  görmək  üçün  ən  şaxta  havada 
belə donmağa razıyam. Sən keç içəri. Məndən narahat olma.  
- Nə deyirəm bala. İndilərdə Tərlan işdən gələsidi. Gəlib verər. 
   Dilarə  qızının  acısını  başa  düşürdü.  Onun  nələr  çəkdiyini  bu  bir  ildə   çox 
görmüşdü. Amma hər məktub alacağı günü elə səbrsizlənirdi, elə həyəcanlanırdı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə