Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   22   23   24   25   26   27   28   29   ...   60

 
 
  
Dördüncü fəsil. 
 
   -Vahid!  Bala, hara gedirsən gecənin bu vaxtı? 
  - Ana Sevinci geri gətirməyə.  
 -  Necə-necə?  Sevinci?  Onun  o  sözlərindən  sonra  düşünürsən  ki,  yenidən 
gəlinim deyib boynuma mindirəcəm? 
  - Bu nə deməkdir? O ki sənə qarşı bir dəfə hörmətsizlik etməyib.  
  - Necə yəni etməyib? Bəs son dəfə burda olanları necə unudum. Hə? Sən unuda 
bilərsən. Amma mən unutmaram.  
  - Ana, başa düş. Bizim artıq balamız olacaq. Sənin bu dediklərin əbəsdir. Mən 
onu  geri  gətirəcəm.  Balamızı  birlikdə  böyüdəcik.  Səndən  də  sadəcə  anlayış 
istiyirəm. Bir valideyn kimi sevin mənim yerimə. Nolar ki? 
  - Noldu bu 2 ildə uşağa qalmadı? Bir ay sonra uşaq var dedi? Mən inanmaram 
belə şeylərə. Uşaq başı aldadır, elə bil. 
  Anasının heç cür yola gəlmədiyini görən Əsmər Vahidə dəstək çıxdı:  
  -Ana , sən indi hansı zəmanədə yaşayırsan? Məyər görmürsən ki, Sevincin yeri 
bura,  Vahidin  yanıdır?  O  bu  evin  gəlinidir.  Sənin  də  gələcək  nəvənin  anasıdır. 
Bunu qəbul etsən hər birimizə yaxşı olar. 
-  Heç  nə  məni  fikrimdən  döndərə  bilməz.  Bax  Vahid  sənə  deyirəm.  Əyər  o 
ölmüşü  bu  evə  geri  qaytarsan  özündən  küs.  Məni  o  andan  ölmüş  bil  bala. 
Haqqımı sənə halal eləmərəm. Di get... 
    Vahid  anasına  çox  dəyər  verirdi.  Atasını  itirdiyi  vaxtdan  anasını  da  itirmək 
qorxusu  ilə  bacara  bilməmişdi.  Daim  düşünərdi  anasını  itirdiyini,  onsuz  olan 
həyatını.  Buna  görə  Sevincin  arxasınca  o  gecə  getməməyi  qərara  aldı.   Əsmər 
ona  Sevinclə  olan  telefon  danışığını  danışanda  o  qədər  sevinmişdi  ki,  heç  kimi 
və heç nəyi düşünmədən yola çıxacaqdı. Lakin, anasının o sözləri onu yolundan 
etdi.   Qərar  verdi  ki,  səhər  açılar  açılmaz  anası  ilə  bir  də  danışıb,  onu  razılığa 
gətirsin.  Beləliklə,  anasını  razı  salmaq  hər  gün  daha  da  qəlizləşidi. 
Beləcə  günlər keçdi...  


 
   Sevinc anası ilə başını aşağı salıb həyatını yaşayacağını, balasını böyüdəcəyini 
xəyal etməyə başlamışdı. Bir yandan da Vahidi düşünürdü. "Görəsən Əsmər ona 
dedi? Bəs Vahid niyə gəlib məni aparmadı? Yox onsuz da gəlsə də getməyəcəm. 
Onu  bağışlamamışam,  bağışlaya  bilmərəm.  Heç  vaxt...."   Hamilə  olduğunu 
bildiyi  gündən içində bir ümid işığı yanırdı. Gələcəyini, balasını düşünürdü. Hər 
gün  haldan  -hala  düşsə  də,  alışırdı  hər  bir  şeyə.  Amma  dayısı  Cavid  Sevincin 
hamilə  olduğunu  eşitdiyi  andan  əsəbi  idi.  Elə  hey  bir  yol  axtarırdı  ki,  Vahidə 
zəng vursun. Amma bacısının sözlərini də unutmurdu: "Qardaş, Sevinc Vahidin 
gəlişini gözləyir. O mütləq gələcək ailəsini yanına aparacaq. Burda hələ ki, çətin 
vaxtlarını  ötürür.  Orda  kim  baxacaq  Sevincə?  Qoy  Vahid  gələnə  kimi  burda 
qalsın.  Yaxşılaşsa  sən  özün  apararsan".   Hər  kəs  alışmağa  çalışırdı.  Tərlan  isə 
bacarmırdı.  Sevinci  çox  sevirdi.  Arifə  kimi  insanla  ailə  qurduğuna  da  peşman 
idi.  Nə  Tərlana  qayğıkeş,  gülər  üzlü  həyat  yoldaşı,  nə  də  anasına  layiqli  gəlin 
olmadı.  Amma nə etsin onun kitabında boşanmaq sözü yox idi. Sevincin hamilə 
olduğunu biləndən elə hey onu düşünürdü: "Görəsən Vahid niyə gəlib aparmadı 
onu? Yəni bu qədər alçaqdır? Sevinc! Ehhh....  İlahi sən özün ona kömək ol!  
 
    O  gecə  Tərlan  niyəsə  yata  bilmədi.  Səhərə  kimi  yerinin  içində  "qaynıyırdı". 
Səhərə  yaxın  sübh  azanının  səsi  gələndə  yerini  tərk  elədi.  Pəncərəni  açıb  azanı 
dinləməyə başladı. Qəlbində isə ylanız və yalnız Sevinc üçün dua edirdi.  Birdən 
yandakı  otaqdan  tappıltı  eşitdi.  Nə  olduğunu  anlamdı.  Amma  səs  anasının 
otağından  idi.  İri  addımlarla  yandakı  otağa  girdi.  Qarşısındakı  mənzərə  acı  da 
olsa real idi. Anası yatağın kənarında yerə sərilmişdi.... 
 
 
    -Allah rəhmət eləsin!.  
   -Allah ölənlərinizə rəhmət eləsin.  
    Budur Tərlan ağlamaqdan boğazı gözü şişmiş halda  ona baş sağlığı verənlərə 
boğuq səslə  cavab verirdi.  Taqəti yox idi daha.  Anasını bir an içində itirmişdi. 
Arifə: "Allaha şükr et ki, anan əzab çəkmədən öldü." deyərdi. Başqaları isə boş-
boş baş sağlığı verərdilər.  Quru təsəllilər Tərlanı bezdirirdi. Heç bir dəyəri yox 
idi  onun  üçün.  Tərlan  anasını  itirmişdi.  Bu  heç  də  adi  acılara  bənzəmirdi.  Nə 
dərd, nə kədər, nə göz yaşları,  nə baş sağlıqları onu geri qaytara bilməzdi. 


    Tərlanın için-için ağlamaqdan boğazı şişmişdi. Mətbəxə keçib Arifədən isti su 
istədi.  O  da  isti  suyu  gətirənə  kimi  Tərlan  ordaca  kiçik  stulda  əyləşdi.  Bu  vaxt 
Sevinc qadınların məclisi üçün çay aparmağa gəldi. Tərlan Sevinci görər görməz 
özünü  itirdi.  Heç  onun  burda  olduğundan  xəbərdar  deyildi.  Arifə  də  Sevincin 
ardınca mətbəxə dönəndə bu qarşılaşmanın şahidi oldu. Nə danışacaqlarını rahat 
eşitmək üçün qapıya doğru döndü:  
-Sevinc? 
-Tərlan, Allah rəhmət eləsin! Yeri Cənnət olsun! 
-Sağol Sevinc, Çox sağol... 
-  Bu  qədər  özünü  incitmə.  Olacağa  çarə  yoxdur.  Onun  qisməti  bura  qədərmiş. 
Dərdə salma özünü.  
-  Mənim  üçün  nigaran  olma  Sevinc.  Sən  balanı  düşün.  Sənin  xoşbəxt  olmağını 
hər şeydən çox istəyirəm. İnşallah Vahid sənin qədrini anlayar.  
    Əslində  Tərlan   özü  də  bilmədən  utanmadan  Sevincə  ürəyindəkiləri  dedi. 
Amma sevgisindən başqa... 
- Hə? Demək belə Tərlan!  Sən hələ də bu "sərçəni" sevirsənmiş. "Sənin xoşbəxt 
olmağını  hər  şeydən  çox  istəyirəm"  Puah,  sən  öləsən!  Mənə  də  Arifə  deyərlər. 
Sizi elə günə qoyum ki, dəymişiniz dura dura kalınız tökülsün. Dayanın....  
  
    Arifə  öz  -özünə  deyinməyə  başladı.  dodağının  altında  qara  ürəyində  nələr 
düşündüsə   telefonu  götürüb  dal  otaqlardan  birinə  girdi.  Hirsindən  özünə  gələ 
bilməmişdi. Nömrəni əlləri əsə-əsə yığdı: 
 -Alo, Alo.... 
-Alo, eşidirəm. Buyurun! 
-Vahidgildəndi? 
-Bəli. Danışan Vahiddir. Buyurun! 
- Mənəm  Arifə. Sevincin kənddəki rəfiqəsi.  
- Hə? Salam necəsiz? Sevincə nəsə olub? Sabah gələcəm onun arxasınca.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə