Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

       Zəminə xanım sanki qonşu oğlundan və qonşu qızından danışırmış kimi elə 
sakit və soyuq idi ki. Albomu da rahatlıqla açıb verdi Sevincin əlinə. Dedi: 
 --  Bax  bu  Nadejdadı.  Toylarında  çəkiblər.  -Sevinc  gəlinlik  içində  olan  sarışın 
xanımı gördü. Vahidi də üzündə təbəssüm əynində bəyliklə... 
-- Bax bu da Nadejda ilə bal ayında olanda çəkdiriblər. Antalyaya getmişdilər. -
Sevinc  yenə  Vahidin  yanağındakı  təbəssümü  və  Nadejdanın  necə  qucaqladığını 
gördü.  
--Bax bu da ekiz  nəvələrim.  - Zəminə  xanım elə ağız dolusu danışırdı ki, sanki 
qarşısındakı  insan  deyil,  elə  bir  cansız  əşyadır.  Sevinc  uşaqlara  da  baxdı.  Bəli 
şəkildəki uşaqlar  Vahidə çox bənzəyidilər. Albomda uşaqların doğum evində, 6 
aylığında,  bir  yaşlarında,  və  başqa-başqa  yerlərdə  Vahidlə  və  Nadejda  ilə 
birlikdə çəkilmiş şəkillər ilə dolu idi.  
--  Yəni  qızım,  artıq  özün  də  uşaq  deyilsən.  Başa  düşürsən  ki,  Vahidim  nə 
zamana  kimi  sonsuz  biri  ilə  yaşamalıdır?  Onun  o  Nadejdaya  yenidən 
qayıtmasına  sən  səbəb  oldun.  Vaxtında  uşaq  versəydin  ona  o  da  orda-burda 
olmazdı.  
   İlk dəfə idi ki, Sevinc özündən çıxdı:  
  -- Necə yəni?  mənəm  günahkar? Onun evli  olduğunu  gizlədən sizlər deyilsiz? 
Bu  vaxta kimi  məni  fil qulağında yatızdıran?  Həkimə  gedək deyəndə ağzımdan 
vuran siz deyildizmi? Kimdir burda günahkar olan? Bilirsiz nə var? Əyər Vahid 
kişi  kimi  xanımın  yanında  olsaydı  bütün  ay  boyunca  baxın  onda  uşaq  da 
olardı.... 
   Sevinc  özü  də  anlamadı  nə  etdiyini.  Bircə  onu  bilirdi  ki,  Vahid  onun  deyildi. 
Və  daha  bu  evdə  heç  bir  şeyə  dəyəri  yoxdur.  Tez  otağına  getdi.  Zəminə  xanım 
da iki illik gəlininin ilk dəfə onun sözünə söz deməsini uda bilmirdi. Tez Vahidə 
qısa-qısa zəng edirdi. Nəhayət Vahid zəng etdi: 
-- Ana nə olub, nəsə vacib işdir? 
--  Hə  bala  sənin  bu  arvadın  özündən  çıxıb.  Sizin  Nadejda  ilə  olan  albomunuzu 
tapdı.  Bəyaqdan  görəsən  mənə  nələr  demir.  Elə  bil  məcbur  gətirmişəm  bunu 
bura.  Bax  sənə  deyirəm  o  qız  bu  evdən  gedəcək.  Onsuz  da  sonsuzdur.  Nəyinə 
lazımdır bala. Qoy getsin. Sən də özünə başqasını taparsan. O  da gəncdir. Gedər 
evlənər  biri  ilə  tutmayaq  burda.  Madam  ki,  sənin  evliliyini  qəbul  etmək 
istəmir  özü bilər.  Deyək gülə-gülə.  


    Vahid  bir  an  içində  anasının  dediklərini  nə  dərk  edə  bilirdi,  nə  də  özü  nəsə 
düşünə bilirdi. Amma çox qəzəblənmişdi. Buna görə də anasına dedi:  
--Hanı o ver telefonu ona. - Zəminə xanım otağın qapısını çırparaq açdı telefonu 
yatağa atdı ki, "ala ərin zəng edir" 
--Alo, Alo, Sevinc! 
--Vahid bütün bunlar nə deməkdir? 
--Sən kimsən ki, məndən haq-hesab soruşursan?  
--Necə yəni nəyəm? Mənəm Sevinc eşidirsən? 
--Lap yaxşı eşidirəm. Qulaq as tez ol anamdan  üzr  istə. Evliyəm sənə nə. Guya 
bilmirsən  ki  burda  işi  gücü  olan,  vətəndaşlığı  olan  evli  olur?  Bilmirsən  ay 
axmağın qızı atamı bezdirdin öldü, indi də anama keçmisən? 
--Vahid sən nə danışırsan? 
--Sənlə evləndiyim  günə bir qara daş düşəydi. Gör  mən səni tanımamışam. Get 
atan evinə bir də qayıtma. Onsuz da uşaq da olmur. Get yaşa həyatını. Unut bizi. 
Yığışdır nəyin var get. Gələndə səni gözüm görməsin. 
    Sevinc   telefonda  eşitdiklərinə  inana  bilmirdi.  Bu  nə  deməkdir  axı?  Özü  də 
"nəyin var götür get atan evinə"  deyib zəngi kəsməsi son nöqtə idi. Bəli Sevinc 
o evə təkcə gəlinliklə gəlmişdi. Heçnəsiz. Amma indi də aparılası bir tək öz canı 
idi. Odur ki, gözünün yaşını silərək. Qapıdan çıxdı... 
Üçüncü fəsil 
    Dilarə  qızının  nələr  yaşadığını  yaxşı  bilirdi.  Özü  də  Sevincin  arzusunda 
olmuşdu  illərlə.  Buna  baxmayaraq  o  beş  il  ərzində  Allaha  həmişə  şükr  edib  ki, 
"Allahım nə yaxşı ki, Musa kimi bir insanı qarşıma çıxartmısan."   
Bəli,  Dilarə  yoldaşını  çox  sevirdi.  Onun  ölməyinə  baxmayaraq,  namusu  ilə 
qızını  böyütmüşdü.  Qardaşı  Cavidin  köməyi  ilə  acılı  günləri  geridə  qoymuşdu. 
Amma o yağışlı  gecə Sevincin suyu süzülə-süzülə qapıdan girməsi heç gözünün 
önündən getmirdi.  
    - Görəsən balama nə olub? Axı niyə susur?  
   Sevinc artıq 2 gün idi ki, ata evinə gəlmişdi. Vahidin evindən çıxanda üstündə 
sadəcə  yol  pulu  vardı.  O  pul  isə  rayona  kimi  gəlməyə  yetərli  idi.   Rayondan 


kəndə  kimi  isə  Sevinc  piyada  gəlmişdi.  Yağış  güclü  yağırdı.  Lakin  Sevincin 
gözlərindəki yaşı yuyub apara bilmirdi. Bütün yolu ağlamışdı.  
 "Vahid,  axı  mənə  niyə  yalan  dedin?  Axı  məni  niyə  qovdun?",  Bu  cür  fikirlər 
Sevinci tərk etmirdi... 
   Anasının 2 gündür bitib-tükənməyən suallarına cavab vermirdi. Daha doğrusu 
cavab  vermək  belə  ona  ağır  idi.  Lakin  daha  susmayacaqdı.  Axı  bir  tək  anası 
vardı. Onu incidə bilməzdi.  
     -Sevinc, qızım, nə olub axı? Niyə dinmirsən? 
     -Heç nə olmayıb ana, səninçün darıxmışdım. 
     -Bəs niyə Vahid səni gətirmədi? Niyə o gecə piyada gəlirdin? 
      -Vahid  telefonda  danışanda  dedim  anam  üçün  darıxmışam.  Dedi  get  gör 
ananı. Yolda marşrut xarab oldu. Başqasının maşınına da minmədim.  
   Bəli,  Sevinc  ilk  dəfə  idi  ki,  anasına  yalan  deyirdi.  Amma  bu  Dilarənin 
gözündən  yayına  bilməzdi.  Axı  qızını  çox  yaxşı  tanıyırdı.   Hər  suala  cavab 
verərkən  gözlərini  yayındırması,  yanağının  qızarması,  əllərinin  titrəməsi  çox 
şeydən  xəbər  verirdi.  Sevincin  yayındırdığı  gözlərə  baxaraq   "Axı  niyə?  Niyə 
yalan deyir  mənə?" bu suallar onun beynində fırlanmağa başladı. Birdən qərara 
gəldi: 
    - Sevinc sən ki,  mənə düzünü demirsən, onda  gedirəm  Arifəgildən sizə zəng 
etməyə. Qoy, qaynanan mənə desin görüm nə olub. 
    - Dayan! Ana, getmə.  
  Sevinc həyəcanlandı. Amma anasına neçə gün yalan deyəcəkdi ki?  
   -Gəl hər şeyi danışım. Amma bir də zəng etmə o evə. Xahiş edirəm.  
    Sevinc  anasının  əllərindən  tutub  divanda  əyləşdi.  O  ana  kimi  yaşadıqlarının 
hamsını   danışdı.  Vahidin  Rusiyada  evli  olmağından.  Hətta  iki  qızından, 
qaynanasının sözlərindən və nəhayət Vahidin zəngində dediyi son sözlərinə kimi 
hər şeyi danışdı. 
    -Aman  Allah!  Qızım,  sən  nə  danışırsan  belə?  Gör,  yazıq  balam  nələr  çəkib. 
İlahi  sənə  şükrlər  olsun.  Sən  ki,  balamı  sağ-salamat  o  evdən  xilas  edib  mənə 
çatdırmısan. Sənə şükürlər olsun.  
    -Ana, nə danışırsan? Yaşadıqlarımdan sonra hələ üstəlik şükr edirsən? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə