Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

qanı  aşkar  edilmişdi.  polkovnik  Məmmədzadənin  göstərişi  ilə  Sahib  və  Zərifə 
xanım həbs edildi. Otaqdan çıxmazdan əvvəl Muradlı Zərifə xanıma: 

Sizə lap yazığım gəlir. Həyat yoldaşınızın öldürülmə cəhdi sizə heç nəyi 
vermədi.  Əvvəlcə  yoldaşınızdan,  sonra  oğlunuzdan,  indi  isə  sizə  bu 
qədər sevgi və hörmət bəsləyən qızınızdan məhrum oldunuz. 
Bu sözlərdən sonra  Zərifə xanımın  gözlərindən iki  damla yaş axdı. Başını 
aşağıya salıb qolları qandallı otağı tərk etdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səkkizinci fəsil 
 
 
      İki  gün  sonra  mayor  Səfərli  xəbər  verdi  ki,  Fərhad  kişi  artıq  ayılıb  və  bizə 
ifadə  vermək  istəyir.  Odur  ki  durmadan  xəstəxanaya  yollandıq.  Otağa  daxil 
olanda çarpayıda uzanmış üzünü saqqal basmış, təxminən orta boylu arıq, qara 
saçlı  Fərhad  sağ  əlini  qaldırdı.  Biz  də  növbəmizdə  salamlaşıb  ona  şəfa  dilədik. 
Məhkəmədə əsas şahid kimi çıxış edəcəyini də xəbər verdik. Fərhad bəyin təkidi 


ilə  ondan  elə  oradaca  ifadəsini  alıb  Sahibin  bir  daha  qatil  olduğunu  eşitdik. 
Fərhad bəy zahirən sağlam görünsə də,  ürəyi qan ağlayırdı...  
 
Qatilin həbsindən artıq üç gün keçmişdi. Polkovnik Murad Muradlı, mayor 
Səfərli və mən, polkovnik Məmmədzadənin evində toplaşıb çay içirdik.  Muradlı 
artıq  Rusiyaya  qayıtmalı  idi.  Səfərli  Muradlını  yenidən  gördüyü  üçün  çox 
sevindiyini və ona hər ay məktub yazacağını deyirdi. Məmmədzadə isə otuz beş 
illik  dostunu  yenidən  gördüyündən  məmnunluq  hiss  etdiyini  və  onu  evində 
görməyə  hər  zaman  şad  olduğunu  deyirdi.  Mən  də  öz  ürək  sözlərimi  dilə 
gətirmək istədikdə, telefon zəng çaldı. Məmmədzadə dəstəyi qaldırdı: 

Eşidirəm! 

Yoldaş Məmmədzadə, növbəti qətl hadisəsi baş verib.  

Yaxşı. Hadisə yerinə ekspertləri göndərin! Prokurorluğu xəbərdar edin. 
Mən də gəlirəm. 
Dəstəyi asıb üzünü mayor Səfərliyə tutdu: 

Səfərli sən mənimlə gedirsən. Əziz dostum, təəssüf olsun ki, səni qatar 
dayanacağına  yola  sala  bilməyəcəyəm.  Mümkünsə  incimə.  Mayor 
Eyvazov səni ötürər. Sonra hadisə baş verən əraziyə gələr.  

Əlbəttə, sən vəzifəni yerinə yetir. Məndən də nigaran qalma. Rusiyaya 
çatar-çatmaz teleqram vuracağam. İndi isə tələs. 

Etdiyin  köməkliklərə  görə  sənə  çox  minnətdaram.  Növbəti 
görüşümüzü səbirsizliklə gözləyəcəyəm. Xudahafiz! 

Xudahafiz, əziz dostum! 
Xəfiyyə  Murad  Muradlı  ilə  tanışlıq  mənim  həyatımda  və  xüsusilə  də 
işimdə öz müsbət təsirini göstərdi. Həmin gün onu hava limanından yola saldım. 
Vidalaşanda  öyrəndim  ki,  o  tədqiqat  boyu  cib  dəftərində  yalnız  mülahizələrini 
və  nəyə  daha  diqqətli  olmaq  lazım  gəldiyini  qeyd  edirmiş.  Hələ  yoldaş 
Məmmədzadənin 
evində 
ifadələri 
oxuduğumda 
Muradlı 
Sahibdən 
şübhələnirmiş. Mənə bir neçə hikmətli sözü də xatırlatdı. Dedi ki: 

Qulaq  as  oğul!  Müdriklik  və  mərdlik  -  əzəmətin  təməlidir.  Bunlar 
əbədidir  və  insana  əbədiyyət  bəxş  edir.  İnsan  daha  çox  öyrəndikcə, 
daha çox insan olur. Müdrik olmasa, müdriklik faydasızdır. 
 
İyun-2008 ci il. 


 
 
“Xoşbəxtlik həsrəti” (Roman) 
Birinci fəsil. 
 
--Musa, qardaş!  Təbrik edirəm. Gözəl-göyçək bir qızın doğuldu... 
     Bu xəbəri artıq beş il idi ki gözləyirdi. Xanımı Dilarə ilə hər gün Allaha dua 
edərdilər. Ondan təkcə övlad arzulayardılar. Budur artıq ata olmuşdu. İnana 
bilmirdi qulaqlarına. Diz üstə oturub əllərini göyə qaldırdı : 
-- Sənə min şükür Ya Rəbbim! Arzularımızı dualarımızı eşitdin... Sənə şükürlər 
olsun... 
    Allaha şükr edən bir insana tamaşa etmək hər insana nəsib olmasa da, Cəmilə 
həkimə bu gün qismət olmuşdu. Musanın qızının doğulduğunu eşidib göz yaşları 
içində Allaha şükrlər etməsinə özü də qəlbən sevindi.  
--Cəmilə xanım, bəs Dilarə necədir? Yaxşıdırmı? 
--Əlbəttə, o da qızınız da lap yaxşıdır. Hər ikisi sağlamdırlar. Heç narahat 
olmayın. Yaxşısı budur deyin görüm qızınızın adını nə qoyacaqsız? 
--Sevinc!  
-- Cox gözəl addır. Adıyla böyüsün İnşallah... 
 Cəmilə həkimin razılığı ilə hər ikisi  Dilarəni və yeni doğulmuş uşağı görmək 
üçün evə girdilər... 


     Bütün  bu  illər  Mahmudovlar  ailəsinin  xatirəsində  çox  xoş  keçdi.  Musa 
işləyir, Dilarə evdar qadın kimi evi dolandırır Sevinci tərbiyə edirdi.   Kəndin ən 
hörmətli  sakinlərindən  biri  idi  Musa.  Yaşından  aslı  olmayaraq  hər  kəsi 
mehribanlıqla  qarşılayar,  mehribanlıqla  yola  salardı.  Dilarə  də  səmimi,  gülərüz 
xanım-xatın bir qadın idi. Musa ilə uzaqdan uzağa sevmişlər bir-birlərini. Amma 
Musa  əsgər  gedib  gəldikdən  sonra  daha  sevgisini  gizlətməmiş  elçisini 
göndərmişdi  qapılarına.  Bəxtindən  atası  da  Musanı  bəyəndiyi  üçün  vermişdi 
yeganə  qızını  ona.  Çox  xoşbəxt  idilər.  Çatışmayan  isə  tək  övladları  idi.  O  da 
Allahın  qisməti  ilə  beş  il  sonra  doğuldu.  Musa  qızının  adını  Sevinc  qoydu. 
Çünki, ailəsinə sevinc bəxş etmişdi gəlişi ilə.  
On dörd il sonra... 
  Musa  artıq  həyatda  yox  idi.  Uzun  və  mubarizəli  xəstəlikdən  sonra  dünyasını 
dəyişdi.  Dilarə  onun  yoxluğuna  alışa  bilmirdi.  Hələ  Sevinc  yazıq  qız  atasından 
bir  an  belə  ayrı  qalmağa  dözə  bilmirdi,  o  ki  qala  ölümünə  dözmək.  Amma 
zamanla  hər  kəs  alışdı.  Bütün  qonşular,  qohumlar,  alışmayan  tək  Dilarə  və 
Sevinc oldu.  Dilarənin qardaşı  hər  həftə onlara bazarlıq edib  gələrdi. Əlavə də 
pul  verərdi  ki,  birdən  nəsə  lazım  olsa  alsın.      Üstəlik  də  bir  sözü  sanki  əzbər 
etmiş kimi hər gəlişində Dilarəyə təkrar-təkrar deyirdi- "Dilarə, mənim evdə bir 
sürü  külfətim  var  4  cü  uşaq  da  yoldadı.  Üstəlik  də  sən  və  qızın.  Ona  görə  çalış 
bir  az  qənaət  et  ki,  mənə  də  yük  çox  düşməsin"  Bəli  bu  sözlərə  Dilarə  həmişə 
eyni cavab verərdi-"Əlbəttə qardaş, səni gözəl başa düşürəm".  
   Buna baxmayaraq Dilarə boş oturmurdu. Əlindən çox  gözəl  hörgü  və tikiş  işi 
gəlirdi.  Səliqəsinə  söz  ola  bilməzdi.  Ona  görə  dərziliyə  başladı.  Gecə-gündüz 
bilmədən işləyirdi evində. Qonşuların çoxuna tanışlıq üçün nisyə etsə də yenə də 
əli dara düşəndə o pul əlinə  gələrdi.  Hər gününə şükr edərdi. Sevinc də anasına 
hər zaman kömək edərdi. Bağdakı bütün kişi işini Sevinc asanlıqla görürdü. Elə 
kişi kimi böyümüşdü. Dərsini də yaxşı oxuyardı. Elə imkansızlığa görə ali təhsil 
almaq barədə düşünmədi.   
   Sevincin  sevgisindən  dəli  divanə  olan  Tərlan  həmişə  kənardan  ona  tamaşa 
edərdi.  Artıq  17  yaşları  vardı.  Və  bir  gün  ona  qəlbini  açacağı  günü  gözləyirdi. 
Amma  heç cürə onu tək tuta bilmirdi. Həmişə  harasa gedəndə  ya yanında anası 
vardı,  ya  da  qonşu  qızı  "rəfiqəsi"  Arifə.    Baxmayaraq  ki,  Sevinc  ona  sevgisi 
üçün  bir  səbəb  verməmişdi,  amma  yenə  də  əlində  deyildi.  Uşaqlıqdan  Sevinclə 
oynadığı gizlən-qaçdan bəri sevirdi onu.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə