Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

   Arifə isə Tərlanın Sevincə olan gizli sevgisini hiss etmişdi. Lakin bu sevginin 
baş  tutmamağı  üçün  nə  lazım  olsa  etməyə  də  hazır  idi.  Sevinci  həmişə 
qısqanırdı.  Onun  paxıllığını  elə  lap  uşaqlıqdan  çəkirdi.  Hər  zaman  atasının, 
anasının sevimlisi olmuş, oyunlarda daim qalib olmağı bacarmış, məktəbdə əlaçı 
olmuş,  hər  kəsin  mehriban  və  şirin  qız  kimi    sevgisini  qazanmış  Sevincin 
paxıllığını  edirdi.    Üstəlik  pəncərədən  baxanda  hər  dəfə  Tərlanın  Sevincə  necə 
baxdığının  şahidi  olduqca  ağlına  hər  fikir  gətirirdi.  Tək  istəyi,  məqsədi  artıq 
Tərlan  olmuşdu.  Beynində  qərar  vermişdi  ki,  nə  olur-olsun  Sevinc  Tərlana  ərə 
gedə  bilməsin.  "Sevincdən  nəyim  əskikdir  ki,  elə  özüm  gedərəm  ona"  deyərdi.  
Həmişə  Sevincgilə  üzünə  "rəfiqə"  maskası    taxaraq  gedərdi.  Tərlanın  onu  tək 
tuta bilməməsi üçün əlindən gələni də edirdi. Sevinc hara getsə  yanına düşərdi.  
Guya  onu  çox  istəyir,  evdə  də  oturmaqdan  ürəyi  partlayır.  Sevinclə  birgə  onun  
anasının tikdiyi paltarları sahiblərinə verib gələrdilər.   
 
    Vaxt  beləcə  keçirdi.  Gün  gəldi  Tərlan  əsgər  getdi.  Onun  əsgər  getməsinə 
Arifə  çox  sevinirdi.  Çünki  planında  Tərlanın  əsgərlikdə  olduğu  vaxt  ərzində 
Sevincə  bir  ər  tapmaq  vardı.  Çalışırdı  ki,  Tərlan  gələnə  kimi  onun  "başını 
bağlasın" . Bunun   üçün şəhərdə yaşayan  əmisi qızına zəng vurdu: 
 "Əgər oralarda kimsə evlənməyə kənd qızı axtarsa de, biri var Sevinc. Atası 
rəhmətə gedib 18 yaşı var. Gözəl-göyçək qızdı. Anası dərzidi. Savab 
qazanarsan"   
     Əmisi qızı şəhərdə tibb bacısı işləyirdi. Günlərin bir günü elə təsadüfən iş 
yoldaşının qardaşı haqqında danışdıqlarını eşitdi: 
 
-- Qardaşım Rusiyada işləyir. Atamın, anamın tək oğludur. İstəyirik bir halal süd 
əmmiş qız tapaq. Ona qalsa illər keçsə də tapa bilməz. Cəmi 28 yaşı var. Atam 
xəstədir. Deyirik, nə qədər ki, yaşıyır oğlunun toyunu görsün. Amma öz 
aramızdı, hardadı indiki zəmanədə halal süd əmmiş qız? Olsa-olsa kənd yerində 
olar, ya olmaz.  O da tanıdığım yox, bildiyim yox...  
 
    Elə onda əmisi qızı Arifəyə zəng vurub dedi ki, bəs, təcili qızın rəsmini 
göndər. Arifə də böyük məharətlə Sevincin albomuna baxmaq bəhanəsi ilə 
şəkillərindən birini gizlincə götürdü. Poçta gedib onu bir zərfə qoydu. Çatacağı 


ünvana kimi qeyd edib evinə gəldi. Əmisi qızı şəkili əldə etdiyi gün elə iş 
yoldaşı tibb bacısına göstərdi. O da evlərinə aparıb qardaşına və atasına anasına 
göstərdi. Hamısı bəyəndikdən sonra xəbər etdilər ki, bəs, əmin qızına de ki, o 
qızın evinə elçi gedəcək bu yaxınlarda.  
    Arifə xəbəri eşidən kimi həm paxıllıq etdi ki :"qızdakı bəxtə bax e, bir göz 
qırpımında elçilər hazırdı". Bir yandan da sevindi ki, "Tərlana qismət 
olmayacaq. Əsgər gələnə kimi Sevinc də ərdə olar. O da məcbur qalar məni alar. 
Məgər məndən başqa kimi bəyənər ki, anası"...   
   Bəli Arifə artıq Tərlanın anasının gözünə girməyi də bacarmışdı. Axı yeganə 
balası əsgər idi. Buna görə onlara tez-tez baş çəkir, evdə ya mağazalıq nəsə 
ehtiyacı olub-olmadığnı soruşardı. Hətta bir necə dəfə ev işlərində də kömək 
etməyə girişmişdi. Elə xəbəri eşidər eşitməz Sevincə deməyə tələsdi. 
    Sevinc bu vaxt bağdakı solmuş yarpaqları süpürürdü: 
--Sevinc, ay qız bəxtəvərsən e, sənə şəhərdən elçilər gəlir.  
-- Necə məyər, elçilər? Nə şəhər, nə elçi? 
-- Əmim qızı təsadüfən iş yoldaşının qardaşı üçün kənd yerindən qız axtardığnı 
eşidib  mənə zəng etdi. Mən də səni dedim. Onlar da elçi gəlirlər. Bəyənməsən, 
özün bilərsən. Amma ağlın olsun  dur get. 
  -- Arifə sən nə deyirsən? Mənim ərə getmək fikrim yoxdu hələ. Bəs anam təkcə 
neyləyəcək? 
  -- Ay qız, guya hec ərə getməyəcəksən?  Elə gülməli danışırsan ki... Deyirəm 
şəhərdəndir e elçilərin.  Get ərə kef elə də. Nə var bu  palçıqlı asfaltsız kənd 
yollarında nə edəcəksən? Onsuz da bir qız bir oğlanındır.  Bunu bəyənməzsən 
getməzsən, nə məcburdur.  
    Əslində  Arifə  bütün  qəlbi  ilə  onun  ərə  getməyini  "Tərlana  sahiblənmək 
yolundan  çəkilməyini"  istəyirdi.    Beləliklə,  Sevinc  anasına  Arifənin  dediklərini 
dedi.  Dilarə  qızını  çox  sevirdi  və  əgər  qızı  istəməsəydi  məcbur  kimsəyə 
verməzdi.  Zaman  gəldi. Oğlan evi elçi  gəldi. Elçiləri  Sevincin dayısı qarşıladı. 
Oğlan  anası  Dilarəyə  oğlunu  tərifləməyə  başladı:  "Oğlum  Vahid  Rusiyada 
işləyir.  Öz  əli-öz  başı.    Evlənsə  hər  ayda  bir  dəfə  gedəcək  işlərinə  baş  çəkib 
gələcək. Ailəcanlı oğlandır. Nə içki içər, nə siqaret çəkər. Rusiyada kiçik fabrik 
işlədir.  Yəni həmişə orda olmağına ehtiyac yoxdu. İşçilərinə tapşırıq verib geri 


dönür.  Şəraitimiz  də  maşallah  necə  lazımdır.  Beş  otaq  evimiz  var.  İkisi  sənin 
qızının. Yaşasınlar xoşbəxt olsunlar. " 
 Dilarə qəlbən qızının uzağa; şəhərə ərə getməsini istəmirdi. Amma qardaşı dilə 
gətirdi  ki,  qoy  getsin.  Sənin  kimi  əziyyət  çəkməsin.  Əslində  Sevincin  dayısı 
dolandırmalı olduğu bir insanın azalmasını istəyirdi. Elə oğlan evinə ordaca "hə" 
də qəlbində bu sözü təkrar etdi: "Yükümün biri azaldı" 
    Onsuz da Vahidin ailəsi imkanlı idilər və Sevincin ailəsindən cehiz olaraq heç 
nə  istəmədilər.    Beləliklə  bir  ayın  içində  nişan  və  toy  oldu.  Sevinc  ata  evindən 
Vahidin evinə onun xanımı olaraq qədəm qoydu... 
 
 
İkinci fəsil 
      Toy  günlərindən düz iki ay keçmişdi. Bu  iki ayda Sevinc Vahidə alışmışdı. 
Ona hörmət edir, sözünü tərəddüd etmədən yerinə yetirirdi. Elə Vahidin ailəsinə 
də  alışmışdı.  Qaynatası  xəstə  yatağında  olsa  da  ona  da  qulluq  etməyi  özünə  bir 
övlad borcu hesab edirdi. İki baldızı vardı. Biri ailəli idi. 3 uşaq sahibi idi. Digər 
baldızı  isə  ailə  qurmamışdı.  Çünki  həmişə  bir  sözü  deyib  dururdu  :  "Mən 
həyatımda bir dəfə sevənlərdənəm." Bəli baldızı illər əvvəl sevdiyi insanı itirdiyi 
üçün daha evlənmək barədə  nə düşünmür,  nə də kiməsə düşünməyə qoymurdu. 
Qaynanası  Zəminə  xanım  elə  zəhimli  qadın  idi.  Sevinci  ilk  gördüyü  andan 
bəyənsə  də  biruzə  verməzdi  heç  zaman.  Sanki  yeganə  oğlunu  ona  qısqanırdı. 
Paylaşa bilmirdi.  
     Vahid  də  xasiyyətcə  mehriban,  deyib  gülən,  şən  oglan  idi.  Hələ  əsgərlikdən 
qayıdandan  Rusyaya  işləməyə  getmişdi.   Bu  neçə  illər  ərzində  özünə  həm 
vətəndaşlıq  həm  də  yaxşı  iş  qazanmışdı.  Kiçik  fabriki  vardı.  Bütün  günü 
telefonda  asılı  qalırdı.  Sevinc  də  buna  bir  o  qədər  əhəmiyyət  verməzdi.  Çünki 
varlığı ilə kimsənin həyatının dəyişməyini istəmirdi.  
Qaynatası  Veysəl  kişi  artıq  Sevinci  doğma  qızı  kimi  çox  istəyirdi.   Hətta 
dəfələrlə  olmuşdu  ki,  Sevinc  təkbaşına  ona  qulluq  edirdi.  Suyunu,  yeməyini, 
çayını canla başla verirdi. Atasını itirdiyi andan bu ana ilk dəfə idi ki ata qayğısı, 
ata sevgisi hiss edirdi. Bunu o da hiss etmişdi. Sevinc üçün elçi gedə bilməsə də 
onu  gəlinlikdə  gördüyü  andan  qızı  kimi  sevmişdi.  Hər  gün  mehribancasına 
söhbətlər  edər,  ona  həyatından,  zəmanədən,  bu  yaşına  kimi  yaşadıqlarından, 
gördüklərindən danışardı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə