Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

daşıyırsan.  Qanun  qarşısında  cavab  verməyə  hazırsanmı?  Gəl  sən  nə 
bizi yor, nə də özünü. Açıq aşkar nə olubsa danış! 
Görünür  Səbinə  xanım  polkovnik  Muradlının  sözlərindən  təsirləndi.  Söz 
verdi  ki,  bildiyi  hər  şeyi  danışacaq.  Bircə  onu  yalan  ifadəyə  görə  həbs 
etməməyimiz  üçün  yalvarmağa  başladı.  Məmmədzadə  də  razı  oldu.  Səbinə  də 
sözə başladı: 

Mən  orta  məktəbdə  oxuyandan  anamız  bizimlə  danışmağa  fürsət 
tapmışdı. Cavad o vaxtdan ona  kin saxlayırdı. Düşünürdü ki,  bizi mal-
mülk əlindən  getməsin  deyə atıb. Lakin  mən  hər zaman onu həsrətlə 
gözləyirdim.  Sahibə  pis  insan  deyil.  Amma  yenə  də  öz  anam  sağ  ikən 
yad birisinə necə ana deyərdim?! Sağ olsun Simuzər xala. O anamdan 
mənə,  məndən  də  anama  xəbər  çatdırardı.  Nəhayət  bir  il  əvvəl 
görüşüb  danışdıq.  İşləmək  istədiyimi  demişdim.  Tezliklə  mənə  bu  işi 
tapdı. Dedi ki, müdirlə danışıb həll eləmişəm. İş saatların qısadır. Odur 
ki,  atamgil  gəlməzdən  əvvəl  evdə  olaram.  İki  ay  əvvəl  də  Cavadla 
danışmaq  istədi.  Lakin  Cavad  onun  haqqında  eşitmək  belə  istəmirdi. 
Qardaşımı çox sevirdim. Əgər yaşasaydı anamızla barışdığımı və onun 
necə  yaxşı  qadın  olduğunu  deyərdim.  Əminəm  ki,  ilk  görüşdən  sonra 
anamızı bağışlayardı.  

Yaxşı  səhər  saat  7:30  da  işə  gedirsinizsə  niyə  cinayət  baş  verən  gün 
yatdığınızı  deyirsiz? Bizim əlimizdə sübut var ki, həmin vaxt siz  nəinki 
oyaq olmusuz, hətta cinayətin necə törədildiyinin şahidi olmusuz! 
Səbinə  əllərini  üzünə  tutub  hönkür-hönkür  ağlamağa  başladı.  Sanki  hər 
şeyi yenidən görürdü. Üzünü polkovnik Muradlıya tutub dedi: 

Hər  zaman  olduğu  kimi  həmin  gün  də  işə  gedəcəkdim.  Bağçada 
yoxlama  olacağından  saat  7-də  işdə  olmalıydım.  Cavadla  atam  çıxar 
çıxmaz  mən  də  hazırlaşdım.  Cəmi  4-5  dəqiqə  gözləyib  evdən  çıxdım. 
Blokun  qapısına  yaxınlaşanda  atamla  Cavadın  bir  kişi  ilə  mübahisə 
etdiyini gördüm. Azacıq dayanıb gözlədim ki, bəlkə mübahisə bitər və 
mən  işə  gedərəm.  Lakin  Cavadın  onu  itələdiyini  gördüm:  -  Səbinə 
titrək səsi ilə sözünə davam etdi: - o kişi cibindən bıçaq çıxardıb əvvəl 
Cavada  vurdu.  Atam  onu  qolları  arasında  tutanda  atamın  da 
ürəyindən bıçaqladı. Cavad ayağa qalmaq istədiyi an qatil ona yenidən 
bir  neçə  dəfə  bıçaq  sancdı.  Qorxumdan  qışqırdım.  Düşündüm  ki,  hər 
ikisi də öldü. Amma o bloka yaxınlaşdı. Mən evə  doğru  qaçdım. O da 
arxamca qaçırdı. Evin qapısına az qalmış məni tutdu. Bıçağı boğazıma 
dirədi. Dedi əgər kiməsə nə  isə desəm məni, anamı və  yaxınlarımı da 
öldürəcək.  Mən  də  razılaşmalı  oldum  :-  Səbinə  sözlərini  yarım  qoyub 


boynundakı  yaylığını  açıb  boğazındakı  bıçaq  izini  göstərdi:  -  Sonra 
əlimi  boğazıma  sıxıb  içəri  keçdim.  Ağlamaqdan  az  qalırdı  ürəyim 
partlaya.  Boynumdakı  qanı  Sahibə  görmədi.  Çünki,  içəri  keçən  kimi 
otağa girib, arxadan bağladım. 

Qatil Sahibdir?- Muradlı qəfildən sual verdi. 

Mən qorxuram. Desəm anamı da öldürər, yaralı atamı da, məni də. 
Məmmədzadə: 

Siz  qatili  nə  vaxta  kimi  gizlətmək  fikrindəsiniz?  Narahat  olmayın,  biz 
sizi qoruyarıq. Amma gizlətməyə təkid etsəniz sizi cinayətkara yardım 
etdiyiniz üçün həbs edəcəyik.  
Polkovnik Muradlı: 

Qızım  insafa  gəl,  de  görüm,  qatil  Sahibdir?  Dünən  sizin  evə  sənə 
növbəti  dəfə  xəbərdarlıq  etmək  üçün  gəlmişdi?  Danış,  qorxma! 
Unutma ki, heç bir qatil şahidi sağ buraxmaz.  
Mən:  

Səni də bir zaman öldürəcək. Axı atan hələ sağdır. Ona yazığın gəlsin. 
Mayor Səfərli: 

Bəs Cavad?! Onun qanını yerdə qoyacaqsan?  
Səbinə qətiyyətlə cavab verdi: 

Bəli atamı da Cavadı da bıçaqlayan qonşumuz Sahib idi!!! 
Bu vaxt qapı açıldı. Sahib qapıdan boylanıb: 

Rəis, bəlkə sabah gələrəm? Hə? İşim gücüm var axı! 
Polovnik-leytenant Məmmədzadə bizə əmr etdi: 

Tutun onu! Ciblərini yoxlayın.  
Səfərli  və  mən  Sahibi  cəld  tutduq.  Qollarına  qandal  vurub,  ciblərini 
gəzdik. Oradan cib dəsmalı, kağız parçası, və cib bıçağı tapdıq. 
Dəhlizə çıxıb bıçağı polis zabitinə uzatdım. Təcili ekspertizaya aparıb qısa 
zamanda cavab göndərmələrin istədik.  
 
Sahib: 

Mənim  günahım  yoxdur.  O  çörək  bıçağımdır.  Mağazada  para  çörək 
satanda  onunla  kəsirəm.  Hara  aparırsız?  Nə  ekspertiza,  siz  nə 
danışırsız? Mən qatil deyiləm!!! 
Polkovnik Muradlı: 



Demək günahın yoxdur? 

Hə. Günahsızam. 

Yaxşı nə deyirəm. Bəs hadisə baş verdiyi zaman nə edirdin? 

Demişdim  axı.  İfadəmdə  var.  Çörək  almağa  düşmüşdüm.  Qızımın  ad 
günü idi. Onda Cavadgillə rastlaşdım.  

Aha... demək çörək alırdın? 

Hə  qəpiklərim  də  yerə  tökülmüşdü.  Onda  görmüşdüm  ki,  yerə 
sərildilər. Qatil isə əllərini sallaya-sallaya gedir.  

Qəpiklərin? 

Hə, qəpiklərim. 7 çörəklik qəpiyim vardı, əlimdən yerə dağılmışdı.  

Nəyə görə siz çörək satdığınız halda evinizə çörəyi məhz pulla alırsız?- 
Muradlı davam etdi-  Bizi axmaq yerinə qoymayın Sahib bəy. Əlimizdə 
Səbinənin etirafı var. Günahınızı boynunuza xoşluqla alın. İş ondadır ki, 
polkovnik-leytenant  Məmmədzadə,  bu  şəxs  qara  plaşlı    alnı  çapıqlı 
qatili uydurub ki, sizi səhv  yola salsın. Məhz onun verdiyi yanlış  ifadə 
sizin  cinayəti  açmanıza  mane  olub.  Düyünün  harada  olduğunu 
soruşurdunuz. Baxın düyünün özü elə qarşınızda əyləşib. Əks halda siz 
bu  cinayəti  çoxdan  açmışdız.  Sahibin  qatil  olduğunu  göstərmək  üçün 
Səbinənin  ifadəsi  bəs  edərdi.  –üzünü  yenidən  Sahibə  tutub  -  Yaxında 
Fərhad bəy də ifadə verə bilər. Onda çıxış yolunuz olmayacaq.  
Sahib  bir  qədər  başı  aşağı  oturdu.  Nə  isə  qərarlaşdırdığını  hiss  etmişdim 
ki, sözə başladı: 

Bəli  yoldaş  müstəntiq  daha  gizlətməyin  yeri  yoxdur.  Qatil  mənəm!  İş 
ondadır  ki,  axmaq  nəfsimin  qurbanı  olmuşam.  Hər  həftə  ailəmdən 
xəbərsiz qumar oynayardım. Düşünürdüm ki, bir zaman külli miqdarda 
pul udaram və ailəmi kasıblıqdan xilas edərəm. Lakin alınmadı. Bir gün 
oyunun ən qızğın yerində pulum bitdi. Tərslikdən dükanımın sənədləri 
cibimdə  idi.  Əlimə  keçər  keçməz  düşünmədən  oyuna  qoydum. 
İnanırdım  ki,  udaram.  Amma  şansım  yox  imiş.  Uduzdum.  Beləliklə, 
ailəmi  necə  deyərlər  “çörək  ağacından”  məhrum  etdim.  Başqa  iş  də 
əlimdən  gəlmirdi.  Bacardığım  tək  şey  ticarət  idi.  O  andan  özümə  bir 
daha  qumar  oynamayacağıma  söz  verdim.  Tövbə  etdim.  Dükanımı 
uduzduğum şəxs insaflı oldu. Dedi sənədi 5 min manatın müqabilində 
qaytaracaq. Amma cəmi 3 gün vaxt verdi. Üç günə 5 min manatı necə 
tapardım. Elə bir tanışım, dostum da yox idi. Dükan da atamdan mənə 
qalma  idi.  İşlədikcə  ərazisini  genişləndirmişdim.  100-200  manat  deyil 
ki, tanışlarımdan tapam. Mənim üçün 5 min manatı tapmaq özü də  3 
günə qeyri-mümkün idi. Həmin gecəni yata bilmədim. Götür qoy edib 
borc  ala  biləcəyim  insan  axtarırdım.  Nəhayət  Fərhad  bəy  və  onun  ilk 
yoldaşı  Zərifə  xanımı  xatırladım.  Səhər  açılan  kimi  blokun  ağzında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə