Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

    -Əlbəttə,  qızım.  Allaha  hər  anımız  üçün  şükr  etməliyik.  Sənin  yaşadıqların, 
acıların hamısı qismətdir. Düşün ki, bundan da pis ola bilərdi. Bax onda Allaha 
hər gün şükr edərsən ki, nə yaxşı ki, zamanında sənin gözlərini açdı. Bəlkə, sən 
onunla  heç  xoşbəxt  olmayacaqdın  da...  Axı  bu  iki  ildə  səni  xoşbəxt  edə 
bilməyib. Sənsə hey arzusunda olduğun övladı gözləmisən. Şükr elə, qızım, şükr 
elə. Hər şey üçün şükr elə. 
    -Ana,  iki  il  arzuladım  dua  etdim.  Övlad  istədim.  Mənə  onu  vermədi.  Əksinə 
ailəmdən etdi. Vahidin evli olduğunu öyrəndiyim an həyatım söndü. Onun mənə 
"Get atan evinə bir də qayıtma. Onsuz da uşaq da olmur. Get yaşa həyatını. Unut 
bizi. Yığışdır nəyin var get. Gələndə səni gözüm görməsin."- sözündən sonra isə 
içimdəki inamım etibarım, sevgim öldü. Başa düşürsən?  
  
     Bu vaxt darvaza açıldı: 
    -  Dilarə,  xala!  Evdəsən?  Tərlanın   şalvarını  tikmisənsə,  ver  aparım  geyinsin. 
İşə gecikir. 
      Bəli,  bu  Arifə  idi.  Tərlanın  anasının  gözünə  girməyi  bacarmışdı.  Artıq  o, 
əsgər  gəlib  Sevincin  ərə  getdiyini  öyrənəndə  aylarla  qəlbində  yas  saxladı. 
Sevinci çox sevirdi. Tezliklə bir  işə düzəlib başını qatdı.  Anası da  hər  gün baş-
beynini doldururdu ki, "Arifə çox yaxşı qızdı. Mənə sən olmayanda hər gün baş 
çəkirdi. Gəl ona elçi düşüm. Evlənin də. Gözümün önündə böyüyüb. Anasını da, 
atasını  da  tanıyıram.  "  Tərlan  isə  hər  zaman  qəti  etiraz  edərdi.  Amma  bir  qış 
günü anası pilləkənlər sürüşkən olduğu üçün yıxıldı. Ayağı bərk əzildi. Müalicə 
etdilər.  Amma  həkim  Tərlana  tapşırdı  ki,  ona  kömək  lazmdır.  Qəti  ağır  iş 
görməsin. Pilləkənləri bir müddət çıxıb düşməsin. Elə o gündən sonra Arifə gün 
boyu  onlarda  olurdu.  Bir  axşamdan  axşama  yatmağa  evlərinə  gedirdi.  Anasına 
Tərlanı  sevdiyini  və  onun  anasına  da  daim  kömək  etmək  istədiyini  demişdi. 
Tərlan da  məcburiyyətdən anasına kömək olsun deyə Arifə ilə evləndi. Həm də 
Sevinc artıq ona aid deyildi. Bunu həm də mənəvi dərk edə bilsəydi... 
   - Sevinc? Sən hara, bura hara? 
    Arifə  darvaza  önündə  dayanmaq  əvəzinə  yuxarı  başa  keçmişdi.  Sevinci 
divanda anası ilə əl-ələ tutub oturduğunu görəndə təəccüb etdi. 
    -  Ay  qız,  deyəsən  yolunu  azmısan,  hə?  İki  ildi  getmisən,  heç  demirsən,  bu 
Arifəyə bir sağol deyim. 
   - Sənə sağol düşmür. 


   Sevinc  hirsindən  ayağa  qalxdı.  Mat  qalan  Arifənin  gözlərinin  içinə  baxa-baxa 
dedi: 
   -Sən  və  sənin  əmin  qızı  olmasaydız,  mən  indi  bədbəxt  olmazdım.  Getdin, 
şəklimi  gizlin  göndərdin.  Əmin  qizi  oğlan  tapdı  iki  daş  arasında.  Heç 
soruşmadın ki, bu oğlan evlidir, ya yox?  
   -Necə məgər? Vahid evli idi ki? 
    -Hə!  İki  ekiz  qızı  da  var.  Özü  də  Rusiyada  evi  -eşiyi,  işi-  gücü.  Ona  ata-
anasına, bacısına qulluqçu lazım imiş. Sən də məni göstərdin.  Bunun üçün sağol 
istəyirsənsə, onda eşit- Çox sağol!  
   -Sevinc, vallah bilməmişəm. İnan mənim heç nədən xəbərim yoxdu.  
    -İnanmıram  Arifə.  Daha  kimsəyə  inanmıram.  Nə  üçün  gəlmişdinsə  götür,  get 
bir də bu qapıdan içəri girmə. 
   -Tər-tər-tərlanın şalvarı üçün gəlmişdim.   
 Arifə  dili  topuq   vura-vura  sözünü  deyə  bildi.  Dilarə  şalvarı  gətirib  verdi. 
Amma heç Arifənin üzünə də baxmadı. Arifə rəngi ağarmış vəziyyətdə qapıdan 
çıxdı. 
 "Yəni  bu  bizim  Sevinc  idi?"  qəlbində  təəccüb  edirdi.  "Gör,  sakit  təbiətli, 
kimsəyə  acı  söz  deməyən,  canla-  başla  köməyə  qaçan,  hər  işdə  uğur  qazanan, 
hamının sevimlisi olan Sevinc necə də dəyişilib."  
  
    -Qızım  sən  kinli  olma.  Unut  getsin.  Arifə  də  pislik  etmək  istəməyib  sənə. 
Əminəm ki, bilsəydi, heç zaman göz görə-görə səni oda atmazdı. Xəbərin yoxdu 
axı  sənin  Tərlan  əsgər  gələndə  anası  yıxıldı.  Ayağı  sındı.  O  da  məcbur  qaldı 
Arifə ilə evləndi ki, anasına kömək olsun. Yaman yaxşı uşaqdı Tərlan. Allah ona 
da övlad versin.  
    -Onun da uşağı yoxdu?  
   -Hə qızım. Həkimdən yoxlanıblar keçən ay. Arifə məcbur apardı onu. Getdilər 
şəhərə analiz  verdilər. Cavab çıxdı ki, Tərlan sonsuzdur.  Amma Arifənin  uşağı 
ola bilər. İndi Arifə də bir cür bədbəxtdir də. Tək sən deyilsən ki? Ona görə sən 
Allahına  şükr  elə.  Nə  qədər  ki,  mən  varam,  səni  ac  qoymaram.  Sən  də  istəsən, 
mənə  kömək  olarsan.  Yaxşı  dərziliyi  də  öyrətmişəm  vaxtında.  Başımızı  aşağı 
salıb dolanarıq balam. 


    -Can, Ana. Nə yaxşı ki, sən varsan. Allahım , sənə şükrlər olsun. Elə hər şey 
üçün min şükr!  
   
   Bəli,  Sevinc  artıq  şürk  edirdi.  Bir  neçə  gün  keçdi.  Dayısı  Cavid  də  Sevincin 
geri  dönməsindən  xəbər  tutdu.  Elə  bütün  kənd  də.   Dayısı  qəzəbləndi.  Amma 
səbəbi  biləndə  bir  söz  demədi.  Anası  kimi  normal  qarşılayan  çox  oldu.  Kimsə 
kimsənin qəlbində deyil və nələr yaşadıqlarını bilə bilməz.   
   Arifə  də  hər  gün  Tərlana  göz  qoymağa  başladı.  Hiss  edirdi  ki,  Tərlan  hələ  də 
Sevinci  sevir.  İllər  keçməsinə  baxmayaraq  Sevinci  bir  dəfə  uzaqdan  görəndə 
tanımışdı. Yaxınlaşmağa belə çəkinmişdi. Axı  heç subay vaxtı  Allahın salamını 
verməyə  utanırdı.  İndi  necə  yaxınlaşsın?  Nə  desin.  Onun  həyatının  belə 
qurulmasına  üzülürdü.  Əlində  olsaydı  hər şey edərdi ki, təki  yenidən Sevincin 
yanağında  həmişəki  təbəssümü  görsün.  Lakin  mümkün  deyildi.  Daha  hər  şey 
fərqli  idi.  O  ərindən  ayrılmış  gəlin.  Tərlan  isə  evli  bir  kişi  idi.  Sevincin  adına 
ləkə  gəlməsin  deyə  hər  gün  işdən  sonra  çayxanaya  gedərdi.  Gün  ərzində  olan 
bitən orda kəndin kişiləri tərəfindən müzakirə edilirdi deyə, düşünürdü ki, birdən 
kimsə onun haqda nəsə danışar. Lazım olsa ağzının payını verər. Amma Sevinc 
heç yerə çıxmırdı. Kimsə onu görmürdü. Cəmi  iki dəfə anası ilə tikilmiş paltarı 
sahibinə verməyə gedəndə görmüşdü onu uzaqdan. Ondan sonra çıxmamışdı heç 
yerə. Heç gedəsi yeri də yox idi axı.  
   Vahidin evini tərk etdiyi gündən artıq iki həftə keçirdi. Sevinc səhər yuxudan 
oyanar-oyanmaz  başı hərləndi. Dilarə türkə-çarələr ilə ona kömək oldu.  Amma 
hardansa gələn yumurta qoxusu onun ürəyini bulandırdı. Özünü güclə çölə atdı. 
Mədəsi  qaynıyırdı.  Dilarə  nə  baş  verdiyini  anlamırdı.  Birdən  qonşuluğundakı 
həkim  Cəmilə  xanım   yadına  düşdü.  Elə  Sevinci  o  vəziyyətdəcə  qoyub  həkim 
arxasınca  gedə  bilməzdi.  Ağlına  gəldi  ki,  küçədən  keçən  bir  tanış  olsa,  etibarlı 
biri ona tapşırsın həkimi çağırmağı. Belə də etdi. Qaçdı darvazanı açdı. Küçədən 
Tərlan  keçirdi.  Nə  etsin  qızının  halı  pis  idi.  Məcbur  qaldı.  Həm  də  Tərlandan 
etibarlı kim ola bilərdi ki.  
   -Tərlan, oğul! Sevincin halı pisləşib. Sən Allah get Cəmilə xanımı bizə gətir.  
  - Sevincə nə olub, Dilarə xala? 
  - Bilmirəm bala, suala tutma. Get Cəmilə xanımı tez gətir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə