Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

İlahi  ona  görə  məni  cəzalandırırsan?  Oğlumu  bir  dəfə  öpməyə  də  qoymadı.  Bu 
necə  insafsızlıq?  Bəs  mən  mən  ki  eynisini  Sevincə  etmişəm.  İl  yarımdı  Mələyi 
ona  göstərmirəm. Mən... Mənəm  günahkar!... " Vahid  ordan kor peşiman evinə 
döndü. Qapıdan girəndə divanda əyləşən bir cavan oğlanı görüb özünü itirdi. Bir 
an içində dərdini boğub salamlaşdı.  
- Buyurun? 
-  Vahid  bəy,  sizinlə  danışmaq  üçün  çox  uzaqdan  gəlmişəm.  Zamanım  da  azdır. 
Xərçəng  xəstəsiyəm.  Son  həftələrim  son  günlərimdir.  Amma  sizin  həqiqəti 
bilməyiniz üçün burdayam.  
- Siz axı kimsiz? 
- Tərlan! 
- Tərlan? Arifənin yoldaşı? 
 Bəli.  Tərlan  xəstəxanadan  nəhayət  ki,  çıxa  bilmişdi.  Qıc  olmaları  olsa  iynəsini 
vuracaq insan var deyərək. Arxayın etmişdi həkimlərini. Lakin nə fayda? Onsuz 
da  öləcəkdi.  Heç  olmasa  Sevinci  ölərkən  xoşbəxt  görmək  istiyirdi.  Sakitlik 
çöksə də Vahid Tərlanı dinləməyə məcbur idi. Axı mənəvi əzab çəkirdi. 
-  Sizin  Sevinclə  eşqbazlıq  etdiyinizi  Arifə  zəng  edib  demişdi.  Mən  o  andan 
Sevinci  həyatımdan  sildim.  Mələyi  də  ona  göstərmədim.  Hətta  uşağın  da  sizin 
olduğunu Arifə mənə demişdi. 
 Tərlan ani olaraq sarsıntı keçirtsə də Arifədən bunaları gözlədiyindən özünü ələ 
aldı. 
-  Vahid  bəy,  mən  sonsuzam.  Bunu  Arifə  ilə  toyumuzdan  bir  neçə   ay  sonra 
şəhərdə  müayinə  zamanı  öyrənmişik.  Arifə  bunu  yaxşı  bilirdi.  Sevincə  bir  dəfə 
olsun  pis  niyyətlə  baxmamışam.  Lakin  uşaqlığımdan  onu  sevmişəm.  Bir  dəfə 
olsun  onun  adına  ləkə  gəlməsini  istəməmişəm.   Arifə  ilə  evlənəndə  Sevinc 
çoxdan  sizinlə  evli  idi.  Onu  yenidən  hamilə  olanda  gördüm.  Çox  sıxıntı 
keçirtdiyini  də  yoldaşım  Arifədən  öyrəndim.  Anam  öləndə  bizə  gəlmişdi. 
Kömək etməyə. Bir dəfə onda baş sağlığı verəndə danışmışıq. Bir iki kəlmə. Bir 
də  Mələyin  ad  günündən  3  gün  sonra  Əsmər  xanımın  məktubunu  ona  verəndə 
Mələyin  şəklini  göstərəndə  danışmışıq.  Kəndə  də  Arifə  qısqandığı  üçün  şayə 
yayıb.  Lakin  hər  şeyin  doğrusunu  bir  Allah  bilir.  Bir  Sevinc  bir  də  sizlə  mən. 
İnsana  şər  yaxmaq  asandır.  Lakin  gün  gəlir  etdyin  yanlşlıq  mənəviyyatını 
incidir. Doğru etmədiyini  gec də olsa dərk edir insan.  
 Zəminə  eşitdikcə  alışıb  yanırdı  günah  içində.  Vahid  bir   insanın  həyatının  son 
anlarında  yalan  deməyəcəyini  bildiyi  üçün  inanırdı.  Həm  də  Sevincin  yeri  bura 
idi. Mələyin və onun yanı. Bu ev eşik yalnız onun ayaqları altına atılacaq qədər 
ucuz idi. Bir an belə dayanmadan Tərlana qoşulub yola çıxdı. Zəminə də Mələyi 
götürüb  onlarla  birgə  getdi.  Maşında  Tərlan  ona  həyatdakı  hər  şeyin  qədrini 
bilməyini, kimsənin sözündən ötrü  kimsənin qəlbinə dəyməməli olduğunu başa 
saldı.  Tərlan  Sevincin  xoşbəxtliyi  üçün  bu  səfərə  çıxmışdı.   Hiss  edirdi  ki, 
taqəti   daha  qalmayıb.  Vahiddən  son  arzusunu  istədi:  "Sevinci  dünyanın  ən 
xoşbəxt  anası,  ən  xoşbəxt  həyat  yoldaşı  və  ən  xoşbəxt  insanı  et!".  Vahid  onun 
son istəyini qəbul edib. Əməl edəcəyinə söz verdi. Beləliklə, Sevincin ata evinə 


çatdılar. Qapını açıb evə girdilər. Tərlan bir tərəfinin tamamilə tutulduğunu hiss 
etsə də bu anı görməli idi. 
- Vahid??? Mələk!!!! 
 Sevinc  Vahidi  görüb  çox  təəccüb  etsə  də   Mələyi  Zəminənin  qucağında  görüb 
ona   doğru  atıldı.  Sevincinin  həddi  hüdudu  yox  idi.  "Balam!  Şip-şirin  balam." 
Vahid  artıq  Tərlandan  öyrənmişdi  ki,  Əsmər  hər  ay  Sevincə  məktub  yazırmış. 
Mələyin bu günə kimi  necə böyüdüyündən bəhs edirmiş. Buna  görə sadəcə ona 
təşəkkür borclu idi. Bir ananı balsından ayrı qalsa da ondan xəbəri olması ümid 
yeridir.  Sevinci  Mələksiz  yaşadan  da  elə  o  ümid  idi.  Budur  Mələyi  bərk  -bərk 
bağrına basıb öpür, ətrini içinə çəkirdi. Qəribəsi odur ki, Mələyin də qanı bu yad 
insana  qaynamışdı.  Başqaları  onu  öpəndə  üzünü  çəkən  o  uşaq  Sevincin 
öpüşlərindən  yayınmırdı.  Bu  səhnəni  görən  tək  Tərlan  deyildi.  Maşını  görən 
hamı darvazadan boylanıb baxırdı. Arifə də gəlmişdi. Dilarə Vahiddən gəlişinin 
səbəbini  artıq  anlasa  da  bir  daha  eşitmək  istədi.  Vahid  hər  kəsin  bərəlmiş 
gözlərinin onlara zilləndiyini görüb dedi: 
- Mən bir zamanlar  Arifənin  yalanına, böhtanına inanıb gül  kimi  xanımımı tərk 
etdim. Qızımızı da ona həsrət qoydum. Arifənin sayəsində günah ardınca günah 
etdim. İndi həqiqəti öyrənmişəm. Və gəlmişəm ki, Sevincdən üzr istiyib evimizə 
geri  aparam.  Sevinc  gözləri  dolsa  da  Mələk  üçün  razı  oldu.  Vahidə  isə  dedi: 
"Səni də Zəminə xanımı da  mən bağışladım. İndi qoy Allah sizi bağışlasın!"  
    Bu  Tərlanın  son  gördüyü  və  eşitdiyi  sözlər  idi.  Ordaca  dünyasını  dəyişib 
əbədiyyətə  qovuşdu.  Söylənməyən,  eşidilməyən  tək  bir  cümlə  qaldı:  "Mən  səni 
həmişə sevmişəm və sevəcəyəm Sevinc!"... 
 
 
Hal-hazırda:
 
Sevinc  Vahidlə  çox  xoşbəxtdir.  İkinci  uşaqları  doğulmaq  üzrədir.  Mələk  ilk 
andan  anasına  isindi.  Əsmər  onların  xoşbəxtlikləri  üçün  əlindən  gələni 
əsirgəmir. Sevincə ev işlərində və Mələyə baxmağa çox kömək olur. Ailə həyatı 
qurmamaqda  hələ  də  israrlıdır.  Zəminə  etdiyi  yanlışlıqları  yuya  bilmək  üçün 
tövbə  edib  Allah  yoluna  gəlib.  Fidan  kənddə  diş  həkimliyi  edərək  oğlunu  heç 
nəyə  ehtiyac  duymadan  böyüdür.  Arada  Vahid  də  Sevinclə  onlara  baş  çəkir. 
Nadejda başqa biri  ilə ailə qursa da iki balasını da Vahidə  görməyə  icazə verir. 
Vahid hər ay  maddi olaraq köməklik edir.  
SON
 
 
 
 
Həyat  paylaşılmağa  dəyər.  Lakin  onu  paylaşdığımız  insanlara  bir  nəzər 
yetirməli,  ondakı  mənfi  cəhətlərdən  çox  müsbətləri  axtarmağa  da  zaman 
ayırmalıyıq.  Hər  insan  ikinci  şansa  layiqdir.  Bunu  kimsədən  əsirgəməyək.  Ən 
önəmlisi  isə  yaşanan  hər  bir  çətinliyə,  hər  əzaba,  hər  xoşbəxtliyə  daim  şükr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə