Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   31   32   33   34   35   36   37   38   ...   60


Nə olub? – Səma yuxulu gözlərini ovxalaya-ovxalaya soruşdu. 

Daha nə olacaq, sənin yuxun gerçək olacaq. 

Necə yəni gerçək? - təəccüblənmiş Səma soruşdu 

Bax elə  bu cür  gerçək. –  bu zaman Cəmilə öz saçını əli  ilə göstərərək 
dedi. 

Sən, - Səma yatağından qalxıb Cəmilənin saçlarına toxundu - yəni sən 
öz saçlarını mənə verəcəksən? 

Niyə  də  yox?!  Onsuz  da  onlar  çox  uzanmışdı.  Nə  vaxtsa  kəsməli  idim 
ya yox. 
Səma Cəmilənin bu təklifinə etiraz edə bilməzdi. O çox şad idi ki, nəhayət 
ki,  onun  da  saçı  olacaq.  Taxma  olsa  belə  bir  daha  yanıq  başla,  yanıq  yarımçıq 
qulaqla  heç  yerə  gizlənməyəcək.  Utanmayacaq.  Hər  normal  uşaq  kimi  o  da 
yaşıdları  ilə  bir  daha  oyunlar  oynayacaq,  bir  daha  incə  yanağına  təbəssüm 
qonacaqdı. Cəmilə də öz saçlarını çox sevirdi. Lakin Səmaya bəxş edəcəyi sevinc, 
xoşbəxtlik, gələcəyi üçün ümidləri hər bir şeydən vacib idi. Səmadan xahiş etdi 
ki,  axşamadək  səbir  etsin.  Yuxuya  getdikdən  sonra  kəssin.  O  gün  axşamadək 
Səma  planlar  qurdu.  Taxma  saçını  necə  düzəldəcəyi  barədə    götür  qoy  etdi. 
Nəhayət axşam oldu. Cəmilə o gecə sonuncu dəfə uzun qara saçlarını sığalladı. 
Yatağına uzanıb yuxuya getdi. Bir neçə saatdan sonra Səma Cəmilənin yatdığını 
görüb qayçı ilə onun saçını kəsdi. Lakin Cəmilənin göstərdiyi kimi çiyinlərindən 
yox,  daha  aşağı  belindən  kəsdi.  O  Cəmilənin  bu  fədakarlığını  ömrü  boyu 
unutmayacaqdı.  
Həmin  gecəni  səhərə  qədər  yata  bilmədi.  Çox  həyəcanlı  idi.  Tezliklə 
taxma  saçlarını  düzəltmək  istəyirdi.  Nəhayət  səhər  açıldı.  Günəş  öz  isti  şüaları 
ilə  torpağı  isitdi.  Cəmilə  oyanıb  saçlarının  gözlədiyindən  daha  uzun  qaldığını 
gördü.  Səmadan  bunun  səbəbini  soruşmaq  üçün  onu  oyatmağa  qərar  verdi. 
Səma yenicə yuxuya getmişdi. Amma Cəmilə bundan xəbərsiz idi. 

Səma, oyan! 

Nə olub? - yuxulu gözlərini güclə açmağa çalışan Səma soruşdu.  

Sənə demişdim ki, bir az çox kəs. Sən isə göstərdiyimdən az kəsmisən. 
- əli ilə saçlarını işarə edən Cəmilə soruşdu.  

Mənə o qədər də bəs etdi. – Səma gülümsünüb dedi - Çox sağ ol. Sən 
mənə  doğma  bacı  qədər  əzizsən.  Sənin  etdiyin  bu  yaxşılığı  bir  çoxları 
etməzdi. Allah bu yaxşılığının əvəzini sənə mütləq verəcək. 

Mən  bunu  sənin  üçün  etdim.  Səni  bir  daha  gözü  yaşlı  görmək 
istəmirəm.  –Bu  sözləri  kövrələrək  deyən  Cəmilə  Səmanı  qucaqlayıb 
bağrına basdı.  


Səhər yeməyindən sonra kəsib götürdüyü saçları özü üçün düzəltməli idi. 
Bunun üçün o ilk növbədə bərk parça axtardı. Anasından xahiş etdi ki, guya stol 
üstünü  silmək  üçün  gec  cırılan  parça  lazımdır.  Anası  da  heç  nədən 
şübhələnmədən  köhnə  pərdələrinin  cırılmış  hissəsindən  bir  parça  kəsib  verdi. 
Səma  anasından  parçanı  alıb  sevincək  geri  qayıtdı.  Gəldiyində  Cəmilə  nahar 
üçün    yemək  bişirirdi.  O  çox  qoçaq  gəlin  idi.  Hər  bir  işin  öhdəsindən  asanlıqla 
gəlirdi.  Səma  hələ  indiyə  kimi  görməmişdi  ki,  Cəmilə  hər  hansı  işi  bacarmasın. 
Ona  kömək  etmək  barədə  təklif  etmədən  bir  başa  otağa  keçdi.  Saçları  cüt-cüt 
sıra  ilə  düzdü.  İynə  sapla  saçları  çüt-çüt  həmin  parça  üzərinə  tikməyə  başladı. 
Çox  yuxusuz  olmağına  baxmayaraq  həvəslə  işləyirdi.  Vaxtın  necə  keçdiyindən 
xəbəri  belə  olmadı.  Bir  də  baxdı  ki,  artıq  axşamdır.  Cəmilə  onun  yatağını 
düzəldir.  

Daha çox gecdir Səma. Gəl uzan dincəl. Səhər yenidən davam edərsən.  

Mən  inanıram  ki,  tezliklə  yekunlaşdıracam.  Sən  yat.  Mən  də  yuxum 
gələn kimi yataram. 

Yaxşı. Amma mütləq uzan dincəl. Yoxsa gözlərin ağrıyar.  

Arxayın ol! 
Səma  dayanmadan  tikirdi.  Çox  xırda  iş  olduğundan  həm  də  ki,  ilk  dəfə 
etdiyindən  yaman  əlləşməli  oldu.  Səhər  açılanda  Cəmilə  taxma  saçın  hazır 
olduğunu  gördü.  Səma  bütün  gecəni  yatmadan  onu  tikib  yekunlaşdırmışdı. 
Cəmilə  Səmanın  yuxusuz  olduğunu  bildiyindən  oyatmadı.  O  gün  Səma  axşama 
kimi yatdı. Ayılanda artıq şər qarışırdı. Taxma saçı götürüb diqqətlə hər tərəfinə 
baxdı.  İlk  dəfə  idi  ki,  belə  bir  iş  görürdü.  Kimsənin  köməyi  olmadan  öz  
fantaziyasını  işə  salaraq  şəxsi  fikrində  sənət  əsəri  yaratdı.  Əslində  isə  heç  də 
tam dəqiq tikməmişdi. Lakin onun üçün vacib olan bu deyildi. Səma çalışırdı ki, 
taxma saçla kimsədən seçilməsin. Yenidən uşaqlarla oyunlar oynasın, uşaqlığını 
yaşasın. İnsanlar arasına çıxmaqdan daha qorxmaq istəmirdi.  
Beləcə aylar keçdi. Səma taxma saçı ilə oyunlar da oynadı. Yeni dostlar da 
qazandı.  Yanağına  yenidən  gülüş  qondu.  Amma  özü  də  bilmirdi  ki,  bu 
müvəqqəti xoşbəxtliyin bir zaman sonu gələcək. Onu tanımadığı birinə məcbur 
verəcəklər. Həyatı alt – üst olacaq. İki gün əvvəl atası ilə anası Səma üçün gəlmiş 
elçidən başlıq pulu alıb razılıq vermişdilər. Baxmayaraq ki, Səma hələ 14 yaşına 
yeni qədəm qoymuşdu, öz yaşıdlarından daha gözə gəlimli idi. Anasının elçilərə 
verdikləri  qərarı  öyrənəndən  sonra  gecə  gündüz  ağladı.  Cəmilə  ona  nə  qədər 
təskinlik versə də, Səma susmadı. Bir az da olsun rahatlamadı. Hələ ərə getmək 


istəmirdi.  Lakin  xəbərsiz  idi  ki,  onunla  evlənmək  istəyən  şəxs  özündən  qat-qat 
yaşlı  olan  bir  kişidir.  Hələ  bu  da  azmış  kimi  üstəlik  o  kişinin  üç  Səma  yaşında 
övladı da vardı. Səma  bu haqda  məhz toy günü öyrəndi.  Əvvəlcə ərə gedəcəyi 
insanın  özünü  sonra  isə  öz  yaşıdları  olan  uşaqlarını  görəndə  bildi.  Ağ  gəlinlik 
içində  qapıdan  məcburən  hər  iki  qollarından  dartılaraq  ərə  verilən  14  yaşlı 
taxma saçlı Səma ah nalə çəkib qarğışlar yağdırdı. Əvvəl atasına, sonra anasına, 
daha sonra ərə getdiyi kişiyə və öz taleyinə... 
III FƏSİL 
 
 
Zaman  bütün  yaraları  sağaldır  deyirlər.  Bəs  Səmanın  yanağındakı 
bədənindəki  yaraların  məlhəmi  nə  olacaqdı?  O  toy  günündən  indiyə  kimi  hər 
gecə gündüz əri və ərinin uşaqları tərəfindən amansızcasına döyülür, işgəncələr 
görürdü.  Sanki  erməni  qanı  içmişdi  zalımlar.  O  qədər  amansızlıq,  murdar 
işgəncə, nadanlıq yalnız erməni millətinin qanında var. Səma sanki  əsirlikdə idi. 
Nə  yeməyi  yemək,  nə  halı  hal  idi.  Ayaq  üstə  güclə  dayanırdı.  Nə  ailəsindən 
kimsə  onu  görməyə  gələrdi,  nə  də  ona  hasardan  kənara  çıxmağa  icazə 
verərdilər. Bəs nə edərdi Səma? Hansı dağa arxalanardı. Hansı çiyinlərdə ağlayıb 
dərdini bölüşərdi. Daha belə yaşaya bilməzdi. Dərin quyuya düşün biri  çıxmağın 
tək yolunu kəndirlə dırmanmaqda görürsə, Səma da bu vəzittəydən çıxış yolunu 
yalnız  qaçmaqda  gördü.    Nəhayət  bir  gecə  hər  kəsin  yatdığından  əmin  olub, 
evdən  qaçdı.  Hər  tərəfin  qaranlıq  olduğuna  baxmayaraq  içindəki  qorxu  hissini 
boğub qaçmağa başladı. 
O gecə Cəmilə yuxuya gedə  bilmirdi. Gözlərini yuman kimi qorxunc sifət 
görüb  diksinirdi.  Bunun  nə  ilə  bağlı  olduğunu  anlamırdı.  Yatmamağa  qərar 
verdi.  Dörd  saat  əvvəl  dəmlədiyi  kəklik  otu  çaydan  bir  fincan  süzüb  içməyə 
başladı.  Səmanı  düşünürdü.  Ən  son  onu  gəlinlikdə  atası  evindən  zor  gücünə 
aparılanda  görmüşdü.  O  gündən  bir  xəbər  belə  almamışdı  ondan.  Cəmilə 
Səmanı çox sevirdi. Evin tək övladı olduğundan kimsəyə bacı qardaş deməmişdi. 
Bunun  nə  olduğunu  da  anlamırdı.  Lakin  ailə  qurub  baldızı  Səmanı  tanıdıqdan 
sonra bacının nə olduğunu gözəl anlamışdı. Bilirdi ki, Səma ona baldızdan əlavə, 
həm də doğma bacı kimi əzizdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə