Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   35   36   37   38   39   40   41   42   ...   60

 
   Həmin gün yağış yağırdı. Səma fabrikə üz tutmuşdu. Mehdi bəy də şəxsi 
maşınında  işə  gedirdi.  Tamamilə  təsadüfən  Səma  Mehdi  bəyin  maşını 
önündən  keçir.  Başını  aşağı  salıb  simasını  hər  kəsdən  gizlədən  yaylıqlı 
xanım  onun  diqqətini  çəkir.  Sürücüyə  o  qızın  arxasınca  getməyi  tapşırır. 
Hər dəfə pəncərədən xanımın üzünü görməyə cəhd etsə də alınmır. Səma 
üzünü  gah  yan  tərəfə  çevirir,  gah  da  yerə.    Lakin  Mehdi  bəy  Səmanın 
yanağında  təbəssüm  görür.  Ustası  ilə  fabrik  önündə  salamalaşarkən 
yanağında güllər açılır. Həmin gün Səmanın yeni təmirdən çıxmış fabrikdə 
ilk  iş  günü  olacaqdı.  Mehdi  Səmanın  təbəssümünə  vurulur.  İşləməsinə 
razı olur. Hətta qarşısına bir müddət çıxmamağa çalışır. İşdən hər gün evə 
gedərkən  Səmanın  hiss  etmədiyi  şəkildə  yolun  müəyyən  hissəsini 
arxasınca izləyir. Heç saçlarının nə rəngdə olduğuna da baxa bilmir. Axı o 
hardan  bilsin  ki,  Səma  uşaq  olanda  saçları  yanıb.  İşdə  kimsə  bu  faciəni 
bilməzdi. Səmanın ünsiyyət qurduğu tək şəxs ustası idi.  

Salam.  Mən  Səma  xanımın  müdiri  Mehdi  bəyəm.  Xəstə  olduğunu 
öyrəndim. Bir köməyə ehtiyacınız varsa... 

Xoş gəldiz. Keçin əyləşin. –Rəşid qapısına gələn qonağı salamladı. 

Çox sağolun. Səma xanım necədir? 

Nə yalan deyim, dərdini bilmirik. Qızdırmadan alışıb yanır. Heç nə yeyə 
bilmir. Türkəçarə nə bildiksə etdik. Bir saat yaxşı olursa, sonra yenidən 
eyni  hala  düşür.  Hər  şey  kənara  dursun,  ayağa  belə  qalxa  bilmir. 
Ayaqları tutmur.-Rəşid çox məyus olmuşdu. 

Narahat  olmayın.  Mənim  bir  yaxın  dostum  həkimdir.  Səma  xanımın 
dərdindən o anlayar. İcazənizlə Səma xanıma baş çəkərdim. 

Əlbəttə, buyurun. 
 
 Rəşid  azacıq  sevindi.  Bacısını  sağaltsınlar  başqa  heç  nə  istəmirdi. 
Səmanın  halından  xəbər  tutan  ata-anası  da  arada  baş  çəkrədilər.  Mehdi 
bəy  otağa  daxil  olanda  yataqda  yatan  Səmanı  gördü.  Cəmilə  də  onun 
ayaq  tərəfində  oturmuşdu.  Alnındakı  islanmış  dəsmalı  tez  –tez  dəyişirdi.  
Buna  baxmayaraq  qızdırması  düşmürdü.  Bu  səhnə  Mehdi  bəyin  qəlbini 
sızladır.  Səmanı  hec  bu  halda  görməmişdi.  Bənizi  ağarmış  taqətdən 
düşmüşdü.  Gözlərini  açıb  yatağının  kənarında  dayanmış  Mehdi  bəyi 
gördü.  İki  qara  mirvari  tək  gözləri  parıldadı.  O  ilk  dəfə  idi  Mehdi  bəyin 


gözlərinin  içinə  baxırdı.  Əvvəlcə  qızdırmanın  təsirindən  sayıqladğnı 
düşündü.  Ona  görə  dayanmadan  o  gözlərə  tamaşa  etdi.  Ani  olaraq  bu 
baxışlar  toqquşdu.  Amma  o  an  dəqiqələrlə  saatlarla  davam  etmiş  kimi 
hiss bəxş etdi hər ikisinə. Səma kekələdi: 
-Mehdi bəy.... 
-Bəli, Səma xanım. 
-Siz burdasız  həqiqətən? 
-Bəli. Bir az olar gəlmişəm. 
-Məndən incimisiz bilirəm. 
-Özünüzü  yormayın.  Həkim  dostum  gələcək.  Sizi  sağaldacaq.  Yenidən 
ayağa qalxacaqsız.  
-... 
-Mən ərizənizi çırmışdım. 
-Bilirəm.Kabinetdən çıxarkən gördüm.-Səma halsız cavab verdi. 
Mehdi  bəy  anladı  ki,  Səmanın  halı  çox  pisdir.  Lakin  eyni  zamanda 
xəstəliyindən  xəbərsiz  olduğu  öz  xanımı  gözü  önünə  gəldi.  Zamanında 
müayinə  etdirsəydi,  bəlkə  də,    sağ  olacaqdı.  Üstündən  bu  qədər  illər 
keçmişdi.  Səmaya  sevgi  bəsləməyə  başlamışdı.  Lakin  icazə  verməzdi  ki, 
hansısa  xəstəlik  növbəti  dəfə  onun  xoşbəxtliyini  əlindən  alsın.  Buna 
imkan  verməzdi.  Mehdi  bəy  həkim  dostunun  arxasınca  öz  maşınını 
yollamışdı. Sürücüyə təlimatı hələ Rəşid bəylə danışarkən vermişdi.   
-Mehdi bəy, məndən nigaran qalmayın tezliklə sağalıb işə dönəcəm. 
-Sizin sağlamlığınız vacibdir Səma xanım. İş haqda düşünməyin.  
 
Bu  zaman  qapı  açıldı.  Cəlal  həkim  Səmanı  müayinə  etməyə  başladı.  Hər 
kəs otaqdan çıxdı.  Cəmilə  isə Səmaya kömək edirdi. Bu müayinə zamanı 
Səmanın ustası gəldi. Mehdi bəyin maşınını küçədən keçərkən görmüşdü 
deyə  Səmanın  necə  olduğu  ilə  marqlanmaq  istəmişdi.  Lakin  həkimin 


müayinəsinə  mane  olmamaq  üçün  digər  otaqda  Mehdi  bəyin  yanında 
əyləşdi.  
-Səmanı gördüz? 
-Bəli. Çox halsız idi. 
-Allah sizdən razı olsun. Həkim çağırmısız.  
-... 
- Səma yazıq doğulandan bədbəxtdi. 
-Niyə doğulandan? Gül kimi valideynləri, qardaşı var. 
-Eh  Mehdi  bəy.  Mən  Səmanın  dərd  yoldaşıyam.  Həyatını  sizə  desəm  bu 
kiçik yaşında yaşadıqlarına məətəl qalarsız. 
- Siz nədən danışırsız? 
-Səma  uşaq  olanda  başı  yanıb.  Saçının  əksər  hissəsi  və  qulağının  biri 
demək  olar  yoxdur.  Gül  kimi  qızdır.  Öz  əlində  düzəldir  o  taxma  saçları. 
Başına işdə yaylıq bağladığından kimsə bilmir.  
-...-Mehdi bəy yerində qurumuşdu. 
-  Hələ  14  yaşında  atası  bunu  zorla  yaşlı  birinə  ərə  verir.  Başlıq  pulu  alır. 
Səma ağlasa, da sızlasa da qıza yiyə çıxan olmur. Deyirlər onsuz da səni bu 
halında  alan  olmayacaq.  Heç  olmazsa  yaşlı  birinə  ərə  get.  O  kişi  də 
uşaqları  ilə  onu  hər  gün  döyürmüşlər.  Yazığa  əsir  kimi  davranıblar.  İnək 
damında yatırmış. Sonra qardaşı Rəşid əsgərlikdən qayıdanda Səma ərinin 
evindən  qaçıb  qardaşına  sığınıb.  Rəşid  ona  sahib  çıxır.  Kimsəyə  də 
qoymur artıq söz desin bacısına.  
    Eşitdiklərindən sarsılan Mehdi bəy kimsəyə bir kəlmə demədən evi tərk 
edir.  Maşına  əyləşib  bir-başa  evinə  sürməyi  tapşırır.  Yol  boyunca  götür 
qoy  edir    Çox  pis  olmuşdu.  Bilmir  Səmanın  yaşadıqlarında  kimi 
günahlandırsın.  Onu  çox  sevirdi.  Onun  üçün  saçının  olub  olmaması  bir 
məna vermirdi. Axı  Mehdi bəy bu günə kimi Səmanın saçını görməmişdi. 
Onun  gözlərinə  təbəssümünə  aşiq  olmuşdu.  Yox...  bunu  belə  qoya 
bilməzdi.  Səmanı  çox  sevirdi.  Yaşadıqları  insanın  ağlına  belə  gəlməzdi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə