Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

düşünmədən  qərar  verdi.  Lakin  heç  də  peşman  olmadı.  Çünki  bacısı  bu 
işdən  çox  xoşbəxt  olurdu.  Bacısının    yanağında  təbəssümü  görmək  isə   
hər qardaşın arzusudur. 
   Səma  artıq  özünə  daimi  müştəri  də  tapmışdı.  İşdə  yorulmağına 
baxmayaraq  evdə  də  tikirdi.  O  qədər  sevirdi  ki  bu  sənəti.  Özünə  də, 
Cəmiləyə  də  cürbəcür  geyimlər  hazırlayırdı.    Rəşidə  ad  günündə  bir 
pencək də tikmişdi. O pencəyi çox sevərək xeyir şər məclislərinə geyinirdi. 
Lakin  bir  gün  işlədiyi  tikiş  fabrikini  bağladılar.  Səbəbi  hər  nə  idisə  bu 
fabrikin  işçilərinə  də  Səmaya  da  çox  təsir  etmişdi.  Günlərlə  işsiz  qaldı. 
Rəşidin bir zaman onun üçün aldığı tikiş maşınını belə açmırdı. Həvəsi yox 
idi  artıq  heç  nəyə.  Bu  vəziyyəti  dəyişmək  kimsənin  əlində  deyildi.  Səma 
yenidən qəmgin olub içinə qapandı. 
V Fəsil 
Bir gün qonşudan su gətirməyə gedəndə öz ustasını gördü. Bir qədər hal-
əhval  tutandan  sonra  öyrəndi  ki,  həmin  fabrik  kiçik  təmirdən  sonra 
yenidən açılıb. Lakin indi başqa müdriyyət işlədir. Və çox sərt biridir. Vaxtı 
vaxtında  işə  gəlib  gedən  işçi  axtarır.  Həftədə  bir  gün  icazə  günü  verir. 
Maaşı  da  həftəlik  verir.  Bu  şad  xəbər  Səmanın  ürəyindən  olur. 
Müdriyyətin  çox  tələbkar  olmasından  qorxmur.  Əksinə  tezliklə  o  fabrikə 
yenidən  işə  düzəlmək  istəyir.  Ustasından  çox  xahiş  edir  ki,  onun  üçün  iş 
danışsın. O da Səmanın müəlliməsi olduğundan necə gözəl tikiş tikdiyinin 
şahidi idi. Bu səbəbdən müdriyyətlə danışıb Səmanı işə yazdırır. Beləliklə, 
hər  gün yenidən işinə gedib  yorğun  halda evinə  döndürdü. İlk iki ay  heç 
müdriyyət  ilə  rastlaşmadı  da.  Gün  boyu  bir  tikişə  bir  geyimə  yüz  dəfə 
baxırdı ki, nədəsə əyirilik olmasın. Əks halda işdən qovula bilərdi. Həftəlik 
maaşını  alanda  isə  körpə  uşaq  tək  sevinirdi.  Lakin  pulunu  xərcləməzdi. 
Həm  də  xərcləməyə  yeri  yox  idi.  Nə  alacaqdı  ki?  Geyimdi  özü  tikirdi. 
Ayaqqabıdı  qardaşı  alırdı.  Bir  dəfə  özü  də  almışdı.  Öz  maaşı  ilə.  Rəşid 
biləndə isə  incimişdi. O gündən maaşını üst üstə yığırdı. Cəmilə o pulların  
gələcəkdə  Səmaya  lazım  olacağını  düşünürdü.  Onun  yenidən  ailə 
qurmasını oğul-qız sahibi olmasını arzu edirdi.   Axı hələ 21 yaşı vardı. Çox 
gənc  idi.  Mütləq  onun  qisməti  açılacaqdı.  Cəmilə  gecələr  Allaha  dua 
edərdi.  Ondan Səmanın xoşbəxtliyini arzu edərdi.  


   Günlərin bir günü usta başı Səmanın həftəlik maaşını verərkən müdirin 
onu  görmək  istədiyini  deyir.  Bu  xəbəri  alarkən  heç  də  ürəyi  açılmır. 
Əksinə  müdirin  necə  təmizkar  və  səliqəli  olduğunu  bu  iki  ay  ərzində 
dəfələrlə eşitmişdi. Elə buna görə də  qorxur. Düşünür ki, hansısa  tikdiyi 
geyim  müdirin  xoşuna  gəlməyib  və  onu  işdən  qovmaq  üçün  çağırır. 
Ayaqları  titrəyə-titrəyə  otağın  qapısını  döyüb,  bir  az  gözlədikdən  sonra 
açır.  

Gəlmək olar? 

Bəli.  Keçin  əyləşin-pəncərə  onunda  dayanmış  orta  boylu,  dolu  kişi 
dedi. 

Məni çağırtmışdız.  
Mehdi bəy qapı önündə dayanmış Səmaya diqqətlə nəzər salıb əyləşməyi 
göstərdi. Səma yaman ürkmüşdü. Qovulmaq istəmirdi. İşini sevirdi. Onun 
üçün  bu  iş  bir  əyləncə  idi.  Zövq  alırdı  hər  zəhmətindən.  Bura  gələrkən 
başındakı  iş  yaylığını  açmadığından  tez-tez  yaylığın  ucunu  barmağına 
dolayırdı. Bununla bir az həyəcanını dəf etməyə çalışırdı.  

Siz iki aydı bu fabrikdə çalışırsız.  

Bəli. 

Sizə söz verəndə danışarsız. –qəzəbli halda Səmaya baxdı. 

.... 

Ustanızın  sizi  işə  götürməyimi  israr  etdiyində  ona  demişdim.  Cəmi  iki 
ay  vaxt  verəcəm  o  xanıma.  Əyər  işini  bəyənməsəm,  iki  aydan  artıq 
fabrikimdə çalışmasına icazə verməyəcəm demişdim. 
Səma artıq qorxmağa başlamışdı. Lakin ustası ona bildirməmişdi ki, iki ay 
işinə  nəzarət  edəcəklər.    Bu  xəbər  onu  titrətsə  də,  bu  otaqda  olmasının 
səbəbini də bilmək istəyirdi. Mehdi bəy davam edirdi. 
- Hər gün sizin tikdiyiniz geyimlərə şəxsən özüm baxmışam. Və onu qeyd 
edim  ki,  səliqənizi  alqışlayıram.  Hər  bir  tapşırığınızı  çox  səliqəli  və 
zamanında  tikib  təhvil  vermisiz.  Məhz  bu  baxımdan  sizin  işdən  azad 
olmayacağınıza zəmanət verirəm. Yetər ki, ilk iki ayda olduğu kimi səliqəli 
tikişinizi zamanında  təhvil verəsiniz.  
- ... 
- Bir söz demək istəmirsiz? 
- Siz dediz axı söz vermədən danışmayım. – Yanağı qızaran Səma dedi. 


- İndi ki, söz verdim.  
- Çox sağolun. Sınandığımı bilmirdim. Ustam deməmişdi. Lakin əmin olun 
ki,  mən  bu  işi  çox  bəyənirəm  və  zövq  alaraq  tikirəm.  –Barmağını  yenə 
yaylığın ucuna apardı. 
-  Lap  yaxşı.  İndi  gedə  bilərsiz.  –Səmanın  həyəcalı  halda  yaylığını 
oynatmasına baxaraq dedi. 
- Sağolun. –Səma  kabineti tərk etdi.  Fabrik  müdiri ilə ilk dəfə qarşılaşsa 
da onu yetərincə sərt biri kimi tanıdı.  
   Bir neçə ay daha fabrikdə işlədi. Bu aylar ərzində Mehdi bəy demək olar 
hər  həftə  müəyyən  bəhanələrə  Səmanı  kabinetinə  çağırırdı.  Əslində  Bu 
sadə  qızdan  xoşu  gəlmişdi.  Çox  səliqəli  tikməsindən  əlavə,  həm  də  ağılı 
başdan  çıxara  biləcək  gözəllik  vardı.  Onun  gözlərini  çox  bəyənirdi.  Hər 
dəfə  kabinetinə  çağıranda  sözünü  gözlərinə  baxaraq  deyərdi.  Səmanın 
yaylığını neçə oynatması isə ona çox xoş gəlirdi.  Fabrikin qaydasına görə 
hər  bir  işçi  başına  yaylıq  geyinər,  əyninə  önlük  taxardı.  Səma  da  digər 
işçilər  kimi  başının  yaylığını  əskik  etməzdi.  Mehdi  bəy  isə  bir  dəfə  də 
olsun  onun  saçlarını  açıq  halda  görməmişdi.  O  sadəcə  o  gözlərə 
vurulmuşdu.  O  iki  qara  mirvariyə....  O  gözlərə  hər  gün  baxmaq  istərdi. 
Lakin  aralarında  yaş  fərqi  vardı.  Düz  20  yaş.  Bu  az  rəqəm  deyildi.  Ona 
görə  də  qəlbindəkiləri  Səmaya  açmırdı.  Səma  isə  hər  şeydən  xəbərsiz 
müdiri  çağırır  deyə  gedərdi.  Hər  kabinetə  girərkən  həyəcan  keçirərdi.  
Ona  zillənən  gözlərdən  isə  yayınmağa  çalışardı.  Fikrini  deyiləcək  əmrə 
yönəltməyə cəhd edirdi. Həyəcan isə  buna imkan vermirdi. Mehdi  bəyin 
məhz  Səmanı  tez-tez  çağırması,  əmrlərin  onun  tərəfindən  işçilərə 
çatdırılması,  hər  kəs  tərəfindən  bir  mənalı  qarşılanmırdı.  Əksər  işçilər 
onun  arxasınca  danışardılar.  Ustasının  qulağına  nəsə  çatanda  ordaca 
paylarını  verərdi.  Səmaya  kimsənin  artıq  əskik  söz  deməsini  istəmirdi.  
Lakin  Səma  hiss  edirdi  ki,  iş  yoldaşları  ona  söz  atırlar.  Nahar  zamanı  acı 
sözlər deyirlər. Ona baxıb pıçıldaşırlar. Bütün bunların səbəbini isə tezliklə 
ustasından öyrəndi. Həmin gün isə səhərə kimi yuxuya gedə bilmədi. Axı 
Səmanın  heç  bir  səhvi  yox  idi.  Müdir  çağırır  deyə  kabinetə  gedirdi. 
Başqasını çağırsa getməzdimi? Hər bir işçinin borcudur müdirin çağırışına 
cavab  vermək.    Necə  deyə  bilər  ki  getmirəm?  Bu  düşüncələr  ilə  fikrində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə