edək. Allaha şükr edərək günümüzü başlayıb, şükürlə də bitirək. Aldığımız hər
nəfəsə görə Allaha min şükür!!!
Müəllif: Xəyalə Murad (29. 05.2012)
“Zamanın öz məlhəmi”
povest
I Fəsil
1970-ci illər
Uzaq bir kənddə balaca daxma vardı. Bu daxmalardan burda çox idi. Kənd
sakinləri yaşadıqları daxmaları öz əlləri ilə zəhmətləri ilə inşa etmişdilər. Həmin
daxmaların birində yaşayan ailənin qızı dünyaya gəlir. O qız ki, həyatının onun
uçun hazırladığı acı taledən, yaşayacağı ən acı faciədən xəbərsizdi.
Valideynləri yeni doğulan körpəyə Səma adı verirlər. Onun səma tək gözəl
olduğunu düşünürdülər. Həqiqətən də o gözəl idi. Qara gözlü, qara qaşlı, sifət
cizgilərinə görə normal olan burnu və dodaqları vardı. Çoxlarının paxıllıq
edəcəyi bir gözəllik vardı Səmada.
Zaman keçdikcə o böyüyür və daha da gözəlləşirdi. Qonşuluğunda
yaşayan bütün yaşıdları ona həsəd aparır, günbəgün gözəlləşən bu simaya valeh
olurdular. Səmanı gözəl edən təkcə onun gözəl siması deyildi. Onun parlaq və
uzun saçları vardı. Tamamilə düz olan şabalıdı rəngli ipək saçları gün işığında
daha da parlaq olurdu. Bəzən yaşlı nəsil nümayəndələri Səmaya bu gözəlliyi
Allahın sevimli bəndəsi olduğundan verildiyini deyirdilər. Əlbəttə, Səma da öz
gözəlliyinin fərqinə varırdı. Bilirdi ki, gözəl olduğu üçün başqa qızlar tərəfindən
qısqanılır. Hər axşam güzgü qarşısında dayanıb öz gözəlliyinə tamaşa edirdi.
Qulaqlarına taxacağı qızıl sırğaları xəyal edirdi. Ona qızılın necə də yaraşacağını
düşünürdü. Beləcə xəyallar quraraq yuxuya gedərdi.
İllər keçdikcə Səma daha da gözəlləşirdi. Artıq on iki yaşına çatmışdı.
Lakin bilmirdi ki, həyat onu geriyə dönüşü olmayan sınıq körpünün astanasına
gətirib çatdırıb. Nə etsə də alın yazısından qaça bilməzdi. Onda yaşayacağı acı
taledən bixəbər idi. Tezliklə özündən böyük olan qardaşına elçi gedirlər. Qısa
zamanda toy məclisi qurulub, evə gəlin gətirildi. Yeni ailənin rahat yaşamağı
üçün atası bağda bir otaqlı ev tikib oğluna hədiyyə edir. Az bir zamanda qardaşı
əsgər gedir. Beləcə gəlin tək qalmasın deyə Səma onunla bir evdə yaşamağa
başlayır. Gəlin ilk gündən Səmanın ürəyinə yatır. Onunla böyük bacı kimi rəftar
edir. O da həmçinin Səmanı çox sevir. Hər gecə onun saçlarını darayıb hörür.
Maraqlı əhvalatlarla başını qatırdı. Aralarında elə də böyük yaş fərqi yox idi.
Səmanın 12 yaşı, gəlinləri Cəmilənin isə 16 yaşı vardı.
Bir gün Səma saçlarını yumaq uçun odun üzərinə su ilə dolu qazan qoyur.
Cəmilədən də xahiş edir ki, su isinən kimi çağırsın. Müəyyən vaxtdan sonra
Cəmilə suyun qaynadığını görür. Səmaya əziyyət olmasın deyə qaynar su ilə
dolu qazanı odun üzərindən götürüb Səmanın saçlarını yuyacağı dama gətirir.
Bura bütün ailə üzvlərinin yuyunması üçün tikilmiş xüsusi yer idi. Cəmilə suyun
çox qaynar olduğunu bilib, soyuq su gətirməyə gedir. Bu zaman Səma
Cəmilədən xəbərsiz dama girib suyun artıq orada olduğunu görür. Saçlarını açıb,
başını aşağı əyir. Sutökənin köməkliyi ilə qaynar qazandan su götürüb başına
tökür. Elə o andaca yanır. Qışqırığına qonşular belə toplaşır. Səma od tutub
yanan başının ağrısından fəryad qoparır. Bu anı sözlə təsvir etmək belə acı gəlir
insana. Qonşuluqda yaşayan Xosrov adlı həkim Səmanı muayinə edir. Qaynar su
ilə yanmış başa baxaraq:
-
Əfsuslar olsun ki, ev şəraitində nəsə etmək mümkün deyil. Tez bir
zamanda xəstəxanaya aparılmalıdır.
Qonşuların köməkliyi ilə Səma xəstəxanaya yerləşdirilir. Həkimlər
əllərindən gələn yardımı əsirgəmirlər. Cəmilə baş vermiş hadisədən yalnız
özünü günahkar bilərək hər gün Səmadan dönə - dönə üzr istəyir. Allaha dua
edir ki, Səmaya heç nə olmasın. Bir gün sonra həkim Səmaya həyatını alt üst
edəcəyi dəhşətli xəbəri verir. Səmanın saçı, eləcə də qızıl sırğalarını taxacağı
qulaqları tamamilə yanmışdı. Nə hər gün darayaraq uzunluğundan və
parlaqlığından fərəhləndiyi saçı, nə də normal quruluşa malik qulaqları
olmayacaqdı.
Bir ay beləcə keçdi. Səma daha insanlar arasına çıxmır. Mənliyi ilə tək
tənha yaşayırdı. Hərdən Cəmilə ilə danışar, lakin daha gülməzdi. Taleyin acı
yazısı həyatdan küsdürmüşdü Səmanı. Yaşamaqda heç bir məna görmürdü.
Daha kim ailə qurmaq istərdi Səmayla? Kim fəxrlə gəlinlik geyindirib qoluna
taxaraq atası evindən aparardı Səmanı? Yox idi o kimsə. Olmayacaqdı da. Səma
da bunun fərqinə varırdı. Cəmilə daha Səmanın yanında saçını daramazdı.
Səma pis olmasın deyə hətta qulaqlarından toy sırğalarını çıxartmışdı. Xəcalət
çəkirdi öz hərəkətindən. Əyər Səmaya suyun qaynar olduğunu öncədən xəbər
versəydi bütün bunlar gəlməyəcəkdi yazıq qızın başına. Hər gün atasının,
anasının, qohumların, qonşuların tikanlı sözləri və iyrənc baxışları ilə
üzləşməyəcəkdi Səma. Çox çətin idi qızcığaza yaşmaq. Buna yaşamaq belə
demək olmazdı. O sürünürdü tale yolunda.
II Fəsil
Günlərin bir günü Səma yuxusunda uzun gözəl saçları olduğunu görür.
Lakin bu hər gecə öz saçlarının xəyalı ilə yataraq gördüyü kimi deyildi. Bu taxma
saç idi. Səma yuxusunda yanmış başına taxma saç qoyduğunu, xoşbəxt
olduğunu, hər kəsin onunla mehriban davrandığını görür. Lakin bu xoşbəxtlik
uzun çəkmir. Qəfildən Cəmilənin səsindən oyanır.
-
Sən bu vaxt niyə gülürsən? - Cəmilə heyrətlə soruşdu.
-
Qəribə yuxu görürdüm. Heç inanmayacaqsan. – deyən Səma yatağının
ortasında oturdu.
-
De bəlkə inandım.
-
Cəmilə, yuxumda görürdüm ki, mənim taxma saçım var. Taxma olsa
da heç kəs bunun normal saçdan fərqləndiyini hiss etmir. –Səma
sevinərək yuxusunu danışdı.
Cəmilə həmin gecəni səhərə qədər düşündüyündən yatmamışdı. Səmanın
yuxusunu gerçəkləşdirmək istəyirdi. Amma bilmirdi ki, taxma saçı haradan
tapsın. Yatağında sağa çevrilərkən öz saçı üzünə toxundu. Elə bu an da hər şeyin
çarəsini tapdı. Səhər açılan kimi Səmanı oyatdı.
-
Səma, oyan! Sənə sözüm var.
Dostları ilə paylaş: |