Mirzə maşınını ora sürüb Tərlanı Cəfərlə köməkləşib maşına mindirdi. Arifə də
onunla maşına əyləşib getdi. Dilarə bir an tərəddüd etmədən Sevincin qolundan
tutub evə girdi.
- Ana, Arifə nə dedi?
- Bilmirəm, Başlarına hava gəlib. Geyin gedək.
-Hara?
- Hara olacaq? Xəstəxanaya. Tərlandan mənə pislik dəyməyib. Onu bu halda
qoya bilmərəm. Öz oğlum kimi çox istiyirəm.
- Yaxşı. Gözlə gəlirəm.
Xəstəxana dəhlizində o başa bu başa gedən Arifə özünü günahlandırırdı.
- Dilm quruyardı. Dilim....
Dəhlizdə Sevinclə Dilarəni görüb özünü itirdi. Dilarə Arifəyə baxıb altan yuxarı
üzünü türşütdü. Sevinc isə özünü saxlaya bilmədi:
- Arifə, o nə sözlərdi dedin? Ayıb deyildi sənin üçün? Sən ki bilirsən Tərlanla
aramda heç nə olmayıb, olması da mükün deyil!
- Sevinc, bura söz söhbət yeri deyil. Allaha tapşır onu bəsindir. Sən günah
etməmisən. Qoy günahı edən qorxsun. Yazıq Tərlan gör Arifədən nələr
çəkirmiş. Cavanca oğal uşağı, turp kimi oğlan göz önündə şam kimi əridi. İnana
bilmirəm hələ də...
Dilarənin sözlərindən yerindəcə alışıb yanan Arifə it kimi peşman olmuşdu.
Tərlanı sevmədiyini düşünmüşdü. Amma belə deyilmiş Neçə illərdi bir yastığa
baş qoyduğu insanı necə sevməz olardı? Özü də Tərlan kimi xoş xasiyyətli, yola
gedən mülayim insanı...
Bir ay keçməsinə baxmayaraq Arifə hər gün xəstəxanaya gedirdi. Tərlan
xərçəng xəstəsi idi. Bir aydır tez-tez əsəbləşdiyi üçün qıc olmaları tutduğundan
xəstəxanaya yerləşdirilmişdi. Ona sadəcə sakitlik lazım idi. O da ki, yalnız
Arifədən uzaqda idi. Tərlan onu görməsin deyə qapı ağzından tibb bacısına ərzğı
geyimi keçimi ötürürdü. Həkim tapşırmışdı ki, Tərlanın qıc olmalarını yalnız
sakitlik və rahatlıq apara bilər. Tərlan xərçəng olduğunu bilirdi. Gecikdiyindən
müalicə belə ala bilməzdi. Ona vurulan iynələr yanlnız güclü ağrı kəsicilər
idi. Təsirindən bir müddət sonra ayılırdı. Daha bədənini hiss edir, tez-tez
havasını dəyişmək üçün xəstəxananın bağçasında gəzərdi. Sevincin indi nə halda
olduğunu ürək ağrısı ilə düşünürdü. Bu bir ayda nələr yaşamış, nələr eşitmişdi.
Heç Əsmərdən məktub alıb almadığını da bilmirdi. Bacardıqca həkimlərə yaxşı
olduğunu və son aylarını evində keçirtmək istədiyini deyirdi. Lakin hələ çox
zəyif idi. Bir tərəfi qurumaq üzrə idi. Başqa çarəsi yox idi. Gözləməli idi.
Məqsədi isə evdə dincəlmək yox, Vahidi axtarıb tapmaq idi. O evli olsa da
yanlış yerə Sevinci günahlandırdığını bilməli idi.
Bir neçə ay da keçdi. Fidan hamiləliyin ləzzətini çıxardırdı. Əsmər Sevincə
yazdığı məktuba cavab gəlmədiyindən narahat olurdu. Zəminə Fidanın hər
nazına dözürdü. Lakin son iki həftədə Əsmər susurdu, Zəminə başlayırdı. Fidan
hamilə olsa da dilini dinc qoymazdı. Tez- tez atmacalar atar, tikanlı sözləri ilə
evdə hamını incidirdi. Bir gün necə bərk mübahisə etdilərsə Fidan yalandan
ağrıdığını bəhanə etdi. Yataq otağına keçib bir neçə geyim və pulunu götürüb
qapıdan çıxdı.
- Ay, qız hara gedirsən?
- Burda uşağa bir şey olar. Gedirəm anamın yanına. Təmiz hava mənə də
lazımdı. Vahid gələndə deyərsiz dincəlməyə getdi.
- Başına hava gəlib? Vahid bilsə əsəbləşəcək.
- Mənə nə? Hər gün sizlə dilləşməkdən bir təhər olmuşam. Elə arvad qədri
biləndi arxamca gələr.
Zəminə bu gedişi xatırlayırdı. Lakin o gedən Sevinc idi. Arxasınca şər böhtan
atan isə Zəminə. O yağışda pulsuz əşyasız yola çıxmışdı.
Bir an içində Sevincin yaşadıqlarına üzüldü. Özünü günahkar bildi. Mələyi
bərk- bərk bağrına basıb öpdü. Sanki qəlbi Sevincdən üzr istəməyə can
atırdı. Zəminəni fikrdən Vahidin zəngi ayırdı.
- Alo?
- Ana, Mələy necədi? Fidan necədi?
- Mələk yaxşıdı. Fidanı bilmirəm.
- Necə yəni bilmirəm? Yenə mübahisə etmisiz? Axı o hamilədi. Yazığınız
gəlsin.
- Vahid! Bala, eşit gör nə deyirəm. Fidan dedi gedirəm anam mənə baxsın.
Təmiz kənd havası uşağa da xeyir olar. Vahid arvad qədri bilirsə arxamca gələr
dedi.
- Yenə siz nəsə etmisiz. Durduq yerə Fidan niyə getsin ki? Onu da qovmusan?
Sevinci qovduğun kimi?
-Sevinci mən qovmadım. Düzdü günahkaram. Amma onu qovan sən idi oğul!
- Hər nə isə. Fidani indi Əsmərlə gedin geri qaytarın. Mən gəlincə evdə olsun.
İki gün sonra Zəminə Əsməri də götürüb yollandı Fidanın anasının evinə. İsti
bir yandan, susuzluq bir yandan, yolu tapa bilməməkləri də bir yandan. Nəhayət
soruşa soruşa bir təhər Fidanın ata evini tapdılar. Fidana aparmağa gəldiklərini
deyəndə: "Mən heç yerə getmirəm. Vahid özü gələr ayağıma aparar. Sizlərlə bir
addım da atmaram. Adamı küçə ortasında ac susuz qoyarsız."
Bir neçə ay keçsə də Vahid tərsliyinə salıb arxasınca getmədi. Lakin uşağın
bu günlərdə olacağını bildiyindən ürəyi dözmədi. Vaxtı ikən Sevincin arxasınca
getmədiyinə görə mənəvi əzab çəkdiyindən bu dəfə də eyni səhvi etmək
istəmədi. Səhər açılan kimi Fidanın arxasınca getdi. Lakin Fidanı qucağında
uşaqla görüb təcüb etdi. Uşaq vaxtından 15 gün tez doğulmuşdu. Vahidin oğlu
olmuşdu. Fidan inadkarlıq edib Vahidlə geri dönmədi. "Mənə bir uşaq lazım idi.
O da budur qucağımda min şükür. Get həyatını yaşa. Mən Sevinc kimi əfəl
deyiləm ki, əlimdən almağa cəsarət etsən görərsən Fidan kimdi!" Vahid Fidanın
bu üzünü görməmişdi. "Hamı haqlı imiş Əsmər, anam sözün düzü deyirmişlər.
Ondan insan olmaz. Yox mən özüm insan deyiləm. Sevincin qədrini bilmədim.
Dostları ilə paylaş: |