- Yox daha gecdir...- Dayısı Sevincin qollarından yapışıp pilləkənləri sürüyə-
sürüyə maşına apardı.
Sevinc baş verənlərli qəbul edə bilmirdi. Elə hey qışqırırıdı:
- Vahid balamı ver!... Dayı, sən insan deyilsən!... Vahid qızımı ver!...
Bir an içində yaşadığı bütün sarsıntılardan Sevinc özündən getdi. Dayısı Cavid
isə yolda bir an belə olsun dayanmadan maşını sürətlə kəndə doğru sürdü...
Beşinci fəsil.
- Ay, Allah! Nə gec oldu...
Vahid evlərinə ən yaxın xəstəxananın dəhlizində o baş bu başa səbirsiz halda
gedirdi. Bir yanda körpə uşağın dayanmadan ağlaması, bir yandan anasının
kinayəli sözləri onu daha da əsəbləşdirirdi.
- Vahid, nahaq yerə bura gəldik. Bax sənə deyirəm. Sən bu uşağın atası ola
bilməzsən. Həm noldu 2 il ər evində olmadı, durdu ata evində hamilə də qaldı,
uşaq da oldu. Bu nətər işdi. Baş açmıram.
- Ana, hər nədir, həkim indi deyəcək. İclasda imiş. Bitsin gəlib hər şeyi deyəcək.
- Daha nəyi deyəcək, bala? Heç uşağın üzünə baxmısan? Ala de- Zəminə
qucağındakı 3 günlük körpəni Vahidə uzatdı.- Bir bax da! Yaxşı yaxşı bax! Gör
sənə bir yeri bənziyir???
Vahid bu əl boyda körpənin onun olmasını çox istiyirdi. Bu xəstəxanaya
gəlişinə də səbəb məhz o idi. Sevincin gözlərindəki o oxuya bilmədiyi acı, kədər
hamsı gözünün önünə gəlirdi. Amma bir yandan da Arifənin dedikləri: "Onsuz
da mənim ərim onun dərdindən ölürdü. Bu da səndən ayrıldı. Gördü ki, Tərlan
mənlə evlənib, girdi aramıza. İndi deyy deyib gülürlər mətbəximdə. Sənsə hələ
də "Sevincim" deyirsən. ..."
-Eh bu nə dərddir mən düşdüm ilahi? Bir çıxış yol olmalı. Kimsə durduq yerə
öz yoldaşına şər atmaz ki. Arifə niyə Tərlana şər atsın? Çox güman ki, Sevinc
onunla olub. Ya yalan olsa.... Offf.... Bu nədir? Həkimin iclası da bitmək bilmir
ki, bilmir. Aha deyəsən gəldi...
-Salam. Doktor Hüseynov, cavablar bəllidir?
- Bəli Vahid bəy! Hal-hazırda analiz edilmiş körpə həqiqətən sizin öz doğma
balanızdır. Yəni uşağın atsı sizsiz.
Həkimin sözlərindən sonra Zəminə az qaldı özündən gedə.
-Bu nə deyir? Ay, doktor! Bəlkə səhv salmısız. Hə?
- Xeyir, xanım! Heç bir yanlışlıq ola bilməz. Bu sizlərdən aldığımız qan
nümünələri. Bu da onların cavabları. Uşaq 99, 9 %- Vahid bəyin qızıdır.
O gecəni yuxuya gedə bilmirdi. Bacısı Əsmərin köməkliyi ilə körpəni tezliklə
rahatlayıb yatızdıra bildi. Zəminə isə uşağa yaxın durmadı. "O, hörmətsizin,
əxlaqsızın qızı ondan artıq olmayacaq!"- deyirdi. Amma Vahid çıxılmaz bir
vəziyyətdə idi. Boş tavana baxıb elə hey götür qoy edirdi: "Görəsən Sevinci geri
gətirim? Eh... Vahid ağlını başına yığ! Sən ki, xəyanətkar bir insanla ömrünü
bölüşməyəcəksən. Bəs uşaq? O ki mənim qızımdır. Sevinclə mənim. Offf.... Nə
olsun ki. Ağlı olardı, Tərlanla eşqbazlıq etməzdi. İndi bütün kənd onlardan
danışır. Mən hələ üstəlik gedib onu geri gətirsəm, dost-düşmən içində biyabır
olaram. Yox! Yaxşısı budur uşağı elə özüm böyüdüm. O da Tərlandan birini
peydahlayar. Getsin həyatını yaşasın. Mən qızımı böyütməyi bacararam. " Bu
fikirlərdən sonra qəti qərarını verən Vahid dərin yuxuya getdi.
O gecəni isə Sevinc heç yatmadı. Axı necə yatardı? Bir yandan qızdırma
verən sinəsi, bir yandan bala həsrəti ilə çırpınan ürəyi, bir yandan tapdalanmış
namusu, qeyrəti, bir yandan da Vahidin böhtanları...
- Ya, Rəbbim! sən özün kömək ol balama. Bu nə dərddir çəkir bu yaşında?.
İlahi. Mən nə deyirəm. Yox! Yox! Şükür etməli ikən gör nələr deyirəm. Sən
məni bağışla Ya Rəbbim! Sənə şükürlər olsun. Min şükür sənə İlahi! Hər bir
əzabın sonu vardır. Hər xəstəliyin bir şəfası. Sənin də sınaqların vardır. Hansı ki,
ondan çıxış yolu biz bəndələrin üzərindədir. Allahım! Sənə hər şey üçün min
şükür!
Sevinc anasının yan otaqda səsli halda Allaha dua etdiyini eşidirdi. Əllərini
açıb Allaha dua etdi. Tezliklə balasına qovuşmaq ümidi ilə duasını bitirdi. Və
yuxusuz gecələrinə beləcə qədəm qoydu...
Dayısı Cavidin həmin gün uşağı Vahidə verməsinə səbəbi Dilarə sonradan
güclə də olsa öyrəndi. Cavidin dediyinə görə Vahid südəmər uşağı anasız
qoymaz. Mütləq arxasınca gəlib aparacaq. Amma o gündən düz 3 ay keçirdi. Nə
Vahiddən bir xəbər vardı, nə də gəlib gedən. Bu üç ayı Sevinc canlı ölü kimi
yaşadı. Nə kimsəylə danışar, nə də evdən çölə çıxardı. Körpəsindən ona qalan
tək yadıgar qol yazısı idi. Hansı ki, uşaq doğularkən qoluna bağ vururlar. Beləcə
ananı və uşağı daha rahat tapa bilirlər deyə. Bu 3 ayı yastığının altında saxladığı
o kiçik bir bağ onun üçün tək təsəlli idi. Amma cansız, dilsiz, ruhsuz bir təsəlli.
Hər gün Arifəgildən şəhərə zəng edirdi. Vahidlə Zəminə evdə olanda Əsmər də
danışa bilmirdi. Lakin bu 3 ayda Əsmərdən tək öyrəndiyi o olmuşdu ki, Vahid
evlənib. Tamamilə təsadüfən rayonlardan birinə qonaq gedib. Orda yaşayan bir
qızla evlənib. İndi o yad qız Sevincin qızına "analıq" edir. O gün Sevinc sanki
ən hündür binadan yerə zərbə ilə dəymişdi. "Mən ki, ölməmişəm. Balamın anası
mən ola-ola başqa biri niyə "analıq" etsin ona? " Əsmər hər fürsət düşdükcə
ayda bir dəfə Sevincə körpəsi haqqında uzun uzadı məktub yazıb, poçtla
göndərərdi. Sevincə məktubu isə Tərlan gətirərdi. Çünki Tərlan rayonun
mərkəzində işləyirdi. Hər gün Sevinc poçta gedib gəlməsin deyə, Dilarə ondan
xahiş etmişdi. Lakin Tərlan bunu bir sirr kimi Arifədən saxlamışdı. Sevinci çox
sevirdi. Məktub poçta gələnə kimi Tərlan Sevincin gözünə görsənməzdi. Elə ki,
məktub əlində idi, ildırım sürəti ilə Sevincgilə gedərdi. Elə darvazadan Sevincə
verib gedərdi. Bu bir növ Sevincin gözlərindəki sevinci görmək arzusu idi. Onun
dərdi Tərlanın dəri idi sanki. Sevincin bu 3 ayda yaşadıqları onun gözü önündən
getmirdi. Hər gün Arifə də "canı yanan rəfiqə" maskası taxıb Tərlanın yanında
ondan danışırdı. Vahidin evləndiyini eşidəndə Tərlan az qalırdı gedib Vahidlə
dalaşsın. "Ay, əclaf! bu cür yoldaşın balan ola-ola sən hansı ağılla evlənirsən?"
Tərlan Vahidin Sevincdən ayrılmasına səbəbi bilmirdi. Heç bunu Arifə də
demirdi. Amma Tərlan Sevinci xoşbəxt görməsindən başqa arzusu yox idi.
-Vahid, oyan da!
- Nolub yenə?
Dostları ilə paylaş: |