- Hara gəlirsiz? Ağlın olsun. Bu ifritə səndən doymadı, keçdi mənim ərimə. İndi
onnan eşqbaşlıq edirlər. Elə bilirsən uşaq səndəndi? Ay axmağın oğlu aç gözünü
2 ildə sənə uşaq verməyən bir ayda verdi?
- Bu nə danışıqdır? Ola bilməz! Belə şey mümkün deyil! Mənim Sevincim bunu
etməz...
- Edər, niyə etmir! Onsuz da mənim ərim onun dərdindən ölürdü. Bu da səndən
qayıtdı gördü ki mənlə evlənib girdi aramıza. İndi dey deyib gülürlər
mətbəximdə. Sənsə hələ də "Sevincim" deyirsən. ...
Telefonu yerinə necə asdı xatırlamdı. Bir tək onu anladı ki, Əsmər onu
silkələyib nə baş verdiyini soruşurdu....
O gündən artıq aylar keçirdi. Sevinc tezliklə doğulacaq balasını qollarına
alacağı günün həsrətində idi. Dilarə isə Vahidin hələ də gəlmədiyinə inana
bilmirdi. Arifə də "rəfiqə" maskası ilə hər gün gəlib gedirdi. Tərlan isə anasının
ölümündən sonra lap pis olmuşdu. Artıq 8 ay keçməsinə baxmayaraq hələ də
barışa bilmirdi. Bir yandan da Sevinci tənha görməsi xoşuna gəlmirdi. Dayısı
Cavid isə hər ay gəlib Sevinci danlayıb gedərdi. Bunu da qəbul edə bilmirdi
Tərlan. Bəzən olurdu ki, Arifə evdə deyinirdi Sevincin arxasınca. O an az qalırdı
Arifəni tutub boğsun. Özünü, hisslərini cilovlaya bilmirdi. Arifəyə nifrət edirdi
artıq. Çünki onun əsl üzünü hər gün görür və ömrünü onunla məhv etdiyinə görə
özünü qınıyırdı. Hətta dəfələrlə Arfəyə demişdi ki, getsin atası evinə. Qismət
olar kimləsə evlənər uşaqları olar. Onsuz da Tərlan sozsuzdur. Həyatını niyə
çürütsün ki? Həm özünü məhv edirdi, həm də Tərlanı.
Sevinc də hər dəfə dayısının kinayəli qəzəbli sözlərindən təngə gəlmişdi. Ona
borclu idi. Hər şeydə. Yediyi yeməyin 50 faizini dayısı təmin edirdi. İndi də
uşaq olacaq deyə iki qat tərsliyə düşmüşdü ki," Səni özüm aparacam Vahidin
evinə. "
Sevinc bunu istəmirdi. O Vahidin üzr istəməsini, arxasınca gəlməsini peşman
olmasını istiyirdi. Amma bunu görsəydi də Vahidi bağışlamamaqda israrlı idi.
Dayısı Cavid də buna görə qəzəblənirdi. Hər gəlişində də bütün küçəyə yayılırdı
səsi. Bu gəlişlərin birində Sevincin ağrıları başladı. Dayısının sözlərinə dözə
bilmədi nə o nə də körpəsi...
- Xəstənin yaxınları kimdir?
- Bizik doktor. Balam necədir?
- Lap yaxşıdır. Uşaq da ana da hər ikisi sağ salamatdırlar. Gözünüz aydın oldun
qzı uşağı dünyaya gəldi.
- Ay sizi şad xəbər olasız. İlahi sənə şükürlər olsun! Sağol doktor, çox sağol.
- Bax sənə son sözümdür. - Cavid baş barmağını silkələyə-silkələyə Dilarəyə
deyirdi.- Sevinc xəstəxanadan çıxar çıxmaz aparıb Vahidin qapısına qoyacam.
Sevincə də beləcə çatdır. Ər arvad arasında hər şey olur. Daha uşaqları da oldu
barışsınlar. Ağ eləməsinlər.
Sevinc artıq ana olmuşdu. Balasını sinəsinə basıb necə ağlamışdısa hamı mat
qalmışdı.
- Balam, sən indi yəni mənimsən? Necə də şirinsən. gözlərin tamamilə atana
bənzəyir. Burnun mənə, Çənən? Hə... bildim o da mənə. Bax bir tək gözlərin
atana bənzəyir. Körpə balam. Necə də xoş ətrin var....
Artıq dörd gün keçmişdi. Həkimlər Sevinci evə buraxdılar. Dilarə nəvəsi üçün
cürbəcür paltarlar, bələklər hazırlamışdı. Sevinclə bir-başa evə gələcəkdilər.
Xəstəxanadan çıxr çıxmaz dayısı Cavid maşınla gəldi:
- Sevinc əyləş!
Maşında dayısı qızı Cəmilə də vardı. Dilarə hər şeyi anlamışdı. Sevincin
alnından opüb sağollaşdı.
-Sevinc də Vahidi bağışlamamışdı. Amma balasının xatirinə gedirdi. Dayısı
qızı Cəmilə də yol boyu ona mənəvi dayaq olurdu. Sevinc bir an belə olsun
balasından gözünü çəkmirdi. Elə hey ürəyində onunla danışırdı. Əllərinin
qurluşuna, saçının hər telinə, kipriklərinə, qaşına kimi süzürdü balasını.
Dayısı qapının zəngini basdı.
- Gəldim, Gəldim!
Budur Vahiddir. Onun səsidir. Sevinc həyəcandan az qaldı özünü itirə. Qapı
açıldı:
- Sevinc?
Təəccüb dolu baxışlarla Sevinci və qucağındakı körpəni süzdü. Bir an içində
Arifənin dediklərini xatırladı. Qəzəbləndi. İçində sanki vulkan püskürdü.
- Sən hansı üzlə bu qapıya gəlmisən? Utanmaq yox abır yox, Namusumu heç
nə etdin. Qeyrətimi tapdaladın. Sənin nə azzarın var bu qapıda?
- Vahid?
Sevinc Vahidin bu dediklərindən şok keçirdirdi. Onu heç vaxt belə
görməmişdi.
_ Dayan görüm. Bax bala bu sənin yoldaşındı bu da sənin balandı. Barışın hər
nədir aranızdakı həll edin.
- Siz dayanın, Cavid bəy. Siz nə danışırsız mənim uşağım deyil. Sevinclə olan
kəbinimizi pozmuşam.
- Necə yəni Mənim uşağım deyil? Vahid sən nə danışırsan?-
Sevinc qulaqlarına inana bilmədi.
- Elə eşitdiyin kimi də danışıram. Ləzzət eləmədi? Bura bax onun bunun
küçüyünü mənə sığışdırmağa çalışma. Get kimdən qazanmısan ona da götür.
- İlahi bu nə cür təhqir....
Sevinc az qalırdı yerə deyə.
- Bəli Cavid bəy sizin bacınız qızıyla olan kəbinimi pomuşam. Onu görməyə
gözüm yoxdu. Uşağı da qəbul etmirəm.
Qapı ağzında baş verənlər Sevinci üzdüyü üçün dili söz tutmadı daha. Dayısı
Cavid də qəzəbindən dəli olmuşdu. Beynində bir an içində qərar verdi: "Mən
ömrü boyu elə bacımın yetiminə baxmışam. Bir də onun yetiminin yetiminə
baxası gücüm yoxdu."
- Bilirsən nə var Vahid, ala tut bu uşağı. Əlvida!
Sevinc qollarından zorla alınan balasını son dəfə orda gördü.
- İlahi dayı nə edirsən?...
- Nə lazımdırsa onu da edirəm...
- Balam. Vahid geri qaytar. Ver mənə...
Dostları ilə paylaş: |