Zəminə xanım sanki qonşu oğlundan və qonşu qızından danışırmış kimi elə
sakit və soyuq idi ki. Albomu da rahatlıqla açıb verdi Sevincin əlinə. Dedi:
-- Bax bu Nadejdadı. Toylarında çəkiblər. -Sevinc gəlinlik içində olan sarışın
xanımı gördü. Vahidi də üzündə təbəssüm əynində bəyliklə...
-- Bax bu da Nadejda ilə bal ayında olanda çəkdiriblər. Antalyaya getmişdilər. -
Sevinc yenə Vahidin yanağındakı təbəssümü və Nadejdanın necə qucaqladığını
gördü.
--Bax bu da ekiz nəvələrim. - Zəminə xanım elə ağız dolusu danışırdı ki, sanki
qarşısındakı insan deyil, elə bir cansız əşyadır. Sevinc uşaqlara da baxdı. Bəli
şəkildəki uşaqlar Vahidə çox bənzəyidilər. Albomda uşaqların doğum evində, 6
aylığında, bir yaşlarında, və başqa-başqa yerlərdə Vahidlə və Nadejda ilə
birlikdə çəkilmiş şəkillər ilə dolu idi.
-- Yəni qızım, artıq özün də uşaq deyilsən. Başa düşürsən ki, Vahidim nə
zamana kimi sonsuz biri ilə yaşamalıdır? Onun o Nadejdaya yenidən
qayıtmasına sən səbəb oldun. Vaxtında uşaq versəydin ona o da orda-burda
olmazdı.
İlk dəfə idi ki, Sevinc özündən çıxdı:
-- Necə yəni? mənəm günahkar? Onun evli olduğunu gizlədən sizlər deyilsiz?
Bu vaxta kimi məni fil qulağında yatızdıran? Həkimə gedək deyəndə ağzımdan
vuran siz deyildizmi? Kimdir burda günahkar olan? Bilirsiz nə var? Əyər Vahid
kişi kimi xanımın yanında olsaydı bütün ay boyunca baxın onda uşaq da
olardı....
Sevinc özü də anlamadı nə etdiyini. Bircə onu bilirdi ki, Vahid onun deyildi.
Və daha bu evdə heç bir şeyə dəyəri yoxdur. Tez otağına getdi. Zəminə xanım
da iki illik gəlininin ilk dəfə onun sözünə söz deməsini uda bilmirdi. Tez Vahidə
qısa-qısa zəng edirdi. Nəhayət Vahid zəng etdi:
-- Ana nə olub, nəsə vacib işdir?
-- Hə bala sənin bu arvadın özündən çıxıb. Sizin Nadejda ilə olan albomunuzu
tapdı. Bəyaqdan görəsən mənə nələr demir. Elə bil məcbur gətirmişəm bunu
bura. Bax sənə deyirəm o qız bu evdən gedəcək. Onsuz da sonsuzdur. Nəyinə
lazımdır bala. Qoy getsin. Sən də özünə başqasını taparsan. O da gəncdir. Gedər
evlənər biri ilə tutmayaq burda. Madam ki, sənin evliliyini qəbul etmək
istəmir özü bilər. Deyək gülə-gülə.
Vahid bir an içində anasının dediklərini nə dərk edə bilirdi, nə də özü nəsə
düşünə bilirdi. Amma çox qəzəblənmişdi. Buna görə də anasına dedi:
--Hanı o ver telefonu ona. - Zəminə xanım otağın qapısını çırparaq açdı telefonu
yatağa atdı ki, "ala ərin zəng edir"
--Alo, Alo, Sevinc!
--Vahid bütün bunlar nə deməkdir?
--Sən kimsən ki, məndən haq-hesab soruşursan?
--Necə yəni nəyəm? Mənəm Sevinc eşidirsən?
--Lap yaxşı eşidirəm. Qulaq as tez ol anamdan üzr istə. Evliyəm sənə nə. Guya
bilmirsən ki burda işi gücü olan, vətəndaşlığı olan evli olur? Bilmirsən ay
axmağın qızı atamı bezdirdin öldü, indi də anama keçmisən?
--Vahid sən nə danışırsan?
--Sənlə evləndiyim günə bir qara daş düşəydi. Gör mən səni tanımamışam. Get
atan evinə bir də qayıtma. Onsuz da uşaq da olmur. Get yaşa həyatını. Unut bizi.
Yığışdır nəyin var get. Gələndə səni gözüm görməsin.
Sevinc telefonda eşitdiklərinə inana bilmirdi. Bu nə deməkdir axı? Özü də
"nəyin var götür get atan evinə" deyib zəngi kəsməsi son nöqtə idi. Bəli Sevinc
o evə təkcə gəlinliklə gəlmişdi. Heçnəsiz. Amma indi də aparılası bir tək öz canı
idi. Odur ki, gözünün yaşını silərək. Qapıdan çıxdı...
Üçüncü fəsil
Dilarə qızının nələr yaşadığını yaxşı bilirdi. Özü də Sevincin arzusunda
olmuşdu illərlə. Buna baxmayaraq o beş il ərzində Allaha həmişə şükr edib ki,
"Allahım nə yaxşı ki, Musa kimi bir insanı qarşıma çıxartmısan."
Bəli, Dilarə yoldaşını çox sevirdi. Onun ölməyinə baxmayaraq, namusu ilə
qızını böyütmüşdü. Qardaşı Cavidin köməyi ilə acılı günləri geridə qoymuşdu.
Amma o yağışlı gecə Sevincin suyu süzülə-süzülə qapıdan girməsi heç gözünün
önündən getmirdi.
- Görəsən balama nə olub? Axı niyə susur?
Sevinc artıq 2 gün idi ki, ata evinə gəlmişdi. Vahidin evindən çıxanda üstündə
sadəcə yol pulu vardı. O pul isə rayona kimi gəlməyə yetərli idi. Rayondan
kəndə kimi isə Sevinc piyada gəlmişdi. Yağış güclü yağırdı. Lakin Sevincin
gözlərindəki yaşı yuyub apara bilmirdi. Bütün yolu ağlamışdı.
"Vahid, axı mənə niyə yalan dedin? Axı məni niyə qovdun?", Bu cür fikirlər
Sevinci tərk etmirdi...
Anasının 2 gündür bitib-tükənməyən suallarına cavab vermirdi. Daha doğrusu
cavab vermək belə ona ağır idi. Lakin daha susmayacaqdı. Axı bir tək anası
vardı. Onu incidə bilməzdi.
-Sevinc, qızım, nə olub axı? Niyə dinmirsən?
-Heç nə olmayıb ana, səninçün darıxmışdım.
-Bəs niyə Vahid səni gətirmədi? Niyə o gecə piyada gəlirdin?
-Vahid telefonda danışanda dedim anam üçün darıxmışam. Dedi get gör
ananı. Yolda marşrut xarab oldu. Başqasının maşınına da minmədim.
Bəli, Sevinc ilk dəfə idi ki, anasına yalan deyirdi. Amma bu Dilarənin
gözündən yayına bilməzdi. Axı qızını çox yaxşı tanıyırdı. Hər suala cavab
verərkən gözlərini yayındırması, yanağının qızarması, əllərinin titrəməsi çox
şeydən xəbər verirdi. Sevincin yayındırdığı gözlərə baxaraq "Axı niyə? Niyə
yalan deyir mənə?" bu suallar onun beynində fırlanmağa başladı. Birdən qərara
gəldi:
- Sevinc sən ki, mənə düzünü demirsən, onda gedirəm Arifəgildən sizə zəng
etməyə. Qoy, qaynanan mənə desin görüm nə olub.
- Dayan! Ana, getmə.
Sevinc həyəcanlandı. Amma anasına neçə gün yalan deyəcəkdi ki?
-Gəl hər şeyi danışım. Amma bir də zəng etmə o evə. Xahiş edirəm.
Sevinc anasının əllərindən tutub divanda əyləşdi. O ana kimi yaşadıqlarının
hamsını danışdı. Vahidin Rusiyada evli olmağından. Hətta iki qızından,
qaynanasının sözlərindən və nəhayət Vahidin zəngində dediyi son sözlərinə kimi
hər şeyi danışdı.
-Aman Allah! Qızım, sən nə danışırsan belə? Gör, yazıq balam nələr çəkib.
İlahi sənə şükrlər olsun. Sən ki, balamı sağ-salamat o evdən xilas edib mənə
çatdırmısan. Sənə şükürlər olsun.
-Ana, nə danışırsan? Yaşadıqlarımdan sonra hələ üstəlik şükr edirsən?
Dostları ilə paylaş: |