Dördüncü fəsil.
-Vahid! Bala, hara gedirsən gecənin bu vaxtı?
- Ana Sevinci geri gətirməyə.
- Necə-necə? Sevinci? Onun o sözlərindən sonra düşünürsən ki, yenidən
gəlinim deyib boynuma mindirəcəm?
- Bu nə deməkdir? O ki sənə qarşı bir dəfə hörmətsizlik etməyib.
- Necə yəni etməyib? Bəs son dəfə burda olanları necə unudum. Hə? Sən unuda
bilərsən. Amma mən unutmaram.
- Ana, başa düş. Bizim artıq balamız olacaq. Sənin bu dediklərin əbəsdir. Mən
onu geri gətirəcəm. Balamızı birlikdə böyüdəcik. Səndən də sadəcə anlayış
istiyirəm. Bir valideyn kimi sevin mənim yerimə. Nolar ki?
- Noldu bu 2 ildə uşağa qalmadı? Bir ay sonra uşaq var dedi? Mən inanmaram
belə şeylərə. Uşaq başı aldadır, elə bil.
Anasının heç cür yola gəlmədiyini görən Əsmər Vahidə dəstək çıxdı:
-Ana , sən indi hansı zəmanədə yaşayırsan? Məyər görmürsən ki, Sevincin yeri
bura, Vahidin yanıdır? O bu evin gəlinidir. Sənin də gələcək nəvənin anasıdır.
Bunu qəbul etsən hər birimizə yaxşı olar.
- Heç nə məni fikrimdən döndərə bilməz. Bax Vahid sənə deyirəm. Əyər o
ölmüşü bu evə geri qaytarsan özündən küs. Məni o andan ölmüş bil bala.
Haqqımı sənə halal eləmərəm. Di get...
Vahid anasına çox dəyər verirdi. Atasını itirdiyi vaxtdan anasını da itirmək
qorxusu ilə bacara bilməmişdi. Daim düşünərdi anasını itirdiyini, onsuz olan
həyatını. Buna görə Sevincin arxasınca o gecə getməməyi qərara aldı. Əsmər
ona Sevinclə olan telefon danışığını danışanda o qədər sevinmişdi ki, heç kimi
və heç nəyi düşünmədən yola çıxacaqdı. Lakin, anasının o sözləri onu yolundan
etdi. Qərar verdi ki, səhər açılar açılmaz anası ilə bir də danışıb, onu razılığa
gətirsin. Beləliklə, anasını razı salmaq hər gün daha da qəlizləşidi.
Beləcə günlər keçdi...
Sevinc anası ilə başını aşağı salıb həyatını yaşayacağını, balasını böyüdəcəyini
xəyal etməyə başlamışdı. Bir yandan da Vahidi düşünürdü. "Görəsən Əsmər ona
dedi? Bəs Vahid niyə gəlib məni aparmadı? Yox onsuz da gəlsə də getməyəcəm.
Onu bağışlamamışam, bağışlaya bilmərəm. Heç vaxt...." Hamilə olduğunu
bildiyi gündən içində bir ümid işığı yanırdı. Gələcəyini, balasını düşünürdü. Hər
gün haldan -hala düşsə də, alışırdı hər bir şeyə. Amma dayısı Cavid Sevincin
hamilə olduğunu eşitdiyi andan əsəbi idi. Elə hey bir yol axtarırdı ki, Vahidə
zəng vursun. Amma bacısının sözlərini də unutmurdu: "Qardaş, Sevinc Vahidin
gəlişini gözləyir. O mütləq gələcək ailəsini yanına aparacaq. Burda hələ ki, çətin
vaxtlarını ötürür. Orda kim baxacaq Sevincə? Qoy Vahid gələnə kimi burda
qalsın. Yaxşılaşsa sən özün apararsan". Hər kəs alışmağa çalışırdı. Tərlan isə
bacarmırdı. Sevinci çox sevirdi. Arifə kimi insanla ailə qurduğuna da peşman
idi. Nə Tərlana qayğıkeş, gülər üzlü həyat yoldaşı, nə də anasına layiqli gəlin
olmadı. Amma nə etsin onun kitabında boşanmaq sözü yox idi. Sevincin hamilə
olduğunu biləndən elə hey onu düşünürdü: "Görəsən Vahid niyə gəlib aparmadı
onu? Yəni bu qədər alçaqdır? Sevinc! Ehhh.... İlahi sən özün ona kömək ol!
O gecə Tərlan niyəsə yata bilmədi. Səhərə kimi yerinin içində "qaynıyırdı".
Səhərə yaxın sübh azanının səsi gələndə yerini tərk elədi. Pəncərəni açıb azanı
dinləməyə başladı. Qəlbində isə ylanız və yalnız Sevinc üçün dua edirdi. Birdən
yandakı otaqdan tappıltı eşitdi. Nə olduğunu anlamdı. Amma səs anasının
otağından idi. İri addımlarla yandakı otağa girdi. Qarşısındakı mənzərə acı da
olsa real idi. Anası yatağın kənarında yerə sərilmişdi....
-Allah rəhmət eləsin!.
-Allah ölənlərinizə rəhmət eləsin.
Budur Tərlan ağlamaqdan boğazı gözü şişmiş halda ona baş sağlığı verənlərə
boğuq səslə cavab verirdi. Taqəti yox idi daha. Anasını bir an içində itirmişdi.
Arifə: "Allaha şükr et ki, anan əzab çəkmədən öldü." deyərdi. Başqaları isə boş-
boş baş sağlığı verərdilər. Quru təsəllilər Tərlanı bezdirirdi. Heç bir dəyəri yox
idi onun üçün. Tərlan anasını itirmişdi. Bu heç də adi acılara bənzəmirdi. Nə
dərd, nə kədər, nə göz yaşları, nə baş sağlıqları onu geri qaytara bilməzdi.
Tərlanın için-için ağlamaqdan boğazı şişmişdi. Mətbəxə keçib Arifədən isti su
istədi. O da isti suyu gətirənə kimi Tərlan ordaca kiçik stulda əyləşdi. Bu vaxt
Sevinc qadınların məclisi üçün çay aparmağa gəldi. Tərlan Sevinci görər görməz
özünü itirdi. Heç onun burda olduğundan xəbərdar deyildi. Arifə də Sevincin
ardınca mətbəxə dönəndə bu qarşılaşmanın şahidi oldu. Nə danışacaqlarını rahat
eşitmək üçün qapıya doğru döndü:
-Sevinc?
-Tərlan, Allah rəhmət eləsin! Yeri Cənnət olsun!
-Sağol Sevinc, Çox sağol...
- Bu qədər özünü incitmə. Olacağa çarə yoxdur. Onun qisməti bura qədərmiş.
Dərdə salma özünü.
- Mənim üçün nigaran olma Sevinc. Sən balanı düşün. Sənin xoşbəxt olmağını
hər şeydən çox istəyirəm. İnşallah Vahid sənin qədrini anlayar.
Əslində Tərlan özü də bilmədən utanmadan Sevincə ürəyindəkiləri dedi.
Amma sevgisindən başqa...
- Hə? Demək belə Tərlan! Sən hələ də bu "sərçəni" sevirsənmiş. "Sənin xoşbəxt
olmağını hər şeydən çox istəyirəm" Puah, sən öləsən! Mənə də Arifə deyərlər.
Sizi elə günə qoyum ki, dəymişiniz dura dura kalınız tökülsün. Dayanın....
Arifə öz -özünə deyinməyə başladı. dodağının altında qara ürəyində nələr
düşündüsə telefonu götürüb dal otaqlardan birinə girdi. Hirsindən özünə gələ
bilməmişdi. Nömrəni əlləri əsə-əsə yığdı:
-Alo, Alo....
-Alo, eşidirəm. Buyurun!
-Vahidgildəndi?
-Bəli. Danışan Vahiddir. Buyurun!
- Mənəm Arifə. Sevincin kənddəki rəfiqəsi.
- Hə? Salam necəsiz? Sevincə nəsə olub? Sabah gələcəm onun arxasınca.
Dostları ilə paylaş: |