F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Fevral – Xalq artisti, aktyor Rafiq Əzimovun 80 illiyi, (1938)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə18/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   14   15   16   17   18   19   20   21   ...   146

53 

 

 



6 Fevral – Xalq artisti, aktyor Rafiq Əzimovun 80 illiyi, (1938) 

 

Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 10 sentyabr 1962-ci 



ildə  Azərbaycan  Akademik  Milli  Dram  Teatrının  truppasına  qəbul  olunub.  O, 

dövrdən  fasiləsiz  olaraq  bu  teatrın  səhnəsində  çalışır.  Azərbaycan  Dövlət 

Televiziyasında hazırlanan S. Saninin "Dibdat bəy" (Dibdat bəy), İ. Səfərlinin "Göz 

həkimi"  (İvanov),  Ü.  Hacıbəyovun  "Ordan-burdan"  (İsmayıl)  teletamaşalarında 

oynayıb.  Sənətdə  qazandığı  nailiyyətlərə  görə  Rafiq  Əzimova  1982-ci  ildə 

Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-cı ildə Xalq Artisti fəxri adı 

verilib. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi 

Sənətkar  ordeninə  layiq  görülüb.  2010-cu  ildə  Cəfər  Cabbarlı  mükafatına  layiq 

görülüb.  2013-cü  ildə  rejissor   Sənan  Sultanovun   quruluşunda  Azərbaycan 

Televiziyasında  Rafiq  Əzimovun  həyat  və  yaradıcılığına  həsr  olunmuş  “Sənət 

sevgisi” filmi çəkilmişdir. 

Filmoqrafiya: Dağlarda döyüş (film, 1967), Uşaqlığın son gecəsi (film, 1968), Bir 

cənub şəhərində (film, 1969), Yeddi oğul istərəm... (film, 1970), Göz həkimi (film), 

Qatır  Məmməd  (film,  1974),  Arxadan  vurulan  zərbə  (film,  1977),  Babək  (film, 

1979), Topal Teymur (film, 1983), Bəyin oğurlanması (film, 1985), Cazibə qüvvəsi 

(film, 1985), Bircəciyim (film, 1986), Ordan-burdan (film, 1987), Unudulan adam 

(film, 1987), Bir anın həqiqəti (film, 2003), Bir ovuc torpaq (film, 2009), Cavad xan 

(film, 2009), Buta (film, 2011). 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 



 

 

 

 


54 

 

 



20 Fevral – Xalq artisti, xanəndə Arif Babayevin 80 illiyi, (1938) 

 

Arif İmran oğlu Babayev fevral ayının 20-si 1938-ci ildə 

Ağdam  şəhəri  yaxınlığındakı  Sarıhacılı  kəndində  anadan 

olmuşdur.  Xanəndə,  xalq  artisti  (1988),  professor  (1996), 

“Şöhrət”  (1998)  və  “İstiqlal”  (2008)  ordenlərinə  layiq 

görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ 

xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. O, 

Seyid  Şuşinski,  Xan  Şuşinski,  Zülfi  Adıgözəlov  kimi 

sənətkarların  ənənələrinə  əsaslanaraq,  özünəməxsus  ifaçılıq 

üslubu  yaratmışdır.  1960-cı  ildən  başlayaraq  Arif  Babayevin 

yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət 

və  İncəsənət  Universitetində  təhsil  almışdır.  Əvvəl  Azərbaycan  Dövlət 

Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi 

dəvət  olunan  Arif  Babayev  bu  teatrın  səhnəsində  muğam  operalarında  Məcnun, 

Kərəm, Aşıq Qərib, Camal kimi  yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin 

ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil 

olmuşdur. Onun yaradıcılığında “Şur”,  “Seygah”  muğam dəstgahları, “Arazbarı”, 

“Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə “Seygah” muğamını 

Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq 

mahnılarının  ifaçısı  kimi  də  çox  sevilir.  Arif  Babayevin  70  illik  yubileyi 

münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və 

yaradıcılıq  yolunu  əks  etdirən  şəkillərdən  ibarət  CD-albomu  nəşr  olunmuşdur. 

Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  İnstitutunu bitirdikdən  sonra 

Azərbaycan  Dövlət  Filarmoniyasında (1963-1966), Azərbaycan  Dövlət  Opera  və 

Balet Teatrında (1966) çalışmışdır. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi 

Məktəbində  ilk  muğam  müəllimi  kimi  çalışmağa  başlayıb.  Daha  sonra  –  1984-cü 

ildə  ilk  muğam  müəllimi  kimi Azərbaycan  Dövlət  Konservatoriyasına işə  qəbul 

olmuşdur. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı almışdır. Xalq artisti 

Arif Babayev hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. O, 

eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir. 



Filmoqrafiya:  Üzeyir  ömrü  (film,  1981),  Ver  sözə  ehya  ki...  (film,  1989), 

Havalansın Xanın səsi (film, 2001), Muğamat var olan yerdə... (film, 2009). 



 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 


55 

 

 



28 Fevral – Xalq artisti, aktrisa Sofiya Bəsirzadənin 100 illiyi, (1918-2000) 

 

Sofiya  Bəşir  qızı  Bəsirzadə  (Vəzirova)  28  fevral 



1918-ci  ildə  Kazan  quberniyasının  köhnə  Çukan 

kəndində  doğulub.  İki  yaşında  olanda  ailəsi  Bakıya 

köçüb  və  Sofiya  xanım  azəri  türkcəsini  mükəmməl 

öyrənib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv 

olub.  1936-cı  ildə  Mirzə  Fətəli  Axundzadə  adına  Bakı 

Teatr  Məktəbinə  daxil  olub.  Həmin  ilin  noyabrından 

başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, 

epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 

1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına 

qəbul edilib. Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofiya Bəsirzadənin Nisə 

xanım  ("Lənkəran  xanının  vəziri",  Mirzə  Fətəli  Axundzadə),  Sevər,  Gülgün, 

Tanya,  Gülsabah,  Gülnisə  ("Oqtay  Eloğlu",  "Od  gəlini",  "Yaşar",  "Dönüş"  və 

"Solğun  çiçəklər",  Cəfər  Cabbarlı),  Nina,  Rübabə  ("Şeyx  Sənan"  və  "Səyavuş", 

Hüseyn Cavid), Məryəm, Tamara, Tatyana ("Fərhad və Şirin", "Vaqif" və "İnsan", 

Səməd  Vurğun), Səadət  ("Müsibəti-Fəxrəddin",  Nəcəf  bəy  Vəzirov), Xanın  qızı, 

Pəri cadu ("Köhnə dudman" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Tərlan 

xanım  ("Yalan",  Sabit  Rəhman),  Qlumova  ("Müdriklər",  Aleksandr  Ostrovski), 

Toni xala ("Füsunkar qız", Mikolaş Dyarfaş), Səadət xanım ("Unuda bilmirəm", 

İlyas  Əfəndiyev),  Nihal  ("Qəribə  adam",  Nazim  Hikmət),  Aliyə  ("Təhminə  və 

Zaur",  Anar),  Mariya  Xosefa  ("Dişi  canavar",  Federiko  Qarsiya  Lorka),  Dayə 

("Medeya",  Jan  Anuy),  Aybəniz  ("Cavanşir",  Mehdi  Hüseyn),  Peyanira 

("Mehmanxana  sahibəsi",  Karlo  Haldoni)  rolları  ifadə  vasitələrinin  zənginliyi 

baxımından seçilirlər. Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Ömrünün 

son  illərini  o, Bakı  Bələdiyyə  teatrında çalışıb.  Aktrisa  4  yanvar  2000-ci  ildə 

Bakıda vəfat edib. 

          Filmoqrafiya: Telefonçu qız (film, 1962),

 

Romeo mənim qonşumdur (film, 1963),



 

Şərikli  çörək  (film,  1969),  Od  içində  (film,  1978),  Mən  mahnı  qoşuram  (film, 

1979), Yol əhvalatı (film, 1980), Qorxma,  mən səninləyəm (film, 1981), Musiqi 

müəllimi  (film,  1983),  Ötən  ilin  son  gecəsi  (film,  1983),  Park  (film,  1984), 

Pəncərədə işıq (film, 1987), Sarıköynəklə Valehin Nağılı (film) və s. 

  

İnternetdə: 

www.books.google.com 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə