F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Ümumdünya Ucadan Oxu Günü



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə21/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   17   18   19   20   21   22   23   24   ...   146

62 

 

2 Mart – Ümumdünya Ucadan Oxu Günü  



 

 

 

 

  

 



 

 

 



 

 

  



Ümumdünya  Ucadan  Oxu  Günü  Söz,  Kitab,  Mütaliə  bayramıdır.  Bu  gün 

LitWorld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsinin çərşənbə günü 

qeyd olunur. Bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir 

üsulu və  öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq imkanı 

kimi göstərməkdir. Bu aksiyada iştirak etməklə, insanlar dünyadakı bütün uşaqların 

savad alması hüququnu dəstəkləyirlər. 

     

Son illər Ümumdünya Ucadan Oxu Günü 80-dən çox ölkədə, bir milyondan 



çox insan tərəfindən qeyd olunur. 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


63 

 

3 Mart – Ümumdünya Yazıçı Günü, (1921) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



      Maraqlı   tarixi   olan  bu   bayram   1921-ci  ildən   PEN    klub   tərəfindən  

(bu 


 ad 

 ingiliscə  

üç 

 sözün  


poets 

(şair),  

essayists  

(oçerkçi) 

və  nvelists  (novella,  roman  müəllifi) – ilk   hərflərindən   yaranan   qısaltmadır) 

qeyd   olunmağa   başlayıb.  PEN  klubun   ilk  beynəlxalq   konqresi   isə  1923-cü  

ildə Londonda   keçirilib. 1986-cı  il  yanvarın  12-dən 18-dək  PEN klubun  sayca 

48-ci beynəlxalq  konqresi  baş  tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 

3-nü  “Yazıçı”nın  “Ümumdünya  Sülh  Günü”  elan  edilməsi  barədə  qərar  qəbul 

ediblər.  Həmin  vaxtadək  artıq  dünyanın  yüzdən çox ölkəsində    PEN  mərkəzləri 

fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və 

bir  növ  daha  çox  fərqlənmiş  ədibləri  təbrik  etmək  və  mükafatlandırmaq  üçün 

münasib gün kimi qeyd olunur.

 

      Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın 



mənfi  aspektlərinə  qarşı  çıxmağa,  yalan  yazılara,  məqsədli  təhriflərə,  faktların 

bilərəkdən  saxtalaşdırılmasına,  yaxud  siyasi,  qrup  və  şəxsi  maraqlar  naminə 

gerçəyin  vicdansızcasına  yozulmasına  yol  verməməyə  çağıran  peşə  bayramıdır. 

Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də 

kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə  2011- ci ildə yaradılıb və 

prezidenti  postuna  yazıçı  Çingiz  Abdullayev  seçilib.  Bütün  dünyada  fəaliyyət 

göstərən  PEN  klubun  məqsəd  və  vəzifələri  bizdə  də  hədəf  götürülüb.  Ölkəmizdə  

PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. 

Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli 

və fəal yazıçılardır.  



İnternetdə: 

www.books.google.com 


64 

 

3 Mart – Ümumdünya Vəhşi Təbiət Günü, (1973) 



 

20  dekabr  2013-cü  ildə  BMT-nin  Baş  Assambleyası  vəhşi  flora  və  fauna 

məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə martın 

üçünü Vəhşi Təbiət Günü ( World Wildlife Day) elan etmişdir (A/RES/68/205 saylı 

qətnamə  ilə).  Həmin  il  təbii  müxtəlifliyin  qorunması  sahəsində  digər  bir  mühüm 

sənədin qəbul edilməsinin 40 illiyi qeyd olunmuşdur. Həmin sənəd “Məhv olmaq 

təhlükəsi  qarşısında  qalan  vəhşi  fauna  və  flora  növlərinin  beynəlxalq  ticarəti 

haqqında” Konvensiya adlanırdı. Sənəd 3 mart 1973-cü ildə qəbul olunmuşdur.  

Bu  bayramın  BMT-də  qəbulundan  öncə  2013-cü  ilin  yazında  Tailandda 

keçirilən  SİTES  Tərəfdarları  Konfransı  iştirakçılarının  bu  haqda  təşəbbüsü 

olmuşdur. Məhz bu konfransda martın 3-nü Vəhşi Təbiət Günü kimi qeyd etmək 

təklif  olunmuşdur.  Konfrans  iştirakçıları  bu  təkliflə  bağlı    BMT-yə    müraciət 

etmişlər.  180  ölkə  Konvensiyaya  qoşulmuşdur.  Bu  bayramın  yaranması  Yer 

üzündəki bioloji müxtəlifliyin mühafizəsinin  zəruriliyini göstərir. 



İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 


65 

 

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü, (2005) 



 

“İdman,  bədən  tərbiyəsi  xalqın  sağlamlığı  ilə  bağlı  olan  mühüm  sosial 

sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir 

Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız 

beynəlxalq  yarışlarda  çempion  adını  qazanarkən  baş  verir.  Azərbaycan  himni 

səslənir, dövlət bayrağı qaldırılır”. 

                                                                     



Ümummilli lider Heydər Əliyev 

Bu  tarix  Azərbaycan    Prezidenti  İlham 

Əliyevin  “Bədən  Tərbiyəsi  və  İdman  Günü”nün 

təsis  edilməsi  haqqında  4  mart  2005-ci  il  tarixli 

Sərəncamına  əsasən  qeyd  olunur.  Ölkəmizdə 

idmanın  inkişafı  isə  ildən-ilə  geniş  vüsət  alır. 

Azərbaycanda  Bədən  Tərbiyəsi  və  İdman 

Gününün  martın  5-də  qeyd  olunması  təsadüfi 

deyil.  Məhz  1995-ci  il  martın  5-də  ulu  öndər 

Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri 

və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın 

inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident  İlham Əliyevin 1997-ci ildə 

Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən 

tərbiyəsinə  diqqət  daha  da  artdı.  İdmanın  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi,  idmançıların  peşəkar  səviyyədə  hazırlanmasına  göstərilən 

qayğı  isə  tezliklə  öz  müsbət  nəticəsini  verdi.

 

2008-ci  ilin  avqustunda  Pekində 



keçirilən  Olimpiya  oyunlarında  Azərbaycan  idmançılarının  qazandığı  qələbəni 

xüsusilə  qeyd  etmək  lazımdır.    Bu  yarışlarda      Azərbaycan  idmançıları  7  medal 

qazandı  və  dünyanın  iki  yüzdən  çox  ölkəsi  arasında  38-ci  yeri  tutdu.  Olimpiya 

oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin 

nəticəsi idi. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş 

mindən  artıq  medala  layiq  görülməsi,  Olimpiya  oyunlarında  qazanılan  4  qızıl,  3 

gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir. 

 Heydər  Əliyev  Fondunun  Prezidenti,  Azərbaycanın  Birinci  xanımı, 

Azərbaycan Gimnastika Federasiyasının Prezidenti, millət vəkili Mehriban xanım 

Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir 

və Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin 

inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman dövləti 

kimi tanıdır. “Sağlam bədəndə sağlam ruh olar” pirinsipinə söykənərək demək olar 

ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. 

İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə