53
6 Fevral – Xalq artisti, aktyor Rafiq Əzimovun 80 illiyi, (1938)
Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 10 sentyabr 1962-ci
ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O,
dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır. Azərbaycan Dövlət
Televiziyasında hazırlanan S. Saninin "Dibdat bəy" (Dibdat bəy), İ. Səfərlinin "Göz
həkimi" (İvanov), Ü. Hacıbəyovun "Ordan-burdan" (İsmayıl) teletamaşalarında
oynayıb. Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimova 1982-ci ildə
Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-cı ildə Xalq Artisti fəxri adı
verilib. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi
Sənətkar ordeninə layiq görülüb. 2010-cu ildə Cəfər Cabbarlı mükafatına layiq
görülüb. 2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan
Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş “Sənət
sevgisi” filmi çəkilmişdir.
Filmoqrafiya: Dağlarda döyüş (film, 1967), Uşaqlığın son gecəsi (film, 1968), Bir
cənub şəhərində (film, 1969), Yeddi oğul istərəm... (film, 1970), Göz həkimi (film),
Qatır Məmməd (film, 1974), Arxadan vurulan zərbə (film, 1977), Babək (film,
1979), Topal Teymur (film, 1983), Bəyin oğurlanması (film, 1985), Cazibə qüvvəsi
(film, 1985), Bircəciyim (film, 1986), Ordan-burdan (film, 1987), Unudulan adam
(film, 1987), Bir anın həqiqəti (film, 2003), Bir ovuc torpaq (film, 2009), Cavad xan
(film, 2009), Buta (film, 2011).
İnternetdə:
www.az.wikipedia.orq
54
20 Fevral – Xalq artisti, xanəndə Arif Babayevin 80 illiyi, (1938)
Arif İmran oğlu Babayev fevral ayının 20-si 1938-ci ildə
Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan
olmuşdur. Xanəndə, xalq artisti (1988), professor (1996),
“Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq
görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ
xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. O,
Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi
sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq
üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin
yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət
Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi
dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun,
Kərəm, Aşıq Qərib, Camal kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin
ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil
olmuşdur. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”,
“Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə “Seygah” muğamını
Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq
mahnılarının ifaçısı kimi də çox sevilir. Arif Babayevin 70 illik yubileyi
münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və
yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albomu nəşr olunmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirdikdən sonra
Azərbaycan Dövlət Filarmoniyasında (1963-1966), Azərbaycan Dövlət Opera və
Balet Teatrında (1966) çalışmışdır. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi
Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra – 1984-cü
ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul
olmuşdur. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı almışdır. Xalq artisti
Arif Babayev hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. O,
eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.
Filmoqrafiya: Üzeyir ömrü (film, 1981),
Ver sözə ehya ki... (film, 1989),
Havalansın Xanın səsi (film, 2001), Muğamat var olan yerdə... (film, 2009).
İnternetdə:
www.az.wikipedia.orq
55
28 Fevral – Xalq artisti, aktrisa Sofiya Bəsirzadənin 100 illiyi, (1918-2000)
Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 28 fevral
1918-ci ildə Kazan quberniyasının köhnə Çukan
kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya
köçüb və Sofiya xanım azəri türkcəsini mükəmməl
öyrənib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv
olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı
Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından
başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə,
epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr
1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına
qəbul edilib. Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofiya Bəsirzadənin Nisə
xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Sevər, Gülgün,
Tanya, Gülsabah, Gülnisə ("Oqtay Eloğlu", "Od gəlini", "Yaşar", "Dönüş" və
"Solğun çiçəklər", Cəfər Cabbarlı), Nina, Rübabə ("Şeyx Sənan" və "Səyavuş",
Hüseyn Cavid), Məryəm, Tamara, Tatyana ("Fərhad və Şirin", "Vaqif" və "İnsan",
Səməd Vurğun), Səadət ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xanın qızı,
Pəri cadu ("Köhnə dudman" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Tərlan
xanım ("Yalan", Sabit Rəhman), Qlumova ("Müdriklər", Aleksandr Ostrovski),
Toni xala ("Füsunkar qız", Mikolaş Dyarfaş), Səadət xanım ("Unuda bilmirəm",
İlyas Əfəndiyev), Nihal ("Qəribə adam", Nazim Hikmət), Aliyə ("Təhminə və
Zaur", Anar), Mariya Xosefa ("Dişi canavar", Federiko Qarsiya Lorka), Dayə
("Medeya", Jan Anuy), Aybəniz ("Cavanşir", Mehdi Hüseyn), Peyanira
("Mehmanxana sahibəsi", Karlo Haldoni) rolları ifadə vasitələrinin zənginliyi
baxımından seçilirlər. Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Ömrünün
son illərini o, Bakı Bələdiyyə teatrında çalışıb. Aktrisa 4 yanvar 2000-ci ildə
Bakıda vəfat edib.
Filmoqrafiya: Telefonçu qız (film, 1962),
Romeo mənim qonşumdur (film, 1963),
Şərikli çörək (film, 1969), Od içində (film, 1978), Mən mahnı qoşuram (film,
1979), Yol əhvalatı (film, 1980), Qorxma, mən səninləyəm (film, 1981), Musiqi
müəllimi (film, 1983), Ötən ilin son gecəsi (film, 1983), Park (film, 1984),
Pəncərədə işıq (film, 1987), Sarıköynəklə Valehin Nağılı (film) və s.
İnternetdə:
www.books.google.com