F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Ümumdünya Meteorologiya Günü, (1950)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə26/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   22   23   24   25   26   27   28   29   ...   146

77 

 

23 Mart – Ümumdünya Meteorologiya Günü, (1950)  

 

        Ümumdünya  Meteorologiya  Günü  1950-ci 



ildən,  yəni  bu  təşkilatın  yaradılması  barədə 

konvensiya  qüvvəyə  minəndən  bəri  ənənəvi 

olaraq hər il bir deviz altında keçirilir. Azərbaycan 

1993-cü  il  sentyabrın  3-dən  Ümumdünya 

Meteorologiya    Təşkilatının    üzvüdür.  1873-cü 

ilin  sentyabrında  Vyana  şəhərində  yaradılmış 

Ümumdünya  Meteorologiya  Təşkilatı  ən  qədim 

beynəlxalq  təşkilatlardan  biri  olan  Beynəlxalq 

Meteorologiya  Təşkilatının  sələfidir.  1951-ci 

ildən isə Birləşmiş Millətlər Təşkilatının Xüsusi Agentliyidir. Artıq Ümumdünya 

Meteorologiya  Gününün   hər  il  bir  deviz  altında  keçirilməsi  ənənəyə  çevrilib.  

2012-ci  ilin  mövzusu  olan  “Hava, iqlim  və  su  gələcəyimizin  aparıcı quvvəsidir” 

devizi isə hava, iqlim və su ilə əlaqədar təqdim olunan məlumatların sosial-iqtisadi 

sektorlar üçün müstəsna rolunu göstərmək üçün seçilmişdir.  “Hava, iqlim və su 

gələcəyimizin aparıcı quvvəsidir” devizi Ümumdünya Meteorologiya Təşkilatının 

16-cı  Konqresində  2012-ci  ildən  başlayaraq  İqlim  Xidmətlərinin  Qlobal  Çərçivə 

Sisteminin (İXQÇS) yaradılmasına dair qəbul edilmiş qərarın icrası ilə bağlıdır. Bu 

Konqresdə  İqlim  Xidmətlərinin  Qlobal  Çərçivə  Sisteminin  4  prioritet  istiqaməti 

müəyyən edilmişdir: təbii fəlakət təsirlərinin minimuma endirilməsi, su resursları, 

səhiyyə  və  qida  təhlükəsizliyi.  Operativ  və  rejim  xarakterli  hidrometeoroloji 

məlumatlardan, proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində, 

kənd  təsərrüfatı,  tikinti,  aviasiya,  gəmiçilik,  energetika  və  s.  sahələrdə  istifadə 

edilməsi  böyük  səmərə  verməklə,  dayanıqlı  inkişafı  təmin  edən  amillərdəndir. 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Milli 

Hidrometeorologiya  Departamenti  tərəfindən  müşahidə  şəbəkələri  yeni  cihaz  və 

avadanlıqlarla, o cümlədən avtomat meteoroloji stansiyalarla təmin olunur. Bu da 

müşahidələrin keyfiyyət göstəriciləri ilə bərabər onların operativ ötürülməsini və 

istifadəsini təmin edir. Hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi 

olaraq  müşahidələrin  aparılması  və  daha  yüksək  dəqiqliklə  qabaqcadan  verilən 

proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada 

bilir. Bununla da təbii fəlakətlərin təsirlərinin nisbətən yumşaldılması məqsədilə 

iqtisadiyyatın  bütün  sahələrində  keyfiyyətli  hidrometeoroloji  xidmətə  təlabatın 

artması müşahidə olunur. Bu baxımdan da hidrometeorologiya xidmətlərinin rolu 

əvəzsizdir. 



  

İnternetdə: 

http://news.milli.az 

 

 


78 

 

25  Mart  –  “Azərbaycanın  Milli  Qəhrəmanı”  fəxri  adının  təsis  edildiyi  gün,   



(1992) 

     “Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi 

nailiyyətidir.  Azərbaycanın  dövlət  müstəqilliyi  dönməzdir,  əbədidir  və  bizim 

borcumuz  dövlət  müstəqilliyini,  əldə  etdiyimiz  milli  azadlığı  daim  qoruyub 

saxlamaqdır.  Bizim  vəzifəmiz  bu  müstəqilliyi  möhkəmləndirməkdən  və  gələcək 

nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”. 

 

 



 

 

                                           



Ümummilli  lider  Heydər  Əliyev 

 

                             



 

 

        Azərbaycan  Respublikasının  ən  yüksək  fərqlənmə 



dərəcəsi  olan  “Azərbaycanın  Milli  Qəhrəmanı”  adı 

“Azərbaycanın Milli Qəhrəmanı adının müəyyən olunması 

haqqında” Azərbaycan Respublikasının 25 mart 1992-ci il 

tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. 

        “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi 

və tərəqqisi naminə xalq qarşısında  müstəsna xidmətlərə və rəşadətə görə verilir. 

“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı  Azərbaycan  Respublikasının  Prezidenti 

tərəfindən  onun  öz  təşəbbüsü  ilə  və  ya  irəli  sürülmüş  vəsatətlərə  əsasən  verilir. 

“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı  eyni  şəxsə  bir  dəfə  verilir. 

Azərbaycanın  Milli  Qəhrəmanının  xüsusi  fərqlənmə  nişanı  –  “Ay-Ulduz”  medalı 

“Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” 

Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis 

edilmişdir.  “Ay-Ulduz”  medalı  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 

aktlarında  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  6  fevral 

1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən “Qızıl Ulduz” medalı ilə əvəz 

edilmişdir. 

 

İnternetdə: 

www.books.google.com 

 



79 

 

27 Mart – Beynəlxalq Teatr Günü, (1962) 



 

Bu günün hər il dünyada keçirilməsi ilə 

bağlı  qərar  YUNESKO  yanında  Beynəlxalq 

Teatr  İnstitutunun  1962-ci  ildə  Vyanada 

keçirilən  konqresində  qəbul  olunub.  Hər  il 

Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu 

incəsənət  xadimləri  dünya  ictimaiyyətinə 

müraciət edirlər. Bu ənənənin əsasını qoyan və 

ilk  dəfə  dünya  ictimaiyyətinə  Teatr  Günü 

münasibətilə  mesaj  göndərən  fransalı  yazıçı 

Jan  Kokto  (1962-ci  il)  olub.  Ölkəmizin  

rəhbərliyi  bütün  sahələrdə  olduğu  kimi,  teatr  sənətinin  də  inkişaf  etdirilməsinə 

xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah 

halının  yaxşılaşdırılması  istiqamətində  atılan  addımlar  bunun  bariz  nümunəsidir. 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 

2009-2019-cu  illərdə”  Dövlət  Proqramı  bu  gün  uğurla  həyata  keçirilir.  Proqrama 

uyğun  olaraq  Abdulla  Şaiq  adına  Azərbaycan  Dövlət  Kukla,  Dövlət  Rus  Dram, 

Dövlət  Gənc  Tamaşaçılar,  Dövlət  Akademik  Milli  Dram  teatrlarının  binalarında 

yüksək  səviyyədə  təmir-bərpa,  yenidənqurma  işləri  aparılmışdır.  Hazırda  bu 

istiqamətdə  işlər  uğurla  davam  etdirilir.  Ötən  illər  ərzində  respublika  teatrları 

dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Belarus, 

Gürcüstan,  Fransa,  Mərakeş,  Finlandiya,  İran,  Misir,  Hollandiya,  Estoniya, 

Bolqarıstan,  Ukrayna  və  İsveçrədə  keçirilən  beynəlxalq  tədbirlərdə  ölkəmizi 

ləyaqətlə  təmsil  ediblər.  Eyni  zamanda,  xarici  dövlətlərdən  tanınmış  rejissorlar, 

baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana 

dəvət olunublar. Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar ölkə teatrlarında müxtəlif 

tədbirlər keçirilir, tamaşalar göstərilir.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə