F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Şair Adil Qasımovun 80 illiyi, (1938)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə29/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   25   26   27   28   29   30   31   32   ...   146

86 

 

12 Mart – Şair Adil Qasımovun 80 illiyi, (1938) 



 

Adil  Qasımov 1938-ci  il 12  mart tarixində Naxçıvan şəhərində  anadan 

olmuşdur. Orada Cəlil Məmmədquluzadə adına 2 saylı şəhər məktəbini bitirdikdən 

sonra APİ-nin pedaqogika və ibtidai təhsil metodikası fakültəsində təhsil almışdır 

(1958-1962).  "Pambıqçı  qızlar"  adlı  ilk  şeiri 1958 ci  ildə  "Şərq  qapısı"  qəzetində 

dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. 

Əmək fəaliyyətinə Ə. Ağayev adına Naxçıvan internat məktəbində müəllim 

kimi  başlamışdır  (1962).  Sonra  Naxçıvan  rayonu  kənd  istehsalat  komsomol 

komitəsində şöbə müdiri, Nehrəm kənd orta məktəbində müəllim, Myasnikovabad 

kənd  məktəbində  müəllim,  Naxçıvan  Müəllimləri  Təkmilləşdirmə  İnstitutunda 

metodist, Naxçıvan pedaqoji məktəbində müəllim, (1963-1970), Naxçıvan Dövlət 

Radio  və  Televiziya  Verilişləri  Komitəsində  (1971-ci  ildən)  böyük  redaktor 

vəzifəsində işləmişdir. "Aylı gecənin qaranlığında" adlı pyesi C. Məmmədquluzadə 

adına Naxçıvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur (1988). 



Kitabları: “Pıçıltılar” (1968), “Biz görüşəndə” (1974), “Dağlar, qalalar, babalar” 

(1981), “Qaranquş ömrü” (1988), “Sənə dönərəm” (2004), “Salam sevgi” (2009). 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 



87 

 

14 Mart – Xalq yazıçısı Anarın (Rzayev) 80 illiyi, (1938) 

Rzayev  Anar  Rəsul  oğlu  1938-ci  il  martın  14-də, 

Bakıda anadan olmuşdur. Anar 1945-ci ildə indi Bülbülün 

adını  daşıyan  musiqi  məktəbinin  Azərbaycan  sektoruna 

daxil  olmuş,  1955-ci  ildə  həmin  məktəbi  Gümüş  medalla 

bitirmişdir.  Elə  həmin  ildə  Azərbaycan  Dövlət 

Universitetinin  filologiya  fakültəsinin  rus  sektoruna  daxil 

olmuşdur. 1964-1967-ci illərdə Dövlət Radio və Televiziya 

komitəsində Uşaq şöbəsinin, daha sonra İncəsənət şöbəsinin 

müdiri vəzifəsində çalışmışdır. Azərbaycan dilində və başqa 

dillərdə 120 dən artıq nəsr, dram, publisistika, esse, şeir və 

bədii-bioqrafik  kitabları  nəşr  edilmişdir.  “Ağ  liman”,  “Beş  mərtəbəli  evin  altıncı 

mərtəbəsi”,  “Macal”,  “Dantenin  yubileyi”,  “Əlaqə”,  “Otel  otağı”,  “Ağ  qoç,qara 

qoç”, “Göz muncuğu”, “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, 

“Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “O gecənin səhəri”, “Qırmızı limuzin”, 

“Vahimə”,  “Yaxşı  padşahın  nağılı”  adlı  povest,  roman  və  hekayələri,  “Molla 

Nəsrədin 66” satirik hekaylər silsiləsi qırxa yaxın dilə çevrilmişdir. Anarın səkkiz 

pyesi;  “Keçən  ilin  son  gecəsi”,  “Qaravəlli”,  “Adamın  adamı”,  quruluşunu  Tofiq 

Kazımov verdiyi və Azərbaycanın Dövlət mükafatına layiq görülmüş “Şəhərin yay 

günləri”  tamaşası,  “Səhra  yuxuları”,  “Sizi  deyib  gəlmişəm”,  “Təhminə  və  Zaur”, 

“Telefon gecələri” Milli Akademik Dram Teatrında və Azərbaycanın bütün Dövlət 

teatrlarında səhnəyə çıxmışdır. Anarın ssenariləri əsasında 15 tammetrajlı bədii film 

çəkilmişdir.  (“Torpaq.Dəniz.Od.Səma”,  rejissoru  Şamil  Mahmudbəyov,  “Gün 

keçdi”, rejissoru Arif Babayev, ilk iki seriyalı Azərbaycan filmi  “Dədə Qorqud”, 

rejissoru  Tofiq  Tağızadə,  “Ötən  ilin  son  gecəsi”,  “İmtahan”  rejissoru  Gülbəniz 

Əzimzadə, “Əlaqə” rejissoru Cahangir Zeynalov, “Təhminə”, “Otel otağı”, rejissoru 

Rasim  Ocaqov,  “Cavid  ömrü”,  “Sübhün  səfiri”  rejissoru  Ramiz  Həsənoğlu). 

“Dantenin yubileyi” filmini öz ssenarisi əsasında Anar özü və Gülbəniz Əzimzadə 

çəkmişlər,  iki  seriyalı  “Üzeyir  ömrü”  və  iki  seriyalı  “Qəm  pəncərəsi”  filmlərinin 

həm ssenari müəllifi, həm quruluşçu rejissoru Anardır.  

Kitabları: “Bayram həsrətində” (1963), “Yağış kəsdi” (1968), “Ağ liman” (1970), 

“Adamın adamı” (1977), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1982), “Dünya bir 

pəncərədir” (1986), “Sizsiz” (1992), və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


88 

 

18 Mart – Xalq yazıçısı Mövlud Süleymanlının 75 illiyi, (1943) 

Mövlud Süleymаnlı 1943-cü il mаrt аyının 18-də Qərbi 

Azərbaycanda dоğulmuşdur. M. Süleymаnlı Qızıl Şəfəq kənd 

7 illik məktəbindən sоnrа qоnşu İlməzli kənd оrtа məktəbinin 

X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət 

Universitetinin Filоlоgiyа fаkültəsinə dахil оlub, 1967-ci ildə 

оrаnı bitirmişdir. 1968-ci ildə Аzərbаycаn Dövlət Radiosunа 

işə  qəbul  edilmiş,  əvvəlcə  "Gənclik",  sоnrа  "Ədəbiyyаt  və 

İncəsənət" bаş redаksiyаsındа redаktоr kimi çаlışmışdır. Ədəbi 

yаrаdıcılığа 1964-cü ildə "Аzərbаycаn gəncləri" qəzetində çаp 

оlunаn "Əllərim" аdlı ilk şerilə bаşlаmışdır. Hаzırdа efir ömrü 

40 ili hаqlаyаn "Bulаq" verilişinin, 1969-ci ilin оktyаbrındа ilk 

müəllif  nömrəsini  yаzmışdır.  Verilişin  uzun  illər  Аzərbаycаn  fоlklоrunun, 

etnoqrafiyasının,  dilinin,  məişətinin  təbliğində  əhəmiyyətli  rоl  оynаdığı  əsаs 

götürülərək  1974-cü  ildə  Аzərbаycаn  Jurnаlistlər  İttifаqının  "Qızıl  qələm" 

mükаfаtınа lаyiq görülmüşdür. 1974-cü ildə Cəfər Cabbarlı аdınа Azərbaycanfilm 

kinostudiyasınа  ssenаrist  kimi  qəbul  edilmişdir.  Ssenаrisi  əsаsındа  "Bəyin 

оğurlаnmаsı" və Moskva Dövlət Kinematoqrafiya Komitəsinin sifаrişi ilə "Çətirimiz 

buludlаrdır" bədii televizyа filmləri çəkilmişdir. 1976-cı ildə Аzərbаycаn Yаzıçılаr 

İttifаqınа 

işə 


dəvət 

edilmişdir. 

1974-cü 

ildən Azərbaycan 

Yazıçılar 

Birliyinin üzvüdür.  1976-1980-ci  illərdə  Yаzıçılаr  İttifаqının  оrqаnı  оlаn  "Ulduz" 

jurnаlındа  nəsr  şöbəsinin  müdiri  olmuş,  1980-1988-ci  illərdə  "Аzərbаycаn" 

jurnаlındа nəsr şöbəsinə rəhbərlik etmişdir. 1992-1993-cü illərdə bаş redаktоrluğu 

ilə "Оğuz eli" аdlı müstəqil qəzet nəşr olunmuşdur. 1992-ci ildə Аzərbаycаn Dövlət 

Televiziyаsınа işə dəvət edilmiş və televiziyаnın "Хаlq yаrаdıcılığı" redаksiyаsınа 

bаş redаktоr vəzifəsinə təyin olunmuşdur. Redaksiyada onun rəhbərliyi ilə fоlklоr, 

etnоqrаfiyа  yönündə  yeni  "Sizə  hаrdаn  deyim?",  "Təbriz  gözəlləməsi",  "Şirvan 

gözəlləməsi", "Yurd yeri" və s. kimi verilişlər hаzırlanmışdır. 1992-ci ilin sonlarında 

Аzərbаycаn  Dövlət  Tele-Rаdiо  Şirkətinin  Rаdiо  üzrə  sədr  müаvini  vəzifəsinə 

gətirilmiş, 17 il bu vəzifədə çalışmışdır (1992-2009).   

Kitabları: “Bir ünvan” (1969), “Ayın aydınlığında” (1979), “Köç”(1984), “Şəhər 

toylarının səsi” (1985), “Səs”(1988) və s.



 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə