23
muzey yalnız Yaxın və Orta Şərqdə, Avropada nadir
mədəniyyət ocağıdır. Nizami Gəncəvinin 800 illik yubileyi
münasdibəti ilə onun həyat və yaradıcılığının əks etdirilməsi
məqsədi ilə yaradılmış muzey 1940-ci il mayın 14-də
açılmışdır. İllər ötdükcə muzey ən qədim zamanlardan müasir
dövrə qədər Azərbaycan ədəbiyyatını əks etdirən mədəniyyət
ocağına çevrilmişdir. Prezident İlham Əliyevin bilavasitə
diqqət və qayğısı nəticəsində muzeydə dünya səviyyəsində
təmir və yenidənqurma işlərinin aparılması, onun fəaliyyətinin
genişləndirilməsi bu sənət ocağının həyatında yeni mərhələnin
başlanmasına səbəb olmuşdur. Təsadüfü deyil ki, son 5 il
ərzində muzeydə nəşr edilmiş elmi əsərlər, müxtəlif
məcmuələr, konfrans materialları onun bütün tarixi boyu nəşr
edilən materallarından çoxdur. Ekspozisiyada zalların sayı 19-
dan 40-a, eksponatların sayı 2 mindən 30 minədək artırılmış,
rəsm əsərləri, heykəltaraşlıq nümunələri tamamilə yenidən
bərpa edilmiş, zəruri avadanlıq alınmışdır.
Kitabxanaçı ziyarətçiləri N.Gəncəvi adına Azərbaycan
Ədəbiyyat Muzeyi barədə məlumatlandırdan sonra onlara
N.Gəncəvi adına Azərbaycan Tarix-Diyarşünaslıq Muzeyi
haqqında da danışır.
Tarix-Diyarşünaslıq Muzeyi 1975-ci ildən Gəncənin sonuncu
xanı Cavad xanın nəticəsi İsmayıl və Adil xan
Ziyadxanovların şəxsi evlərinə köçürülüb. O zaman muzey iki
şöbədən ibarət olub və burada ilk vaxtlar 500-ə yaxın eksponat
saxlanılıb. Hazırda isə muzeydə müxtəlif dövrləri əks etdirən
30 mindən artıq eksponat qorunur. Bunlardan ən qədimi daş
dövrünə aiddir. Ümumiyyətlə, daş dövründən başlayaraq
müasir dövrümüzə qədər tarixi, məişət, əl işləri, qədim musiqi
alətləri XII əsrdə yaşayan şairlərin həyat və yaradıcılığına aid
24
müxtəlif fotolar və eksponatlar qorunur. Vətəndaşların
diqqətini çəkən eksponat isə Gəncənin zəlzələdən qabaqkı
dövrü əks etdirən maketidir. Onu da deyək ki, muzeyin fondu
elmi işçilər tərəfindən daim zənginləşdirilir. Muzeydə 18
eksponat zalı var ki, bunun da 10-u müasir, 8-i isə qədim dövrə
aiddir. Həmçinin burada saxlanılan eksponatların 50 faizdən
çoxu Gəncəbasarın tarixini, mədəniyyətini və məişətini əks
etdirir. Kitabxanaçının oxucularla birgə növbəti səyahət etdiyi
məkan Miniatür Kitab Muzeyidir. Səyahət “Nadir xəzinə” adı
altında keçirilir. Oxucular muzeyin qeyri-adi gözəlliyi və
möhtəşəmliyi qarşısında sevinclərini gizlətmirlər. Kitabxanaçı
muzey haqqında bəzi məqamları qeyd edir.
Kitabxanaçı: - Kitablar bəşəriyyətin müdriklik və mənəviyyat
toplusunu təcəssüm etdirir. Bu muzeyin sərgi qalareyasından
nəyi yaxşıdır? Sərgi yalnız bir neçə günlüyə keçirilir. Buraya
isə bir neçə saat keçirmək və yenidən qayıtmaq istəyi ilə gələ
bilərsən. Nizami, Puşkin və Petrarka, Şekspir və Juli Vern,
Visotski və və Lafonten, Səməd Vurğun və Dante, Lermantov,
Kiplinq sizi amiranə tərzdə geri çağıracaq...
Bu nadir kitabları gözəl ziyalımız Zərifə Salahova təxminən
25 ilə toplayıb. O, Miniatür Kitab Muzeyinin təsisçisi və
yaradıcısıdır. Mütəxəssislər iddia edirlər ki, dünyada bu
muzeyin analoqu yoxdur. Qədim müdriklər ilk əlyazma
kitablarını cənnətin açarları adlandırıblar. Bakı muzeyində belə
miniatür “açar”ların sayı artıq beş mini keçib.
Kitabxanaçının
oxucularla
birgə
növbəti
səyahəti
Azərbaycanın qədim şəhəri Şabranadır. Səyahət “Əfsanələr
paytaxtı - Şabran” adı altında keçirilir. Səyahətçilər muzey və
abidələrlə tanış olduqdan sonra kitabxanaçı onlara bu haqda
məlumat verir.
25
Kitabxanaçı: - Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi
və
mədəni
həyatında
mühüm
iz
qoymuş
qədim
şəhərlərimizdəndir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və
şəhərin müxtəlif hissələrində aparılan arxeloji qazıntıların
nəticələrinə əsaslanaraq burada hələ eramızdan əvvəl yaşayış
məskəni olduğunu müəyyən ediblər. İndi bu torpaqda yeni
şəhər, yeni Şabran inkişaf edir. Şabran rayonunda 150-dək
tarixi abidə var. Qədim şəhərin xarabalıqları arasında
tariximizin bir çox səhifələrinə işıq salmaq, onları öyrənib üzə
çıxarmaq, həm də mədəni irsimizin bir sıra maraqlı
məqamlarını öyrənmək baxımından rayonda yaradılan Tarix-
Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Bu
muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün
də maraq kəsb edəcək çoxlu sayda eksponat var. Ümumilikdə
Şabran rayonundakı abidələrdən ən möhtəşəmləri isə qədim
“Şabran” və “Çıraqqala” abidələridir. Muzeydə bu abidələr
haqqında da geniş məlumatlar əks olunub.
Şabran şəhəri
Azərbaycanın “Əfsanələr paytaxtı” elan olunub. Muzeydə
rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər Böyük Vətən
müharibəsində Şabrandan olan qəhrəmanların haqqında
məlumatlar da yerləşdirilib. Rayon şəhidləri üçün isə ayrıca
guşə yaradılıb. Muzeydə Şabranın tarixini, mədəniyyətini əks
etdirən 3572 eksponat nümayiş etdirilir. Eksponatların bir çoxu
şəhərdə aparılmış arxeloji qazıntılar zamanı tapılıb. Muzeydə
rayonda toxunan xalçalardan da nümunələr var. Şabranın ilkin
orta əsrlərə aid maketi və ticarət əlaqələrini əks etdirən sxem də
xüsusi maraq doğurur. Bundan əlavə, IX-X və XVI-XVII
əsrlərə aid saxsı qablar, mis pullar, məzar daşları vardır.
Dostları ilə paylaş: |