2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Səməd Məlikzadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul Əməkdar Mədəniyyət işçisi
“Dünənimizi sabaha bağlayan “körpü”lər - muzeylər”:
metodik vəsait / tərt.ed. A.Əliyeva, S.Əhmədova; red.
S.Məlikzadə; ix. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli
adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017. -69 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən
18 May - Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər
Şurasının (İCOM) təşəbbüsü və YUNESKO-nun qərarı ilə
1977-ci ildə təsis olunub. Muzeylər Günü, bir qayda olaraq,
“Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına
kömək” şüarı ilə keçirilir. Bayramın keçirilməsinin əsas
məqsədi cəmiyyətin həyatında muzeylərin nə qədər mühüm rol
oynadığını göstərməkdir. Məlumat üçün deyək ki, Beynəlxalq
Muzeylər Günü son illər təqribən dünyanın 150 ölkəsində qeyd
edilir. Həmin gündə insanlar muzeyləri gəzərək, milli
mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da
zənginləşdirirlər.
Muzeylərə ancaq qiymətli əşyaların, maddi sərvətlərin
saxlanc yeri kimi baxmaq düzgün deyil. Qısaca desək,
muzeylər tarixin müəyyən məqamlarını özündə yaşadan, ötən
əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları
kompleksləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən
maddi-mənəvi mədəniyyət, elm, maarif ocaqları, mərkəzləridir.
Burada saxlanılan hər bir eksponat xalqın çoxəsirlik tarixini,
qədimliyini və milliliyini əks etdirir.
Azərbaycan özünün dövlət müstəqilliyini qazandıqdan sonra
respublikamızda muzeylərimiz xeyli dəyəşib, zənginləşib,
onların sayı da artıb. Bu münasibətlə işlədiyimiz vəsaitdə
muzeylərin yaranması, inkişafı və dünyanın ən zəngin
muzeyləri barədə məlumatlar müxtəlif tədbirlər zamanı
kitabxanaçıların və çıxışçıların dilindən verilmişdir.
Əziz uşaqlar, Azərbaycan keçmişi və inkişaf yolu ilə
ətrafli tanış olmaq istəyirsinizsə tez-tez muzeylərə baş çəkin.
4
Görkəmli şəxsiyyətlərin muzeylər haqqında söylədikləri
Muzeylərin mənası, əhəmiyyəti Azərbaycan xalqınının tarixini
təbliğ və əks etdirməkdən, mədəniyyətimizin səviyyəsini
göstərməkdən ibarətdir. Biz öz səviyyəsinə və zamanın
tələblərinə həmişə cavab verən istər keçmiş, istərsə də bugünki
mədəniyyətimizlə fəxr edirik.
Heydər Əliyev,
Ümummilli lider
Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür
etmək mümkün deyil, xalça bizim milli sənətimizdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Muzeylər özünün tədqiqat və təbliğat funksiyasına görə hər bir
xalqın milli-mənəvi sərvətidir.
Əbilfəz Qarayev,
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri
Muzey zəhmətkeşlərin, xüsusilə gənclərin vətənpərvərlik,
beynəlmiləlçilik tərbiyəsində böyük əhəmiyyət kəsb edən bir
mədəniyyət ocağıdır.
Z.M.Rzayev,
elmlər doktoru
Muzey xalqın tarixində, mədəniyyətində, incəsənətində əsas
təbliğat vasitələrindən biridir.
Nigar Qazızadə,
Azərbaycan İstiqlal Muzeyinin elmi katibi