8
ünsürləri ilə göz oxşayır. Şamaxı xalçalarının üzərində onun
1881-1885-ci illərdə toxunduğunu bildirən yazı var. Bundan
başqa, Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin
“Xəmsə”sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi
mühafizə olunur.
III iştirakçı: - Ankara Etnoqrafiya Muzeyi Türkiyə
Cümhuriyyətində yaradılan ilk dövlət muzeyidir. Əvvəllər
Arxeoloji Muzey kimi istifadə olunması düşünülsə də, sonra
Rəsm və Heykəl Muzeyi olması ilə bağlı qərar verilib, rəsmi
açılışından sonra isə indiki adını daşımağa başlayıb. Türkiyə
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən
muzeyin maraqlı tarixçəsi var. O, həm muzey, həm də bir
müddət Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atatürkün nəşinin saxlanıldığı muzey-mavzoley kimi fəaliyyət
göstərib. 1925-ci ildə muzeyə eksponatlar toplamaq və satın
almaq üçün xüsusi komissiya qurulub. Bundan sonra satın
alınan 1250 eksponat 1927-ci ildə inşası tamamlanan binada
nümayiş etdirilib. 15 aprel 1928-ci ildə buranı ziyarət edən
Mustafa Kamal Atatürk onun muzey kimi fəaliyyətə başlaması
barədə göstəriş verib. Beləliklə, Türkiyə Cümhuriyyətinin ilk
dövlət muzeyi kimi Ankara Etnoqrafiya Muzeyi xalqın
xidmətinə verilib. Dövrünün məşhur memarlarından biri olan
Arif Hikmət Koyunoğlunun layihəsi əsasında tikilən Ankara
Etnoqrafiya Muzeyi binasının maraqlı quruluşu var. Bina
dördbucaqlı olmaqla, təkqübbəlidir. Muzeyin binası önündə at
üstündə duran Atatürkün heykəli olduqca əzəmətli görünür.
Zalda qoyulmuş video-ekran vasitəsilə muzeyin tarixinə
səyahət etmək mümkündür. Muzeydə xüsusilə Anadolu
etnoqrafiya və folkloru, sənət tarixi ilə bağlı əsrləri ehtiva edən
9
kitabxana da var. Muzey Ankaraya gələn turistlərin ən çox üz
tutduğu məkanlardan biridir.
IV iştirakçı: - Dünyanın ən gənc muzeylərindən olan olan
NEMO-nun (Milli Elm və Texnologiya Mərkəzinin) çox
maraqlı tarixçəsi var. Muzey 1920-1930-cu illərdə fəaliyyət
göstərmiş Əmək Muzeyinin bazasında yaradılmışdır. Muzey
1950-1960-cı illərdə Hollandiya Sənaye və Texnologiya
İnstitutu kimi fəaliyyət göstərsə də, 1980-ci illərin sonunda isə
bu təhsil ocağına ehtiyac olmadığından o yenidən muzeyə
çevrilmişdir. Ancaq bu dəfə onun ərazisi genişləndirilmiş və 6
il davam edən tikinti işlərindən sonra -1997-ci ildə onun açılışı
olmuşdur. İlk vaxtlar “Yeni metropol” adlanan muzey maliyyə
çatışmazlığı üzündən bağlanmaq təhlükəsi ilə üzləşəndə onun
yaradıcıları muzeyin yönümünü dəyişmək qərarına gəlmişlər.
Dənizə açılan panoramda gəmiyəbənzər tikilmiş muzey
binasında yerləşdirilən eksponatların xüsusiyyətlərini nəzərə
alaraq, buranı Milli Elm və Texnologiya Mərkəzi adlandırsalar
da, daha sonra muzeyə başqa ad verilməsi zərurəti yaranıb.
Muzeyin əsas tamaşaçıları məktəblilərdir. Uşaqların hər şeylə
maraqlanmasını əsas götürən muzey əməkdaşları eksponantlara
əl ilə toxunmağa icazə verirlər, hətta bunu zəruri hesab edirlər.
Maraqlıdır ki, eksponatların demək olar ki, hamısı muzey
əməkdaşları tərəfindən, əksər hallarda isə tamaşaçının
bilavasitə iştirakı ilə düzəldilir. Onlar bunu belə izah edirlər:
Məqsədimiz hər hansı tullantıdan düzəldilmiş müəyyən əşyanı
yox, onun necə düzəldiyini nümayiş etdirməkdir. Ona görə də
uşaqlar muzeyə daha çox gəlir və bu prosesdə iştirak etməyə
can atırlar. Bu muzeyi müasir incəsənət meydançası kimi də
təsəvvür etmək olar. Muzeydə həmçinin teatr, sərgi salonu,
mühazirə otağı da var. Burada da iştirakçıların əksəriyyətini
10
tamaşaçılar təşkil edir. Muzeyə gələnlərin çoxu 6-16 yaşlarında
uşaq və yeniyetmələr, onların valideyinləridir. Muzey
məktəblilərin dünyagörüşünün artmasında, məktəbdə keçirilən
dərslərin əyani şəkildə möhkəmlənməsində böyük rol oynayır.
Bu məkanin gözəllikləri və möcüzələri ilə tanış olmaq üçün
Amsderdama getmək o qədər də vacib deyil. Muzeyin internet
saytına daxil olmaqla (www-e- nemo.n : GAMES bölməsi) çox
şey öyrənə və orada keçirilən tədbirlərin iştirakçısı ola
bilərsiniz.
18 May - Beynəlxalq Muzeylər Günü münasibəti ilə
görüləcək işlərdən biri də muzeylərin təbliğatı məqsədi ilə
kitabxana
tərəfindən
təşkil
olunan
ekskursiyalardır.
Ekskursiyanın müddəti on gün ola bilər. Bu müddət ərzində
oxucular
kitabxana
tərəfindən
paytaxtımızda yerləşən
muzeylərə səyahət edirlər. Bu mövzuya uyğun kitabxanada
sərgi keçirilməsi də məqsədə uyğundur. Sərgi “Keçmişə güzgü
tutan məkan” adlana bilər. Sərgidə bu muzeylə və tarixi
sərvətlərimizlə bağlı müxtəlif kitablarla yanaşı, dövri mətbuat
nümunələri nümayiş oluna bilər.
İlk ekskursiya Milli Azərbaycan Tarixi Muzeyinə
səyahətdir və bu da oxuculara tariximizi, keçmişimizi, milli
dəyərlərimizi, incəsənət və mədəniyyətimizi tanıtmaq məqsədi
daşıyır. Muzeyin əməkdaşı oxucuları salamladıqdan sonra
onlara Milli Azərbaycan Tarixi Muzeyi haqqında məlumat
verir.
Muzeyin əməkdaşı: - Azərbaycanda ta qədimdən daş
üzərində müxtəlif rəsmlərin çəkilmə ənənəsi Qobustan,
Şüvəlan, Kəlbəcər, Gəmiqaya və digər yerlərdən tapılmış
qayaüstü təsvirlərdən (petroqiliflərdən) məlumdur. İlk orta
əsrlərdə daş üzərində oyma, bəzəkvurma və fiqur həkk
Dostları ilə paylaş: |