27
sahibidir. Bu kənddə şübhəsiz hamı Əbili kimi deyil. Bu kəndin
də Çəhrayı qızları və çəhrayı oğlanları var.
IV oxucu: Beləliklə, yazıçı mücərrəd Çəhrayı obrazını
konkretləşdirir, onun mənfi çalarlarını açır və Əbili surətini
həmin Çəhrayı uşaqlarla müqayisədə daha da zəngin göstərir.
Əsəri oxuyarkən anlayırıq ki, ilk günlər Əbili “adamların
sirrini”, “adamların ürəklərini” bir-birinə aparan, bəzən kəndə
“nağıl aləmindən... gələn” qatarlara heyranlıqla baxır. Özünü
dərk edəndən, həmyaşıdlarının əxlaqi-mənəvi aləminə enəndən
sonra isə onun nəzərində şəhərdən gələn “rəngbərəng uşaqlar”
adiləşir, onların fikirlərində, hiss və duyğularında ucalıq, ülvilik
və gözəllik tapa bilmir. “Ürəyini özü ilə aparan” qatarlara
zamanın surəti, dövrün fasiləsiz hərəkəti kimi baxır. Düşünür ki,
“bu dünyada gedən təkcə qatarlar deyil. İllər də qatarlar kimidir,
gəlir, gedir... görünməz olur”. Əbilidə belə bir inam oyanır ki,
bu dünyada “çəhrayı qızlar” və “çəhrayı oğlanlar” çoxdur.
Qatarın – zamanın inkişafını, dövrün axarını Səfər onlardan
daha yaxşı duyur, gözəlliyi daha dərindən yaşayır. Buna görə də
Moskvaya oxumağa gedəndən sonra da Əbili fikrən kəndlə
yaşayır, kənd düşüncələrindən, kənd xatirələrindən ayrıla bilmir;
ürəyini bu kənddə, “bu dağların arasında, bu yerlərin
çiskinliyində-çənində qoyub gedir”. İnanır ki, “bundan sonra
bütün ömrü boyu nə edəcəksə, bu yerlərin, bu balaca kəndin
sayəsində edəcək”, başa düşür ki, “bütün ömrü boyu bu yerlərə,
bu balaca kəndə borclu olacaq və heç vaxt həmin borcundan çıxa
bilməyəcək”.
Kitabxanaçı: Uşaqlar fikirlərinizi çox bəyəndim. Yaxşı bəs
yazıçının “Baladadaşın ilk məhəbbəti” əsəri haqqında fikriniz
nədir?
I oxucu: “Baladadaşın ilk məhəbbəti” də Elçin Əfəndiyevin
sevilən
əsərlərindəndir.
“Baladadaşın
ilk
məhəbbəti”
hekayəsində başına “aerodrom” kepka qoyub süst bir həyat
28
keçirən və gözlənilmədən eşqə düşən Baladadaşın qəribə sevgisi
verilir. Səhərdən axşamacan çöldə oturub şumaqədər yonan və
ətrafda baş verən hadisələrə tam biganə olan Baladadaş Çexovun
qəhrəmanlarını xatırlatsa da orijinal tipdir. Çünki onun süst
həyatı, arabir özünə məlum olmayan cəsarəti ilə ürəyinin lap
dərinliyində qoruyub saxladığı poetik aləm arasında təzad var.
Sevdiyi qızı görmək üçün hıqqana-hıqqana su gətirməyi özünə
rəva bilir, amma qızın nişanlısı ona həmin suyun müqabilində
dəmir birmanatlığı uzadanda özünü təhqir olunmuş hesab edir.
Həmin oğlanın qırmızı “Moskviç”inə minib bir neçə kilometr
getdiyi üçün cibində olub qalan üç abbasını oturacağın üstünə
atır və oğlanın nə dediyinin fərqinə varmadan dənizə tərəf gedir.
Baladadaşın gülməli məhəbbəti, onun key təbiəti və təmiz,
ləyaqətli cavan qəlbi gözümüzün qarşısında canlanır. Baladadaş
bir tərəfdən uşaqdır, axşamacan uşaqlarla oturub-durur, bir
tərəfdən böyükdür, əsgərlikdə olan dostu barədə düşünür.
Dostuna xəbər göndərir ki, hökmən o da Amur vilayətinə gəlib
orada kursa girəcək. Beləliklə, müəllif uşaqlıqla gəncliyin
sərhəddində olan Baladadaşın tam surətini yaradır. Həm Əbili,
həm də Baladadaş özlərində kəndin təmizlik və sadəliyini,
təbiilik və adiliyini cəmləşdirirlər. Ancaq Baladadaş sərtdir,
xasiyyətində, davranış və münasibətində bir qədər qeyri-adilik
vardır. O, hekayə boyu inamından dönmür, həyati vəziyyətdən
çıxmır, “Öz bildiyini atasına da vermir”. Elçin Əfəndiyev
Baladadaşın psixologiyasını, hiss və duyğusunu əsərdə
məharətlə açır. Baladadaş vəzifə və mövqeyi ilə öyünən,
daş-qaşla nişanlısına xoş gəlmək istəyən bir adama Murada ibrət
– nəzakət dərsi verir, onu sarsıdır, ağır düşüncəyə aparır.
Uşaqlıqla gəncliyin sərhəddində uşaqların qəlbində baş qaldıran
hissləri ifadə etmək üçün müəllif yenə də rənglərdən istifadə
edir. Rənglər hisslərin obrazı kimi özünü göstərir və əsərin daha
canlı olmasını şərtləndirir.
29
Kitabxanaçı: Əziz oxucularımız. Bildiyimiz kimi “Gümüşü,
narıncı, məxməri” hekayəsi də yazıçının uşaqlara həsr etdiyi
əsərlərindəndir. Gəlin bu hekayə ətrafında diskussiya aparaq.
Hekayədəki rənglər nəyi ifadə edir? Əsərin qəhrəmanı haqqında
fikirləriniz. Bu əsərin “Bu dünyadan qatarlar gedər” hekayəsi ilə
bənzərliyi nədədir?
I oxucu: “Gümüşü, narıncı, məxməri” hekayəsinin qəhrəmanı
Allahverdi uşaqlıqla gəncliyin sərhəddində özünə də məlum
olmayan hisslər keçirir. Çox sonralar ona məlum olur ki, bu
hisslər Sədəf adlı qızı sevməsi ilə bağlıdır. Lakin müəllif bu
hissləri mürgülü, yarıyuxulu uşaqlıq dünyasının qurtarması kimi
verir və onun rəng çalarlarını tapır. Allahverdi ilk eşqə düşən
gündən rəngli yuxular görür. Bu yuxular gümüşü, məxməri və
narıncı rənglərlə doludur. Rəng obrazları Elçin Əfəndiyevin
realist – romantik hekayələrində xüsusi bir xətt kimi nəzəri cəlb
edir. Yazıçı hər bir rəngin ifadə etdiyi hissi vermək üçün məlum
yolla getmir, özü yeni yollar axtarır və hər dəfə məqsədinə
uyğun şəkildə ondan istifadə edir. Məsələn “Bu dünyadan
qatarlar keçər” hekayəsində sevinc hisslərini əks edən çəhrayı
rənglə mənfi obraz yaradanda biz görürük ki, yazıçı rənglərin
ifadə etdiyi təbii hisslərdən asılı qalmır, özü rənglərə təzə məna
verir və bizi həmin mənaya inandıra bilir. “Gümüşü, məxməri,
narıncı” hekayəsində də rənglərin ifadə etdiyi təbii hisslər yazıçı
üçün əsas olmur. Müəllif Allahverdinin qəlbində bir-birinə
qarışan sevgi, qürrə, xudbinlik kimi hisslərin hamısını rənglər
şəklində görə bilir. Elçin Əfəndiyevin hekayələrində ilk baxışda
əhəmiyyətli olmayan detallar həlledici rol oynaya bilir,
qəhrəmanın özünə məlum olmayan hisslərinin ifadəçisinə
çevrilə bilir.
II oxucu: “Gümüşü, narıncı, məxməri” hekayəsinin qəhrəmanı
Allahverdi uşaqlıq həyatının yuxulu günlərini keçirdir. Hətta
yoldaşı Sədəfin sevgi məktubu da Allahverdinin mürgülü
Dostları ilə paylaş: |