46
56.
Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.
57.
Dövlət xalqın işi olmalıdır.
58.
Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı
olmalıdır.
59.
Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu
sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna
haqqı yoxdur.
60.
Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq
olmaz.
61.
Heç bir vətəndaş ictimai-siyasi həyata biganə
qalmamalıdır.
62.
Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır,
həm də ordunu daha qüvvətli edir.
63.
Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla
yaşayıb, inkişaf edib.
64.
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və
dünya
xalqları
içərisində
fərqlənir.
Bu
xüsusiyyətlərdən
ən
yüksəyi,
ən
böyüyü
mədəniyyətdir.
65.
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli
gedəcək, həmişə
yaşayacaq, həmişə inkişaf
edəcəkdir.
66.
Mədəniyyət bəşəriyyətin topladığı ən
yaxşı
nümunələrlə xalqları zənginləşdirir.
67.
Müstəqillik yolu qədər çətin yol yoxdur.
68.
Ölkələr
arasında
dostluq
münasibətlərinin
möhkəmlənməsinə mədəniyyət və elm sahəsində
əlaqələrin təsiri böyükdür.
69.
Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə
tanınır.
70.
Xalq gərək daim öz kökünü xatırlasın.
71.
Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
72.
Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu
kimi qiymətləndirmək lazımdır.
47
73.
Tariximiz bizim üçün dərs olmalıdır.
74.
Tarix heç nəyi silmir.
75.
Xalq milli əhvali-ruhiyyə ilə milli mənlik zirvəsinə
qalxırsa, onun başında duran adamlar isə öz şəxsi
mənafelərinə görə xalqın başından basılarsa, bax, bu,
xalqın ən böyük faciəsidir.
76.
Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin
qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə
qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən
də betərdir.
77.
Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi
yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə,
qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən
tələblərdir, tövsiyələrdir.
78.
Biz təbiətə qarşı zor işlədə bilmərik.
79.
Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi
gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı
olacaqdır.
80.
Rəhbərlik etmək, yəni adamları öyrətmək və
tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.
81.
Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola
bilməz.
82.
Fikir müxtəlifliyi təbii hadisədir.
83.
Qurani-Kərimin
bütün
kəlamları
bu
gün
Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün
məşəldir.
84.
Dil böyük bir aləmdir.
85.
Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,
şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.
86.
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini
yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti
səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının,
elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün
olur.
48
87.
Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar
verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də
belədir, gələcəkdə də belə olacaqdır.
88.
Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə
birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan
əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa
konkret fayda gətirən insanlar alimlərin sırasında
xüsusi yer tuturlar.
89.
Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini,
mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş
etdirirlər.
90.
Demokratiya insanların şüurunda dəyişiklik deməkdir.
Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə,
tədricən gedir.
91.
Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz
şərəf və namusunu qorumaq üçün aparılan
müharibədir!
92.
Ziyalıların,
mədəniyyət
xadimlərinin,
elm
xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq
lazımdır.
93.
Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar,
rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan
nadir adamlardır.
94.
Milli azadlığa nail olmaq üçün milli oyanış, milli
dirçəliş, milli ruhun canlanması lazımdır.
95.
Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər
bunlar yoxdrusa, o insan mənəviyyatsızdır.
96.
Gərək nəbzin Vətənin nəbzi ilə vursun.
97.
Tənqid həmişə işə kömək edir.
98.
Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə
çevrilməlidir!
II aparıcı: Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan
Heydər Əliyev bütün cəhətlərinə görə hər zaman zirvədə
dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim
Dostları ilə paylaş: |