F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   ...   9   10   11   12   13   14   15   16   17

49 

 

Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura 



qərq edəcək. Böyük öndərin yeganə amalı, yaşamaq devizi belə 

idi: Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və 

bacarığını,  əqli  və  fiziki  potensialını  ana  yurdu  Azərbaycana 

həsr etmək! Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri 

ilə  yanaşı,  ilk  növbədə  müstəqil  Azərbaycanın  qurucusu  kimi 

daxil olmuşdur. Heydər Əliyevin böyüklüyü ilk növbədə onun 

milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, 

vətənpərvərliyində  idi.  O,  varlığı,  duyğuları  və  yanğıları  ilə         

əsl  azərbaycanlı  idi.  Heydər  Əliyevin  həyatsevərliliyinin,           

bitib-tükənməyən  həvəsinin  təməlində  ana  Vətən,  doğma 

Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı 

olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və 

fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq 

durmuşdur.  Dillər  əzbəri  olan  musiqisi  Kamal,  sözləri  Baba 

Vəziroğluya aid olan “Xalq Heydər söyləyəcək – Heydər xalqım 

deyəcək”  deyimi  də  məhz  bu  qırılmaz  bağlılığın  dəqiq 

ifadəsidir. 

Bu vaxt sözləri və musiqisi Xanım İsmayılqızına aid olan 

“Dahi” mahnısı Faiq Ağayevin ifasında səslənir. Ekranda 

həmin musiqiyə çəkilmiş klip nümayiş etdirilir. 

I  aparıcı:  Heydər  Əliyev  Azərbaycan  müstəqilliyinin  tarixi 

yaradıcısıdır.  O,  neçə      ömürlərə  bəs  edən  ömür  yaşamışdır. 

Qarşılaşdığı  bütün  dramatik  şəraitlərdən,  çıxılmaz  və  ağır 

anlardan o,  yalnız qalib kimi  çıxmışdır. Şair Nəsib  Qaramanlı 

yazır: 

                                  Bu Vətənə xidmətində, 



                                  Bu millətə hörmətində, 

                                  Bu dövlətin qüdrətində 

                                  Yaşayır Heydər babamız! 

                                  Əməli zəfər babamız! 

     Heydər  Əliyev  totalitarizm  labirintlərindən  Azərbaycanı 

məharətlə  və  salamat  çıxarmışdır.  Ulu  öndər  nəinki  ölkədə 




50 

 

sabitliyi bərqərar etdi, həmçinin  Azərbaycanı dünya arenasında 



sayılıb-seçilən ölkələr içərisinə çıxardı.  

                  II aparıcı:   Bəli,  böyük şəxsiyyətləri tarix yetişdirir. Onlar isə 

tarixdə əbədi  iz qoyurlar. Heydər Əliyev böyük dövlət adamı, 

siyasi 

xadim, 


siyasət 

şahmatının 

məğlubedilməz 

qrossmeysteridir.  O,  müstəqil  Azərbaycan  Respublikasının  bu 

gününün  və  gələcəyinin  inkişafını  təmin  edən  strategiyanın 

müəllifi  olmuşdur.  Azərbaycan  xalqının  ümummilli  lideri 

Heydər Əliyev, sözün əsl mənasında böyük ömür yaşadı. Lakin 

onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü 

daha böyükdür. Bu sonsuza qədər uzunömürlülük onun öz əlləri 

ilə  qurub  yaratdığı  və  indi  Prezident  İlham  Əliyev  tərəfindən 

uğurla  inkişaf  etdirilən  müstəqil  Azərbaycan  Respublikasının 

tərəqqisində,  möhkəmlənməsində,  qüdrətlənməsində  təcəssüm 

edir.  Bu  gün  dünyanın  müxtəlif  guşələrində  yaşayan  hər  bir 

azərbaycanlı  böyük  iftixar  hissi  və  vüqarla  “Mən  müstəqil 

Azərbaycan  Respublikasının  vətəndaşıyam”  –  deyə  bilir, 

bununla  fəxr  edirsə,  ulu  öndərin  Vətəni  və  Azərbaycan  xalqı 

yolunda şərəfli mücadiləsini, ömrünü şam kimi əritməsini unuda 

bilməz.  Heydər  Əliyevin  bu  mənalı  ömür  yoluna  neçə-neçə 

dastanlar, poemalar  yazıldı. Gəlin bu gün o poemalardan  birinə 

müraciət edək.  



Səhnəyə Xalq şairi Zəlimxan Yaqubun qələmə aldığı“Böyük 

Ömrün dastanı” poemasını sənələşdirən oxucular çıxırlar. 

I oxucu (Şair):             Verdi salamını müdriklər kimi, 

             Önümdə bir aqil qoca dayandı. 

             Sandım ki Tanrıdı qarşımda duran, 

             Qalxdı, ucalardan uca dayandı. 

 

II oxucu (Aqil qoca):  “Eşitdim Heydərdən kitab yazırsan 



             Gəldim əllərini sıxmağa, oğul. 

             Dizində güc gərək, qəlbində təpər, 

             O qarlı zirvəni çıxmağa, oğul. 



51 

 

             Gəril kaman kimi, dartıl yay kimi, 



             Bir düşün əsəri kimdən yazırsan. 

             Dövlətin dayağı, millətin ruhu, 

             Ən sağlam özüldən, himdən yazırsan. 

             Tərəzi deyilən elin gözüdü, 

             Səni də çəkəcək, kitabını da. 

             Ürəkdənmi gəlir, dodaqdanmı söz, 

             Çox dürüst verəcək cavabını da. 

             Rəssamın silahı rəngdi, fırçadı, 

             Memarın sərvəti qayadı, daşdı. 

             Sözdən elə yarat o heykəli sən, 

             Desinlər ən böyük heykəltaraşdı! 

 

I oxucu (Şair):             Onun könül açan ürək sözləri, 



             Döndü qanadlara, döndü qollara. 

             Dahi bir insandan yazmaq eşqinə 

             Allahı çağırıb çıxdım yollara. 

             İnsan köküm oldu, mələk budağım, 

             Kökdən qanadlandım budağa doğru. 

             Çəkdi yaratdığım bu dastan məni 

             Vətənə, millətə, torpağa doğru. 

             Dilində səslənən hər müqəddəs ad 

             Dilimdə sərvətdi, damağımda dad. 

             Ey böyük sərkərdə, ey böyük ustad, 

             Hər sətrin səngərim, yarağım oldu. 

             Eşqim, məhəbbətim, gücüm, qeyrətim, 

             Baxışım, marağım, sevgim, heyrətim, 

             Zəvvarı azalmaz bir ziyarətim

             Səcdəgah deyilən torpağım oldu. 

             Gəldi dostluq günü, gəldi dost anı, 

             Qoymadım qılıncım qında paslana. 

             Adına yazdığım “Heydər dastanı” 

             Başımın üstündə bayrağım oldu. 

 



Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə