11
soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və
fikirləri elm və mədəniyyətin bütün sahələrində aparılan
elmi araşdırmaların metodoloji əsasıdır. Bu əsərlər
azərbaycanşünaslığa böyük hədiyyədir. Heydər Əliyevin nəzəri
irsi, həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması
və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix,
azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi,
vətənə hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri
böyük əhəmiyyətə malikdir. Əsrlər keçəcək, illər bir-birini əvəz
edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə -neçə
nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir.
Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir,
salnaməsidir. Bu əsərləri zaman özü yaratdığından daim
yaşayacaq, gələcəyə işıq saçacaq.
Ölkəmizin siyasi həyatında özünəməxsus yeri olan Yeni
Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli
tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin şərəfli
adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan
Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli
varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri
ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd
göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin
vasitələrə əl atırdılar. Ulu öndərin “dünənin, bu günün,
gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm
də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının
xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki
mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu
partiyanın ideoloji – siyasi xəttinə dəstəyini gücləndirir.
Xalqımız maddi və mənəvi sıxıntı məngənəsində boğulduğu,
ölkə iqtisadi, siyasi, sosial, hərbi böhran keçirdiyi vaxtlarda
onun yeganə ümid yeri məhz Heydər Əliyev olmuşdur. Ulu
öndər həmişə vətəni, xalqı ilə birlikdə olmuşdur. Heydər
Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası
Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi.
12
Böyük natiqlik qabiliyyətinə, dərin zəkaya, məntiqi
ardıcıllığa, iti zehnə, möhkəm yaddaşa malik olan bu böyük
insan öz əsərlərini xalq qarşısındakı çıxışlarında, dinləyicilərlə
üzbəüz, onların qarşısında, onların iştirakı ilə yaratmışdır.
Heydər Əliyevin hər bir nitqi, hər bir çıxışı xalqla təmasda,
ictimai-siyasi yığıncaqlarda, izdihamlı mitinqlərdə, əsgər
səngərlərində, qaçqın düşərgələrində, rəsmi dövlət tədbirlərində,
beynəlxalq məclislərdə yaranmış və Azərbaycanda dövlət
quruculuğu proqramının, milli dövlətçilik ideologiyasının
əsasını təşkil etmişdir. Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı
əsərləri olan dövlət xadimi çox azdır. Bu əsərlərdəki elmi fikirlər
ulu öndərin çox geniş mütaliə dairəsinə, çox zəngin və dərin
biliyə, elmi məlumata malik olan bir şəxsiyyət və görkəmli
ziyalı olduğunu sübuta yetirir.
Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix
belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Onun keşməkeşli
həyatı, zəngin bioqrafiyası isə bütöv bir epoxanın canlı
salnaməsidir. Bu salnamənin nə az, nə çox – düz 34 illik bir
dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini
təcəssüm etdirən səhifələri rəhbərin şərəfli və mənalı ömrünün
unudulmaz anlarıdır. Heydər Əliyev zəmanəsinin böyük filosofu
idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi.
Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq
hardasa tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər
çətindir. Onun yorulmaz fəaliyyətinin Azərbaycan elminin
müxtəlif sahələri ilə bağlı əlaqələrinin coğrafiyası və tarixi çox
genişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə səciyyələndirmək
çətindir. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən
siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük
ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix
memarıdır. Onun bütün həyatı, fəaliyyəti, məqsəd və arzuları bu
idealın dövlət quruculuğu, tarix yaradıcılığı idealının ətrafında
cəmlənmişdir. Heydər Əliyev Azərbaycan elminin hamisi və
böyük mütəfəkkir idi. Heydər Əliyevin varlığı xalqa, onun
13
mədəniyyətinə xidmətdən yoğrulmuşdur. Ulu öndərin
incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi xidmətlər
unudulmazdır. O, sənətdə, ədəbiyyatda həmişə tərəqqi və
irəliləyiş yolunu seçməyi vacib sayardı. Doğrudan da, Heydər
Əliyev kimi görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini,
mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.
Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri
olan, ideyaları, idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza
bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi irsi o
qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on illər
bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə
edəcəklər. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı
körpüyə, dünyanın dinamik inkişaf edən ölkələrdən birinə
çevrilmişdir. Adı həmişə milli dövlətçiliyimiz, müstəqillimizlə
qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən
Heydər Əliyev min ildən bir tanrının insanlara bəxş etdiyi
müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri,
bəlkə də birincisidir. Ölkəmizdə müasir, demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü,
milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin
inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. “Mən çox
sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox,
xalqıma həsr etmişəm” söyləyən, həyatının mənasını
Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli
lider Heydər Əliyevin ömür yolu əslində əsrlərə sığmayan bir
epoxadır. Onun söylədiyi “mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ilə bir daha
bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq
Azərbaycanın adına, vədinə sadiq əsgəri kimi xalqının
xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır
olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli
ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə
Dostları ilə paylaş: |