www.vivo-book.com
126
– Bəli... Sənə axı nə olmuşdu? Yoxsa azarlamışdın?
Gör nə vaxtdır bizə gəlmirsən?
Mən Smitlə olan əhvalatı ona danışdım, üzr istəyərək
dedim ki, bu iş mənim başımı qarışdırdı, bir də az qalmışdı
lap azarlayım, bu qədər işin içində, uzaq olduğundan, sizə
gedə bilmədim (onda onlar Vasilyevskidə yaşayırdı). Lakin
bu vaxt içərisində fürsət tapıb Nataşanın yanına getmişdim,
bunu açıb deyəcəkdim ki, tez özümü saxladım.
Smitin başına gələn hadisə qocanı çox maraqlandırdı.
O mənə diqqətlə qulaq asmağa başladı. Eşidəndə ki mənim
təzə tutduğum otaq rütubətlidir, bəlkə əvvəlkindən də pisdir,
ayda da altı manat kirayə pulu verirəm, o hətta acıqlandı da.
Ümumiyyətlə, o son dərəcə səbirsiz olmuşdu, çox tez
özündən çıxırdı. Yalnız Anna Andreyevna belə hallarda onu
sakitləşdirə bilirdi, ancaq o da buna həmişə müvəffəq
olmurdu.
Qoca acıqlı-acıqlı çığırdı:
– Hə! Vanya, bunların hamısı sənin ədəbiyyatındandır!
Səni aparıb çardağa çıxartdı, qəbiristanlığa da aparıb
www.vivo-book.com
127
çıxaracaq! O vaxt mən sənə dedim, sənə xəbərdarlıq
elədim!.. B. nə edir, yenə də tənqid yazırmı?
– B. vərəmdən ölmüşdür. Mən gərək ki, bunu sizə
demişdim.
– Ölmüşdür, hə... Ölmüşdür! Elə belə də olmalı idi!
Yaxşı, arvadına, uşaqlarına bir şey qoyub gedib? Sən
deyirdin, axı onun arvadı var, nədir... Belə adamlar, axı niyə
evlənirlər?
– Yox, – dedim, – heç bir şey qoymayıb.
– Mən elə belə də bilirdim! – bu sözü elə ehtirasla, elə
bərkdən dedi ki, sanki söhbət ona yaxın, ona qohum olan bir
adam haqqında gedirdi, sanki ölən B. onun doğma qardaşı
idi. – Heç bir şey! Əcəb sözdür: heç bir şey! Bilirsən,
Vanya, onda ki sən onu həmişə mənə tərif eləyirdin,
yadındadırmı, mən hələ onda hiss edirdim ki, onun aqibəti
belə olacaq. Heç bir şey qoyub getməyib – bunu demək
asandır! Hə... Şöhrət sahibi olub... Tutaq ki, elə əbədi şöhrət
qazanıb, axı şöhrət ilə qarın doymur. Vanya qardaş, mən
onda da sənin aqibətini görürdüm, səni tərif eləyirdim,
amma öz-özlüyümdə sənin aqibətini görürdüm. Deməli, B.
www.vivo-book.com
128
ölmüşdür? Necə də ölməsin! Dolanacaq da yaxşı... Yer də
yaxşı... Bir bax!
O sanki qeyri-ixtiyari olaraq cəld bir hərəkətlə,
rütubətli çən içərisində titrəyə-titrəyə parıldayan fənərlərlə
zəifcə işıqlanmış küçəni, çirkli evləri, rütubətdən işıldayan
səkiləri, əyin-başı islanmış, qaşqabaqlı, acıqlı adamları,
sanki tuş tökülmüş Peterburq göyünün qara qübbəsi ilə əhatə
olunmuş bütün bu şeyləri mənə göstərdi. Biz gəlib meydana
çatmışdıq. Qarşımızda, zülmət içərisində, aşağıdan qaz işığı
ilə işıqlanmış abidə, bir qədər kənarda da, qaranlıq göydən
yaxşı seçilməyən böyük İsakiya kilsəsinin qara kütləsi
yüksəlirdi.
– Vanya, sən axı deyirdin ki, o, alicənab, xoşməzac,
sevimli, rəhmdil, gözəl duyğulu, yaxşı bir adamdır. Sənin
bütün bu rəhmdil, sevimli adamların belədir! Ancaq onu
bilirlər ki, yetimlərin sayını artırsınlar! Hə... Ölməyi də o,
elə bilirəm, Allahdan istəyirmiş!.. E-e-eh! Heç olmasa,
burdan bir yana çıxıb gedəydi, lap elə Sibirə də olsa!..
Birdən o, küçədə dilənən bir uşağı görüb soruşdu:
– Balaca, nə istəyirsən?
www.vivo-book.com
129
Bu, çirkli, cır-cındır geyinmiş, yeddi-səkkiz yaşlı arıq,
balaca qız uşağı idi. Onun xırdaca, corabsız ayaqlarında
yırtıq çəkmə vardı. O, balaca, kapota oxşayan, daha əyninə
gəlməyən, köhnə bir şeylə soyuqdan titrəyən kiçik bədənini
örtməyə çalışırdı. Qızın solğun, arıq, xəstə üzü bizə tərəf
çevrilmişdi, o çəkinə-çəkinə, kirimişcə bizə baxır, rədd
ediləcəyini itaətkarlıqla, qorxa-qorxa gözləyərək, titrək əlini
bizə tərəf uzatmışdı. Qoca onu görən kimi bütün bədəni
titrədi, elə tez ona tərəf döndü ki, qızı hətta qorxutdu da. Qız
diksinərək geri çəkildi.
– Sən nə istəyirsən, ay qız, nə istəyirsən? Nə?
Dilənirsən? Hə? Al, al, al, götür!
O əl-ayağa düşərək, həyəcandan bədəni əsə-əsə
ciblərini axtarıb iki-üç gümüş pul çıxartdı. Lakin bu pul ona
az görünürdü. Sonra portmanatını çıxartdı, orada olub-qalan
bir manat kağız pulu götürüb dilənçi qızın ovcuna qoydu.
– İsa səni öz pənahında saxlasın, bala... Mənim tifil
balam! Mələklər köməyin olsun!
Sonra da titrək əli ilə zavallı qıza bir neçə dəfə xaç
vurdu, lakin birdən mənim də burada olduğumu və ona
www.vivo-book.com
130
baxdığımı görüb qaşqabağını tökdü, yeyin addımlarla
yoluna düzəldi.
O, xeyli acıqlı-acıqlı susduqdan sonra sözə başladı:
– Vanya, mən bu körpə, məsum uşaqların... məlun ata-
anaların üzündən... küçədə soyuqdan belə titrəmələrinə baxa
bilmirəm... Burası da var ki, ancaq ən bədbəxt ana uşağını
belə dəhşətli işə göndərə bilər!.. Yəqin ki, onun orada,
küncdə yenə bir neçə yetim uşağı oturub, ən böyüyü budur.
Qarı özü də xəstədir və bəli! Knyaz uşaqları deyil ki! Vanya,
dünyada knyaz uşağı olmayanlar çoxdur! Bəli!
O nədənsə çətinlik çəkirmiş kimi bir az susdu.
Sonra cümlələri bir qədər qırıq-qırıq, adda-budda
söyləyə-söyləyə sözünə davam etdi:
– Bilirsən, Vanya, mən Anna Andreyevnaya vəd
eləmişəm... Yəni Anna Andreyevna ilə bu fikrə gəlmişik ki,
bir yetim götürüb saxlayaq... Belə bir yetim, yəni kasıb bir
uşaq, balaca... Evə gətirək, həmişəlik, başa düşürsənmi?
Yoxsa darıxırıq, iki qoca tək başımıza... Hə... Ancaq
bilirsənmi, Anna İvanovna bunun əleyhinə oldu. Sən onunla
danış... Belə ha, bilirsənmi, mənim adımdan yox, elə bil öz
Dostları ilə paylaş: |