www.vivo-book.com
167
nəsihətləri, göz yaşları onu məyus edərdi, belə ki, adamın
ona yazığı gələrdi, sonralar bu hədiyyə üstündə onların
arasında deyişmə, inciklik, dava-dalaş da olardı. Bundan
başqa, Alyoşa Nataşadan gizlin çox pul xərcləyərdi,
yoldaşlarına uyar, Nataşaya xəyanət də edərdi, cürbəcür
Jozefinaların, Minaların yanına gedərdi. Bununla belə,
Nataşanı da çox sevərdi. Nataşanı o sanki əzab çəkən bir
qəlb ilə sevərdi, o tez-tez ovqatı təlx, qəmli halda yanıma
gələr, deyərdi ki, mən Nataşanın heç çeçələ barmağına da
dəymərəm, mən kobudam, acıqlıyam, onu başa düşə
bilmirəm, onun sevgisinə layiq deyiləm. O qismən haqlı idi:
onlar tamamilə ayrı-ayrı adamlar idi, o özünü Nataşanın
qarşısında uşaq kimi hiss edirdi, Nataşa özü də həmişə onu
uşaq hesab edirdi. O Jozefina ilə olan tanışlığını mənə
söyləyər, bundan peşman olduğunu, gözyaşı tökə-tökə
bildirərdi, eyni zamanda yalvarardı ki, mən bunu Nataşaya
deməyim. O bütün sirrini açıb söylədikdən sonra, bəzən
mənimlə bərabər, qorxa-qorxa, əsə-əsə Nataşanın yanına
gedərdi (mütləq mənimlə gedərdi, deyərdi ki, belə
cinayətdən sonra Nataşanın üzünə baxmağa qorxuram, bu
www.vivo-book.com
168
işdə ancaq siz mənə kömək edə bilərsiniz), Nataşa da onun
üzünə baxan kimi məsələnin nə yerdə olduğunu bilərdi.
Nataşa onu çox qısqanırdı, bilmirəm, necə olurdu ki, onun
bütün yüngül hərəkətlərini həmişə ona bağışlayardı. Məsələ
həmişə belə olurdu: Alyoşa mənimlə bir yerdə içəri girər,
qorxa-qorxa Nataşa ilə danışar, qorxu ifadə olunan bir
mehribanlıqla onun gözlərinə baxardı. Nataşa da dərhal
onun pis iş tutduğunu duyardı, ancaq bu barədə əvvəl özü
danışmazdı, heç bir şey soruşmazdı, əksinə, elə o saat öz
mehribanlığını daha da artırardı, daha artıq nəvazişkar və
şən olardı. Lakin bu da nə bir oyun, nə də düşünülmüş bir
hiyləgərlik idi: bağışlamaq, mərhəmət göstərmək, bu gözəl
insana hədsiz dərəcədə zövq verirdi, sanki Alyoşanı əfv
etmək işində xüsusi və incə bir gözəllik duyurdu. Doğrudur,
onda məsələ yalnız Jozefinaya aid idi. Alyoşa onun belə
həlim, mərhəmətli olduğunu görüb, daha özünü saxlaya
bilməzdi, heç soruşmadan, elə o saat özü hamısını açıb
söyləyər, tutduğu işdən peşman olduğunu bildirərdi, deyərdi
ki, bununla ürəyimi boşaltmaq, əvvəlki kimi olmaq
istəyirəm. Bağışlandığını görüb son dərəcə sevinər, hətta
www.vivo-book.com
169
bəzən sevincindən, duyduğu riqqətdən ağlayardı, Nataşanı
qucaqlayıb öpərdi. Sonra da, elə o saat, yenə kefi açılardı,
uşaqcasına bir ürək açıqlığıyla Jozefina ilə olan sərgüzəştini
bütün təfərrüatı ilə danışar, qəhqəhə ilə gülərdi, Nataşaya
təşəkkürlər edər, onu tərifləyərdi, axşam da fərəh və şənlik
içində keçərdi. Elə ki, onun pulu qurtardı, başladı aldığı
şeyləri satmağa. Nataşanın tələbi ilə Fontankada həm kiçik,
həm də ucuz bir otaq tapdılar, ora köçdülər. Əşyalarını
satmaqda davam edirdilər. Nataşa hətta öz paltarlarını
satmağa, iş axtarmağa başladı. Alyoşa bunu biləndə son
dərəcə məyus oldu. O öz-özünü qarğıyar, çığıra-çığıra
deyərdi ki, mən özümə nifrət edirəm, lakin onun işə heç bir
köməyi dəymirdi. İndi onların bu satılan şeyləri də
qurtarmışdı, bircə Nataşa işləyirdi, onun da işinə çox az pul
verirdilər.
Lap ilk vaxtlarda, onlar hələ bir yerdə yaşayarkən,
Alyoşa bunun üstündə atası ilə bərk dalaşmışdı. Onda
knyazın Katerina Fyodorovna Filimonovanı (Qrafinyanın
ögey qızını) öz oğluna alması fikri hələ bir arzu şəklində idi,
lakin knyaz bu arzusunu yerinə yetirməyə çalışırdı. Alyoşanı
www.vivo-book.com
170
o qızın yanına aparırdı, deyirdi ki, çalış qızın xoşuna gəl.
Ona həm təpinir, həm öyüd-nəsihət verir, həm də ciddi
dəlillər gətirirdi, lakin qrafinya razılıq vermirdi, məsələ də
buna görə baş tutmurdu. Onda knyaz da oğlunun Nataşa ilə
olan əlaqəsinə qəsdən əhəmiyyət verməməyə, işin nə yerə
gəlib
çıxacağını gözləməyə başladı. O, Alyoşanın
yüngülməzac, dəmdəməki olduğunu bilirdi, buna görə də
ümid edirdi ki, onun sevgisi tez bir vaxtda keçib gedəcəkdir.
Alyoşanın Nataşa ilə evlənə bilməsi məsələsi, lap son
vaxtlara kimi, knyazı çox az düşündürürdü. Bir-birini sevən
bu gənclər isə öz evlənmələrini təxirə salır, knyazın razılıq
verməsini,
ümumiyyətlə,
vəziyyətin
dəyişməsini
gözləyirdilər. Görünür, Nataşa bu barədə söz açmaq
istəmirdi. Alyoşa gizlincə mənə dedi ki, atam belə bir
hadisənin baş verməsinə, deyəsən, bir az sevinirdi də. Bu
məsələdə Nikolay Sergeiçin alçaldılması onun xoşuna
gəlirdi. Lakin rəsmiyyət üçün öz oğlundan narazı olduğunu
bildirirdi. Alyoşaya, onsuz da çox az verdiyi pulu, daha da
azaltdı (knyaz onlara həddindən artıq xəsislik göstərirdi),
bunu da kəsəcəyi ilə onları təhdid edirdi. Ancaq çox
Dostları ilə paylaş: |