www.vivo-book.com
151
istəyir ki, öz doğma qızını lap xəyalından silsin, meylini
başqa bir uşağa bağlasın? Yolda mənim barəmdə sizə nə
deyirdi? O sizə necə göründü: sərt idimi, acıqlı idimi? Sus!
Gəlir. Atam, qalanını da sonra söyləyərsiniz, sonra!.. Sabah
gəlin, yadınızdan çıxartmayın...
www.vivo-book.com
152
XIII FƏSİL
Nikolay Sergeiç içəri girdi. O həm maraqla, həm də bir
şeydən utanırmış kimi, bizə baxdı, qaşqabağını tökərək stola
yaxınlaşdı. Soruşdu ki:
– Samovar hanı? Bu vaxta kimi samovarı hazır eləyə
bilməyiblər?
Anna Andreyevna əl-ayağa düşdü:
– Gətirirlər, atam, gətirirlər, budur, gətirdilər.
Matryona Nikolay Sergeiçi görən kimi samovarı
gətirdi, sanki onun gəlməsini gözləyirdi. Matryona sınaqdan
çıxmış, qoca, sədaqətli bir xidmətçi idi, lakin bütün dünyada
olan qulluqçuların hamısından deyingən idi, özü də inad,
tərs bir arvad idi. Nikolay Sergeiçdən qorxurdu, onun
yanında dinib-danışmırdı. Amma Anna Andreyevnanın
yanında özünü tamam sərbəst aparırdı, hər addımda ona
kobud sözlər deyirdi, öz xanımına ağalıq etmək iddiasında
olduğunu açıqca göstərirdi, eyni zamanda, həm onu, həm də
Nataşanı lap ürəkdən istəyirdi. Bu Matryonanı mən lap
İxmenevkadan tanıyırdım.
www.vivo-book.com
153
Nikolay Sergeiç astadan deyindi:
– Bəli... Adam islananda heç özünü yaxşı hiss etmir...
Bu yandan da sənə çay vermək istəmirlər.
Anna Andreyevna o saat Nikolay Sergeiçə işarə edərək
mənə göz vurdu. Nikolay Sergeiçin bu sirli göz vurmalardan
zəhləsi gedirdi, o bizə baxmamağa çalışsa da, üzündən
görünürdü ki, Anna Andreyevnanın elə bu anda ona işarə
edərək göz vurmasını lap yaxşı bilir.
Birdən o dedi:
– Vanya, işim var idi, bir yerə getmişdim... Çox murdar
bir vəziyyət əmələ gəlib! Mən sənə demədimmi? Məni
tamam müqəssir görürlər. Bilirsən, mənim əlimdə sübut
yoxdur, lazımi kağızlar yoxdur, arayışlar düz çıxmır... Bəli...
O, knyazla olan məhkəmə işindən danışırdı. Bu hələ də
davam edirdi, özü də Nikolay Sergeiç üçün çox pis bir şəkil
alırdı. Mən bilmirdim ona nə deyim, susurdum. Nikolay
Sergeiç şübhə ilə mənə baxdı.
Sanki o bizim susmağımızdan əsəbiləşərək birdən dedi:
– Qoy belə olsun! Nə qədər tez qurtarsa, o qədər
yaxşıdır. Məhkəmə onun tələb etdiyi pulları vermək qərarına
www.vivo-book.com
154
gəlsə də, hər halda, məni əclaf edə bilməyəcəklər. Mənim
vicdanım mənimlədir, qoy nə qərar çıxarırlar çıxartsınlar!
Heç olmasa, məsələ həll olunub qurtarar, mənim də canım
dincələr, var-dövlətimi də talan edərlər... Hər şeyi atıb Sibirə
gedərəm.
– İlahi! Axı hara gedəcəksən? Niyə elə uzağa gedəsən?
O sanki etiraz edildiyinə sevinərək, kobud bir halda
soruşdu:
– Burada nəyə yaxınam?
Anna Andreyevna:
– Hər halda... adamlara... – deyərək dərdli-dərdli mənə
baxdı.
Nikolay Sergeiç gah mənə, gah da ona baxaraq
həyəcanla dedi:
– Hansı adamlara? Hansı adamlara? Talançılara,
böhtançılara, xainlərə?! Belə adamlar hər yerdə çoxdur!
Narahat olma, Sibirdə də belələrinə rast gələcəyik. Mənimlə
getmək istəmirsənsə, onda buyurub qala bilərsən, mən səni
zorla aparmıram.
Zavallı Anna Andreyevna çığırdı:
www.vivo-book.com
155
– Nikolay Sergeiç, atam! Mən sənsiz necə qala
bilərəm?! Axı dünyada mənim səndən başqa heç kimim
yoxdur!..
Anna Andreyevna kəkələyərək susdu, qorxu ifadə
olunan bir nəzərlə mənə baxdı, sanki o müdafiə edilməsini
məndən xahiş edir, məni köməyə çağırırdı. Nikolay Sergeiç
acıqlanmışdı, hər sözə söz qaytarırdı, ona etiraz etmək
olmazdı.
Mən:
– Anna Andreyevna, – dedim, – sakit olun. Sibir elə də
pis yer deyil, adı pis çıxıb. Əgər bir bədbəxtlik üz versə, siz
İxmenevkanı satmalı olsanız, onda Nikolay Sergeiçin fikri
çox yaxşı fikirdir: Sibirdə çoxlu torpaq əldə etmək olar,
onda...
– İvan, heç olmasa, sən ağıllı bir söz deyirsən! Mən
bilirdim ki, sən elə belə də deyəcəksən. Hər şeyi atıb, çıxıb
gedəcəyəm.
Anna Andreyevna əlini əlinə çırparaq həyəcanla dedi:
– Vanya, mən bunu səndən heç gözləmirdim! Sən də
deyirsən ora getsin? İvan Petroviç, mən bunu səndən heç
www.vivo-book.com
156
gözləmirdim... Gərək ki, sən bizdə mehribanlıqdan başqa bir
şey görməmisən, amma indi...
– Ha-ha-ha! Bəs sən nə gözləyirdin? Biz axı burada nə
ilə yaşayacağıq, heç bunu bir fikirləşirsənmi? Pul xərclənib
qurtarıb, axırıncı qəpikləri xərcləyirik! Olmaya, buyurursan
ki, knyaz Pyotr Aleksandroviçin yanına gedim, ondan əfv
diləyim?
Knyazın adını eşidəndə qorxudan qarının bütün bədəni
titrədi. Əlindəki çay qaşığı nəlbəkiyə dəyərək cingildədi.
Nikolay Sergeiç, duyduğu hiddət və göstərdiyi inaddan
sevinərək, bu sevinclə özünü qızışdırıb dedi:
– İvan, doğrudan da, sən necə bilirsən, gedim, hə?
Sibirdə axı nə var? Yaxşısı budur ki, sabah geyinib-
kecinərəm, Anna Andreyevna da təzə bir manişka hazırlayar
(elə bir adamın yanına başqa cür getmək olmaz), tam kübar
qaydasınca bir əlcək də alar, mən də birbaşa knyaz
həzrətlərinin yanına gedərəm, deyərəm ki: zati-aliləri, ey
mənim vali-nemətim, ey mənim doğma atam, məni əfv et,
günahımdan keç, bir parça çörək ver, evdə arvadım var,
Dostları ilə paylaş: |