www.vivo-book.com
192
O, narahatlıq duyulan, söz almaq istəyən bir nəzərlə
mənə baxdı.
– Əzizim, sənə lap düzünü deyirəm: mən heç bir şey
bilmirəm. Mən səninlə həmişə açıq danışmışam. Mənim
ağlıma belə bir şey də gəlir: bəlkə də o, qrafinyanın ögey
qızını heç də biz düşündüyümüz qədər sevmir? Ancaq həvəs
eləyir...
– Sən elə güman edirsən, Vanya? İlahi! Bunu mən
yəqin bilsəydim! Ah, bu anda mən onu elə görmək
istəyirəm! Heç olmasa, bircə ona baxaydım!.. Onun üzündən
hər şeyi bilərdim! Amma o gəlmir! O gəlmir!
– Nataşa, yoxsa sən onu gözləyirsən?
– Yox, indi onun yanındadır, adam göndərmişdim ki,
xəbər bilsin. Mən elə arzu edirəm ki, o qıza da bir
baxaydım... Vanya, cəfəngiyat da söyləsəm, gör nə deyirəm:
mən yəni o qızı heç görə bilmərəm, ona heç rast gələ
bilmərəm? Necə bilirsən?
Nataşa narahat halda mənim nə deyəcəyimi gözləyirdi.
– Onu görmək olar. Ancaq onu görmək azdır.
www.vivo-book.com
193
– Onu görmək də elə kifayətdir, görsəm, yerdə qalanlar
da mənə aydın olar. Qulaq as, gör nə deyirəm: mən çox
axmaq olmuşam, burda gəzə-gəzə durmuşam, həmişə də tək,
təkbaşına, həmişə də düşünürəm, fikirlərim, qasırğa kimi
oyana-buyana çovuyur, bu çox ağırdır? Vanya, ağlıma belə
bir şey gəlib: bəlkə sən onunla tanış olasan? Axı qrafinya
sənin romanını tərif eləmişdi, özün mənə deyirdin. Sən axı
hərdən knyaz R.-in düzəltdiyi müsamirələrə gedirsən, Katya
da orada olur. Çalış, qoy səni orada Katyaya təqdim etsinlər.
Alyoşa da səni onunla tanış edə bilər. Sən də onun barəsində
gördüklərini gəlib mənə danışarsan.
– Nataşa, əzizim, bu sonranın işidir. İndi axı bir şey
var: sən doğrudan da, ayrılığa dözə bilərsənmi? Sən bunu
ciddimi düşünürsən? Bir özünə bax, sən arxayınsanmı?
Nataşa güclə eşidiləcək bir səslə cavab verdi:
– Çatar! Bunu mən onun üçün edirəm! Mənim bütün
həyatım onundur! Ancaq bilirsənmi, Vanya, mən bir şeyə
tab gətirə bilmərəm, o da budur ki, indi o onun yanındadır,
məni yaddan çıxarmışdır, onun yanında oturmuşdur, danışır,
gülür, yadındadır, burda oturan kimi... Düz onun gözünün
www.vivo-book.com
194
içinə baxır, o axı həmişə belə baxır, heç ağlına da gəlmir ki,
mən indi buradayam, səninlə oturmuşam.
Sözünü yarımçıq kəsib ümidsiz halda mənə baxdı.
– Nataşa, bu necə olur axı, sən ki indi bu saat deyirdin
ki...
Nataşanın gözləri parıldadı, sözümü kəsərək dedi:
– Qoy biz bir yerdə, hamımız bir yerdə ayrılaq. Mən
özüm ona bunun üçün xeyir-dua verərəm. Ancaq Vanya,
burası ağır olacaq ki, əvvəl o məni unudacaq! Ah, Vanya, bu
nə ağır əzabdır! Mən özüm özümü başa düşmürəm, ağlım bu
cür deyir, işdə bir cür çıxır! Mənim axırım nə olacaq?!
– Nataşa, daha bəsdir, daha bəsdir, sakit ol!..
– Budur, beş gündür, hər saat, hər dəqiqə... həmişə,
həmişə onu düşünürəm, yuxumda da onu görürəm! Vanya,
bilirsən nə var, gedək ora, apar məni!
– Nataşa, bəsdir!
– Yox, gedək! Vanya, mən səni gözləyirdim! Üç
gündür mən bu barədə düşünürəm, elə bunun üçün də sənə
kağız yazmışam, səni gətirtmişəm... Sən gərək məni
aparasan, sən gərək mənim xahişimi rədd etməyəsən... Mən
www.vivo-book.com
195
səni gözləyirdim... Üç gündür... Bu gün orada müsamirədir...
O oradadır... Gedək!
Nataşa sanki sayıqlayırdı. Dəhlizdən səs gəldi, Mavra
elə bil kiminləsə deyişirdi.
– Nataşa, bir toxta, o kimdir? Bir qulaq as!
O mənim sözümə inanmayaraq, gülümsəyə-gülümsəyə
səsə qulaq asdı və birdən bərk ağardı.
Güclə eşidiləcək bir səslə dedi:
– Ah, ilahi! Kimdir o?
Məni saxlamaq istədi, lakin mən dəhlizə, Mavranın
yanına getdim. Düşündüyüm kimi də oldu. Gələn Alyoşa
idi. Mavradan nəsə soruşurdu. Mavra əvvəlcə onu içəri
buraxmaq istəmirdi.
Mavra hökmü çatan bir adam kimi deyirdi:
– Sən haradan gəlib çıxdın? Necə? Haralarda gəzirdin?
Yaxşı, gir, gir içəri! Mən heç bir şey bilmirəm! Yeri, görək
nə cavab verəcəksən?!
Alyoşa bir az utanaraq dedi:
– Mən heç kəsdən qorxmuram! Girərəm də!
– Gir... Deyəsən, çox diribaş olmusan!
www.vivo-book.com
196
Alyoşa məni gördü:
– Girərəm də! Ba! Siz də buradasınız! Sizin burada
olmağınız lap yaxşı oldu! Budur, mən də gəldim! İndi axı,
mən necə...
– Girin içəri, – dedim, – nədən qorxursunuz?
– Mən heç bir şeydən qorxmuram, siz lap yəqin bilin,
ona görə qorxmuram ki, vallah, heç təqsirim yoxdur. Elə
bilirsiniz mənim təqsirim var? Bu saat görəcəksiniz, mən
özümü təmizə çıxaracağam, – örtülü qapı qabağında dayanıb
süni bir cəsarətlə bərkdən səsləndi. – Nataşa, gəlmək
olarmı?
Cavab verən olmadı.
Narahat bir halda məndən soruşdu:
– Bu nə olan şeydir?
Dedim ki:
– Heç bir şey yoxdur, o bu saat orada idi, bəlkə bir işi
var...
Alyoşa üsulluca qapını açıb, otağı qorxa-qorxa gözdən
keçirdi. Heç kəs yox idi.
Dostları ilə paylaş: |