42
İnsandan ayrılmış A/H3N1/ qrip viruslarının təbii rekombinantlarının
alınması haqda məlumatlar var. Həmin virusların əmələ gəlməsinin əsasında
A/H1N1/ və A/H2N2/ qripi viruslarının qarışıq infeksiyası durur (Yamana
Nobhisa və b. 1978; Kendal A.P., Zee D.T. və b., 1979, Nerome, Yashioka Y. və
b.,(1985)), nəticədə A/свинья/1/80/N1H2/ təbii rekombinantı alınmışdır.
Molekulyar hibridizasiya metodu ilə göstərilmişdir ki, yalnız Na geni
Honkonqa bənzər (H3N2) virusundan alınmışdır, qalan genlər (H1N1) donuz
virusundan alınmışdır.
İnsan qripi viruslarının rekombinasiyası ideyası (onlara dəyişkən virulentlik
vermək yolu ilə) 1918-1919-cu illərin pandemiyasının ikinci dalğasının “xüsusi
virulentliyinin” mümkün olan izahını vermək üçün verilmişdi (Burnet, 1949).
Sonralar , 1957-ci ildə insanlarda meydana çıxan viruslar H1N1 ştammının
müvafiq subvahidlərindən antigen cəhətdən fərqlənən HA və NA subvahidlərinə
malik idilər.
Bununla əlaqədar olaraq güman edilirdi ki, A qripinin H2N2 Asiya serotipi
Asiyada heyvan rezervuarından əmələ gəlmişdir (Mulder, Masurel, 1958;
Andrewes, 1959).
Asiya virusu ilə quş viruslarının genetik cəhətdən qarşılıqlı təsirinin
mümkünlüyünü in vitro şəraitində Rasmussen (1964), Tumova və Pereira (1965)
göstərmişlər.
Kilbourne (1968) insan və at viruslarının rekombinasiyasını nümayiş etdirdi.
O, belə güman edirdi ki, bütün böyük antigen dəyişkənliklərinin əsasında
43
rekombinasiya prosesi dura bilər. Bu hipotez virusun növlərarası ötürülməsini izah
etməyə imkan verdi (Kilbourne, 1975).
Webster R.G. və başqaları növlərarası rekombinasiyası qənaətini ev
heyvanları üzərindəki in vitro təcrübələri ilə möhkəmləndirdilər. Təbii şəraitdə
A/H7N2/ qripi viruslarının vəhşi ördəklərdən ev hindquşularına növlərarası
ötürülməsi haqda məlumatlar alınmışdır (Lioking M. Və b., 1983) RNT-RNT
hibridizasiya təcrübələrində müəyyən edilmişdir ki, İsraildə hindquşularından
ayrılmış H1N2 qripi virusunun geni quşların H1N1 və Şimali Avropada alınmış
donuzların H1N1 qripi viruslarına yaxındır. A/ГK/68/H3N2/ pandemik mənşəli A
qripi virusunun antigen dəyişkənliyinin rekombinasion təbiətli olmasına əlavə
faktiki sübutdur.
Beləliklə, H3N2/Honkonq “yeni” pandemik ştammı meydana çıxanda
A/H2N2/ qripi virusları 1968-ci ilə qədər antigen dreyfinə məruz qalırdılar.
Honkonq virusu özündən əvvəlki A2 viruslarından olan NA-ya antigen
cəhətdən isə fərqli HA-ya malik idi (Coleman və b., 1968, Schulman, Kilbourne,
1969). Bu məlumatlar Webster, Laver (1972) tərəfindən monospesifik zərdabları
istifadə etdikdə təsdiq edildi.
Bu testlərin nəticələri 1957 və 1968-ci illər arasında ayrılan A2/Asiya/
”köhnə” ştammlarının hemaqqlütininləri ilə A/Honkonq/1968/ ştammının
hemaqqlütinini arasında seroloji uyğunluqların olmadığını göstərdi. QK ştammları
arasında birinci 3 ildə variasiyalar da qeyd olunmamışdı.
Belə halda bəs Honkonq qripi virusunun “yeni” HA subvahidlərinin
mənbəyi nədir?
44
Laver, 1971 HA subvahidlərinin peptid xəritəsi tədqiqatları göstərdi ki,
1962-ci ildə ayrılmış “köhnə” A2 viruslarının hemaqqlütinasiya edən
subvahidlərdən ibarət polipeptid zənciri “yeni” Honkonq ştammının polipeptid
zəncirlərindən amin turşuları tərkibinə görə əsaslı surətdə fərqlənirdilər və bu
halda, güman edirdilər ki, “yeni” polipeptidlər ”köhnə”lərin mutasiyası yolu ilə
alınmır (Laver, Webster 1972).
Hazırda elə məlumatlar alınmışdır ki, onlar, bəzi heyvan viruslarının insan
virusunun Honkonq ştammının mümkün olan sələfi olduğunu göstərir. 1963-cü
ildə yəni Honkonq qripinin insanlar arasında meydana çıxmasından 5 il əvvəl
atlardan
və
ördəklərdən
alınmış
A
qripi
virusunun
iki
ştammı
A/лошадь/Майами/1/63/Heq2Neq2/
və
A/утка/Украина/1/63/Hav7Neq2/
göstərildiyi kimi Honkonq ştammına antigen cəhətdən yaxındır (Coleman və b.,
1968; Masural, 1968; Kapian, 1969; Zakstelskaya və b., 1969; Tumova, Easterday,
1969).
Atların və ördəklərin viruslarının HA subvahidləri HATR-da və
immunodiffuziya testində A/Honkonq/1/68/H3N2/ insan qripi virusunun
Honqkonq ştammının subvahidləri ilə çarpaz reaksiyalar verirdilər.
Bundan başqa, Honkonq qripi və утка/Украина/ və лошадь/Майами/2
ştammlarının HA subvahidlərinin yüngül polipeptid zəncirlərinin peptid xəritələri
ilə identikliyi və “köhnə” Asiya/68 virusunun yüngül polipeptid zəncirlərindən
əsaslı fərqləndiyi müəyyən edilmişdir.
45
Bu nəticələr göstərir ki, atların və quşların virusu və insan virusunun
Honkonq ştammı genetik rekombinasiya nəticəsində meydana gələ bilərdi.(ola
bilər ki, ümumi valideyndən).
Epidemioloji nəzarət bu müddəanı möhkəmləndirir. Belə ki, Melineux, 1965
1963-cü il epidemiyası zamanı aparılan müşahidələr əsasında qrip viruslarının
insanlar arasında qrip pandemiyasında iştirakı fikrini təklif etdi.
Yuxarıda deyilənlərin və Çindən pandemik ştammların (Asiya/57,
Honkonq/68, A/Хабаровск/77) meydana çıxması qanunauyğunluqları əsasında bir
sıra müəlliflər tərəfindən Çində heyvan viruslarının olması haqda mülahizə irəli
sürüldü (Chu, 1958; Andrewes, 1959; Kaplan, Payne, 1965; Hoyle,1 968, Francis,
1965).
Əvvəllər qeyd olunduğu kimi, rekombinantların alınması in vitro sübut
edilmişdir. R.Y. Podçernyayeva, М.İ. Sokolov (1963,1964) A qripi virusları
ştammlarının hibridizasiyası eksperimentində antigen xüsusiyyətinin və bir sıra
bioloji xüsusiyyətlərin irsən keçməsinin mümkünlüyü faktını müəyyən etmişlər
(Podçernyayeva R.N., 1963; 1964; Tumova, Perlira, 1965; Kilbourne, Schulman,
1965; Kilbourne və b., 1967; Kilbourne 1968; Easterday və b. 1969).
Müəlliflər belə nəticəyə gəlmişlər ki, hibridizasiya və seleksiya yolu ilə eyni
zamanda A və A2 qripi viruslarının bioloji xüsusiyyətlərinə malik olan A2 qripi
virusunun stabil hibridlərini istiqamətli surətdə almaq olar.
A və A1 qripi viruslarının çox uzaq olmayan tiplərinin çarpazlaşdırılması
zamanı heyvan zərdablarına qarşı ingibitor rezistentliyin, neyrovirulentliyin pilək
Dostları ilə paylaş: |