46
əmələ gətirmə, hemaqqlütininin istiliyə davamlılığının və virusun infeksion
xüsusiyyətlərinin örtülməsinin mümkünlüyü aydınlaşdırılmışdır (1962).
Rekombinant virusların genetik stabilliyi in vitro Webster və b. 1971
tərəfindən müəyyən edilmişdir.
Epidemioloji nöqteyi-nəzərdən Webster və Cambell (1974) təcrübələri
maraq doğurur. Bu təcrübələr “yeni” qrip virusu ştammının rekombinasiya və
seleksiya şərtlərini aydınlaşdırır və “yeni” rekombinant ştammların epidemik
potensiya cəhətdən imkanlarının mümkünlüyü məsələsinə aydınlıq gətirir.
Müəyyən edilmişdir ki, bir virusun HA və digər virusun NA qarşı
antitellərin aşağı səviyyəsinə malik quşların qarışıq infeksiyası rekombinantların
seleksiyası üçün ideal şərait yaradır.
İnfeksiyanın ardınca məhdud dərəcədə hər iki valideyn viruslar replikasiya
edirlər. Bununla onlar valideyn virusları eliminasiya edən immun sistemi stimulə
edirlər. Bu yolla rekombinantlar seleksiya oluna bilərlər və virulentliyin vacib
xassələrinə və digər fərdlərə ötürmə qabiliyyətinə malik olmaq şərtilə bu
rekombinantlar epidemik xəstəlik törədə bilərlər.
Webster, Laver (1978) qeyd edirlər ki, in vitro və in vivo şəraitində alınan
nəticələr bu cür proseslərin təbiətdə də baş verə biləcəyini güman etməyə imkan
verir.
Bu zaman onlar dolayı sübutlar gətirirlər:
1.
İnsan, ibtidai məməlilər və quşlardan ayrılmış qrip virusları arasında
antigen uyğunluğu.
2.
Qrip virusunun qəti sahib dairəsinin olmamazlığı.
47
Yuxarıda göstərildiyi kimi, A/H2N2/ və A/H3N2/ pandemik qrip
viruslarının mənşəyinin araşdırılması zamanı insan və heyvan mənşəli viruslar
arasında antigen uyğunluğu müəyyən edilmişdir.
Quş qripi viruslarının bəzilərinə antigen cəhətdən insanın əvvəlki qrip
viruslarının HA-ni çox yaxındır: ördəklərin virusu (A/утка/ Германия/1918/68
Hav6 N1) H0N1 və H1N1 insan viruslarının NA-na yaxın NA-ya malikdir
(Schild, Newman,1969).
Donuz və insanın qrip viruslarının NA-sı qohumdurlar- H0N1 və Hsw1N1
(Meier-Ewert və b. 1970).
QQV NA-sı (A/индюк/Массачусетс/65 Hav6 N2) insanın H2N2 qrip
virusunun NA-sı ilə identikdir (Pereira və b. 1967; Schild, 1969;) QTV NA-sı
(A/ВГИ/Голландия/27 Hav1 Neq1) atların I tip qrip virusunun NA-sı ilə oxşardır
(A/лошадь/Прага/1/57/ Heq1 Neq1)(Webster, Pereira, 1968; World Health Org.,
1971).
Quş qripinin səkkiz müxtəlif yarımtipindən dördü insan və at qripi
viruslarının NA-antigeninə qohum NA-antigeninə malikdir.
O ki, qaldı HA şərtlənən antigen uyğunluğuna, yuxarıda A/Гонконг/68,
А/утка/Украина/63/ və А/лошадь/тип2 viruslarının HA uyğunluğu qeyd
edilmişdir.
Bundan başqa, son vaxtlar müəyyən edilmişdir ki, Almaniyada ördəklərdən
alınmış virus (A/утка/Германия/1225/74 H2 Nav2) A/H2N2/ qrip virusunun HA-
ya yaxın HA-ya malikdir.
48
Təbiətdə rekombinasion proseslərin mümkünlüyünün dolayı sübutlardan
ikincisi haqda danışdıqda qeyd etmək lazımdır ki, son illərin virusoloji tapıntıları
qrip viruslarının heç də həmişə sahibə qarşı qəti müəyyən spesifikliyə malik
olmadığını
və
virusların
ikitərəfli
keçidinin
mümkünlüyünü:
insan
populyasiyasından ibtidai heyvanlar aləminə və əksinə təsdiq edir (Eeasterday,
Tumova, 1971; Webster, 1972).
QК/68 virusu donuzlardan, itlərdən, pişiklərdən, babuinlərdən, eləcə də
toyuq və danalardan ayrılmışdır (Zhesmer, 1973).
Bu virusla dana və toyuqlarda eksperimental infeksiya alınmışdır (Schild,
Cambell, Webster; Kilbournun sitatı).
Honkonq virusunun insan ştammlarının toyuqlarda replikasiyasının
olmaması haqda alınmış məlumatların əsasında yəqin edilir ki, virus başqa sahibə
adaptasiya etmişdir və beləliklə, toyuqların orqanizmində ikiqat infeksiya və
genetik qarşılıqlı təsir üçün şərait yaranır.
R.Q.Vebster qeyd edir ki, bu məsələ haqda daha dəqiq məlumatlar o vaxt
alınacaq ki, təbiətdə müxtəlif qrip viruslarının yeni pandemik ştammının əmələ
gəlməsinə səbəb olan rekombinasiyasını tapmaq olsun.
Belə hadisənin nadirliyi (10-11 il intervalla) faktiki olaraq bu imkanı istisna
edir.
İnsanlar üçün pandemik olan növbəti ştammın əmələ gəlməsindən əvvəl
ştammların retrospektiv analizi məqsədi ilə ştammların “bankının” toplanması
alternativlik təşkil edir.
49
Hazırda
heyvan
və
insan
qripi
virusları
ştammlarının
təbii
rekombinantlarının alınması məlumdur.
Sakit okean hövzəsində 1976-cı ildə balinalardan A/кит/ТО/19/76 qrip
virusunun təbii rekombinant ştammı alınmışdır. Həmin virus H0-H1 Hav2, yeni
təsnifata görə H1N3 antigen formuluna malikdir (Lvov D.K., Zhdanov V.M.,
Sasonov A.A. və b. 1978).
Sonralar, T.V.Pısina, D.K.Lvov və b.(1978) keçmiş SSRİ-nin Primorsk
vilayətinin Xasan rayonunun şirin su kompleksində vəhşi quşların virusoloji
müayinəsi zamanı 1976-cı ilin yazında vəhşi ördəklərdən rekombinant qrip virusu
/Приморье/695/76 ayırd etmişlər. Həmin virus A/Сингапур/1/57 ştammının
hemaqqlyutini, quşların ikinci yarımtipinin Nav2 neyraminidazası ilə identik H2
hemaqqlütininə malik idi.
Müəlliflər güman edirlər ki, H2 Nav2 virusu H2N2 Asiya virusu ilə Hav7
Nav2 virusunun rekombinasiyası nəticəsində meydana çıxmışdır.
1983-cü ildə göyünlərin Tabanus agrestis növündən Hav1Nav2 və ya yeni
təsnifata görə H1N3 antigen formuluna malik qrip virusu alındı (M.T.Janseitova,
1983).
1983-cü ildə Nerome Kuniak və b. 1978-ci ildə Yaponiyada donuzlardan
alınmış rekombinant qripp virusunun /Swine/Kanagawa/2/78 hemaqqlütinin və
neyraminidazasının monoklonal antitel seriyasının köməyi ilə aparılmış antigen
analizi ilə müəyyən etdilər ki, A/SW/Kanagawa 2/78/H1N2/ qrip virusunun HA
geni H3N2 insan qripindən, qalan 7 geni isə donuz qripi virusundan alınmışdır.
Dostları ilə paylaş: |